"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
Müsahibə
Oxunub: 25960
06 Jul 2020 | 14:03
Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının müsahibəsinin davamını təqdim edirik:

- Fəzail bəy, ötən ilin sonlarından bir sıra yerli icra hakimiyyətlərində başlanan həbs dalğası son bir ayda mərkəzi icra hakimiyyətlərinə, nazirliklərə qədər uzandı. İcra başçıları ilə yanaşı, bir sıra dövlət qurumlarının-Mədəniyyət Nazirliyinin (MN), Dövlət Sərhəd Xidmətinin (DSX) və Xarici İşlər Nazirliyinin (XİN) rəsmiləri gözaltına altına alındı, həbs edildi. Hələlik XİN-də keçirilən əməliyyatın təfərrüatları, nəticələri tam açıqlanmasa da, orada da həbslərin olduğu deyilir və təkzib olunmur. Qeyd edək ki, hər üç qurum da çox vacib, strateji qurumdur, mədəniyyətin keşiyində dayanmalı olan MN, sərhədlərin keşiyində dayanmalı olan DSX və xarici siyasətimizin, xarici təhlükəsizliyimizin keşiyində dayanmalı olan XİN…Əgər bu qurumlarda bunlar yaşanırsa, o zaman digərlərindən nə gözləyək, şəxsən Siz nə gözləyirsiniz?

- Əslində, dəyərli jurnalistlərimizin suallarına vermiş olduğum cavablarımda, istər ayrı-ayrı açıqlamalarımda, istərsə müəllif yazılarımda ölkə Prezidentinin 2018-ci ildən başlayaraq həyata keçirdiyi islahatların mahiyyəti üzərində geniç şəkildə dayanmışam. Eyni zamanda belə bir fikri söyləmişəm və bir daha xatırlatmaq istərdim ki, bu islahatların içərisində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xüsusi yer tutur. Ölkə Prezidentinin həyata keçirmiş olduğu islahatlar ciddi hədəflərə yönəlib. Söhbət Azərbaycanın bütün istiqamətlərdə və sahələrdə daha da güclənməsindən gedir. Onun dövlətçilik immunitetinin  möhkəmlənməsindən gedir. Beynəlxalq nüfuzunun artmasından gedir və Azərbaycanı yaxın zaman kəsiyində dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxmaqdan gedir. Amma bu cür ciddi xarakter daşıyan hədəflər, əlbəttə, tələb edir ki, islahatlarla bərabər, həm də bu islahatların aparılmasına maneçilik törədən, onun effektini zəiflədən, əslində deyərdim ki, bütün mənalarda dövlətçiliyimizə böyük problemlər yaradan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ciddi önəm kəsb edir. Bu baxımdan, artıq həyata keçirilən tədbirlər bəllidir və bəziləri elə güman edirdilər ki, bu, dekortiv xarakter daşıyır, müvəqqəti mahiyyət kəsb edir, görüntülərdir və sairə.

Lakin dəfələrlə söylədiyimizi bir daha təkrar edirəm ki, əslində heç bir halda belə deyil və islahatların tərkib hissəsi kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sistemli və ardıcıl mahiyyət daşıyır, korrupsiya və rüşvətxorluq tamamilə, yazıların birində söylədiyim kimi, demontaj edilir. Bəli, vaxtilə bunu himayə edən yüksək səviyyəli məmurlar idi…İllər boyu Prezident Administrasiyasının (PA) rəhbəri olan Ramiz Mehdiyev səviyyəsində nəinki bu himayə olunurdu, onun özü baş korrupsioner kimi fəaliyyət göstərirdi, özünün şəbəkəsini yaradırdı. Böyük biznes imperiyasını formalaşdırırdı. Və ölkə Prezidenti işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün böyük siyasi iradəsini ortaya qoyub. Bu baxımdan, fəaliyyətinin, enerjisinin, vaxtının xeyli hissəsini buna yönəltdiyi, Azərbaycanı beynəlxalq səviyyədə gücünü artırdığı bir zaman kəsiyində, yəni, daxildə gizlin olaraq bu cür korrupsiya və rüşvətxorluq himayə olunur və demək olar ki, bu, cəmiyyətin bütün tərəflərində özünü bir xərçəng kimi göstərirdi. Ona görə də artıq islahatlardan keçən zaman kəsiyində, dediyiniz kimi, təkcə ayrı-ayrı rayonların icra başçıları və onların ətrafı deyil, digər yüksək ranqlılar da bundan nəsibini alıblar. Bu hələ də gedəcək, davam edəcək.

