“Bombalanmalı heç nəyimiz yoxdur: Nə fabrikimiz var, nə qaz kəmərimiz, nə dəmir yolumuz. Bu səbəbdən də müharibədən qorxmuruq”.
Moderator.az xəbər verir
ki, bu açıqlama ilə Ermənistan ordusunun keçmiş baş qərargah rəisi,
general-leytenant Norat Ter-Qriqoryants çıxış edib. Erməni generalı bildirib
ki, fabrikərə, qaz kəmərlərinə, dəmir yollarına, strateji əhəmiyyətli obyektlərə
malik olan Ermənistan yox, Azərbaycandır və buna görə də müharibədən, onun
dağıntılarından daha çox Azərbaycan ehtiyat etməlidir.
Azərbvaycanın
silahlandığını və hərbi təlimlər keçirdiyini bildirən erməni generalı, bundan
qorxmadıqlarını, daha doğrusu qorxacaq heç bir şeylərinin olmadıqlarını
bildirib.
Keçmiş qərargah rəisinin
Azərbaycanın ünvanına səsləndirdiyi bu hədə, nəticə etibari ilə Ermənistanı bir
kəs daha bütün dünyada rüsvay edib. Buna səbəb erməni generalının Ermənistanın
sıfır iqtsiadiyyata malik olmasını etiraf etməsi, onun normal infrastrukturdan
belə məhrum olmasını təsdiqləməsidir.
General Norat
Ter-Qriqoryantsın bu etirafından avtomotik olaraq ortaya çıxan məntiq isə
budur: Madam ki, Ermənistanda normal iqtisadiyyat yoxdur, deməli normal ordu da
mövcud deyil. Bu isə o deməkdir ki, işğalçı dövlətin Azərbaycan ordusundan
qorxmaması üçün heç bir səbəb yoxdur.
Seymur ƏLİYEV