Xəbər lenti
09/08/2020 [13:13]:
Dubayda yaşayan azərbaycanlı model izləyicilərini heyran qoydu - VİDEO
09/08/2020 [13:09]:
Toysuz qalan meyxanaçı dəllallığa girişdi
09/08/2020 [13:07]:
Lukaşenko prezident seçkilərində səs verdi
09/08/2020 [13:06]:
Zakir Həsənov generalın ölümü ilə bağlı başsağlığı verdi
09/08/2020 [12:42]:
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
09/08/2020 [12:24]:
ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi
09/08/2020 [12:23]:
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr cəlb edilib - VİDEO
09/08/2020 [11:56]:
Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər ölüb
09/08/2020 [11:54]:
Namizədlərin səviyyəsi eyni deyil – Belarus
09/08/2020 [11:39]:
Azərbaycanda ər arvadını amansızlıqla qətlə yetirdi
09/08/2020 [11:24]:
Müdafiə nazirinin keçmiş müavini dünyasını dəyişdi...
09/08/2020 [11:16]:
Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət: "Vətəndən uzaqda olsam da..."
09/08/2020 [11:13]:
48 yaşlı kişi yaşadığı evdə intihar etdi
09/08/2020 [10:54]:
400 minlik toyu ilə gündəmə gələn sabiq azərbaycanlı məmurun qızı BOŞANDI...
09/08/2020 [10:39]:
Koreya hücum planlaşdırır? - 5 müharibə ssenarisi
09/08/2020 [10:35]:
Belarusda kritik seçki başladı - Svetlana Tixanovskaya video-müraciət yaydı: “Necə yəni ölkəni kimsəyə vermərik?”
09/08/2020 [10:31]:
Sumqayıtda Xalq artistinin qardaşı döyülüb - FOTO
09/08/2020 [10:27]:
İqtisadçı professor Azərbaycanı Sinqapurla müqayisə etdi... - ACI REALLIQ
09/08/2020 [10:24]:
Ağalar Vəliyev Goranboyluları rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik etdi
09/08/2020 [10:19]:
Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili barədə təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək
09/08/2020 [10:17]:
Tovuzdakı qətllə bağlı cinayət işi başladı
09/08/2020 [10:15]:
Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başladı
09/08/2020 [10:04]:
“Beyrut limanına yüklənən selitra xarici təsir olmadan partlaya bilməzdi” - “Rhosus” gəmisinin kapitanı
09/08/2020 [09:55]:
Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölənlər və yaralananlar var
09/08/2020 [09:52]:
Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır
09/08/2020 [09:33]:
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub
09/08/2020 [09:32]:
Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi
09/08/2020 [09:31]:
Qaxda ağır qəza: Mikroavtobusla toqquşan “VAZ” yandı
09/08/2020 [09:19]:
Meksika - ABŞ sərhədində bütün zəruri infrastrukturla təmin olunmuş tunel aşkarlanıb
09/08/2020 [09:18]:
"Beyrutu partladan odur" - Türkiyəli strateqdən şok
09/08/2020 [09:07]:
Qadın döyüşçü qələbəsini ehtiraslı rəqslə qeyd etdi - VİDEO
09/08/2020 [09:05]:
Kin saxlayan və qisascıl bürclər məlum oldu
09/08/2020 [09:02]:
İsrail səhvən öz PUA-sını vurdu
09/08/2020 [09:01]:
Xəzər dənizində zəlzələ olub
09/08/2020 [08:59]:
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
09/08/2020 [08:57]:
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728-yə çatıb
09/08/2020 [08:46]:
Belarusda kritik seçki başladı: Tixanovskaya gizləndi, internet və telefonlar kəsilir, ölkə “tikan” üstə…
09/08/2020 [08:19]:
"Allaha və Qiyamət gününə iman bəsləyən şərab içilən süfrədə əyləşməz...”
09/08/2020 [01:08]:
Livanın üçün xeyriyyə fonduna 100 min dollar bağışladılar...
08/08/2020 [23:53]:
"Ermənistanla Azərbaycan arasında baş verənlər bu iki ölkənin öz işidir, lakin..."
08/08/2020 [23:51]:
"Bu hucumlar tolerant və sabit Azərbaycan cəmiyyətini “silkələmək” niyyəti daşıyır"
08/08/2020 [23:29]:
Mingəçevirdə birmərtəbəli ev yanıb
08/08/2020 [23:28]:
Qazaxda yanacaqdoldurma məntəqəsinin yaxınlığından minaatan mərmisi tapılıb - FOTO
08/08/2020 [23:10]:
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur”
08/08/2020 [22:38]:
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
08/08/2020 [22:30]:
ABŞ-ın Çini çökdürmək planına ƏKS HƏMLƏ
08/08/2020 [22:28]:
“Silahın hansı yolla Ermənistana satılması aydınlaşdırılmalıdır” - Cavanşir Feyziyev
08/08/2020 [22:24]:
Salyanda kişi intihar edib
08/08/2020 [22:22]:
“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu
08/08/2020 [22:00]:
Prezidentin təltif etdiyi alim Muradov kimdir?
08/08/2020 [21:57]:
Livanın baş naziri erkən parlament seçkiləri keçirməyi təklif etdi
08/08/2020 [21:37]:
Beyrutda nümayişçilər daha bir nazirlik binasına girdilər, yaralıların sayı artıb
08/08/2020 [21:37]:
Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm, Xanlar əmim”
08/08/2020 [21:12]:
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
08/08/2020 [21:02]:
“Yuventus” Sarrini qovdu
08/08/2020 [21:00]:
"Qələbə üçün əlavə fədakarlıq lazım gələcək" - Elxan Məmmədov
08/08/2020 [20:59]:
"İdarəetmə sistemində təkmilləşmə iqtisadi inkişafın dayanıqlılığının açarıdır" -Vüqar Rəhimzadə
08/08/2020 [20:36]:
Beyrutdan nümayişçilər XİN binasına girdilər, 100 nəfərdən çox yaralı var
08/08/2020 [20:24]:
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
08/08/2020 [20:22]:
Azərbaycan vətəndaşı girov götürülüb - ona işgəncə verərək ailəsindən pul tələb edirlər - FOTO/VİDEO
08/08/2020 [20:11]:
Baş Nazir: “Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək”
08/08/2020 [19:39]:
Prezidenti oğurlamağı planlaşdıran amerikalı hərbçilərə AĞIR CƏZA
08/08/2020 [19:36]:
Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıb
08/08/2020 [19:16]:
Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
08/08/2020 [19:15]:
Azərbaycan XİN: “Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək”
08/08/2020 [19:14]:
Baş nazirdən magistratura və rezidentura ilə bağlı mühüm qərar
08/08/2020 [19:03]:
Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
08/08/2020 [18:55]:
Samuxda “Mercedes” aşdı, sürücü xəstəxanalıq oldu
08/08/2020 [18:54]:
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI
08/08/2020 [18:52]:
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
08/08/2020 [18:24]:
"Erməni dövlətinin müvafiq qurumları diaspora liderlərimizə qarşı terror aksiyası həyata keçirmək ehtimalı var"
08/08/2020 [18:05]:
AQTA 70 obyektdə pozuntular aşkarladı
08/08/2020 [18:04]:
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verib
08/08/2020 [17:54]:
Messi anti-koronavirus döşəkdə yatır
08/08/2020 [17:48]:
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı
08/08/2020 [17:39]:
Cəlilabadda yeddi hektar sahə yandı - YENİLƏNİB
08/08/2020 [17:27]:
“Ukraynanın Türk Şurasına gəlişi hər iki tərəfin marağına uyğundur”
08/08/2020 [17:25]:
Zərdabda kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar
08/08/2020 [17:23]:
Gürcülərin 12 il əvvəlki müharibəsi və biz Stepanakerti geri ala bilərikmi?
08/08/2020 [17:06]:
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib
Bütün arxiv bir sırada
09/07/2020 [11:17] - Ədəbiyyat - ( 7543 dəfə baxılıb)

Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...



Moderator.az Kulis.az-a istinadən riyaziyyatçı,Quzey Dakota Dovlet Universitetin (ABŞ) professor Azər Əhmədovun real faktlar əsasında yazdığı "Bəxtiyar Azərbaycan” hekayəsini təqdim edir.

gerçək hekayə

Karlo öldü. “Fakirsənsə, ölümün daha böyük” demiş şair. Karlo fakir deyildi. Amma böyük bir ölümlə ölmək istəyirdi. Milyonların onun ölümündən xəbər tutmasını istəyirdi. Sevdiyi, uğrunda vuruşduğu milyonların. Vuruşub məğlub olmuşdu. Məğlubsansa, ölümün daha böyük!

Xəbəri telefonda Nelda çatdırmışdı qardaşı uşaqlarına. Sonra xəbər dünyanı dolaşıb axırda gəlib mənə çatanda sakit qarşılamışdım – Karlo məni öz ölümünə çoxdan hazırlamışdı. Mətbəxlərində Neldayla mübahisə edirdilər, – birinci mən öləcəm, mənim vəziyyətim səninkindən pisdir, – yox, mən səndən tez öləcəm. Axırda Nelda bir əlini masanın küncünə dirəyib ayağa durmuşdu, donqarlı belini azca dikəldib şəhadət barmağını önündəki havada irəli itələyərək “vado io!” (mən gedirəm) demişdi, “basta!” (bəsdir) Bitdi yəni söhbət, finito! )bitdi)

- Əmi, bu nə yaxşı nərdtaxtadır, üstündə də Nərimanovun şəklini çəkiblər.

- Eşşəyin sıpası, Nərimanov nədir, görmürsən Üzeyir Hacibəyovun şəklidir.

- Yox, ay əmi, Nərimanova oxşayır.

Mən də söhbətə qoşulub arvadıma tərəf dururam.

- Nərimanova çox oxşayır.

- Ə, mən Nərimanovun şəklin heç evimdə saxlayaram? Apardı bağladı bizi ruslara! Sən nə təhər müəllimsən ki, Üzeyiri tanımırsan?

- Nə bilim, ona da oxşayır, buna da - mızıldayıram.

- Götur bir nərd ataq.

- Oynaya bilmirəm.

- Bəs nə bilirsən, elə müəllimliyi?

- Ayrı oyunları bilirəm.

- Heç kişi sənəti deyil haa, bu müəllimlik. Kişi aşçı olar, sənətkar olar. Mənim qonşularım da müəllimdirlər, heç zadın karı deyillər.

- Mən təkcə müəllim deyiləm, həm də elmi işlə məşğul oluram.

- Nə işlə dedin?

- Tədqiqat işi də. Oxuyub öyrənirəm həm də.

- Oxu, oxu, amma hər oxuyan da Molla Pənah olmur, onu da biləsən gərək.

- Onu da bilirəm.

Brooklindəki evlərini satıb Padovaya köçəndə artıq həyatla vidalaşmışdı. Uzun illər idi Padovada ev tikdirirdilər, amma bir dəfə də olsun, bu haqda danışmazdı. Ev nədir, ən sonda heç nə haqda danışmağa sözü qalmamışdı, deyəcəyi nə söz vardısa deyib qurtarmışdı. Yaşamağa yox, ölməyə gedirdi Padovaya.

