\"İnanıram ki, mәn mәğlub millәtin mәğlub şairi kimi dünyadan köçmәyәcәm...\"
Oxunub: 5376
05 Jul 2020 | 16:26
\
Moderator.az saytının müsahibi şair Məmməd İsmayıldır. 

Müsahibənin II hissəsini təqdim edirik. 


- Bir azərbaycanlı kimi siz bütün türk dünyasının şairi olduğunuzu yaradıcılığınızla təsdiq etmisiniz. 1997-ci ildə Türk Dünyası Vəqfinin ödülünü alan ilk azərbaycanlı şair də siz olmusunuz. Türk millətinə, türk coğrafiyasına məxsus olmaq nə deməkdir? 

- Bir damla suda bütöv bir dənizin özəlliyi var, damla dənizdən ayrı düşdüyündə buxarlanmağa məhkumdur, amma dənizin bir hissəciyi olan damlanın belə bir qorxusu yoxdur. Bütünün bir parçası yox, bütünün özü olmaq, yol Turana, bütöv Türk Dünyasına getməlidir. Mәn bu yola hәlә Sovet İttifaqının ayaqda olduğu illәrdә istər yaratdığım “Gәnclik” jurnalı ilә, istərsә dә az qala türkçülük duyğularına görә hәtta Türkiyәdә belә uzun müddәt yasaq olunan Hüseyn Nihal Adsızın “Bozqurdlar” romanını tәrcümә vә nәşr etdirәrәk başlamışdım. Hәlә 1970-ci illәrdә Moskvada İkiillik Ali Әdәbiyyat kurslarında oxuyarkәn türk bölgәlәrindәn gәlәn kurs yoldaşlarım arasında türkçülük sevdalısı kimi tanınıb, hәtta buna görә töhmәt alan birisi kimi bu işi gücüm yetdiyi qədər bu günәdək davam etdirməyə çalışıram.

- 2017-ci ildə Avropanın mədəniyyət paytaxtı sayılan Parisi necə təəcübləndirə bildiniz? 

- Mən təəccübləndirmək deməzdim. Biz indi elə bir dünyada yaşayırıq ki, kimisə nə iləsə təəccübləndirmək elə də asan iş deyil. Parisdəki uğurlara isə uzun yaradıcılıq illərinin haqlı təsdiqi kimi baxmaq lazımdır.

- Şairlərdən kimdən ötrü darıxırsınız? Ümumiyyətlə, dostunuz çox olub, yoxsa düşməniniz?

- Mənim dünyanın çeşidli ölkələrində şair dostlarım olub və onlar indi də var. Rusyanın önəmli şairlərindən rəhmətlik Yuri Kuznetsov tez-tez yadıma düşür. Onunla hər görüş sanki ayrı dünyalarla görüş idi. Söhbət Rusyadan düşmüşkən, tərcüməçilərim Mixail Sinelnikov və Aleksandr Kuşnerlə canlı təmasda olmağı çox istərdim. Burada dünyanın çeşidli ölkələrində yaşayan şair dostlarımdan yaponiyalı Mariko Cumikura, yunanıstanlı Maria Mistroti, qazaxıstanlı Oljas Süleymenov, Bakıcan Kanapyanov, Malik Otorbayev, ukraynalı Aleksandr Korotko, Dmitro Çistyak, moldovan Nikolaye Dabija, rumın İon Deokanku, litvalı Vladas Braziünas, eston Jüri Talvet, kosovalı Jeton Kelmendi, macar Atilla Balaş, Elod Kovaç və başqa şair dostlarımın adlarını çəkmək istərdim. Atanız olduğuna görə demirəm, hər dəfə iş otağımın qapsını açarkən bu qapalı qapının önündə dost harayıyla yüklü “223-cü otaq” şeirini yazan Ağa Laçınlını, Məmməd Aslanı, Məmməd Kazımı, Müzəffər Şükürü və haqq dünyasına qovuşan neçə-neçə şair dostlarımızı rəhmətlə yad edirəm. Dostum çox olub, yoxsa düşmənim, belə bir hesablama aparmamışam. Aparmaq da fikrində deyiləm.

