\"Prezidentimizin çıxışındakı bu əminliyi, bu qətiyyəti çox bəyəndim...\"
Oxunub: 1649
08 Jul 2020 | 21:58
\
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edəndən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə bir sıra önəmli məqamlara toxundu. Mən Birinci Qarabağ Müharibəsinin iştirakçısı kimi Prezidentimizin işğalçı Ermənistanla və bəzi beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli prosesində hazırki Ermənistan hakimiyyətinin destruktiv hərəkətlərinə qarşı seyrçi mövqeyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirmək istəyirəm. İlham Əliyevin müsahibəsinin bu hissəsi həm Ermənistanın bir dövlət kimi saxtalığını açıb göstərmək və Ermənistan hakimiyyətlərinin xuntaçı, diktatura mahiyyətini ifşa etmək baxımından kifayət qədər parlaq çıxış idi. Həm də ATƏT-in Minsk qrupunun vasitəçiləri üçün İlham Əliyevin bu çıxışı sözün əsl mənasında “master klass” (ustad dərsi) sayıla bilər. Zənnimcə, hörmətli həmsədrlər bu çıxışa təkrar-təkrar qulaq asmalı və özləri üçün ibrət götürməli, nəticə çıxarmalı və ədalətsiz fəaliyyətsizliklərinə son qoymalıdırlar, sülh prosesində real nəticəyə nail olmaq üçün Ermənistan hakimiyyətinə təzyiqləri artırmalıdırlar.

Cənab Prezident ilk növbədə Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkənin niyə məhz Ermənistan olması faktına açıqlama verdi, aydınlıq gətirdi. O qeyd etdi ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan bu hərəkəti ilə heç şübhəsiz ki, özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Belə bir təşəbbüsün əleyhinə çıxmaq həqiqətən də ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Həmişə və hər bir məsələdə fərqlənməyə çalışan Ermənistan bu dəfə də çox pis formada fərqləndi. Ermənistanın BMT-dəki səfiri təşkilatın rəhbərliyinə çox qəribə bir məktub ünvanlayıb və bildirib ki, onlar bunun əleyhinədirlər. Lakin bu məktub və bu cür qeyri-sağlam davranışla ermənilər özlərini çox gülünc vəziyyətə qoydular. Maraqlıdır ki, Ermənistanın bu məktubuna heç kəs reaksiya vermədi. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə rəsmən dəstəklədi. Ermənistanın tutduğu şər mövqeyi isə onun özünə qarşı çevrildi, beynəlxalq imicinə zərbə vurdu. Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistanın bu mövqeyi “bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”. Mən dövlət başçımızın bu fikirlərinə əlavə olaraq onu deyə bilərəm ki, Ermənistan növbəti dəfə beynəlxalq miqyasda təkləndi. Diplomatiya dilində bu cür ölkələrə “izqoy ölkə” (“страна изгой”, “rogue country”) deyilir. Və bu cür dağıdıcı, pozucu mövqe tutan ölkələrə beynəlxalq münasibətlər sistemində heç kim hörmətlə yanaşmır.

Ən pisi də budur ki, Ermənistanın xarici siyasəti necə uğursuzdursa, bu ölkənin daxili durumu ondan da bərbaddır və bu gün bu ölkənin daxilində də demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Lakin təəssüf ki, bəzi beynəlxalq təşkilatlar isə bütün bunlara göz yumur. Prezident tamamilə haqlı olaraq qeyd etdi ki,
“Ermənistanda insan haqlarının və demokratiyanın pozulması təkcə bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”. Elə indiki Ermənistan rəhbərliyi son 20 ildə (1998-ci ildən 2018-ci ilə qədər) demokratiyadan anlayışı olmayan quldurlar rəhbərlik etdiyini etiraf edir. Paşinyan öz sələflərinin oğru və cinayətkar olduğunu, önların hakimiyyəti dövründə Ermənistanda insan haqqlarını kobud surətdə pozulduğunu faktlarla açıb ortaya qoyur. Prezident İlham Əliyev də məhz bu məqama toxunaraq qeyd etdi ki, əgər 20 il ərzində Ermənistana rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir:”Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan”.

Heç indi də bu ölkədə siyasi və iqtisadi vəziyyət ürəkaçan deyil. Paşinyanın hakimiyyətə gəlişi Ermənistanda ciddi dəyişikliklərə gətirib çıxarmadı. Sıravi ermənilərin arzuları yenə də puç oldu. Son iki il ərzində Ermənistanda sözün əsl mənasında siyasi diktatura rejimi formalaşıb. Bu gün düşmən ölkədə insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Həmçinin siyasi rəqiblər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar həbs edilməklə hədələnir. Biz bunu müxalifət lideri Q.Sarukyana qarşı baş verən olaylardan da aydın şəkildə görürük. Paşinyan öz rəqiblərini vurub sıradan çıxarmaq üçün qanuni və qeyri-qanuni olan bütün üsullara əl atır. Prezident İlham Əliyev də Ermənistan Baş nazirinin bu cür dərəbəyliyini nəzərdə tutaraq müsahibəsində bildirdi ki,”Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”. Bu isə bir daha onu göstərir ki, Ermənistanda sadəcə siyasi vitrin dəyişib, məzmun və mahiyyət isə olduğu kimi qalır. Daha doğrusu, xunta gedib, onun yerinə isə diktatura gəlib. Başqa sözlə desək, erməni ictimaiyyəti yağışdan çıxıb, yağmura düşüb.

