"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
Oxunub: 1300
07 Jul 2020 | 15:07

Erməni rejissor Nora Martirosyanın Dağlıq Qarabağda çəkdiyi filmin Fransanın Kann Film Festivalının proqramına salınmasına etirazlar davam edir. Mədəniyyət müstəvisində Qarabağla bağlı aldığımız nöbəti zərbənin səbəbini və çıxış yollarını ədəbiyyat adamları şərh edir. 

Moderator.az Kulis.az-a istinadən qələm adamlarının ermənilərin Kann festivalındakı çıxışına münasibətini təqdim edir.

Sabir Rüstəmxanlı

Gallery

Biz gecə-gündüz "erməni bu işi gördü, biz də onun yolu ilə gedək" deməkdənsə, öz işimizi görməli, öz yolumuzu getməliyik. Hər işdə qabağa düşməyə çalışmalıyıq. Dövlət bu iş üçün şərait yaratmalıdır. İmkanlı adamların milli qeyrəti olmalıdır, bu sahəyə maliyə dəstəyi verməlidirlər.

Səfər Alışarlı

Gallery

Kino çox ciddi məsələdir. İstedadlı bir film bir millət, onun əxlaqı və mədəniyyəti haqqında külli təsəvvürü dəyişə bilər. Məsələn, şotlandların "Cəsur ürək" filmi kimi. Mən ermənilərin yüksək səviyyəli film çəkəcəklərinə inanmasam da, türk düşmənlərinin bu festivalda da onlara yüz faiz dəstək verəcəyinə şübhə etmirəm.

Sənət baxımından bizim bir millət olaraq işlərimiz o qədər də qənaətbəxş deyil. Bizim dəstəklənən, rəsmi mədəniyyət və incəsənətimiz çox zəif və təsirsizdir. Bu sahə bütün dövrlərdə xalqımıza canı, qanı ilə bağlı olmayan adamlarla dolu olub. Nəticə göz qabağındadır. Xalqımız sanki milli mədəniyyətinə inanmır, ona güvənmir və ondan sanballı bir şey gözləmir.

Anar

Gallery

Elə sual verirsiniz ki, mən bilmirəm necə cavab verim. Onlar film çəkmək üçün vəsait ayırırlar, ona görə də yaxşı filmlər çəkirlər. Filmlərə bahalı aktyorları cəlb edirlər. Bizdə isə bir-birinin ayağından dartmaqla məşğuldular. Yaxşı film üçün yaxşı maliyə və aktyorlar lazımdır. Bundan başqa mən nə deyim? Yəni yaxşı filmlər çəkib, festivallarda çıxış edə bilmək üçün yaxşı vəsait lazımdır.

İlqar Fəhmi

Gallery

Ümumiyyətlə sizə deyim ki, bu kimi məsələlər tək kinoda yox, bir çox sahələrdə başımıza gəlir. Belə deyək də, ədalətinə, demokratiyasına güvəndiyimiz o Qərb cəmiyyəti həmişə vasitəçiliyi satıb, ayrı seçkilik göstərib. Ümumiyyətlə, onların kriteriyalarında belə bir şey var; bizim əsərlər bu cür yerlərə gedəndə cavab verirlər ki, siyasi məslələrə toxunmuruq, hansısa tərəfin mövqeyini işıqlandırmırıq. Bu cür sözlər deyə-deyə, son on beş ildə Kann festivalında ermənilərin maraqlarını müdafiə edən nə qədər materiallar keçib ki, konkret onların siyasi məqsəd daşıması üçün festivala gəldiyi məlum olub. Bəs onda bu festival niyə onlara yer verib?

Siz işin texniki tərəfini nəzərdə tutursunuz. Amma bir incə detal var. Misalçün, bizdən material qəbulu barışıq mövqeyi olarsa, mümkündür. “Nabat” filmi bizdə çəkiləndə onun rejissoru Elçin Musaoğlu festivallarda mərhələləri keçmək üçün nə qədər məqamları pərdələdi. Filmdə konkret düşmənin kim olduğu, müharibənin harada baş verməsi, kəndin harda yerləşməsi bilinmir. Bütün bunları etdi ki, mərhələləri keçə bilsin və doğurdan da "Nabat" filmi Venesiyaya qədər gedib çıxdı. Amma o filmdə konkret bir yerdə bilinsəydi ki, söhbət Qarabağdan gedir, düşmən də ermənidir, o saat həmin filmin qarşısını kəsəcəkdilər. Elədirsə, bəs niyə ermənilərin filminə qadağa qoymurlar? Bizim nə qədər filmlərimizi bu festivallarda kəsirlər.