Mən düşünmürəm ki, bu sahədə də iş dayanıb və üç mühüm sahədə-mərkəzi icra orqanlarında da rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə artıq göz önündədir. Aparılan bütün bu işlər, həyata keçirilən tədbirlər, yəni, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə cəmiyyətimiz və xalqımız tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir, dəyərləndirilir və qəbul edilir. İndi baxın. Vaxtilə mən həm Mədəniyyət Nazirliyi ilə bağlı, həm də DSX ilə bağlı fikirlərimi söyləmişəm. Təəssüf edirəm ki, Azərbaycanın son dərəcə ciddi bir qurumu, həm də siyasi qurumu ola Xarici İşlər Nazirliyində də belə hallar artıq üzə çıxarılır. Onsuz da Elman Məmmədyarovun əməlləri bəlli idi. Mən vaxtilə onun haqqında ciddi fikirlərimi söyləmişdim-Milli Məclis səviyyəsində. Siz də bir jurnalist kimi orada iştirak edirdiniz. Onun istefasını tələb etmişdim. Onu istefaya çağırmışdım-Azərbaycanın dövlətçiliyi naminə. Ancaq bu, əksinə timsah təbəssümü ilə yenə də öz işləri ilə məşğul idi və orada hətta ayrı-ayrı vəzifələrə gedənlərdən pul alınır, rüşvət əldə edilir, rüşvət götürülür, nazirliyə ayrılan pullar ən müxtəlif şəkildə silinir, korrupsiya adi hal almışdı. Başqa bir tərəfdən isə Məmmədyarov yumşaq, malalayıcı fəaliyyəti ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini daha kəskin notlarla dünya ictimaiyyətinə çatdırmaqda acizlik göstərən bir mövqe nümayiş etdirirdi.

İndi artıq görünənlər deşifrə olundu, gümanlar üzə çıxdı və mən tamamilə əminəm ki, daha ciddi mahiyyət kəsb edəcək. Araşdırmalar aparılır, indi baxaq görək burada hansı cinayət əməllərinə yol verilib. İlkin məlumatlara görə, 7-8 nəfərin saxlanılması deyilir. İndi bu nə dərəcədə dəqiqdir, nə dərəcədə dəqiq deyil, bunu, əlbəttə, söyləmək indiki halda çətindir. Hər halda yaxın vaxtlarda mənə elə gəlir ki, Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı açıqlamasını verəcək. Hər kəs öz taleyini yaşayır. Hər bir insan vəzifəyə gələndə məsuliyyətini dərk edib dövlətin, dövlət başçısının ona etimadını yüksək qiymətləndirib, millətinə və dövlətinə sədaqətlə xidmət etməyi özünə şərəf bilməlidir. Yoxsa vəzifə bir çox məmurlar, yüksək çinlilər ac qurd kimi daraşırlar dövlətin büdcəsinə. Rüşvətxorluq geniş miqyas alır. Ona görə də problemlər, əlbəttə, bizi çətin vəziyyətə qoyur, dövlətimizi çətin vəziyyətə qoyur. Ona görə də bu insanlara qətiyyən güzəşt ola bilməz və ümidvaram ki, güzəşt olunmayacaq…

- Siz Ramiz Mehdiyevin adını daha çox qabartdınız. Amma məlumdur ki, o, daha çox yerli icra hakimiyyətlərinə, icra başçılarına nəzarət və bir çox hallarda himayədarlıq edirdi. Ancaq adları çəkilən qurumlar və onların rəhbər şəxsləri Mehdiyevin nəzarətindən kənarda idilər, başqa qanadların təmsilçiləri sayılırdılar…

