Xəbər lenti
15/08/2020 [23:12]:
Aynişan həyat yoldaşı ilə barışıb?
15/08/2020 [23:07]:
Rusiyada mədəndə baş verən dağıntı nəticəsində 4 nəfər həlak olub
15/08/2020 [22:54]:
Bərdədə qəza zamanı sərnişin avtomobilin ön şüşəsindən çıxdı
15/08/2020 [22:45]:
“Türkiyə “Oruc Rəis” gəmisinə edilən ən kiçik təcavüzə cavab verməkdən çəkinməyəcək”
15/08/2020 [22:36]:
"Bu millətin dəlisi ilə ağılısı gerçəkmi tanınmır"
15/08/2020 [22:30]:
Banqladeşdə daşqınlar nəticəsində 217 nəfər öldü
15/08/2020 [22:14]:
Xırdalanda ər-arvadı döyüb bıçaqladılar
15/08/2020 [20:52]:
İsmayıllıda qadın özünü asıb
15/08/2020 [20:50]:
Ermənilərdən növbəti təxribat: PUA-sı vuruldu
15/08/2020 [20:41]:
Nazirlik mindən çox obyektdə monitorinq apardı
15/08/2020 [20:35]:
Koronavirus maskası bir məhkumun ölümünə səbəb oldu - İNANILMAZ HADİSƏ
15/08/2020 [20:34]:
Tacikistanda prezidentliyə ilk namizədin adı açıqlandı
15/08/2020 [20:18]:
Mütəxəssis Vay-Fayın ziyanlarından danışıb
15/08/2020 [20:16]:
Dünyanın ən zəngin futbolçusu klubsuz qaldı
15/08/2020 [20:13]:
COVİD-19-un mutasiyası haqqında həqiqətlər və virusun yayılmasına xidmət etmiş faktorlar...
15/08/2020 [20:07]:
Öldürdüyü sevgilisini çuxura atarkən yaxalandı - FOTO + VİDEO
15/08/2020 [20:01]:
İcra başçısı özünə yeni müavin təyin etdi
15/08/2020 [19:26]:
Oyun oynayan qızını ölümdən bu cür xilas etdi - FOTO + VİDEO
15/08/2020 [19:14]:
Sumqayıtda ağır yol qəzası baş verib, ölən var
15/08/2020 [19:13]:
İran BƏƏ-nin İsraillə razılığına münasibət bildirdi
15/08/2020 [19:12]:
Başına polad çubuq sancıldı, möcüzə nəticəsində sağ qaldı...
15/08/2020 [19:11]:
Bu gün Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür
15/08/2020 [19:09]:
TÜRKSOY Türk dünyasında 2020-ci ili “Abay Kunanbayev ili” elan edib
15/08/2020 [19:01]:
Lukaşenko hərbçilərlə görüşdü: “Ölkəni heç kimə verməyəcəm”
15/08/2020 [18:53]:
70 milyonda bir yaşanan hamiləliklə 4 uşaq dünyaya gətirdi...
15/08/2020 [18:41]:
COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb - FOTO
15/08/2020 [18:38]:
ABŞ, AB və İsraildən Ermənistana “ölüm hökmü” kimi qadağa - işğalçı çıxılmazda
15/08/2020 [18:32]:
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO
15/08/2020 [18:30]:
Ağsuda minik maşını yandı
15/08/2020 [18:28]:
Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü
15/08/2020 [18:08]:
“Azərbaycan-Ukrayna hərbi əməkdaşlığının perspektivi kifayət qədər böyükdür”
15/08/2020 [17:53]:
Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi
15/08/2020 [17:31]:
Bakıda 550 küçə dezinfeksiya edildi
15/08/2020 [17:24]:
"Bir çox anti-Azərbaycan qüvvələrinin yuxusuna haram qatıb" - Ziyafət Əsgərov
15/08/2020 [17:16]:
“BMT-nin 75 illik tarixində Amerika heç belə təcrid olunmamışdı” - İran
15/08/2020 [17:09]:
“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Qarabağ məsələsində gec-tez öz qəti sözünü deyəcək”
15/08/2020 [17:04]:
Azərbaycanda bir gündə 207 nəfər COVID-19-dan sağalıb, 89 nəfər yoluxub, 2 nəfər vəfat edib
15/08/2020 [17:02]:
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib
15/08/2020 [16:59]:
Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı
15/08/2020 [16:44]:
Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub
15/08/2020 [16:38]:
Poroşenko 10 günə dövlət çevrilişi edəcək - İddia
15/08/2020 [16:35]:
Paşinyan öz dili ilə ifşa olundu ! – “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü”
15/08/2020 [16:05]:
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
15/08/2020 [16:02]:
"Azərbaycan son 30 ildə hazırkı qədər regional savaşda qələbəyə yaxın olmamışdı"
15/08/2020 [15:54]:
Baş nazirdən kənd inzibati dairələri ilə bağlı QƏRAR
15/08/2020 [15:35]:
"Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım, bu gün də fəal yaradıcılıq axtarışındadır"
15/08/2020 [15:33]:
İnandıq, təslim olmadıq və qalib gəldik!!!
15/08/2020 [15:31]:
“Vətənini, elini-obasını sevən bir insanın həbs edilməsiylə heç cür barışa bilmirik...”
15/08/2020 [15:27]:
Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib və Şuranın yeni əlaqələndiricisi seçilib
15/08/2020 [15:10]:
Lukaşenko Putinlə telefonla danışdı
15/08/2020 [15:07]:
"Bu gün böyük güclərin Azərbaycanda böyük kapitalları, boru xəttləri olmasaydı..." - VİDEO
15/08/2020 [15:04]:
“Qarabağ münaqişəsinin canlanması fonunda hər zaman bu dövlətin kölgəsi görünür...”
15/08/2020 [14:51]:
Abşeronda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb - FOTO
15/08/2020 [14:43]:
Bakıda özünü dənizə atan şəxsin xilasedilmə anları - VİDEO
15/08/2020 [14:41]:
Qərargahla bağlı bu videoları hazırlayana təşəkkür etdi - VİDEO
15/08/2020 [14:37]:
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb - FOTO
15/08/2020 [14:35]:
"Tankerlərin saxlanılması yalandır" - Həsən Ruhani
15/08/2020 [14:32]:
“Paşinyan livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev
15/08/2020 [14:26]:
Azərbaycanda kişini döyüb kameraya çəkdilər - FOTO
15/08/2020 [14:23]:
Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı
15/08/2020 [14:17]:
“Əhali haqlıdır, rəhbərliklə keçirilən görüşdə “Azərişıq” proqram təminatlarındakı şəffaflığı sübut edə bilmədi...”
15/08/2020 [14:12]:
Polşa və ABŞ hərbi saziş bağladı
15/08/2020 [14:10]:
Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib
15/08/2020 [14:09]:
Neftçalada çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
15/08/2020 [14:09]:
Polisdən Mingəçevirdə narkotik əməliyyatı - FOTO
15/08/2020 [14:04]:
Lukaşenko zəhərlənibmi? Diktator diktatorun yanına qaçır
15/08/2020 [14:00]:
Ələmdar Cabbarlı: "Bu gün Kəlbəcər ədəbi mühitini "Aşıq Şəmşir" Mədəniyyət Ocağı yaşadır"
15/08/2020 [13:49]:
Belə diplomatlar haradan tapılar...
15/08/2020 [13:35]:
"Qələbəmiz üçün ordumuz NATO standartlarına keçməli, müdafiə naziri mülki şəxs təyin olunmalıdır"
15/08/2020 [13:34]:
“Qarabağ həqiqətlərinin təbliği və erməni vəhşiliyinin ifşasında, sənədli və bədii filmlərin rolu əvəzsizdir”
15/08/2020 [13:15]:
Ərdoğanın sözçüsü: “Azərbaycan hər hansı hücuma məruz qalarsa...”
15/08/2020 [13:05]:
Abşeronda kişi arvadını amansızlıqla qətlə yetirdi
15/08/2020 [12:38]:
Koronavirusa yoluxan tanınmış həkim sağaldı
15/08/2020 [12:33]:
Prezidentin köməkçisindən narazı müğənnilərə CAVAB
15/08/2020 [12:07]:
Toy mərasimlərinə icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
15/08/2020 [12:07]:
“O bizim mahnıdır” - Almaz Ələsgərli "erməni mahnısı" iddiasına aydınlıq gətirdi + VİDEO
15/08/2020 [12:04]:
İctimai iaşə müəssisələrinin açılması yoluxma hallarını artıra bilərmi?
15/08/2020 [11:55]:
“Ermənilər Kəlbəcərdə qeyri-qanuni yaşayış məskəni salıb” - FOTO
15/08/2020 [11:49]:
Mandat daşıyanların susqunluğu — Çingiz Qənizadənin dəyişməyən mövqeyi...
15/08/2020 [11:37]:
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB
Bütün arxiv bir sırada
09/07/2020 [14:16] - Ədəbiyyat - ( 8452 dəfə baxılıb)

Keçmişdən gələcəyə nə daşıyırıq?



Fəlsəfi-tarixi-publisist düşüncələrim...

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

Daha bir misal. Nadir şah haqqında demək olar. Xalqın içindən çıxan bu сahangir başa düşürdü ki, din bu xalqı parçalayıb bir-birinə düşmən edir. O bunun qarşısını var gücü ilə almaq istəyirdi və müəyyən vaxt ərzində də aldı. 1736-cı ildə Muğanın Suqovuşan (Araz çayı ilə Kürün birləşdiyi yerdə, indiki Saatlı rayonunun ərazisi) ərazisində keçirilən qurultayda qəbul olunan beş bəndlik qərarın üçü dinə aid idi:

"1. Qızılbaşlar əvvəlki fanatik şiə məzhəbindən imtina edir, Cəfəri məzhəbini qəbul edir;

2. Kəbədə dörd məzhəblə yanaşı Cəfəri məzhəbi beşinci məzhəb kimi qəbul edilsin və bunun üçün Kəbə evində ayrıca bir sütun da qoyulsun;

3. Qızılbaş zəvvarların başçısının səlahiyyyəti  Suriya və Misir zəvvarlarının əmirlərinin səlahiyyətlərilə bərabərləşdirilsin..."

O bunu bütün qəlbi ilə istəyirdi. Başa düşürdü ki, bir dilə, bir mədəniyyətə, bir dinə sahib olanlar bir yerdə olmalıdırlar. Tarixin ironiyasına bax, onun vuruşduğu, döyüşdüyü qüvvələr də əsasən türk toplumları idilər. Əfqanları, yezidi kürdləri və Bəsrə ərəblərini çıxsaq - onlar da böyük əsgəri qüvvə təşkil etmirdilər- Nadir şah Osmanlılarla, Moğol şahları və Türküstanla müharibə aparırdı. Düzdür, yerli etnik toplumları ram etmək üçün ardıcıl olaraq ölkəiçi yürüşlər edir, tabe olmayanı cəzalandırırdı.

Tarixdən öyrənməli, ibrət götürməli çox hadisələr var, elə Nadir şahdan da. Birinci ibrət ondan ibarətdir ki, hakimiyyət zəif olanda dövlətin sütunları laxlayır və bu zaman dövlətin üstünə həm xaricdən, həm də daxildən yeriyirlər.Nadirin ulduzu o zaman parladı ki,  ölkədaxili və xarici qüvvələr Səfəvi dövlətini bölməyə başlamışdılar. Əfqanlar paytaxt İsfahanı almış, Şah Hüseyni əsir götürmüşdülər (sonradan şah edam olundu), Rus qoşunları Rəştə qədər əraziləri işğal etmişdilər. 1724-cü ildə  rus-osmanlı müqaviləsinə əsasən Kür çayının sol sahili ruslara, sağ sahili isə osmanlılara aid edilirdi. Osmanlılar Təbriz də daxil olmaqla Azərbaycan torpaqlarının böyük bir hissəsini nəzarəti altına ala bilmişdilər.

Həmin ilin 24 iyununda imzalanan sazişə əsasən Kür-Arazın birləşdirdiyi yerdən (Suqovuşan) Həmədana qədər birbaşa xətdən, Dağıstanın cənub hissəsindən, Şamaxının şərq hissəsi də daxil olmaqla, Rusiya-Osmanlı sərhədi hesab edilirdi. Osmanlı və Rusiya imperiyası Təhmasib Mirzəni (II Şah Təhmasib nəzərdə tutulur) şah kimi qəbul edəcək və Şah Təhmasib bu müqaviləni tanıyacaqsa, ona Səfəvi dövlətində qayda-qanun yaratmağa köməklik göstərəcəkdilər.

Xaraktercə çox zəif olsa da Şah "Təhmasib bu müqaviləni tanımadığı zaman Azərbaycanın həm osmanlılar, həm də ruslar tərəfindən zəbti başladı.  Bu zaman Nadir xan "yadellilərə" qarşı hərəkata başladı və şahın əsas qüvvəsinə çevrildi. Ölkənin cənubunda isə portuqallar və hollandlar Kəngər (Fars) körfəzi və Ərəbistan dənizində ağalıq edirdilər.

Bu  tarixdən aydın olur ki, vətən işğal olunanda kim qabağa çıxıb qoçaqlıq edəcək, işğalçılara qarşı mübarizə aparacaqsa xalq ona dəstək verəcək, necə ki, Nadir şahı taxt-taca qədər aparıb onu ən ali mərtəbəyə qədər yüksəltdi.

Tez-tez suallar verirlər ki, Nadir niyə məhz Suqovuşanda qurultay keçirib şah elan olundu? Yuxarıda qeyd etdik ki, Osmanlı-Rusiya sazişinə əsasən sərhəd Kür və Araz çaylarının birləşdiyi yerdən, yəni Suqovuşandan başlayır.  Nadir 1736-cı ilə qədər hər iki imperiyanın əsgərlərini torpaqlardan qovduqdan sonra məhz həmin yerdə qurultay keçirdi və hər ikisinə sübut etdi ki, sizin sərhəd hesab etdiyiniz yerdən hər şeyi silib yenidən yazdım. Bu zaman onun xalq tərəfindən dəstəyi çox böyük idi. O təkcə şah deyil, həm də xalq qəhrəmanı hesab edilirdi. Şah olana qədər o İsfahanı əfqanlardan azad (1729) edib Qəndəhara qədər ərazilərə hakimlik etməyə başladı, Bağdada (1732) qədər gedib çıxdı. Güney və Quzey Azərbaycanın Təbriz başda olmaqla bütün ərazilərdə hökmünü bərqərar etdi. Bircə güllə atmadan rus qoşunları  silahlarını təhvil vermək şərtilə (1735-ci il, Gəncə müqaviləsi) Dərbənddən Şimala çəkildilər.

İkinci ibrət ondan ibarətdir ki, bütün savaşlardan, müharibələrdən öncə və sonra diplomatiya savaşın özü qədər önəmli rol oynayır. Nadirin ruslarla diplomatik münasibəti bir daha sübut etdi ki, xalqdan uzaqlaşmayanda siyasi üstünlüklər və dividentlər daha çox olur. Bir tərəfdən Nadir osmanlılarla müharibə aparıb şəhərləri azad edir, digər tərəfdənsə rus elçisini yanında saxlayıb onunla müharibə dilində danışırdı  və şərt qoyurdu ki, siz də ərazilərimizdən çıxmasanız, sizinlə də belə müharibə apara bilərik. Bu onu göstərirdi ki, Nadir şah beynəlxalq siyasəti yaxşı bilirdi və qonşu ölkələrin daxilində nə baş verdiyindən xəbəri vardı. O Hindistanı fəth etdikdən sonra rus imperatoru ona məktub yazaraq birgə fəaliyyət haqqında fikirlərini bildirmişdi. Əslində Nadir şahı osmalnıların üstünə göndərmək fikri vardı, çünki rus-isveç müharibəsi yenidən başlamışdı.Hindistanda olmasına baxmayaraq, yenə də beynəlxalq siyasəti dərk edən Avşar hökmdarı rus imperatoruna xəbər göndərir ki, bir addım atdım, Hindistanı fəth etdim, o biri addımımı ataram, dünyanı tutaram. Bu o demək idi ki, məni öz oyunlarınıza qatmayın. Ömrünün sonuna qədər özünün başlamadığı siyasətdən kənarda qaldı, beynəlxalq siyasətdə heç kimə inanmadı. Bütün Avropa Nadir şahı körükləyirdi ki, osmanlı sultanın üstünə getsin. O isə Hindistan və Türküstandan dönən kimi Dərbəndin şimalına qədər yürüş etdi, hətta Terek çayına qədər gedib çıxdı. O zaman rusların ən zəif vaxtı idi. Ruslar heç də Nadir şahın Hindistandan sonra Rusiyaya müzəffər yürüşünü arzulamırdılar. Və rus çarına belə bir məktub yazdı: "Bir addım atıb Hindistanı aldım, o biri addımımı atıb Avropanı alaram". Üçüncü ibrət dərsindən Nadir şah nəticə çıxartdı, amma osmanlılar onu başa düşmədi.

Üçüncü ibrət ondan ibarətdir ki, Nadir şah sünnü və şiə qarşıdurmasını aradan götürmək istəyirdi. Bəlkə də tarixdə onun kimi belə cəfakeş olmayacaq bu məsələdə. Heç kim onun qədər bu addımı atmağa cəsarət etməzdi, amma o bunu etdi.

Şah gözəl başa düşürdü ki, sünni-şiə qarşıdurması islamı cəhalətə, xurafata sürükləyir, hər iki tərəfdən mollabaşılar bir-birilərinə qarşı fətva verir, müharibələr aparırdılar. Təsəvvür edin ki, başqa dinə mənsub olanlardan qız alıb qız verərdilər, amma sünnü və şiə arasında bu olmazdı. Belə cəhalət qaydaları Azərbaycanda da keçən əsrin altmışıncı illərinə qədər davam etdi  və indi də bir çox müsəlman ölkələrində bu davam edir.

O görürdü ki, Avropa din uğrunda müharibələri çoxdan arxada qoyub və dini dövlət siyasətindən ayırmaqla çox sürətlə inkişaf edirlər. Avropa milli kimlyini önə çıxarmaqla dövrün ən müasir silahlarına, elminə, ticarətinə yiyələniblər. Avropa milli kimliyinə güvənib dövlətlərini irəli aparır. Şərqdə isə geriləmə göz qabağında idi. Şərqin ən qabaqcıl elmlərinə (tibb, riyaziyyat, astronomiya, cəbr, həndəsə və s.) yiyələnən Avropa elmi inkişafda sıçrayışlar edərkən müsəlman dünyası geriləyir, xurafat girdabında daha da dərinliklərə baş vururdu.  İslam dünyasının möhtəşəmliyi və gətirdiyi yeniliklər geridə qalmışdı. Onun dövründə hümmət də şüuru da sıradan çıxırdı.  Şərq dövlətləri o qədər daxili çəkişmələrə aludə olmuşdular ki, Avropada nə baş verdiyindən xəbərdar olmaq belə istəmirdilər. Ən güclüsü Osmanlı imperiyası sayılırdı. O da XVII əsrin sonlarında xristian dünyası ilə döyüşlərdə bir qələbə belə qazanmamışdı, çünki geriləyirdi. Avropa texnika və silahlanma, əsgər sayını üstələyirdi. Osmanlılar Dəli Pyotrla Azov uğrunda döyüşdə üstünlük qazanmışdılar. Bunu bir az ətraflı yazaq. XVIII əsrin əvvəllərində çar Pyotrun "isti dənizlər"ə çıxmaq planı işə salındı, təbii öz tərəfindən. Poltova döyüşündə (1709) məğlub olan İsveç kralı XII Karl qaçaraq Osmanlı sultanına sığındı. Bunu bəhanə edən Pyotr Osmanlı torpaqlarına girdi. Xatırladım ki, bu dövrə qədər Qara dəniz bütün Osmanlı imperiyasının daxili dənizi hesab edilirdi və bütün dünya neçə yüz il idi ki, bunu belə qəbul edirdi.

Sultan III Əhməd Rusiyaya müharibə elan etdi. (1710)

Yenicə sədr əzəm (baş nazir) təyin olunan Baltaçı Mehmed paşa 200 minlik ordu ilə rusların üzərinə göndərilir.  Bunun ardınca Osmanlı donanması  və Krım xanın qoşunları Prut çayının yaxınlığında gedən döyüşə qoşulurlar. Çar mühasirəyə düşür və sülh təklif edir.  Baltaçı Mehmed sülh sazişi bağlamamışdan öncə mədhi-ülya I Yekaterina ilə onun çadırında görüşür. Ona mədhi-ülya tərəfindən bir böyük sandıq qızıl və intim təklif olunur.  Baltaçı hər iki təklifi qəbul edir və səhərə qədər Pyotrun arvadının çadırında qalır. Sonrası isə bəlli. 1711-ci ilin  avqust ayında sülh sazişi imzalanır. İsveç kralı və Krım xanı nə qədər təkid etsələr də ki, çarın axırına çıxmaq lazımdır, sədr əzəm onlara fikir vermir və sənədi imzalayır. Sonralar sultana qarşı müxalifətə keçən Baltaçının başı sarayda məhz bu hadisəyə görə balta ilə vurulur.

Yunus Oğuz

loading...
Koronavirus maskası bir məhkumun ölümünə səbəb oldu - İNANILMAZ HADİSƏ
Öldürdüyü sevgilisini çuxura atarkən yaxalandı - FOTO + VİDEO
Oyun oynayan qızını ölümdən bu cür xilas etdi - FOTO + VİDEO
70 milyonda bir yaşanan hamiləliklə 4 uşaq dünyaya gətirdi...
"Dövlət ona dəstək olan, sahib çıxan düşüncəli vətəndaşın çiyinlərində güclü olur"
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Qarabağ məsələsində gec-tez öz qəti sözünü deyəcək”
Dünya
Poroşenko 10 günə dövlət çevrilişi edəcək - İddia
Cəmiyyət
“Əhali haqlıdır, rəhbərliklə keçirilən görüşdə “Azərişıq” proqram təminatlarındakı şəffaflığı sübut edə bilmədi...”
Gündəm
“Qarabağ həqiqətlərinin təbliği və erməni vəhşiliyinin ifşasında, sənədli və bədii filmlərin rolu əvəzsizdir”
Gündəm
İctimai iaşə müəssisələrinin açılması yoluxma hallarını artıra bilərmi?

Yazar
Seymur Verdizadə
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
Seymur Əliyev
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu...
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir - Operativ Qərargah
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Polşada Qarabağ münaqişəsinin həllinə mane olan əsas səbəbi tapdılar...
İrəvan Qarabağı qaytarmalıdır, yoxsa... - Daniyelyan
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247