Bu günə qədər eləmək istədiklərimiz bu olub, amma bütün həqiqətləri üstüörtülü şəkildə çatdırmışıq. Yəni açıq şəkildə çatdıranda qabağını kəsilər, imkan vermirlər. İnsafən bizim Qarabağla bağlı çox yaxşı qısa filmlərimiz olur. Amma zərrə qədər tərəf görünən kimi o dəqiqə beynəlxalq festival olduğunu vurğulayır, bir tərəfin mövqeyinin işıqlanmasını doğru hesab etmirlər.

Biz eyni prosesləri 90-cı illərin əvvəllərində də yaşamışıq. Ermənilərin sözlərini həmişə yuxarı başa çəkirdilər. Amma bizim dediyimiz həqiqətləri kəsib, doğrayırdılar. O vaxtı Heydər Əliyev bu cür tədbirlərdə iştirakımızı təmin etməklə o informasiya blokadasını dağıtdı. Yoxsa, 90-cı illərin əvvəllərində Azərbaycan xalqı dünya ictimaiyyətinin gözündə bir vəhşi, barbar, feodal dövrünün qalığı, başkəsən, amma ermənilər məzlum, yazıq, şiddətə məruz qalan xalq kimi göstərilirdi. Yəni biz bu birtərəfliliyi çox görmüşük. Amma yenə də qiyməti onlardan umuruq. Doğurdanmı bizə çox vacibdir ki, bizə qarşı o cür münasibət göstərən insanları başımızın üstünə qaldıraq, yenə də onları ölçü vahidi olaraq götürək? Halbuki görürük, onlar bizi qəbul eləmir. Bizim həqiqətimizi görmək istəmirlər. Bəlkə başqa yollar tapmaq, alternativ çıxışlar ortaya qoymaq lazımdır! Nəinki Kann festivalına çıxmağı qarşımıza məqsəd qoymağı. Onlar üçün önəmli olan ermənini, xristianı ön plana çıxarmaqdı.

Etimad Başkeçid

Gallery

Kino məsələlərini bütünlüklə 25-30 yaşlı cavan, kreativ insanlara həvalə etmək lazımdır.

Narıngül Nadir

Gallery

Kann Film Festivalında ermənilərin Dağlıq Qarabağdan bəhs edən film ilə iştirak etmələrini və filmin məqsədli şəkildə məhz işğal olunmuş Azərbaycan torpaqlarında çəkilməsini informasiya müharibəsi kimi də qiymətləndirmək olar. Və belə olduğuna əminik! Halbuki bu gün informasiya müharibəsinə, təşklatlanmağa bizim onlardan daha çox ehtiyacımız var.

Əlbəttə, belə bir filmin məşhur Kann Film Festivalı proqramına salınması birmənalı olaraq bizim tərəfimizdən narazılıqla qarşılanıb.

Məlumdur ki, bu film ilə bağlı Azərbaycan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, eləcə də, Azərbaycan Yazıçılar Birliyi tərəfindən Kann Film Festivalına, həm də, Fransanın Azərbaycandakı səfirliyinə etiraz bəyanatları səsləndirilib. Və yəqin ki, başqa qurumlar tərəfindən də etiraz bəyənatları səsləndiriləcək. Təbii ki, hər hansı etiraz notalarına baxmayaraq, filmin festival proqramından çıxarılması inandırıcı görünmür. Sadəcə olaraq, biz ən azından öz haqlı etirzımızı bildirməli, səsimizi ucaltmalıyıq.

Bu başqa bir məsələdir ki, bizim gecikməyimiz, laqeydliyimiz həmişə özünün acı nəticəsini göstərir.

Ölkə prezidentinin sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-cil illər üzrə inkişfaı proqramı” üçün dövlət büdcəsidən çox böyük məbləğdə pul ayrılmışdı. Əslində, beynəlxalq kino arenasında bu vəsaitdən istifadə edərək çox işlər görmək, Qarabağ müharibəsindən bəhs edən sanballı filmlər çəkmək olardı. Təəssüf...

Amma yenə də üzümüzü ümid işığına tutaq.

Kann Film Festivalında Azərbaycanlı refissor Teymur Hacıyevin “Axşama doğru” filmi də iştirak edəcək. Ümid edək ki, həmvətənimiz bu festivalda uğur qazanacaq və bununla da Kann festivalı bizim üzümüzdə, az da olsa, təbəssüm yaradacaq...

Aqşin Yenisey

Gallery

Ermənilərin türklərə qarşı kinematoqrafik təbliğatı, təxminən, Çarli Çaplinin ilk filmlərinin çəkildiyi dövrə təsadüf edir. Bildiyiniz kimi İngiltərə, Fransa və Rusiya Osmanlını daxildən parçalamaq üçün həmişə ermənilərdən istifadə edirdi. Hələ 1886-cı ildə Sivasda ermənilər üçün ABŞ konsulluğu açılmışdı. Tarixçilər bu məsələni daha yaxşı bilirlər. 1915-ci il hadisələrindən sonra ABŞ-da yaşayan ermənilər 1920-ci ildə türklərin əleyhinə “Les Ames Vendues” yəni "Satılmış Ruhlar" adlı film çəkib bütün festivallara göndərirdilər. Film başdan-ayağa türklərin barbar, vəhşi obrazını yaratmaq üzərində qurulmuşdu. Yəni biz bu oyunu yüz il əvvəl uduzmuşuq.

Məsələ 20-30 ilin söhbəti deyil. Ermənilərə qarşı vahid türk strateji proqramı hazırlanmayınca və bu proqramın icrası cüvəllağı vətənpərvərlərə deyil, intellektual insanlarımıza həvalə edilməyincə biz həmişə və bütün cəbhələrdə ermənilərə uduzacağıq. Etiraf etməsək də.

Sevinc Elsevər

Gallery

Ermənilər həmişə bizdən ayıq olmağı bacarıblar. Hələ ötən əsrin əvvəllərində Abbas Səhhət Mirzə Ələkbər Sabirin ilk kitabının çap olunması üçün ianə toplayanda, öz camaatımızdan cəmi 26 manat pul yığa bilmişdi. Qalan pulu isə erməni qadınları verdilər, dedilər ki, Sabirin “harda müsəlman görürəm, qorxuram” misrası xoşlarına gəlir. Hətta ilk nəşrinin ön sözündə kitabın kimlərin puluyla çap olunduğu da qeyd olunub, deyilənə görə.

Onlar illərdi bu propaqandanı aparırlar. Hətta öz mətnlərimizdən, öz elmi kitablarımızdan bizə qarşı istifadə edirlər. Universitetdə oxuduğum zamanlarda müəllimlərimdən biri deyirdi ki, ermənilər “Google”da, vikipediyada ölkəmiz haqqında düzgün olmayan məlumatlar yerləşdirirlər. Biz onlara yazanda ki, bu məlumatlar səhvdir, həqiqəti əks etdirmir, onlar bizə Sovet dövründə öz alimlərimizin yazdığı mənbələri göstərirdlər, deyirdilər ki, bunu təkcə biz özümüz fikirləşmirik, baxın, sizin alimləriniz özləri filan mənbələrdə belə yazıblar. O alimlər o mənbələrdəki yanlış məlumatları necə yazırdılar? Əlbəttə ki, ermənilərin təsiri, təşviqi ilə! Sovet dövründə biz onları qardaş xalq, dost bildiyimiz zamanlarda, onlar gələcək üçün bu cür xain planlar qururdular.

Təbii ki, uzun illərin fəaliyyətinin nəticəsidir ki, onların Qarabağ mövzusunda çəkdiyi film bu gün Kanna qədər gedib çıxır.

Bizim Qarabağ mövzusunda çəkdiyimiz bir çox filmlər həddindən artıq siyasidir, mesajları açıqdır. Çox saf və biclik işlətmədən yanaşırıq bu mövzuya. Bəzi filmlər yaxşıdır, ancaq texniki cəhətdən zəifdir. Həm texniki, həm məzmun baxımından yaxşı filmlər çəkməliyik. Mövzunun üzərindən hoppanaraq, diqqəti insan probleminə yönəldərək. Sənətkar siyasətçi deyil, o, münaqişə həll eləyə bilməz. Onun münasibəti vacib deyil. Əsas odur o münasibəti tamaşaçıda yarada bilsin. Bizim rejissorlar isə film çəkəndə əsl siyasətçi kimi davranırlar. Öz münasibətlərini önə çəkirlər. O münasibət yadelli tamaşaçının münasibətinə çevrilə bilmir. Onda hiss oyatmır, o, bu hadisələrin içində olmayıb, ona erməni də əhvalat danışır, azərbaycanlı da. O, baxır ki, kim inandırıcı danışır. İnandırıcı danışmaq lazımdır sadəcə. Yaxşı ssenarilər yazılmalıdır.

Səs-küy salan erməni filmini görməmişəm, ancaq necə bir film ola biləcəyini indidən təxmin edirəm.

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib