Bütün dünyada koronavirusa qarşı mübarizənin əsas ağırlığının tibb işçilərinin üzərinə düşdüyü, bəşəriyyətin taleyinin məhz həkimlərin fədakarlığından asılı olduğu hər kəsə məlumdur. Bu baxımdan Azərbaycanda da həkimlərin pandemiyaya qarşı ciddi mübarizə apardığı, insanların həyatını qorumaq üçün gecə-gündüz çalışdığı göz önündədir. Bu səbəbdən də koronavirusla mübarizənin ön cəbhəsində qərarlaşan həkimlərə dəstək olmaq, onlara mənəvi baxımdan stimul vermək mühüm əhəmiyyət kəsb edir.
Moderator.az xəbər verir ki, 2-ci sinif şagirdi İmranlı
Zəhra Ayaz qızı pandemiyaya qarşı ölüm-dirim mübarizəsi aparan tibb işçilərinə
bütün məktəblilər adından orijinal şəkildə minnətdarlıq bildirib. O, səsləndirdiyi
“Həkimə məktub” şeirində tibb işçilərinin ağır və şərəfli əməyinə diqqət çəkib,
bütün uşaqlar, məktəblilər adından həkimlərə göstərdikləri fədakarlıqlara görə
minnətdarlığını bildirib.
Qeyd edək ki, şeirin müəllifi
jurnalist-tarixçi Seymur Əliyevdir.