“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” - SENSASİON İDDİA
Dünya
Oxunub: 4070
05 Jul 2020 | 09:51
“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” -  SENSASİON İDDİA
Bəzi böyük korporasiyaların rəhbərləri də daxil olmaqla, qarşıdakı üç ayda tanınmış siyasətçilər, məşhurlar və şirkət rəhbərləri, o cümlədən Corc Soros kimi qlobal maliyyəçilər qrupu, Birləşmiş Millətlər Təşkilatının səlahiyyətliləri istefaya məcbur olacaqlar...

Koronavirusla bağlı ən müxtəlif versiyalara daha biri də əlavə olunmaqdadır. İlk baxışdan indi oxucular üçün nəql ediləcək hadisəni (mənbə: kp.ru)  oxuduqca “bunların koronavirusa nə dəxli var?” deyəcəyəniz şübhəsizdir. Amma koronavirus pandemiyası dünyanı hazırda elə bir vəziyyətə gətirib ki, böyük pulların, siyasətçilərin və ən əsası böyük sirlərin toplandığı mərkəzlərdən şübhələnməmək də olmur. Bu səbəbdən sizə təqdim edəcəyimiz materialı diqqətlə oxumanızı məsləhət bilirik. Qeyd edək ki, sizə təqdim olunan bu varsayım hazırda Qərb konspiroloqlarının diqqət yetirdiyi  versiyalardan hesab oilunur.

Milyarder Ceffri Epşteynin həbsi 

Beləliklə, koronavirusun dünyaya ayaq açmağa hazırlaşdığı bir vaxtda-ötən ilin iyul ayının 6-da ABŞ-da bir sensasion həbs gerçəkləşir. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Fransadan ABŞ-a qayıdan məşhur milyarder Ceffri Epşteyni Nyu-Cersi aeroportunda həbs edir. Ona uşaqbazlıq, cinsi istismar və insan alveri ittihamı elan olunur. Bu ittihamlarla onu 45 il cəza gözləyirdi.

Onun həbsi nə media, nə onu tanıyanlar üçün yenilik olmur. Çünki 2005-ci ildə də Ceffri eyni ittihamlarla saxlanılmış və gözlənilmədən “istintaqla əməkdaşlığa razılıq vermiş” və sonda ilyarımlıq yüngül cəza ilə canını qurtarmışdı.

Bu dəfə isə onun havadarlarının istintaqın gedişatına bir daha təsir göstərə bilməmələri üçün FTB onun üzərindəki bütün “çirkləri” mətbuata tökməyə başladı. Bir həftə sonra ABŞ-ın əmək naziri, sabiq prokuror Akosta istefa verdi. Çünki məlum oldu ki, 2005-ci ildə, vaxtilə Ceffri həbs edilərkən, prokuror məhz Akosta olmuşdu və həmin “istintaqla əməkdaşlıq” deyilən saziş qanunsuz bağlanmış, böyük bir şəbəkə diqqətdən kənarda qalmışdı.  

Epşteynin telefon kitabçasındakı adlar: baş nazirlər, səfirlər, şahzadə Endryü...

Ceffrinin həbsi ilə dərhal maraqlı faktlar üzə çıxmağa başladı. Məlum oldu ki, Ceffri 14-16 yaşındakı qızları nəinki istismar edib, həm də onları özünün nüfuzlu siyasətçi, varlı dostları ilə “bölüşüb” də. Onun iqamətgahında azyaşlı və yeniyetmələrlə eşqbazlığa dair  böyük bir video və foto arxiv tapdılar. Orgiyalar yalnız milyarderin Manhettendəki iqamətgahında,  “Zorro” rançosunda deyil, Karib dənizindəki şəxsi Müqəddəs Ceyms adasında- ona “pedofillər adası” da deyirmişlər - olub. Gizli kameralar qurulmuş yerlərdə seks əyləncəsi çəkilişləri isə varlı və tanınmış pedofillərin mümkün şantajına görə qeydə alınıb.  O da məlum olub ki, qonaqlar və qızlar oraya Ceffrinin uzun illərdir sevgilisi olan, keçmiş “dördlü ukraynalı agentin” qızı Qislen Makvellinin  adını daşıyan yaxta ilə gətiriliblər.

Qislen Makvellin Epşteynlə sabiq prezident Billi Kintonun qızı Çelsinin toyunda tanış olmuşdular və o, ilk görüşdən özündən 9 yaş böyük olan milyarderə vurulmuşdu. Mossad, “KQB”, Mİ-6 və MKİ ilə əlaqələri olan atasını İsrail kəşfiyyatı dənizdə boğandan sonra o, Epşeytdən daha əl çəkmədi. Onunla evlənməyəcəyini, uşaqbazlıq və çox gənc qızlara marağını bildikdən sonra isə əsas “icraçı” olmağa razılıq verdi. 

Ceffrinin təkcə yaxtası deyil, şəxsi “Boeinq”i də lüks çarpayılarla təchiz olunmuşdu. Ələ keçən qeydlərdən məlum oldu ki, “uçan sevgi layneri”ndə məsələn, Bill Klinton 26 dəfə qonaq olub.


Epsteynin "qara telefon kitabı" isə əsl sensasiya yaratdı. Dəftərçədə yüzlərlə əlaqə nömrəsi vardı. Kimlərin?  İngiltərə, İspaniya, İsrailin sabiq baş nazirləri, Səudiyyə şahzadələrinin, Kennedi, Rokfeller və Rotşild klanlarının üzvləri, milyarderlər, siyasətçilər, elm adamları, səfirlər, Klintonun ondan çox köməkçisinin əlaqə telefonları... Daha kimlər? Maykl Cekson, Naomi Campbell, Madonna və başqa ulduzların əlaqə nömrələri...Dəftərçədə təkcə  İngiltərə kraliçasının oğlu şahzadə Endryünün özünün  və köməkçilərinin 15 telefon nömrəsi vardı.

Məşhur maliyyəçi, milyarderin dəftərində bu əlaqə nömrələri necə ola bilərdi?

şahzadə

Şahzadə Endryü

Əsas şahid və şahzadə ilə bir yataqda...

Bu məqamda mətbuata ittiham şahidlərindən birinin - Viktoriya Robertsin ifadələri sızdırıldı. 15 yaşında o, Epsteynin "masajçısı" kimi seks köləliyinə cəlb edilmişdi. Ceffri onu İngiltərə şahzadəsi Endryü və digər zəngin dostları ilə də "paylaşmışdı". Dediklərini sübut etmək üçün istintaqa Viktoriyanın Endryü ilə birlikdə olduğu fotoşəkili təqdim etdi. Sonra mediada şahzadənin Epşteyinin malikanəsində və bir milyarderlə gəzinti fotoları da yayımlandı. Artıq FTB-nin araşdırdığı istintaq məşhur pedofillərin beynəlxalq şəbəkəsinin ifşasına yönəlmişdi.


Viktoriya Roberts

Bu “xidmətləri” sayəsində Epşteyn ABŞ, Qərbi Avropa və Asiya-Sakit Okean bölgəsinin ən məşhur iş adamlarını və  siyasətçiləri birləşdirən quruma üzv olmuş, ciddi əlaqələr qurmuşdu. Qazandıqları sayəsində o, həm Harvard Universitetinin əsas maliyyə sponsoru idi. Üstəlik, Klintonların əsas siması olduğu Demokratlar Partiyasına da səxavətlə maliyyə ayırırdı.Bu səbəbdən demokratlar onun həbsini siyasiləşdirməyə cəhd etdilər, amma ittihamların ciddi olduğunu görüb tez də geri çəkildilər.


Ceffrinin intiharı

Bu cinayət şəbəkəsi ilə bağlı ən kütləvi sızma 2019-cu ilin 9 avqustunda baş verdi. Epşteyn davasında təxminən iki min səhifəlik gizli sənədlər, o cümlədən telefon danışıqlarının mətni mətbuata ötürüldü.

Avqustun 10-da isə Manhetten Federal Həbsxanasının xüsusi blokundakı kamerada Ceffrinin cansız bədənini tapdılar. Hər yarım saatdan bir nəzarətçinin yoxladığı kamerada Ceffrinin özünü necə asması müəmma kimi qaldı. ABŞ-ın baş prokuroru Uilyam Barr etiraf etdi ki, Cefrinin özünü öldürməsi ilə bağlı şübhəli məqamlar çoxdur.

ABŞ-ın bir sıra sui-qəsd nəzəriyyəçiləri hələ də hesab edirlər ki, bu intiharda Bill və Hillari Klintonların əli var. Məşhur komediyaçı Terrens Uilyams Ceffrinin sui-qəsdindən ayyarım əvvəl belə bir “tvit” yazır: "Ceffri Epşteynin Klintonlara yaxın olduğunu bildik və indi onu intihar gözləyir!” Komediyaçının dediyi ayyarım sonra doğrulur...

sevgi

Bütün sirləri bilən Qislen Maksvell FTB-nin əlində...

Epşteynin intiharından sonra nəzərlər bu işdə elə mərhum milyarder qədər məlumatlı olan Qisleyin Maksvellə yönəlir. Xəbər yayılır ki, o, Nyu-Yorkdakı villasını 15 milyona sayataraq yoxa çıxıb. Ümid edirdilər ki, yetkinlik yaşına çatmayanlarla cinsi cinayətlərə dair “əsrin istintaqı” təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar bağlanacaq.

sasa.JPG
Qislen Maksvell

Amma iki gün əvvəl-iyulun 2-də  məlum olub ki, Maksvell FTB-nin əlindədir və istintaqla əməkdaşlıq etməyə razılaşıb. İyulun 2-də FTB rəsmisi Uilyam Suini bununla bağlı məlumat verib. İrəli sürülən ittihama görə onu 35 illik həbs gözləyir. Amma istintaqla əməkdaşlığa razılıq veribsə, bu yeni bir ifşa prosesinin başlanğıcı olacaq.

Koronavirus qərarını Tramp veribsə...

“Bəs, bu cinayət işi ilə koronavirusun nə əlaqəsi var?”, deyə, soruşursunuz. Məsələ belədir. 2017-ci ildən ABŞ-dakı konspiroloqlar “Qanon” adlı bir şəbəkədə toplaşıblar və bu şəbəkə hazırda da xeyli populyardır. Burada “Q” kimi təqdim olunan bir anonim mənbə özünü Trampın gizli məsləhətçisi adlandırır və tez-tez xalqa maraqlı məlumatlar ötürür. Həmin naməlum mənbə iddia edir ki, Klintonlar da daxil olmaqla, dünyanın bir çox siyasət, biznes adamlarının birləşdiyi satanist təşkilat var. Həmin təşkilatın himayəçilərindən olan Ceffri Epşteyn və dostları təkcə azyaşlıları yataqlarına girməyi məcbur etməklə kifayətlənməyiblər. Onlar azyaşlıların qorxu və ağrı hiss etdikləri zaman bədənlərindən ifraz olunan maddədən cavan qalmaq üçün ''adrenoxrom'' hazırlayıblar. İndi həmin iddia haqda. iddia olunur ki, Tramp pedofillərə və satanistlərə müharibə elan edib. Bu məqsədlə də FTB-yə  ''adrenoxrom''a koronavirus yoluxdurmaq göstərişi verib. Yəni bilinsin ki, bu maddədən kimlər, hansı məşhur pedofillər istifadə edir. Kim yoluxarsa, demək  satanistlərlə əlaqəsi var.  İlk olaraq, ABŞ-da tanınmış aktyor  Tom Xenks və xanımının koronavirusa yoluxması xəbəri yayıldı. Maraqlıdır ki, onun da adı Epşteynin “qara dəftərində” olub. Tom Xenks koronavirus ağırlaşmasında ölməyib və hazırda Avstraliyadadır, ABŞ-a qayıtmağa qorxur. ABŞ məhkəmə orqanları rəsmi olaraq York şahzadəsi Endryünün ifadələrini gözləyirlər.


Ən sonda

Belə bir versiya da var ki,  Epşteyn ifşaedici ifadəsi müqabilində həbsxanada intihar etməyə “icazə verilib” və əslində o, sağdır. İddialara görə, bu istintaq çərçivəsində bəzi ən böyük korporasiyaların rəhbərləri də daxil olmaqla yaxın üç ayda təxminən 700-800 qalmaqallı istefa baş verəcək. Yenə həmin iddialara görə bu sıraya məşhur siyasətçilər,  və şirkət rəhbərləri, o cümlədən Corc Soros kimi qlobal maliyyəçilər qrupu, Birləşmiş Millətlər Təşkilatının səlahiyyətliləri də daxildir. Bu iddiaların ssenari xəttinə görə, bəzi tanınmış din xadimləri də həbs ediləcək və ya istefa verməyə məcbur olacaqlar, yaxud da birdən-birə «xəstələnəcəklər». Vatikan bu yolda birinci olacaq və 2020-ci ildə Papa öz vəzifəsini tərk edəcək. Tramp isə yenidən prezident seçiləcək...

Beləliklə, Azərbaycandan kənarda cərəyan edən və kifayət qədər özünə müşahidəçi toplayan bir versiya ilə tanış oldunuz. Əlbəttə, biz heç bir halda iddia etmirik ki, özətini verdiyimiz bu versiyada göstərilənlər doğrudur. Ola bilər, bu iddialardan heç biri özünü doğrultmasın. Tanınmış simalar haqqında bəzi xüsusi vurğular isə tamamilə yanlış ola bilər. Ona görə də bildirirk ki, bu materialı Azərbaycan dilində hazırlayıb, təqdim etməkdə bizim yeganə məqsədimiz oxucularımızın məlumat coğrafiyasını genişləndirməkdir. (Musavat.com )
Oxşar xəbərlər
15:01, Bu gün
"ABŞ İsrailin Rafahda hərbi əməliyyata başlamayacağına bel bağlayır" - Sallivan
14:55, Bu gün
Putinin qələbəsindən sonra... – TƏHLİL
14:50, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir”
14:45, Bu gün
Ermənilərin son ümidi: Qərb və Rusiya Qarabağa görə yenə bir araya gələcək?
14:40, Bu gün
AYNA taksi sürücülərinə xəbərdarlıq etdi - FOTO
14:35, Bu gün
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
14:30, Bu gün
Riki Martinlə duet oxumaq istəyən Roza: "Mənə 25 000 AZN ödəyib duet oxuyublar" - VİDEO
14:25, Bu gün
Bəşəriyyətin mənəvi dəyəri...
14:20, Bu gün
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” - Xalq artistindən etiraz
14:15, Bu gün
Bayram günlərində bölgələrdə qar yağacaq
14:10, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirildi - VİDEO
14:04, Bu gün
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
14:00, Bu gün
Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
13:55, Bu gün
Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı
13:50, Bu gün
Folklorşünas: “Novruz ölülərin də bayramıdır” - MÜSAHİBƏ + FOTO
13:45, Bu gün
NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat
13:40, Bu gün
Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
13:35, Bu gün
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
13:30, Bu gün
Bakıda bankdan oğurluq edilməsinin qarşısı alındı - FOTO/VİDEO
13:25, Bu gün
Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb
13:22, Bu gün
Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
13:20, Bu gün
Mingəçevirdə 200 min manatlıq dələduzluğun üstü açılıb
13:16, Bu gün
Yazın ilk gününün hava proqnozu AÇIQLANDI
13:13, Bu gün
Paşinyan aktiv tiktoker olmaq qərarına gəldi
13:11, Bu gün
3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ! 
13:08, Bu gün
Bu partiyanın rayon şöbəsinin sədri narkotikə görə SAXLANILDI - FOTO
13:05, Bu gün
"Rusiya Ukraynada "sanitar zona" yaratmağa məcbur olacaq" - Putin
13:00, Bu gün
İran hökuməti onlarla yeni zindan tikir - FOTO
12:55, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
12:53, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
12:50, Bu gün
“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:46, Bu gün
“Xəritədə işğal altında olan bölgələri cücərtmirdim, indi isə...” - qeyri-adi səmənilər cücərdən qadın - FOTO + ÖZƏL
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
Niyə başqalarının özəl həyatına müdaxilə edirik?
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 15:27
Qərbin iki erməni varis planı - Onlardan biri... ŞOK PLAN
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 15:27
Qərbin iki erməni varis planı - Onlardan biri... ŞOK PLAN