Xəbər lenti
09/08/2020 [23:48]:
Türkiyə ekskavator buraxdı - Ərdoğan sükan arxasında - VİDEO
09/08/2020 [23:40]:
Azərbaycanda zəlzələ oldu
09/08/2020 [23:34]:
Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü
09/08/2020 [23:12]:
Yevlaxda gənc Kür çayında boğulub
09/08/2020 [23:02]:
"Müdafiə Nazirliyində onunla bir yerdə uzun illər çiyin-çiyinə xidmət etdiyimdən qürur duyuram"
09/08/2020 [22:59]:
"Əminik ki, Kəlbəcər adını uca tutduğunuz kimi bizi doğma torpaqlarımıza qovuşduracaqsınız"
09/08/2020 [22:55]:
Ekstrasens Kaşpirovski Putinə müraciət etdi: “Bill Qeytsin planıdır, çox sayda adam öləcək...”
09/08/2020 [22:39]:
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
09/08/2020 [22:34]:
Bu da Sevdanın toy - Fotosessiyası
09/08/2020 [22:18]:
İcra başçısının müavinini avtomobil vurdu
09/08/2020 [22:14]:
"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"
09/08/2020 [22:04]:
Madəm, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra əleyhimə irəli sürdülər..?!"
09/08/2020 [21:59]:
Güləşçilərə bəd xəbər: İki Avropa çempionatı ləğv olundu
09/08/2020 [21:55]:
İsraildə Azərbaycana dəstək aksiyası keçirilib - YENİLƏNİB
09/08/2020 [21:12]:
Lukaşenko seçkilərdə qalib gəlib - "Exit poll"
09/08/2020 [20:09]:
Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
09/08/2020 [20:05]:
Livan üzərində beynəlxalq çəkişmə güclənir - Ölkə proksi müharibənin bir addımlığındadır
09/08/2020 [19:55]:
Belarus seçki məntəqələrində görünməmiş növbələr: “Həbslərə hazırıq, səsimizi oğurlaya bilməyəcəklər”
09/08/2020 [19:50]:
«Dağlıq Qarabağ» problemində istifadə olunmuş beynəlxalq prinsiplər...
09/08/2020 [19:16]:
Zabit Səmədov prezident seçkilərində Lukaşenkonu dəstəkləyir
09/08/2020 [18:46]:
Dənizdə polislərlə gənclər arasında kütləvi dava - VİDEO
09/08/2020 [18:32]:
Bakıda huşsuz vəziyyətdə köməksiz qalan şəxs xilas edildi
09/08/2020 [18:30]:
BŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib
09/08/2020 [18:20]:
Livanda daha bir nazir istefa verdi
09/08/2020 [18:03]:
İstanbulda avtobus qəzasında 5 nəfər ölüb, 25 nəfər yaralanıb
09/08/2020 [17:58]:
"Biz bunlara söykənərək İrəvanın və digər ərazilərin Azərbaycana geri qaytarılmasını istəyirik"
09/08/2020 [17:29]:
“Sevgilisini dəfn etmiş bir qadınam”
09/08/2020 [17:08]:
"Bu mənim şəxsi həyatımdır, necə istəyirəm yaşayıram, başqası mənim nə vecimə..."
09/08/2020 [16:59]:
Əfqanıstanın paytaxtında güclü partlayış
09/08/2020 [16:54]:
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTO
09/08/2020 [16:46]:
“İndi nə edək ki, Prezidentin taleyinə də gəlib bu nimdaş kadrlar düşüb..?”
09/08/2020 [16:34]:
"Hamıya sübut etdim ki, boşanmış rəqqasə də ayaqüstə durar, sınmadan övladını böyüdər..."
09/08/2020 [16:25]:
Belarusda seçki baş tutmuş elan olundu: Lukaşenko iğtişaşlardan danışdı, medianı hədələdi
09/08/2020 [16:21]:
Braziliyada matəm elan edildi
09/08/2020 [16:10]:
Məşhur aktrisa 101 yaşında vəfat etdi
09/08/2020 [16:04]:
"ABŞ hamıdan güclü olması ilə kifayətlənməməlidir, o, dünyanın ən ədalətli dövləti olmalıdır"
09/08/2020 [15:58]:
Al qanımla çiçək bitər, ləçəkləri poladdan... - Musa Yaqubdan Şəhid generalımıza ithaf
09/08/2020 [15:57]:
"Gözəl qadın deyiləm..." - Roza Zərgərli
09/08/2020 [15:52]:
“Sileks”in baş məşqçisi: “Qarabağ” qarşılaşmanın aşkar favoritidir"
09/08/2020 [15:33]:
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO
09/08/2020 [15:30]:
