Pandemiyaya qarşı effektiv mübarizə üsullarından biri heç şübhəsiz xəstəliyə yoluxan şəxslərin vaxtında aşkar olunması və müalicəyə cəlb edilməsidir. Hansı ki, bunun üçün daha çox ucuz və sürətli testlrədən istifadə olunur.
Moderator.az xəbər verir ki, Qazaxıstanın Milli Biotexnologiya Mərkəzinin baş direktoru Yerlan Ramankulov insanlara ucuz və sürətli testlərdən uzaq durmaqla bağlı çağırış edib. Bu cür testlərin bir çox hallarda yanlış nəticələr ortaya qoyduğunu bildirən mütəxəssis, yaxşı və eyni zamanda sürətli testlərin çox az olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, insanların bir çoxu qiyməti aşağı olduğu üçün daha çox ucuz testlərə meyl edir ki, bu da bazarda biznes məqsədi ilə satışa çıxarılan ucuz və keyfiyyətsiz testlərin sayının artmasına gətirib çıxarır. Nəticədə, bəzi hallarda bu testlərin nəticəsinə əsasən vətəndaşa koronavirusa yoluxub-yoluxmadığı ilə bağlı yanlış məlumat verilir ki, bu da xəstəlyin genişlənməsinə, həmin şəxslərin yanlış istiqamətlənməsinə səbəb olur.
Ekspertin bildirdiyinə görə, indiki halda sürətli testlrdən imtina etmək, bahalı, yaxud cavabı 24 saat və daha gec bəlli olan testlərə etibar etmək daha doğru seçimdir.
Seymur ƏLİYEV