Məlum olduğu kimi, ölkəmizdə karantin müddətinin uzadılması ilə yanaşı, onun coğrafiyası da genişləndirilib. Belə ki, əlavə olaraq 8 rayon və şəhərdə də karantin rejiminin tətbiqi həyata keçirilir ki, məqsəd pandemiyanın sürətlə yayılmasının qarşısını almaqdır.
Maraqlıdır, istər karantin
müddətinin uzadılması, istərsə də bu rejimin digər şəhər və rayonlarda da tətbiqi
koronavirusla mübarizədə öz müsbət nəticəsini verəcəkmi?
Moderator.az-a açıqlama
verən professor Adil Qeybulla görülən tədbirlərin nəticə verəcəyinə inandığını
vurğuladı:
“Karantin rejimi məcburi
bir aktdır. Doğrudur, yay aylarında bu, xeyli dərəcədə çətindir. Sadəcə,
karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlər
görülməlidir. Elə etmək lazımdır ki, insanlar minimal tələbatlarını təmin edə
bilsinlər. Doğrudur, dövlət 190 manat vəsaitin ödənilməsi prosesinə başlanılıb.
Lakin bununla yanaşı, bundan yararlana bilməyən insanların durumu da nəzərə
alınmalıdır. Günəmuzd işləyən elə insanlar var ki, onlar məcburiyyət qarşısında
bayıra çıxmağa məcbur olurlar.
Karantin rejimi istənilən
halda müəyyən qədər effekt verəcək. Yayılma prosesinin qarşısını müəyyən qədər də olsa alacaq. Lakin
biz karantin davranışlarına əməl etməyə daha çox diqqət yetirməliyik”.
Seymur ƏLİYEV