Qurban Qurbanov ÇL-də püşkatmanın nəticələrini dəyərləndirdi
09/08/2020 [15:26]:
Belarusda prezident seçkiləri baş tutub - Belarus MSK
09/08/2020 [15:18]:
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər - DİM
09/08/2020 [15:17]:
Qohumları ilə mübahisə edən kişi eyvandan yıxıldı - VİDEO
09/08/2020 [15:03]:
Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi
09/08/2020 [14:33]:
Putindən 5 səhifəlik məktub aldım - Lukaşenko
09/08/2020 [14:31]:
Partlayışdan sonra Livanda ilk istefa - Yeni gəlişmə
09/08/2020 [14:28]:
“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub
09/08/2020 [14:23]:
İran-İraq sərhədində zəlzələ oldu
09/08/2020 [14:20]:
Karantinin daha da yumşaldılması yoluxmanı artıra bilərmi?
09/08/2020 [14:00]:
Rasim Balayevin 72 yaşı tamam oldu - FOTOLAR
09/08/2020 [13:56]:
Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı
09/08/2020 [13:51]:
Azərbaycanda bir gündə 308 nəfər COVID-19-dan sağalıb, 87 nəfər yoluxub, 2 nəfər vəfat edib
09/08/2020 [13:49]:
Belarusda xaos olmayacaq - Lukaşenko
09/08/2020 [13:48]:
“Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir” - ABŞ kəşfiyyatı
09/08/2020 [13:46]:
Düşmən Xankəndidən Qırmızı Bazara gedən  strateji yolu asfaltlamağa başladı...- FOTO
09/08/2020 [13:13]:
Dubayda yaşayan azərbaycanlı model izləyicilərini heyran qoydu - VİDEO
09/08/2020 [13:09]:
Toysuz qalan meyxanaçı dəllallığa girişdi
09/08/2020 [13:07]:
Lukaşenko prezident seçkilərində səs verdi
09/08/2020 [12:42]:
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
09/08/2020 [12:24]:
ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi
09/08/2020 [12:23]:
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr cəlb edilib - VİDEO
09/08/2020 [11:56]:
Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər ölüb
09/08/2020 [11:54]:
Namizədlərin səviyyəsi eyni deyil – Belarus
09/08/2020 [11:39]:
Azərbaycanda ər arvadını amansızlıqla qətlə yetirdi
09/08/2020 [11:24]:
Müdafiə nazirinin keçmiş müavini dünyasını dəyişdi...
09/08/2020 [11:16]:
Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət: "Vətəndən uzaqda olsam da..."
09/08/2020 [11:13]:
48 yaşlı kişi yaşadığı evdə intihar etdi
09/08/2020 [10:54]:
400 minlik toyu ilə gündəmə gələn sabiq azərbaycanlı məmurun qızı BOŞANDI...
09/08/2020 [10:39]:
Koreya hücum planlaşdırır? - 5 müharibə ssenarisi
09/08/2020 [10:35]:
Belarusda kritik seçki başladı - Svetlana Tixanovskaya video-müraciət yaydı: “Necə yəni ölkəni kimsəyə vermərik?”
09/08/2020 [10:31]:
Sumqayıtda Xalq artistinin qardaşı döyülüb - FOTO
09/08/2020 [10:27]:
İqtisadçı professor Azərbaycanı Sinqapurla müqayisə etdi... - ACI REALLIQ
09/08/2020 [10:24]:
Ağalar Vəliyev Goranboyluları rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik etdi
09/08/2020 [10:19]:
Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili barədə təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək
09/08/2020 [10:17]:
Tovuzdakı qətllə bağlı cinayət işi başladı
09/08/2020 [10:15]:
Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başladı
09/08/2020 [10:04]:
“Beyrut limanına yüklənən selitra xarici təsir olmadan partlaya bilməzdi” - “Rhosus” gəmisinin kapitanı
09/08/2020 [09:55]:
Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölənlər və yaralananlar var
09/08/2020 [09:52]:
Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır
Bütün arxiv bir sırada
09/07/2020 [18:27] - Cəmiyyət - ( 1278 dəfə baxılıb)