Çölün düşmənlərini,
İçin özünü yandırır.
Dost yox, daha çox düşmən qazandırır
Qürbət uğurları…
Ah bu tənha qumru səsləri,
Ah bu çəkilməz qürbət axşamları,
vətən ağrıları…

Çox yaşayanların ömrü dostlarına ağlamaqla keçər, deyirlər. 

- 1960-cı illərin ədəbi nəsli və müasir Azərbaycan ədəbiyyatı. Bu iki ədəbi nəsil arasında müqayisə aparmaq düzgündür?

- Müqayisəyə qoruq-qadağa yoxdur, əlbəttə, aparmaq olar, baxır necə müqayisə... Amma bu müqayisə hansısa ədəbi nəslin yanında yer almaqla aparılmamalıdır. Çünki hər ədəbi nəslin öz zamanı, öz dövranı var və bu ədəbi nəslin sorumluluğu da yaşadığı zamana və dövrə görə aparılmalıdır. 1960-cı illərin ədəbi nəslinin sıxıntıları və uğurları ilə özgürlük dönəmi ədəbi nəslinin sıxıntı və uğurlarının müqayisəsini bu nəsillərə gələcək zamanların üfüqlərindən boy göstərəcək ədəbi nəsillərin ixtiyarına buraxsaq daha doğru olardı. 

- Ustad Məmməd İsmayılın Azərbaycan ədəbiyyatında öz yeri var. İmzanızı tanıyıb sevənlər sizi unutmayıblar. Və siz ölkəni tərk edib üz tutmusunuz qardaş Türkiyəyə. Bu illər ərzində nələr dəyişdi?

- Unudulub-unudulmamaq şərti şeydir. Bu mənada, doğrusunu deyim, mənim unudulmaq deyə bir dərdim yoxdur. Belә bir dәrdim olsaydı heç: “Bacara bilsәniz mәni unudun, Unudulanların şairiyәm mәn. Canım da adımın ögey vәtәni, Tükәnәn günlәri bu gün, sabahda. Mәnәm içinizdә suçunuz. Mәni, Unutmaq da çәtin, xatırlamaq da…” misraları da yazılmazdı. Əsas olan ortada yazdığın mətndir. Mətn varsa, dəniz sularının qabarma və çəkilmələri olduğu kimi şairə oxucu münasibətinin də qabarma və çəkilmələri olacaq. Dünya realizm cərəyanının başında dayanan fransız yazarı Stendalın “Qırmızı və siyah” əsəri oxucular tərəfindən sükutla qarşılananda yazıçı bu durumu can rahatlığı ilə qarşılamış və XIX yüzilin ortalarında mənim aldığım lotereyanın uduşu XX əsrin otuzuncu illərində olacaq demişdi, amma o qədər gözləmək də lazım gəlməmişdi, yazıçının ölümündən az sonra kəhanəti yerini almış “Qırmızı və siyah” sadəcə fransız oxucuların yox, dünya oxucularının ən sevdiyi romanlardan birinә çevrilmişdi.

- Necə düşünürsünüz, 1990-cı illərdən üzü bəri Azərbaycan poeziyası daha çox itirib, yoxsa qazanıb? 

- İtirdikləri də var, qazandıları da. Bu uzun bir prosesdir və biz də bu prosesin içindəyik, itkilərin və qazancların necəliyi prosesin sonunda bilinəcək.

- Son dövrlərdə Azərbaycandakı ədəbi prosesləri izləməyə imkanınız olurmu?

- Desəm ki, sistemli olur, doğru olmaz, imkanlarımın əl verdiyi qədər izləyə bilirəm. Buna tam izləmək də demək olmaz. Daha çox internet ortamında izləyə bilirəm, internet ortamı da sel kimi bir şeydir, bilindiyi kimi sel qızıl zərrəcikləri yerinə daha çox gil, qum gətirir. 