Lakin çox maraqlıdır ki, beynəlxalq təşkilatlar saxta “demokrat” mantiyasını əyninə geyinmiş Paşinyanın ölkəsində baş verən bütün bu rəzalətə heç bir reaksiya vermir. Dövlətimizin başçısı bu mənada tamamilə haqlı olaraq sual verir ki, “haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”. Bütün bunlar onu göstərir ki, artıq beynəlxalq təşkilatların və onların ayrı-ayrı təmsilçilərinin bütün bu riyakarlıqlarının üstü tam açılıbdır. İndi heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır və siyasi sifarişdir. Onlar Ermənistan kimi onların qarşısında baş əyən, diz çökən ölkələrin başını sığallayır, lakin özünü qürurlu, ləyaqətli aparan, öz müstəqil mövqeyi olan və özünə qarşı hörmət tələb edən Azərbaycan kimi ölkələrə qarşı isə müxtəlif bəhanələr və saxta tezislərlə, ittihamlarla hücum edirlər. Əlbəttə ki, hücumun da əsas tezisi ya insan haqları, yadaki demokratiya şüarları olur. Biraz da konkret desək, beynəlxalq təşkilatlar Ermənistanda total şəkildə baş verən insan haqlarının pozulması hallarını görməzdən gəlir, lakin Azərbaycanda karantin rejimini pozanların İXM-ə (İnzibati Xətalar Məcəlləsi) əsasən saxlanılmasını və ya cərimə edilməsini isə əllərində bayraq edir və bunu bütün dünyaya Azərbaycanda insan haqlarının pozulması kimi təqdim etməyə çalışırlar. Yəni ki, həmişəki kimi yenə də “ikili standart”lardan çıxış edirlər. Lakin Prezident İ.Əliyevin də qeyd etdiyi kimi, bütün bunlar saxta iradlardır.

Prezident müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də geniş şəkildə toxundu və bildirdi ki, danışıqlar prosesində Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. İlham Əliyev bir daha qeyd etdi ki, “heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”. Minsk qrupunun məlum bəyanatına toxunan dövlət başçımız tamamilə haqlı olaraq qeyd etdi ki, biz Minsk qrupundan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Prezident İlham Əliyev “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir?” sualını səsləndirməklə əslində Minsk qrupunun həmsədrlərini real və konkret fakt qarşısında qoydu. Doğrudan da, həmsədrlər niyə cavab vermirlər? Axı Paşinyanın bu məsuliyyətsiz ifadəsi birbaşa Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətinə zidd çıxır və onu alt-üst edir. Daha doğrusu, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Bəs, belə olan halda Minsk qrupunun həmsədrləri nə üçün buna adekvat reaksiya vermirlər?

Eləcə də, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası “lider”ləri ilə danışıqlar aparmalıdır. Minsk qrupu buna da reaksiya vermir. Versə də, mücərrəd diplomatik sözlərlə, qeyri-müəyyən şəkildə reaksiya verir. Lakin Prezident İlham Əliyev isə haqlı olaraq onlardan konkretlik, dəqiqlik və aydın mövqe tələb edir:”Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”. Azərbaycanın həmsədrlərdən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar və addımlar gözləməyə tam haqqı çatır.

Bu gün faktiki olaraq danışıqlar prosesinin getmədiyini diqqətə çatdıran Prezident də sözügedən müsahibəsində çox aydın şəkildə həmsədrlərin və Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı ki, biz danışıqları imitasiya üçün aparası deyilik, biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik:”Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik”. İndi Minsk qrupunun həmsədrləri də buyursunlar, öz missiyalarını real şəkildə yerinə yetirməyə başlasınlar. Prezidentimiz də, xalqımız da, biz qazilər də ATƏT-in bu yüksəkçinli diplomatlarından konkret nəticə gözləyirik. Artıq söz diplomatiyası ilə başımızı qata bilməzlər!

Prezident İlham Əliyevin müsahibəsində bir məqam da xüsusi olaraq diqqətimi çəkdi. Müsahibəsinin sonunda cənab Prezident net şəkildə bildirdi ki, “biz öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”. Prezidentimizin çıxışındakı bu əminliyi, bu qətiyyəti çox bəyəndim. Biz qazilər də hər zaman Ali Baş Komandanımızın yanındayıq, onu tam şəkildə dəstəkləyirik və döyüş əmrinə də hazırıq!

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Oxşar xəbərlər
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"