Yaltaqlıq ən perspektivli valyutadır...



Bu gün professor Qorxmaz Quliyevin doğum gündür. 

Moderator.az kulis.az-a istinadən dəyərli elm xadimini təbrik edir, onun sosial şəbəkələrdə ədəbiyyat və cəmiyyətlə bağlı yayılmış maraqlı fikirlərindən seçmələri təqdim edir.

Bizim təkcə bədənimiz yox, qəlbimiz də dost-düşmənin bilərəkdən yaxud bilməyərəkdən məruz qaldığı aramsız hücumlardan - sərt baxışdan, köntöy sözdən, qaba rəftardan, sevdiyin insanın etinasızlığından, "dost"un badalağından qoruyan dəri ilə örtülmüşdür. Lakin bu qoruyucu qat hamıda eyni cür olmur. Dilimizdə "gönüqalın" - heyvan dərisini insanın hissiyyatına şamil edən söz var. Mən də analogiya ilə "gönüzərif" sözü uydururam. Dünyanın gəldi-gedəri "gönüqalınlar"ın vecinə deyil, "gönüzəriflər" tuş gəldikləri hər acı sözdən, naqolay hərəkətdən əzab çəkirlər, vaxtsız-vədəsiz infarkta tuş gəlirlər. Bir də az təsadüf olunan, yüz ildə bir dəfə dünyaya gələn "gönsüzlər" var: Nəsimi, C.Məmmədquluzadə, Cavid, Müşfiq məhz bu tipli şəxsiyyətlər idi. Əgər günlərin bir günü sübut olunsa ki, Nəsimi dərisi soyulanda ağrıdan qıvrılmaq əvəzinə gülürdü, mən buna təəccüblənmərəm: axı bu anda onun uzun illər əvvəl dərisi soyulmuş, aramsız təhqirlərə məruz qalmış, qəlbinin ağrıları cismani ağrılarla dəf olunurdu, iki ağrı arasında qəribə bir tarazlıq yaranırdı - iki bir-birini dəf edən, neytrallaşan ağrı. Dərdlərini Kefli İskəndərlə bölüşən Cəlil də elə bu sayaq ürək ağrılarını dəf etməyə çalışırdı.

Yaltaqlıq bu gün ən sərfəli, ən perspektivli valyutadır. Yaltaqlıq üçün banka gedib kredit kimi götürmürsən ki, sonra illər boyu ödəyəsən və altından çıxa bilməyəsən. İç aləminə nəzər salmaq kifayətdir ki, nə qədər "yaltaqlıq" adlı var-dövlətə malik olduğunu üzə çıxarasan. Üstəlik bu gün dəbdən düşüb dəyərini itirmiş ata-babadan qalma kişilik, namus, vicdan kimi əl-ayağa dolaşan, yaşamağa mane olan şeyləri də valyutadəyişmə məntəqələrində yaltaqlığa çevirmək mümkündür. Yaltaqlığın iki gözəl xüsusiyyətini də qeyd etmək lazımdır: birincisi, onu xərclədikcə həndəsi silsilə ilə artır və ikincisi, yuxarıların qabağında əyildikcə, aşağıdakıları tapdalamaq, məhv etmək şansın artır. Mən bir şeyi başa düşmürəm - niyə bizim manat mentalitetimizin bu gözəl xüsusiyyətini əxz etməyib? Niyə dollara, yevroya boyun əyib öz layiqli yerini tapmayıb?

Mən özümü heç də böyük uğur qazanmış adam hesab etmirəm. Mən müəlliməm, amma bu vaxta qədər tamamilə razı qaldığım dərsi deyə bilməmişəm. Hərdən bir xırda-para yazılar yazıram, amma heç bir yazımdan məmnunluq hissi duymuram. Hərdən bir kitabxanama baxıram, dəqiq şəkildə başa düşürəm ki, burada olan kitabları axıra kimi heç vaxt oxuyub başa çatdıra bilməyəcəyəm. Amma əsas məsələ uğur qazanmaqla yox, dünyanı dərk etməyə can atmaqla bağlıdır və başa düşmək lazımdır ki, Allahın bizə bəxş etdiyi bu intəhasız prosesdə mən yalnız kiçik bir halqayam. Amma elə bir halqayam ki, heç kim məni əvəz etmək iqtidarında deyil. Bununla bağlı qürur duyuram.

Munk ilə Kafka arasında qəribə bir oxşarlıq və fərq var: onlar həm bir-birinə çox bənzəyirlər, həm də bir-birindən kəskin şəkildə fərqlənirlər. Norveçli rəssamın "Qışqırıq" əsərində təkcə insan yox, onunla səs-səsə verən, parlaq, başqa kontekstdə göz oxşayan, lakin bəlkə də bir-birilə uyuşmadıqlarına görə, bir-birini məhv etməyə hazır olan, adamın gözlərini deşən rənglər də bar-bar bağırırlar, dözülməz mənəvi-cismani ağrıları ifadə edirlər: rəng səsə çevrilir. Hətta reproduksiyadan da Munkun İnsanının bağırtısını eşidirik. Bu qışqırıq qulaqlarımızın pərdəsini deşib daxili aləmimizə nüfuz edir. Kafkanın dünyası isə bombozdur, onun rəngsiz qəhrəmanları bağırırlar, amma onların səsini nə özləri. nə də biz eşidirik. Mən dünya ədəbiyyatında hələ Zamza ("Çevrilmə") kimi səssiz-səmirsiz bağıran ikinci obraza rast gəlməmişəm. Zamza "boz" bağırır, ona görə onun səsi qulaqlarımızın yanından keçib birbaşa qəlbimizə nüfuz edir.

Keçən əsrin 20-ci illərində ipə-sapa yatmayan, ərköyün, şıltaq incəsənəti buxovlamaq üçün Stalinlə Qorki baş-başa verib sosrealizmi - bəşər tarixində "analoqu olmayan" repressiv "estetik" konsepsiyanı ixtira etdilər. Bu "əziz-xələfi" qanuniləşdirmək lazım idi. Ləyaqətli sələfi tapmaq üçün uzağa getmək lazım gəlmədi: XIX əsr bir-birinə bənzəməyən Stendal, Balzak, Dikkens, Tekkerey, Qoqol, Tolstoy, bizim C.Məmmədquluzadə və Sabir kimi möhtəşəm sənətkarlar yetişdirmişdi. Sosrealistləri bu yazıçıların varisi elan etməklə sanki işə xitam vermək olardı. Lakin bundan ötrü XIX əsr yazıçılarının bir tərəfdən statusunu qoruyub saxlamaq, digər tərəfdən sosrealistləri öncədən yüksəltmək üçün realistləri aşağılamaq tələb olunurdu; Çıxış yolunu sələflərə "tənqidi realizm" damğası vurmaqda gördülər. Bu yığcam anlayış XIX əsr yazıçılarının bəşər nəslinin inkişaf perspektivlərini görə bilməməklərini, buna görə də əyər-əskikləri tənqid etməklə kifayətləndiklərini ifadə edirdi. Amma "tənqid" sözü bu sənətkarların çoxuna yapışmır. Məsələn, Tolstoyun "Hərb və sülh" romanında mənfi personaj yoxdur. Bəs onda Qoqolun, C. Məmmədquluzadənin başdan-başa tənqidə köklənmiş əsərləri necə olsun? Əks-sualla cavab verirəm: Əgər C.Məmmədquluzadənin təsəvvüründə zülmətə bürünmüş Danabaş kəndinin arxasında ruhən azad, cismən gözəl insanların ideal məkanı olmasaydı, o, bərəks zəlil insanları, Xudayar bəyin burnunu təsvir edə bilərdimi? Əlbəttə ki, XIX əsrdə tənqidə meyl edən sənətkarlar var idi. Amma fikir verəndə məlum olur ki, onlar idealistlər, romantik realistlər idilər. Bəlkə "yuxarıda deyilənləri nəzərə alaraq" dünya estetik fikrinin çoxdan imtina etdiyi milli ədəbiyyatşünaslığımızda acı bağırsaq kimi uzandıqca uzanan "tənqidi realizm" anlayışından biz də imtina edək?!

loading...
"Bir icra başçısının məhkəmə qərarını saymaması Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir"
Beyrutdakı partlayışın daha bir görüntüsü yayıldı - VİDEO
Romantik evlilik təklifi evi kül etdi - FOTOLAR
Maskasız müştəri ona xəbərdarlıq edən qadına yumruq atdı - VİDEO
Burunsuz doğulan oğlağı "Tanrı" olaraq qəbul etdilər - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Müsahibə
"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"
Cəmiyyət
Al qanımla çiçək bitər, ləçəkləri poladdan... - Musa Yaqubdan Şəhid generalımıza ithaf
Cəmiyyət
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
Cəmiyyət
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
Cəmiyyət
“Ümid edirəm ki, məhz bu xarakter bir çox narahatçılıqları aradan qaldıracaq...”

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Bakıda özəl klinikada dəhşət: Qarabağ əlilini səhv müalicə ilə bu hala saldılar və...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247