Bu qürbət bilirsənmi nədir, bala, bu qürbət bir kəndirdir. Ucundan tutdunsa, buraxmırsan, dananın quyruğundan tutub buraxmayan uşaq görübsənmi, öylə. Sonra kəndiri əlinə dolayıb bir az da möhkəm yapışırsan ondan, ömrün boyu tuta-tuta, dolaya-dolaya gəlirsən, ömrünün axırında görürsən ki, kəndirin o ucunda bir ilgək varmış. İlgək axırda gəlib keçir boğazına. Özünü asıb öldürürsən. Bax, qürbət belə şeydir. Mənim dədəm öldü, görmədim, nənəm öldü, görmədim, - gözü yaşarır, - xalam öldü, görmədim, özü də nətəhər istəkli xalam, həmin o böyük xalami deyirəm, sənin dədənin nənəsini, - səsi titrəyir, - bacım öldü, görmədim, - səsi xırıldayır, - qardaşım öldü… – göz yaşı boğur onu burda, yenə nəsə deyirsə də eşidilmir.

La strada e aperta! (küçə açıqdır) - Nelda səsini qaldırmışdı ona bir dəfə. Bakıdan pensiyamı ala bilsəydim, bala, gedib oturardım orda.

Bilirik ki, pensiya bəhanədir, gedib Bakıda yaşamaqdan, oralara öyrəşə bilməməkdən qorxur. Həm də Nelda getməz, onu necə atıb getsin? Atmaz onu. Eləcə Bakıya getməkdən danışıb Neldaya minnət qoyur. La strada e aperta! – bu dəfə Neldanı da göz yaşı boğur.

Biz o vaxt dörd azərbaycanlı əsgər dörd italyan qızla evləndik. Mən müharibədən sonra İsveçrədəydim. Bizi bir fabrikada işlədirdilər. Bu da orda işləyirdi. Bir dəfə orda bir azərbaycanlı əsgər vardı, yaşda məndən böyük idi, dedim ki, boylə-boylə, bir qız var, gəldi mənə bir söz atdı, bu sözün mənası nədir? “Göyçək qızdırmı?” soruşdu. Pis deyil, dedim. “Onda ondan möhkəm yapış!”

Saçlarına vurulmuşdum - Nelda deyir. Gülürük. Sii, ma capelli erano bellissimi. (Amma saçları çox gözəl idi)

Bir dəfə qardaşım zəng elədi mənə, o vaxtlar da ordan bura zəng eləmək zarafat məsələ deyildi haa. “Oğlum olub, adını nə qoyum?” soruşdu. Bəxtiyar qoy, dedim. Ȕstündən on il keçəndən sonra gördüm genə zəng eləyib ki, bir oğlum da olub. Dedim adını Azər qoy. Bir də üstündən düz on il keçəndən sonra zəng elədi ki, üçüncü oğlum oldu. Dedim bunun da adını qoy Baycan. Oldu Bəxtiyar-Azər-Baycan! Sonra Bəxtiyar 24 yaşında öldü, Azərlə Baycan qaldı. Bəxtiyar Azərbaycanımın Bəxtiyarı öldü.

2-3 ayda bir dəfə, həftəsonları, Nyü Havendən qatara minib saat yarım sonra Qrand Tsentralda düşürdük, ordan da bir saata metroyla Brooklindəki evinə çatırdıq. İsti qonaqpərvərlik göstərirdilər bizə, hər cürə rahatlıq yaradırdılar. Sərbəstlik verirdilər - bir otaqda olduqsa, heç vaxt o otağa girməzdilər, təzə ər-arvad bol-bol öpüşə bilirdik. Hara istəsək gedib gəzirdik, təki axşam yeməyinə vaxtında gələydik. Amma günümüzü çox zaman elə onlarla keçirirdik. Səhər-günorta-axşam yeməklərində özü qulluq eləyirdi bizə. 60-ci ildə Amerikaya gəldiyi ilk günlərdən restoran açıbmış özünə, sonra orda aşpaz kimi o qədər məşhurlaşıbmış ki, Manhettendəki bir restorana “chef” götürüblər onu, orda işləyib uzun illər. “Elə sizin düşüb gəldiyiniz Qrand Tsentral yoxmu, onunla üzbəüz bir hotel vardı, o hotelin baş “chef”iydim…”

- Azərbaycanda yaxşı yemək bişirmirlər, hamısı cana ziyandır. Bundan yeməmisizmi Azərbaycanda, bilirsənmi nə deyirdilər buna?

- Yox.

- Məməcürə! Burda adı asparaqusdur. O qədər yığıb yeyridik ee, uşaq vaxtı. Cincilim varmı genə?

- Var.

- Bəs qırppığan, hajıqıjı?

- Onlar da var.

Neldayla ilk dəfə 70-lərdə getmişdilər SSRİ-yə. Azərbaycana getməyə icazə verməyiblər, Moskvadan kənara çıxmaq olmazmış. “Bir yerdə oturub çay içirsən, qənddanda qənd gətitirlər, hamı da əlini atıb o qənddandan qənd götürür” – Nelda deyir bunları. İyrənibmiş Moskvadan.

Bir dəfə axşamdan xeyli keçmiş döndük evə. Hirslənmişdilər. “Türklərin paradındaydıq” deyəndə Nelda daha da qızmışdı bizə. Küsmüşdük, mısmırığımızı sallayıb “yemək yemirik, toxuq” demişdik yalandan. “Qoy ac qalsınlar!” – Neldanın hirsi soyumurdu. Bizi zorla yemək otağına çəkmşdi, yedirtmişdi: “bibinizə fikir verməyin, bala, bibinizin könlü qırıqdır”.

Amerikaya gəlmədən əvvəl 10 il Izmirdə yaşamışdılar.

- Orda məni bir dəfə cərrahiyə etdilər” - səhərisi gün Nelda deyirdi bunu - “ xəbərim olmayıb, uşaqlığımın da ağzını büküblər, deyiblər qoy müsəlmanın bu xristian arvaddan uşağı olmasın” – aglayırdı danışdıqca.

- Nə olardı bizim uşağımız olsaydı, indi ikimiz bu evdə tək qalmazdıq.

Günahkar-günahkar “bizim parada getmək fikrimiz yox idi heç, dedik görək bəlkə Bakıdan kimsə olar orda” deyəndə, “gedin, gedin, niyə getmiyəsiz ki? bizim onlardan bir fərqimiz yoxdu ki, bala, eyni millətik” demişdi, “siz bibinizə fikir verməyin, bibinizin könlü çox sınıqdır”.

- Bu bibin var ha, Azərbaycanın anasıdır. Heç bilirsənmi nə qədər adam gəlib qalıb bizdə Azərbaycandan – hamısının qabağında qulluqçu olub bu.

Ta 70-ci illərdən onlara gəlib gedən azərbaycanlıları nəzərdə tutur. ABŞa bir azərbaycanlı gəldiyindən xəbər tutdusa, tapıb qonaq gətirimiş evinə.

- Bura Azərbaycandan professorlar, şairlər gəlib. “Dostluq” cəmiyyəti ilə əlaqələrimiz vardı. Biz onlar vasitəsilə milli təbliğat aparırdıq Bakıda, bilirsənmi?

Dedilklərindən şübhələnib “axı onlar KGBnin nəzarətində olublar” deyirəm.

- Bəs biz KGB-dəkiləri ələ almışdıq da. Bakıda KGBnin böyüyü vardı, Hüseynov. Onunla yazışırdıq. Onu da milli təbliğatla çəkimşdik öz tərəfimizə.

Bir-iki Azərbaycan sovet şairinin adını çəkir - “bizim adamlarıydı”. Başımı qaldırıb heyrətlə sifətinə baxıram. Gözlərində parıltı var. O da diqqətlə mənə baxır. Çalışıram anladığımı sifətimdə biruzə verməyim, qorxuram məyus ola. Baxışırıq, gözlərindəki parıltı getdikcə azalır, sifəti tutulur…

- Həmin o Hüseynov kömək elədi ikinci dəfə Azərbaycana gedəndə, mənə icazə də aldı ki, Bakıya gedim. Cəbrayıla yenə qoymadılar, amma Bakıda bir həftə qaldım. Heç hoteldən uzaqlaşmağa belə icazə yoxuydu.

Hoteldə yaxın qohumları ilə görüşə bilmişdi. Nelda getməmişdi onunla, amma qayıdandan sonra soruşubmuş “ordadamı hamı əlini salıb eyni qənddandan qənd götürür?”

Mən düz 1939-cu ildə, Cəbrayılda rus hökümətinin əleyhinə bir mitinqə qatılmışdım. Camaat yığışıb hökümətdən narazılıq eləyirdi, “belə hökümət bizə lazım deyil”, deyirdilər. O mitinqin səhərisi gün əsgər getdim. Əsgərlikdə olduğum vaxt müharibə başladı, ordan da məni müharibəyə götürdülər. Müharibədə biz neçə min azərbaycanlı ruslardan ayrıldıq. Baxdıq ki, ölənlərimizin çoxunu arxadan vururlar. Ruslar fağır azərbaycanlıları qabağa verib almanlara qırdırırdılar, özləri də daldan bizi qırırdı.

Karlo fağır deyildi. Təşkilatçılıq eləyib orduda üsyan qaldıra bilmişdi, minlərlə azərbaycanlı əsgəri öyrədib bir gecədə qaçmışdılar.

- 10 gün rus ordusu ilə alman ordusunun arasında qaldıq. Başımıza bombalar yağırdı. Axırda almanlarla əlaqə yaradıb onlar tərəfə keçdik. Rusları mən o vaxt tanıdım. Odu-budu rus dilini ağzıma almıram. Özün görürsən, neçə dil bilirəm, rus dilini də bilirdim, qəsdən danışmadım ki, yadımdan çıxsın. Müharibə bitəndən sonra bizim əsgərlərin hərəsini bir yerə göndərdilər, Amerikaya, Kanadaya, hər yerə. Məni hələ Misirə göndərmək istəyirdilər, getmədim, qaldım Avropada. Orda rus konsulosu bizim əsgərlərin bəzilərin şirnikləndirib geri götürmşdü. Dedim onlara ki, getməyin, bunlar dedilər, daha müharibə qurtarıb, qayıdaq gedək ev-eşiyimizə. Sonra eşitdik gedənlərin hamısını güllələyiblər. Çox çalışdım, amma ruslardan qisasımı ala bilmədim.

***

Qatarı Mərcanlıda saxlamışdılar, “daha burdan o tərəfə yol yoxdur!” Düşüb piyada üzü günbatana gedirdi. Yolboyu banı dolu maşınlar, beli şələli adamlar, arvad-uşaq, at-eşşək, qoyun-quzu.

- Tinliyə gedirmi bu yol?

- Tinli uzaqdır a kişi, hara gedirsən?

Soraqlaya-soraqlaya gedirdi. Ən sonda hərbçilər kəsmişdi qabağını.

- Yol bağlıdır, kişi, geri qayıt.

- Geri hara? Ağzı bu tərəfə hara qaçırsız?

- Erməni gəlir.

- Erməni gəlir, bəs niyə qaçırsız? Əsgər də davadan qaçarmı?

- Erməni deyil gələn, rusdur.

- Lap yaxşı, mən elə rusları axtarırdım.

Orta yaşlı bir komandirdir. Deyəsən hərbçı qüruruna toxunub qocanın belə köntey danışmağı.

- Sən axı əsgərsən, əsgər qaçmaz. Rusdanmı qorxursan?

- Rusa gücümüz çatmaz.

- Ə, sən heç bilirsənmi Cəbrayılda nə qədər rus qırıblar vaxtında.

- Geri çəkilək, plan quraq.

- Plan odur ki, vuruşasan. Hamınız qaçırsız, bəs nolacaq?

- Yağçı olacaq, dayı.

- Bala, mən də elə onu deyirəm ki, yağçı olsun, pendirçi olmasın. Yığ əsgərlərini başına, rusun başın vur əz.

Komandirə “geri qaçma” deyən olmamışdı hələ. İndi bu qəribə, deyəsən hərbidən başı çıxan qoca kim idi, hardan gəlib çıxmışdı bura? Sınayıcı nəzərlərlə əsgərlərinə baxırdı. Deyəsən təpər gəlmşdi qıçlarına.

Atışma səsləri eşidiləndə əsgərlər yenə pərən-pərən düşmüşdü. Qoca əlini atıb geri qaçan çəlimsiz bir əsgərdən silahını dartıb aldı.

- Hara gedirsən əşşi?

- Vuruşacayıq!

- Başın xarabmı olub? Alın onun silahını əlindən.

- Deyəsən qabağa düşməyə qorxursan, onda dalımca gəl. Vuruşacayıq!

- Alın silahını əlindən!

- Burax ə qolumu! Tinliyə gedirəm, orda vuruşacam ruslarla.

- Nə Tinli? Tinli haradır?

- Mən 55 ildir görməmişəm kəndimi, geri qayıtmaq nədir.

- Nə danışır ə, bu? Əşşi, bəs hardaydın bu vaxtacan?

- Amerikada.

Komandirin şübhəsi qalmamışdı deyəsən, bu bədbəxt qoca dəliymiş kimsə: “Qollarını burun, basın maşına. Yazığın başı xarab olub, gedib azıb ələ keçər. Maşına basın, aparın!”

Bu, onun üçüncü və son gəlişiydi. Bu dəfə nə Moskvaya getməyə ehtiyac vardı, nə ordan icazə almağa; nə qarşılayan vardı onu, nə güdən. Dava başlayandan onsuz da yuxusu ərşə çəkilmişdi. Cəbrayıldan xəbərlər yoğunladıqca Nyu Yorkda qərar tuta bilməyib özünü yetirmişdi. Gələn günün axşamı da döyüş bölgəsinə getməyə razı olacaq taksi tapmayınca dəmiryol vağzalına qaçıb bilet almışdı.

Həmin o avqust axşamı çox adam toplaşmışdı vağzala. Cəbrayıl işğal təhlükəsi altındaydı; son dəqiqələrdə gedib evini görmək istəyən kim, hökümətdən kömək istəməyə çağıran kim, ”silah da var, sursat da, vuruşan yoxdur” deyən kim, hündür səslə camaatı vuruşmağa çağıran kim. Hərənin ağzından bir avaz gəlirdi. Adamların arasında bir az kənara çəlilib danışanları dinləyən gənc bir Azər də vardı. Elə onun yanından etinasızca keçib qatara minmiş, birbaş Cəbrayıla üz tutmuşdu.

(Qaytaran Eyvazlı 2007-ci il noyabrın 26-da, Nelda isə 2010-cu ildə Padovada (Italiyada) vəfat etmişlər.)(kulis.az)

Gallery

Qaytaran Eyvazlı - Xalası nəticəsi Kəmalə Qasımlı ilə. New York. 2002.

Gallery

loading...
"Bir icra başçısının məhkəmə qərarını saymaması Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir"
Beyrutdakı partlayışın daha bir görüntüsü yayıldı - VİDEO
Romantik evlilik təklifi evi kül etdi - FOTOLAR
Maskasız müştəri ona xəbərdarlıq edən qadına yumruq atdı - VİDEO
Burunsuz doğulan oğlağı "Tanrı" olaraq qəbul etdilər - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Cəmiyyət
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
Cəmiyyət
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
Cəmiyyət
“Ümid edirəm ki, məhz bu xarakter bir çox narahatçılıqları aradan qaldıracaq...”
Cəmiyyət
"Dənizdə boğulanların əksəriyyəti havanın küləkli olduğu vaxtda çimərliyə gedənlər olub"

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Bakıda özəl klinikada dəhşət: Qarabağ əlilini səhv müalicə ilə bu hala saldılar və...
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247