– Mən, əlbəttə, istəməzdim ki, kiminsə rolunu daha çox şişirdim, kiminsə rolunu aşağı səviyyədə qiymətləndirim. Bunu istəməzdim. Əgər Ramiz Mehdiyev əlinə böyük səlahiyyətlər cəmləyib, ən müxtəlif iclaslarda, müxtəlif yerlərdə ölkənin Konstitusiyası ilə təsbit edilən ikinci, üçüncü şəxsini belə küncə sıxmağa çalışır və buna nail ola bilirdisə, deməli, digər nazirliklər də, digər mərkəzi strukturlar da, təbii ki, onun himayəsindən uzaqda deyildi. Baxmayaraq ki, Xarici İşlər Nazirliyi fərqli bir qurumdur, Ramiz Mehdiyevdən daha az asılı olan bir nazirlikdir, ancaq hər halda onun yaratmış olduğu şərait, mühüt, eyni zamanda da, Xarici İşlər Nazirliyində özünü ifadə etməkdəydi. Ramiz Mehdiyevin əlləri çox uzun idi. Onun təsir göstərmədiyi nazirlik və struktur ölkədə yox idi.  Bunu birmənalı bilmək lazımdır. Ancaq əlbəttə ki, Xarici İşlər Nazirliyində baş vermiş olan hadisələrin hamısının günahını mən Ramiz Mehdiyevdə görmək istəməzdim. Yəni, onunla əlaqələndirmək istəməzdim. Bu, doğru olmazdı.

Hər bir nazir, təbii ki, özünün şəxsi keyfiyyətləri ilə, xarakteri ilə, mövqeyi ilə dövlətçiliyə və xalqa sədaqəti ilə fərqlənən insanlardır. Elə strukturlar var ki, elə rəhbər şəxslər var ki, doğurdan da, onlar bütün ruhu ilə dövlətçiliyimizə bağlıdırlar, korrupsiya və rüşvətxorluqdan uzaqdılar, özlərinin fəaliyyətlərini dövlətçilik prinsipləri üzərində qurublar, fəaliyyətlərini göstərmişdilər və göstərməkdədilər. Lakin elələri də var ki, Elmar Məmmədyarov kimi insanlar, bunlar üçün dövlətin ona vermiş olduğu imkanlardan şəxsi maraqları üçün sui-istifadə edərək, var-dövlət toplamaq, külli miqdarda sərvət əldə edib, gələcək həyatlarını daha yüksək səviyyədə qurmaq baxımından fərqlənirlər və düşünürlər belə həyat tərzinə malikdirlər. Ona görə burada fərdi yanaşmanı önə çəkərək demək istərdim ki, Məmmədyarov xarici işlər naziri kimi ən pak insanlardan, ən pak nazirlərdən biri olmalı idi. Çünki xarici işlər nazirinin özü bunu tələb edir. Bu vəzifənin fəlsəfəsi, bu vəzifənin daşıdığı yük, məsuliyyət edir ki, o, təmizin təmizi olmalıdır. Pak olmalıdır ki, öz işini yüksək səviyyədə qura bilsin. Həm də xüsusi olaraq onu demək istərdim ki, bu cür insanların, ümumiyyətlə, təminatı kifayət qədər yüksək olur. Bu da var. Ancaq tamahkarlıq və şəxsi mənfi keyfiyyətlər bu insanları bu cür fəlakətli sonluğa gətirib çıxara bilir və artıq bundan sonra o həyatının hansı anlarını yaşayacaq, bunu təsəvvürünə gətirməlidir və bu acı taleyini bundan sonra yaşamalıdır.

- Adları çəkilən şəxslər, vəzifəsindən kənarlaşdırılan Əbülfəs Qarayev, o cümlədən, Məmmədyarov və digəri gələcək dönəmdə həbs oluna bilərlərmi?