- Siz həm də televiziya işçisisiniz, aparıcı, jurnalist fəaliyyətindən Azərbaycan Dövlət Televiziyasının sədri vəzifəsinədək uzun bir yol keçmisiniz. Yəqin çoxları bilmir ki, SSRİ dövründə, yəni 1969-cu ildə Azərbaycan televiziya tarixində ilk dəfə "Qızıl qələm" mükafatına Məmməd İsmayıl layiq görülüb. Uzun illər ötəndən sonra isə dövlət televiziyasına rəhbərlik etdiniz. Siz sədr olanda AzTV-də nələr dəyişdi?

- “Odlar diyarı” televiziya jurnalı həqiqətən də Azərbaycan ekranında ilk milli proqram idi. Nə yazıq ki, o zamanlar indiki kimi imkanlar olmadığından o proqramdan sadəcə mətn qalıb, bir də ünvanımza gələn minlərlə təqdir məktubları... AzTV-yə sədr tәyin olunduğum çox çalxantılı bir dövrdü. Amma bütün zorluqlara baxmayaraq biz ölkənin o zamanlar üçün ilk və tək radio və televizya qurumunda bir çox yeniliklər etməyə çalışdıq, ən başlıcası televiziya və radio milliləşdirildi, sözün tam anlamıyla milli bir quruma çevrildi. Ürək rahatlığıyla deyə bilərəm ki, biz xalqa əsla xəyanət etməyən bir yaradıcılıq atmosferi yarada bilmişdik, amma nə yazıq ki, bu sürəcin davamına imkan verilmədi.

- Koronavirus pandemiyasının fəlsəfi-psixoloji mahiyyətini ədəbiyyat belə tezliklə açıb göstərə bilərmi?

- Yox, bu tezliklə göstərə bilməz. Su yer altından bulaq olub çıxa bilmək üçün uzun müddət süxurlardan keçməli, güc qazanmalıdır. Koronavirus pandemiyasının fəlsəfi-psixoloji mahiyyətinin gərәkli şəkildə göstərilə bilməsi üçün zamana ehtiyac var.

- Unutduğunuz şairlər və sizdən ötrü unudulmaz şairlər varmı?

- Unudulan şairlər, əlbəttə, var, unudulublarsa, deməli, belə lazımmış. Qaldı unudulmayan şairlərə... elə bilirəm o şairlər çoxları üçün unudulmazdır: Nəsimi, Füzuli, Vaqif, Sabir, Müşfiq, Əli Kərim... 

- Kimi özünüzə ustad sanırsınız? 

- Türk millətinin iki min illik qan yaddaşını, yuxarıda adlarını çəkdiklərimi və daha neçələrini...

- "Bağlı gözlərini kim açar indi?!" şeirinizdə deyirsiniz:

Gələcək ölümmüş illərin ardı
Sirr dedin, sirrin də yeri bilindi...    

Sirr Sahibindən nələr öyrəndiniz, görən O, sizi Türkiyəyə niyə ötürdü, bu da bir şair missiyasıdır bəlkə?

- Təkrar olsa da deyim ki, məni Türkiyəyə, heç şübhəsiz, O - sirr sahibi ötürdü. Türkiyəyə sadəcə turist kimi gəlməyin belə mümkünsüz olduğu bir dönmdə sirr sahibi mənə belə misralar yazdırmışdı: 

İki sahil yaxasıyam,
Həsrət-həsrət baxasıyam.
Mən Dardanel boğazıyam,
Hamı məndən keçib gedər...

Niyə Bosfor, Bereng deyil, Dardanel yazmalıydım axı?! Bu Dardanel sözünü məni yazdırmağa məcbur edən hansı qüvvə idi? Qəzavü-qədər deyilən gücün məşum rüzgarları məni vətən dediyim doğma torpaqlardan adını eşidib üzünü-özünü görmədiyim (qürbət olsa da), qürbət deməyə dilimin gəlmədiyi bir məkana – Dardanel boğazının sahilində qərar tutan dünya türklüyünün ən ağır sınaqlardan keçdiyi şəhidlər diyarı Çanaqqalaya atacaqdı. Və bu atış bir möcüzə əsəri idi. O qüvvənin həyati planı ilə aradan yeddi il keçəndən sonra Türkiyənin başqa bir yerinə yox, bir zaman qəlbimə damızdırılan Dardanel boğazının sahilində qərar tutan Çanaqqala 18 Mart Universitetində çalışmağa gedəcəkdim. Və deməli, bəlkəsiz bu, o sirr sahibinin planı idi.

