"Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır"
Oxunub: 1382
07 Jul 2020 | 16:42
“COVID-19-un insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə göz önündədir. Hər bir ölkə bu çətinliklərdən az itki ilə çıxmaq istəsə də reallıq tamamilə onun əksini göstərir. Əlbəttə, hər bir məsələ müqayisə tələb edir. Statistikaya müraciət etdikdə görürük ki, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 mindir. Hansı ki, o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu kimi faktlar onu deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz, ən əsası xəstəlik sərhəd tanımır. Azərbaycan ilk gündən həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə bugünkü reallıqlara yol açdı. Koronavirusla mübarizənin birinci mərhələsini az itki ilə sona çatdıran ölkəmiz bu tədbirləri daha da sərtləşdirməklə insanların sağlamlığının prioritetliyini ön plana çəkərək, eyni zamanda, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımların atılmasının zəruriliyini açıqlayır. Məhz Azərbaycanın COVID-19-dan qorunmaq strategiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin, həmçinin bu xəstəliklə mübarizədə təkmil təcrübəyə malik olmasının nəticəsidir ki, əksər dövlətlər bizim təcrübəmizdən yararlanır, eyni zamanda, Azərbaycanın birliyə, həmrəyliyə çağırışlarını, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin uğurlu nəticələrindən bəhs edib. Cənab İlham Əliyev bu fkri xüsusi önə çəkib ki, bu xəstəlik belə bir reallığı da göstərib: - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür: “Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən

ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.”

“Ölkəmiz ilk gündən atdığı bütün addımlarını dərindən təhlil etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini əsas götürdü. Atılan addımlarda məqsəd təbii ki, insanların sağlamlığını, həyatını qorumaqdır. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək” söyləyən baş redaktor bildirib ki, bu problem xəstəliklə əlaqədar olduğu üçün ilk növbədə səhiyyə sistemində mövcud imkanlar diqqət çəkir. Hazırda Azərbaycan səhiyyəsi inkişaf dövrünü yaşayır: “Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan andan səhiyyə infrastrukturu bu mübarizəyə istiqamətləndirilərək, aidiyyəti qurumların fəaliyyəti əlaqələndirildi. Dövlətimizin başçısı İlham Əliyevin insan amilinə verilən dəyərdən qaynaqlanan addımları yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmalarının dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsində aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Bakının Xətai rayonunda modul tipli hospital bu diqqət və qayğının tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 10 modul tipli xəstəxana kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bunlardan 5-i artıq istifadəyə verilib. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılması və onlara təhkim edilməsi koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməyə və tibbi koordinasiyanın təmin edilməsinə xidmət edir. Ümumilikdə, inşa ediləcək 10 modul tipli xəstəxana kompleksi ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xəstəxanaların tez bir zamanda inşa edilməsi hətta seytnot vəziyyətdə lazımi addımların atıldığını təsdiq edir.”

Dövlətimizin başçısı İlham Əliyevin “Heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik» fikirlərini önə çəkən baş redaktor onu da əlavə edib ki, diqqət

yetirsək görərik ki, ölkə Prezidentinin modul tipli on xəstəxananın tikintisi ilə bağlı qərarı xəstəliyin yayılması o qədər də geniş vüsət almadığı dövrə təsadüf edir: «Amma bu gün etiraf etmək lazımıdır ki, əksər vətəndaşların məsuliyyətsizliyi üzündən yoluxanların sayı artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin növbəti modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərarı məhz gələcəyə hesablanıb. Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır. 45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu kimi addımlar bir daha dövlətimizin kompleks tədbirlərinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, bugünümüzlə yanaşı, gələcəyimizə də hesablandığını bir daha ortaya qoyur. Hər bir sahə üzrə konkret Dövlət proqramlarının mövcudluğu və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Cənab Prezident İlham Əliyevin «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» çağırışına uyğun olaraq regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə dövlətimizin başçısının təsdiqlədiyi regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələrdə tibb müəssisələrinin, Müalicə Diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi diqqətdən kənarda qalmadı. Bu gün koronavirus xəstələrinin ixtiyarında olan 45 xəstəxandan 36-sı məhz möhtərəm Prezidentimizin Sərəncamı əsasında son illərdə inşa edilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. »

V.Rəhimzadə bildirib ki, insanların sağlamlığının qorunması üçün bütün xəstəxanalarda lazımi şərait yaradılıb. Mübarizə tədbirlərinə başlananda Azərbaycanda cəmi altı laboratoriya var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb. Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibəsində bu rəqəmləri də açıqlayıb ki, 15 yeni laboratoriya sifariş edilib, laboratoriyaların sayı ümumilikdə 44-ə çatacaq. Bu isə öz növbəsində daha çox test aparmağa imkan yaradacaq. Bu günə qədər 500 mindən çox test aparılıb. Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir.

Dövlətimizin insanların sağlamlığının təmin olunması istiqamətində atdığı addımlara diqqət çəkən V.Rəhimzadə bildirib ki, bu gün hər bir vətəndaşın üzərinə düşən vəzifə məsuliyyət hissini artırmaqdır. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Çünki bütün qaydalar insanların, o cümlədən karantin

rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Əgər dövlət lazım olan bütün tədbirləri həyata keçirirsə, həkimlərimiz sağamlığımızın keşiyində dayanırlarsa, polis orqanları karantin qaydalarına riayət olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlərsə, təbii ki, hər bir vətəndaş bu diqqət və qayğıdan özünün sağlamlığı üçün nəticə çıxarmalı, özünün və ətrafının sağlamlığına çalışmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.

Baş redaktor Azərbaycanın məhdudlaşdırıcı tədbirlərinin ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildiyini bildirib: «Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan müsahibəsində də bu məqamlara xüsusi diqqət çəkilib. Azərbaycan da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada dəstəkləyir, ona maliyyə yardımı göstərir. Azərbaycan pandemiyadan sonra da Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını davam etdirəcək. İstər Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun dövlətimizin başçısına ünvanladığı məktublarında, istərsə də cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşlərinə videomüraciətində səsləndirdiyi fikirlər Azərbaycanın ilk gündən seçdiyi yolun düzgünlüyünü bir daha təsdiqləyir.»

V.Rəhimzadə onu da qeyd edib ki, insanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün prioritetdir. Heç bir sosial layihə təxirə salınmadı. 2020-ci ilin əvvəlindən indiyədək reallaşan sosial layihələr davamlılığı ilə diqqət çəkir: «Cənab İlham Əliyev müsahibəsində cari ildə ən həssas təbəqəyə aid olan layihələrin icra edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, cari ildə məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə cari ildə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəni, yaxud da 300 mindən çox insanı əhatə etdi. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur. Bu mühüm məqam da diqqətə çatdırılır ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Azərbaycan dünya

iqtisadiyyatının bir parçasıdır. Pandemiya ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq bəzi sahələrdə, o cümlədən kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub.»

Baş redaktor bildirib ki, bütün uğurlu nəticələr ona əsaslanır ki, dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə yanaşı, ilk gündən bu tələbi qarşıya qoymuşdur ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Nettin qiymətinin aşağı düşməsinə, həmçinin pandemiyanın ölkə iqtisadiyyatında böyük çətinliklər yaratmasına baxmayaraq, Azərbaycan bu çətinlikləri aradan qaldırmaq imkanında olduğunu bir daha dünyaya nümayiş etdirir.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri kimi daxili bədxahlarımızın, düşmən dəyirmanına su tökənlərin neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd etmələrinə də münasmbətini açıqlayıb: «Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Nəzərə alsaq ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər, bu halda özlərini xalqa yaxın göstərib, istər pandemiyadan əvvəl, istər hazırda görülən işlərin, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan addımların əhəmiyyətini azaltmağa çalışan bu ünsürlər bir daha xarici dairələrin göstərişləri əsasında hərəkət etdiklərini, dövlətin, xalqın maraqlarını arxa plana keçirdiklərini nümayiş etdirirlər. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən belələrinin xalqın adından danışmağa haqqı yoxdur. Onların yeri hər zaman qeyd edilidyi kimi, tarixin zibilliyidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd edənlər Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayırlar. Vurğulandığı kimi, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurlu nəticələri, bir sözlə, son illərdə yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir. 2008-ci
ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı bu kimi məqamlara işıq salmışdır. Həmin dövrdə Azərbaycan öz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Azərbaycanın davamlı inkişafı üçün möhkəm baza mövcuddur.»
Oxşar xəbərlər
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?