– Bu, təbii ki, istintaqın predmetidir. Ancaq bir şey var ki, mədəniyyət naziri, nazirlikdə baş verən hadisə ilə bağlı mövqeymi bildirmişdim və indi də təkrar etmək istəyirəm ki, əgər istənilən bir nazirlikdə, strukturda çalışan idarə rəisləri, müavinlər rüşvətxorluq və korrupsiya ilə məşğuldursa, boğaza qədər bu cinayətin içindədirsə, əgər bundan nazirin xəbəri yoxdursa, düşünürəm ki, çox sadəlövhlük olar. Buradan iki cür nəticəyə gəlmək olar: Birincisi, bəli, o, nazir öz tabeçiliyində olan insanlara nəzarət edə bilmir, bunun özü də bağışlanmazdır. Və yaxud, bu cinayət işlərinin baş verməsində onunla bərabərdir. Mən düşünürəm ki, ikinci daha əsaslı və güclü versiyadır, həqiqətə daha çox yaxındır. Ona görə də indi istintaq gedir, baxaq görək istintaqın nəticələri nə deyir.

- Belə fikirlər də səsləniir ki, bəs bunlara niyə dözülürdü və ya Mehdiyevin niyə AMEA-da qalmasına dözülür?

– Mən yuxarıda da söylədim ki, 2018-ci ildən sonra başlamış olan islahatlarda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xüsusi önəm kəsb etdi. Bir daha müəllif yazımda olan bir məqama qayıtmaq istəyirəm ki, Ramiz Mehdiyev icra administrasiyanın rəhbəri olduğu zaman kəsiyində əlində hədsiz böyük hakimiyyət cəmləşdirmişdi. Və o, onun sözündən çıxanı, iradəsinə tabe olmayanı ən müxtəlif şəkildə cəzalandırmağı bacarırdı. Yəni, şərlə, böhtanla, qurmuş olduğu tələ ilə, intriqalarıla, qarşıdurmalarla həmin insanı sıradan çıxarmağı bacarırdı. Ona görə də ondan hər kəs çəkinirdi və o baş korrupsioner kimi fəaliyyət göstərirdisə, digərləri də təbii ki, fəaliyyət göstərir və onun tapşırıqlarını da yerinə yetirdilər. Bax belə bir zaman kəsimində, ölkənin bütün istiqamətlərində effektiv islahatlarların aparılması üçün məhz hakimiyyətin hər bir qanadında islahatların aparılmasına ehtiyac var idi. Bu islahatların aparılmasında kadr islahatları mühüm əhəmiyyət kəsb edirdi. Ölkə Prezidentinin 2018-ci ilin Prezident seçkilərindən sonra hökumə yenidən təşkil edildi. Ora təmiz imici olan müasir dünyagörüşünə malik və müstəqillik dövründə formalaşan, kifayət qədər idarəçilik koridorlarından keçib artıq müstəqil fəaliyyət göstərmək kimi vacib keyfiyyəti özündə ifadə, əxz edən kadrlar, mütəxəssislər yüksək vəzifəyə gətirdi. Hökuməti onlardan formalaşdırdı.

Xüsusi olaraq ölkə daxilində korrusiya və rüşvətxorluq hallarının aradan qaldırılması üçün son dərəcə mühüm bir addım atıldı. Konstitusiyada vitse-prezidentlik institutunun yaradılması təsbit edildi. Hər zaman ölkə Prezidenti ilə birgə, qoşa addımlayan, kifayət qədər idarəçilikdə təcrübə toplayan, dövlətimizə sədaqət nümunələrindən biri kimi dövlət başçısı ilə çiyin-çiyinə fəaliyyət göstərib, Azərbaycanın problemlərinin həllində böyük fədakarlıq göstərən Mehriban xanım Birinci vitse-prezident təyin olundu və Ramiz Mehdiyevin səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırıldı. Mehriban xanımın gəlişi ilə artıq həmin şəbəkələşmiş korrupsiya və rüşvətxorluq piramidası sökülməyə başladı. Ramiz Mehdiyevin PA-dan gedişindən sonra da baxın bütün bu hallar baş verdi. Maraqlıdır ki, ölkədə eyni zamanda, radikal müxalifətin də bu gün səsi çıxmır. Çünki onu idarə edən, koordinasiya edən “boz kardinal” artıq səlahiyyətlərindən məhrum olub. Baxmayaraq ki, yenə yerində sakit durmur və istər-istəməz bu məsələlərin hansı bir şəkildə izahın verməyə çalışırıqsa, o gəlir bir nöqtədə-Ramiz Mehdiyev amilində cəmləşir. Bu baxımdan, demək istəyərdim ki, məhz Nazirlər Kabinetində, Prezident Administrasiyasında, Milli Məclisdə aparılmış islahatlar imkan verdi ki, ölkə rahat nəfəs almağa başlasın.

Dövlət quruculuğu ciddi şəkildə irəliyə getsin, eyni zamanda, bütövlükdə dövlətimizə böyük, ciddi problemlər yaradan, islahatların keçirilməsinə mane olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə də islahatların bir elementi kimi bu gün çox aktualdır. Bunun başqa izahı yoxdur. Yəni, islahatlar gedirsə, islahatların bir elementi kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmalıdır. Bunun artıq baş himayəçisi yoxdur. Ona görə ki, himayə edən, buna mane olmağa çalışan adam yoxdur. Əksinə, bu gün ölkənin, ölkə Prezidentinin komandası – söhbət hüquq-mühafizə orqanlarından gedir, söhbət Prezident Administrasiyasından gedir- Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında bu gün həm də rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə səfərbər olunub, bu hallara qarşı çox amansız müharibə elan edilib. Bu, ölkə Prezidentinin özü tərəfindən önə çəkildi ki, artıq biz rüşvətxorluq və korrupsiya qarşı barışmaz və ardıcıl müharibə aparırıq, mübarizə edirik.

Etikxeber.az
Oxşar xəbərlər
15:01, Bu gün
"ABŞ İsrailin Rafahda hərbi əməliyyata başlamayacağına bel bağlayır" - Sallivan
14:55, Bu gün
Putinin qələbəsindən sonra... – TƏHLİL
14:50, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir”
14:45, Bu gün
Ermənilərin son ümidi: Qərb və Rusiya Qarabağa görə yenə bir araya gələcək?
14:40, Bu gün
AYNA taksi sürücülərinə xəbərdarlıq etdi - FOTO
14:35, Bu gün
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
14:30, Bu gün
Riki Martinlə duet oxumaq istəyən Roza: "Mənə 25 000 AZN ödəyib duet oxuyublar" - VİDEO
14:25, Bu gün
Bəşəriyyətin mənəvi dəyəri...
14:20, Bu gün
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” - Xalq artistindən etiraz
14:15, Bu gün
Bayram günlərində bölgələrdə qar yağacaq
14:10, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirildi - VİDEO
14:04, Bu gün
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
14:00, Bu gün
Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
13:55, Bu gün
Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı
13:50, Bu gün
Folklorşünas: “Novruz ölülərin də bayramıdır” - MÜSAHİBƏ + FOTO
13:45, Bu gün
NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat
13:40, Bu gün
Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
13:35, Bu gün
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
13:30, Bu gün
Bakıda bankdan oğurluq edilməsinin qarşısı alındı - FOTO/VİDEO
13:25, Bu gün
Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb
13:22, Bu gün
Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
13:20, Bu gün
Mingəçevirdə 200 min manatlıq dələduzluğun üstü açılıb
13:16, Bu gün
Yazın ilk gününün hava proqnozu AÇIQLANDI
13:13, Bu gün
Paşinyan aktiv tiktoker olmaq qərarına gəldi
13:11, Bu gün
3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ! 
13:08, Bu gün
Bu partiyanın rayon şöbəsinin sədri narkotikə görə SAXLANILDI - FOTO
13:05, Bu gün
"Rusiya Ukraynada "sanitar zona" yaratmağa məcbur olacaq" - Putin
13:00, Bu gün
İran hökuməti onlarla yeni zindan tikir - FOTO
12:55, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
12:53, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
12:50, Bu gün
“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:46, Bu gün
“Xəritədə işğal altında olan bölgələri cücərtmirdim, indi isə...” - qeyri-adi səmənilər cücərdən qadın - FOTO + ÖZƏL
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
Niyə başqalarının özəl həyatına müdaxilə edirik?
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 15:27
Qərbin iki erməni varis planı - Onlardan biri... ŞOK PLAN
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:35
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 15:27
Qərbin iki erməni varis planı - Onlardan biri... ŞOK PLAN