- Bizim telekanalların vəziyyətindən xəbəriniz varmı? 

- Doğrusunu deyim, Azərbaycan kanallarının heç birini izləmirm, bəlkə 20 il bundan əvvəl nəyəsə 
baxmaq istədiyim olub, görəndən sonra ki, bu kanalların arxasında hansı məkrli ideyalar dayanır, birdəfəlik izləməkdən vaz keçdim.

- Yaradıcılığınız davam edir... İndiyədək Türkiyədə neçə kitabınız çap olunub? 

- Gənclik illərində olduğu qədər olmasa da yaradıclıq davam edir, insan yaşlandıqca hardasa öz yazıb-pozduqları arasında itib-batır, onları səliqə-sahmana salmaq uzun vaxt tələb edən bir prosesdir. İndiyə qədər Türkiyədə 14 kitabım nəşr edilib.

- Şair Məmməd İsmayılla söhbətimiz “Yolunuz vətənə düşsün!” alqışı ilə bitsin deyirəm. Allahın amanında olun!

- Tәşәkkür edirәm, dost yadigarı, var ol. Haçansa yazdığım şeirimdә belә bir bәnd vardı: 

Ara günlәrini dәrdlә bölüşәr,
Sonra da şәnbәsi, bazarı gәlәr.
Qürbәtә düşәnlәr tarixә düşәr,
Gәlsә dә vәtәnә mәzarı gәlәr... 

Amma inanıram ki, mәn mәğlub millәtin mәğlub şairi kimi dünyadan köçmәyәcəm, Allahın yardımyla günün birindә mütlәq sağ-salim vәtәnә qayıdacam.

Söhbətləşdi: Oqtay Qorçu 
Oxşar xəbərlər
14:10, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirildi - VİDEO
14:04, Bu gün
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
14:00, Bu gün
Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
13:55, Bu gün
Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı
13:50, Bu gün
Folklorşünas: “Novruz ölülərin də bayramıdır” - MÜSAHİBƏ + FOTO
13:45, Bu gün
NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat
13:40, Bu gün
Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
13:35, Bu gün
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
13:30, Bu gün
Bakıda bankdan oğurluq edilməsinin qarşısı alındı - FOTO/VİDEO
13:25, Bu gün
Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb
13:22, Bu gün
Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
13:20, Bu gün
Mingəçevirdə 200 min manatlıq dələduzluğun üstü açılıb
13:16, Bu gün
Yazın ilk gününün hava proqnozu AÇIQLANDI
13:11, Bu gün
3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ! 
13:08, Bu gün
Bu partiyanın rayon şöbəsinin sədri narkotikə görə SAXLANILDI - FOTO
13:05, Bu gün
"Rusiya Ukraynada "sanitar zona" yaratmağa məcbur olacaq" - Putin
13:00, Bu gün
İran hökuməti onlarla yeni zindan tikir - FOTO
12:55, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
12:53, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
12:50, Bu gün
“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:46, Bu gün
“Xəritədə işğal altında olan bölgələri cücərtmirdim, indi isə...” - qeyri-adi səmənilər cücərdən qadın - FOTO + ÖZƏL
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
Niyə başqalarının özəl həyatına müdaxilə edirik?
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 14:50
Qüdrət Həsənquliyevin partiyası adını dəyişir - Ədliyyə Nazirliyinə müraciət ünvanlandı
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 14:50
Qüdrət Həsənquliyevin partiyası adını dəyişir - Ədliyyə Nazirliyinə müraciət ünvanlandı
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB