"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
Oxunub: 3333
09 Jul 2020 | 21:34
Milli Mətbuatın 145 illik yubileyi yaxınlaşdıqca, dövlət-media münasibətləri, mətbuata dövlət dəstəyi, jurnalistlərə mənzil verilməsi kimi məsələlər ətrafında müzakirələr aktuallaşır. Bu il həm də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənovun və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin vəzifədən azad edilməsi hökumətin mətbuatla münasibətlərə yenidən baxması kimi şərh olunur. Belə fikirlər var ki, indiyədək Azərbaycanda mətbuatın inkişafını əngəlləyən bu şəxslər idi və artıq hər şey qaydasına düşəcək. Halbuki sözügedən kadr dəyişikliklərindən yarım ildən çox vaxt keçsə də, hələlik alternativ siyasətin konturları görünmür, inersiya ilə əvvəlki siyasət davam etdirilir.

Moderator.az xəbər verir ki, Milli Məclisin deputatı, keçmiş mətbuat və informasiya naziri (1991-1995) Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Press klub”un suallarını cavablandırıb.

– Əli Həsənov və Vüqar Səfərlinin işdən azad olunmasını hökumətin mətbuatla iş sahəsində islahatlara başlaması kimi dəyərləndirmək olarmı?

– İslahat daha geniş spektri əhatə edən anlayışdır və hansısa strukturda bir-iki nəfərin işdən çıxarılması ilə həmin strukturda vəziyyəti dəyişmək mümkün deyil. Əslində, Azərbaycanda mətbuatla bağlı islahatlar hələ bir neçə il öncədən başlanıb. Mətbuatın inkişafına yönəlik addımların atılması, jurnalistlərə dövlət qayğısı, media rəhbərləri və jurnalist təşkilatları ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, ardınca jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və uzun müddət mətbuatda çalışan insanlar üçün ayrıça şəhərciyin salınması, məncə, mətbuatın inkişafına dəstəyin bir nümunəsidir. Sadaladıqlarım yaxın tariximizdə dövlətin mətbuata münasibətdə atdığı önəmli addımlardır. Nəzərə almaq lazımdır ki, nə sovet dövründə, nə də başqa vaxtlarda mətbuata belə imkanlar yaradılmayıb. Məncə, hökumət mətbuatın dövlətçiliyin qorunmasında, dövlət quruculuğunda oynadığı rolu nəzərə alaraq belə addımlar atıb. Bu, həm də onu göstərir ki, müxtəlif siyasi qrupların fikirlərini cəmiyyətə çatdıra bilən jurnalistikanın dövlət quruculuğunda xidmətləri daha yaxşı dərk olunur. Mən Əli Həsənovun, yaxud hansısa vəzifəli şəxslərin işdən azad edilməsini, onların başqa şəxslərlə əvəz olunmasını nə jurnalistika, nə də dövlətin mətbuat siyasətində hansısa isahatlara başlaması ilə əlaqələndirmirəm, bunlar tamamilə ayrı məsələlərdir. Adını çəkdiyiniz şəxslərin də hərəsinin öz sahəsi vardı və onların cavabdehlik daşıdıqları sahə təkcə jurnalistika və mətbuat deyildi. Bu yaxınlarda Prezident Milli Mətbuatımızın 145 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda da mətbuatın inkişafında xidməti olan jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur. Bu, mətbuata dövlət dəstəyinin bir təzahürü olmaqla yanaşı, həm də jurnalist fəaliyyətinin stimullaşdırılması, onların zəhmətinin dəyərləndirilməsi baxımından vacib məsələdir. Bütün bunlar jurnalistikaya qayğıdır və bu cür qayğı davam etdikcə, genişləndikcə, mətbuat sahəsində islahatlar olacaq. İslahatı qaçılmaz edən və bunun şərtlərini göstərən başqa məsələlər var. Bunlar mətbuatın üzləşdiyi maddi sıxıntılar, elektron medianın inkişafı, çap mətbuatına ehtiyacın azalması, hakimiyyətlə mətbuat arasındakı münasibətlərin daha sivil qaydaya düşməsi və digər məsələlərdir. Mətbuat sahəsində islahatlara məhz bu kontekstdən yanaşmaq lazımdır.

Sizcə, indiki şəraitdə dövlət və mətbuat münasibətlərinin tənzimlənməsi sahəsində ən vacib dəyişikliklər nədən ibarət olmalıdır? Mətbuatın peşə prinsiplərinə uyğun fəaliyyət göstərə bilməsi üçün hansı dəyişikliklər daha zəruridir?

– Bunun iki şərti var. Birincisi, dövlət mətbuatın tənqid və iradlarına da, təqdirinə də səbrlə və dözümlü baxmalıdır, mətbuatın sərbəst fəaliyyətinə, onun azadlığına, tənqidi fikrə normal yanaşmalıdır. Eyni zamanda, mətbuatın da ruhu məsuliyyətdən, dövlətə sevgidən yoğrulmalıdır; öz fəaliyyətində dövlətlə hakimiyyəti bir-birindən fərqləndirməyi bacarmalıdır; müstəqil dövlətin nə qədər tarixi əhəmiyyət daşıdığını, bunun cəmiyyətimiz və xalqımız üçün dəyərini nəzərə almalıdır. Mətbuat əsassız tənqiddən çəkinməlidir, şər-böhtandan, söyüşdən uzaq olmalı, tənqidlər faktlara söykənməlidir. Belə olanda dövlətin də mətbuata münasibəti dəyişəcək. Yəni, hər iki tərəfdə münasibətlər qarşılıqlı, sivil qaydada olmalıdır və belə olarsa, mətbuat özünün normal inkişaf yolu ilə gedəcək. Yoxsa, dövlətin jurnalistlərə mənzil verməsini jurnalistlərin susdurulması kimi başa düşmək mətbuatı öz yolundan, prinsiplərindən yayındırar. Yaxud “hansısa jurnalist susduğuna görə qayğı görəcək, açıq tənqidi fikir söyləyənlər kənarda qalacaq” düşüncəsi hakim olacaqsa, heç vaxt dövlət-mətbuat münasibətləri normallaşmayacaq.

– Əli Həsənov vəzifədən uzaqlaşdırılandan sonra belə bir fikir formalaşdı ki, artıq mətbuata bir nəfəslik veriləcək, bu sahədə normal münasibətlər qurulacaq.

– Mən Əli Həsənovun adının bu cür hallandırılmasının və jurnalistikamızın bütün problemlərini onun çiyninə yükləməyin tərəfdarı deyiləm. Eyni zamanda, onun vəzifədən uzaqlaşdırılması mənim üçün Azərbaycan jurnalistikasında hansısa mərhələ, yaxud da hansısa mərhələnin başlanması deyil. Ona görə də mən bu məsələlərin ayrı-ayrı şəxslərin üzərində qurulmasını düzgün hesab etmirəm.

– Bir neçə gün əvvəl KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqənin nəticələrini açıqladı. Müsabiqə yenə köhnə şərtlər və prinsiplər üzərində quruldu və əvvəlkilərdən ciddi şəkildə fərqlənmədi. Halbuki gözlənilirdi ki, dövlətin maliyyə dəstəyi təkcə qəzetləri yox, həm də elektron mətbuatı, araşdırmaçı jurnalistlərin fərdi layihələrini əhatə edəcək. Amma bu gözləntilərin heç biri baş vermədi. Üstəlik, mətbuata ayrılan yardımların necə xərclənməsi də şübhə doğurur, bu sahədə şəffaflıq yoxdur…

– Bu məsələlərdə subyektiv amilləri aradan qaldırmaq üçün müəyyən prinsiplər olmalıdır. Qəzetlərə maliyyə dəstəyinin hansı prinsiplər əsasında verildiyindən məlumatsızam, bu barədə bir söz deyə bilmərəm. Mən keçmiş Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik edəndə bu prinsipləri bilirdim. Amma indi bu məsələləri diqqətlə izləmirəm və kimə nə qədər vəsait ayrıldığından, bu vəsaitlərin hansı meyarla verildiyindən xəbərim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, mətbuata da, qeyri-hökumət təşkilatlarına da dövlət yardımı bu işə başçılıq edənlərin subyektiv mülahizələrindən, sevgilərindən, dost-tanışlıqdan asılı olmamalıdır. Əksinə, fəaliyyətlərində milli-mənəvi dəyərləri nəzərə alan, Azərbaycanın həm dövlətçiliyini, həm də milli maraqlarını qoruyan və ona xidmət edən, ölkəmizə nüfuz qazandıran, hörmət gətirən mətbuata dəstək verilməlidir. Yoxsa, “kim bizə yaxındırsa, ona daha çox vəsait ayıraq” prinsipi ilə heç bir normal iş qurmaq olmaz.

- KİVDF elektron mediaya maliyyə dəstəyinin verilməməsini həm də mətbuatın bu sahəsini tənzimləyən qanunvericiliyin olmaması ilə izah edir. Sizcə, bu məsələlər necə həll edilməldir?

– Bu, doğrudan da çətin məsələdir. Çünki indiki dövrdə əlində mobil telefon olan istənilən şəxs internet üzərindən özünə bir səhifə aça və özünü elektron media kimi təqdim edə bilər. Təəssüf ki, son vaxtlar Azərbaycanda belə hallar çoxalıb. Bəziləri hesab edir ki, belə adamlar da jurnalistika işi görür. Amma internetdə özünə səhifə açıb, guya mətbuat nümayəndəsi kimi fəaliyyət göstərən bir adamın həqiqətən jurnalistika ilə məşğul olub-olmadığını necə müəyyənləşdirmək olar?! Belə adamlar doğrudanmı mətbuata xidmət edir, yoxsa özünün şəxsi maraqlarına uyğun şəkildə kimisə tərifləmək, yaxud intiqam almaq üçün fəaliyyət göstərir? Bunları müəyyən etmək asan deyil. Bu baxımdan məsələ çox çətin və ciddidir. Güman edirəm ki, hazırda dövlət mətbuata dəstək verirsə, ilk növbədə bu dəstək Azərbaycan həqiqətlərini dünyaya çatdıran, hətta xarici dillərdə yayımlanan ciddi saytlara verilməlidir. O saytlar ki, Azərbaycan haqqında beynəlxalq aləmdə yayılan yalançı informasiyaların qarşısını ala bilir və milli maraqlarımıza xidmət edir. Belə saytlara dövlət dəstəyi verilməlidir. Yoxsa, hər hansı işsiz adam özünə iş yeri tapmayanda “mən jurnalistəm” deyib, sayt yaradaraq guya jurnalistika ilə məşğul olanda dövlət ona niyə vəsait ayırmalıdır?

– Mətbuata dövlət dəstəyi medianın özünü də iki qütbə ayırıb: bir qisim hesab edir ki, dövlət mətbuata birbaşa yardım ayırmamalı, sadəcə, iqtisadi azadlıqları təmin etməklə jurnalistlərin özlərini dolandıra bilməsi, maliyyə təminatlarını qurmaları üçün şərait yaratmalıdır. Belə olsa, hər bir mətbuat işçisi öz maaşı ilə ailəsini dolandıra, mənzil və başqa ehtiyaclarını ödəyə bilər. Başqa bir qisim isə hesab edir ki, indiki şəratdə dövlətin mətbuata dəstəyi həm birbaşa maliyyə yardımı formasında, həm də jurnalistlərin mənzillə təmin olunması şəklində olmalıdr. Sizin fikrinizcə, necə olmalıdır?

– Əsl həqiqət bu iki qütbün ortasındadır, nə o tərəfi, nə də bu tərəfi tam şəkildə dəstəkləmək olar… Təəssüf ki, Azərbaycanda qəzetlərin real tirajla bazarda satılması və özünün maliyyə ehtiyaclarını qarşılaya bilməsi müşkül məsələdir. Biz 1989-1991-ci illər arasında “Azərbaycan” qəzetini yarım milyon tirajla çap edirdik, fəaliyyətimizi elə qurmuşduq ki, bütün nüsxələr satılırdı və bunun hesabına redaksiyanın maliyyə təminatını yaratmışdıq. Hətta Qarabağa Xalq Yardımı Komitəsinin maaşlarını o qəzetin satışından toplanan vəsaitlər hesabına ödəyirdik. Amma o dövr çox uzaqda qalıb, indi qəzetlərə o illərdəki qədər maraq yoxdur, qəzetlərin tirajı ilə kollektivi saxlamaq, çap və yayım xərcini ödəmək çətindir. Azərbaycanda ciddi reklam bazarı da yoxdur ki, qəzetlər reklamların hesabına özlərinə maliyyə təminatı qura bilsin. Halbuki, xarici ölkələrdə mətbuat orqanları daha çox reklam bazarından maliyyələşir. Lakin indiki şəraitdə Azərbaycanın reklam bazarında bu cür maliyyə təminatları tapmaq müşkül işdir. Dövlətdən yardım alan mətbuatın isə azadlığı və sərbəstliyi istər-istəməz məhdudlaşır. Hər halda, burada iki çətin yoldan biri seçilməlidir. Fikrimcə, mətbuatın dolanışıq xatirinə yad əllərə düşməsindənsə, mafioz qrupların, yaxud mətbuatdan başı çıxmayan oliqarxların çətiri altında fəaliyyət göstərməsindənsə, dövlətə yaxın olması daha normaldır. Mən bunu ideal variant saymıram, amma başqa yol da görmürəm.

– Mətbuat Şurasının dövlət-mətbuat münasibətlərinin tənzimlənməsindəki rolunu necə dəyərləndirirsiniz?

– Mətbuat və İnformasiya Nazirliyindən sonra Mətbuat Şurası və KİVDF kimi kiçik qurumlar yaranıb. Təəssüf ki, bunlar özlərini doğrultmur. Hər şey göz qabağındadır və mən bu kiçik qurumların fəaliyyətini normal hesab etmirəm. Fikrimcə, Mətbuat və İnformasiya Nazirliyi qorunub saxlanılmalı idi. Neçə ki, bir çox ölkələrdə belə strukturlar indi də fəaliyyət göstərir. Mətbuat və İnformasiya Nazirliyi nəşriyyat sisteminin, kitab nəşri işinin, kitab ticarətinin təşkili, satış şəbəkəsinin qurulması, kitab və jurnalların beynəlxalq sərgilərə göndərilməsi və xarici dillərə tərcümə olunaraq yayılması, mətbuatın lisenziyalaşdırılması, tirajların müəyyənləşdirilməsi, informasiya sisteminə nəzarət, informasiya işinin beynəlxalq müstəviyə çıxarılması, xaricdən gələn jurnalistlərin Azərbaycanda yönləndirilməsi, onların lazımi materiallarla təmin olunması kimi geniş spektrli fəaliyyətləri həyata keçirirdi. Bütün bunlar kimlərinsə gözünə kiçik görünə bilər, amma dövlətin maraq və mənafelərinin qorunması baxımından çox böyük və məsuliyyətli, həm də nəticəyə hesablanmış fəaliyyətlər idi. İndi Azərbaycanda ayrıca qurum kimi Beynəlxalq Mətbuat Mərkəzi yaradılıb, amma o vaxt bu qurum da Mətbuat və İnformasiya Nazirliyinin tərkibində idi. Bunlar hamısı təkcə mətbuat işinin yox, həm də bütövlükdə mədəniyyətin çox böyük bir sahəsidir və Azərbaycanın dövlət olaraq onlara ehtiyacı var. Təəssüf ki, bu sistem dağıdılıb, hər şey yeni yaradılan kiçik qurumlar arasında param-parça edilməklə bölüşdürülüb. Bu kiçik qurumların çoxu da naşı adamların əlindədir, onlar mətbuatın, qəzetin nə olduğunu bilmirlər. Ona görə də mətbuatla bağlı işləri kiçik qurumlara, bu sahədən uzaq adamlara tapşırmaqla bu işi səmərəli şəkildə idarə etmək imkanları məhdudlaşdırıldı.

 -Yəni, siz hesab edirsiniz ki, bu sahə hansısa bir mərkəzdə birləşsə, təmərküzləşsə, daha effektiv nəticələrə nail olmaq mümkündür?

– Bəli, tamamilə doğrudur. Mən şəxsən mətbuatla bağlı olan adam kimi bunu belə görürəm. Mən Mətbuat Şurası, KİVDF kimi qurumların, jurnalist təşkilatlarının nə işlə məşğul olduğunu aydın təsəvvür edə bilmirəm, onları bir-birindən ayırd etməkdə çətinlik çəkirəm. Çünki işlər elə qurulmayıb ki, mətbuatla əlaqəli olan bu təşkilatlarda bir aydınlıq olsun. Ona görə də mətbuatda islahatlardan danışarkən məhz bu kiçik qurumlardakı fəaliyyətlərin nizama salınmasına daha çox önəm verilməlidir.

– Siz jurnalist birliklərini də bura daxil edirsiniz, yoxsa, bunlar ictimai təşkilat kimi ayrıca fəaliyyət göstərməkdə davam etməlidir?

– Azərbaycanda yaradıcılıq birlikləri əvvəlki qaydada fəaliyyətini davam etdirir – Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı və sair. Onsuz da cəmiyyət param-parçadır, bu birliklər dağılanda adamlar da təklənirlər, onlar dayaqlarını itirmiş insanlara çevrilirlər. Qonorar sisteminin olmadığı, müəlliflik hüquqlarının qorunması işinin lazımi səviyyədə təşkil edilmədiyi indiki şəraitdə yaradıcılıq birliklərinin də dağılması çox pis vəziyyət yaradır. Ona görə də Azərbaycan Jurnalistlər Birliyi rəsmi qurum kimi fəaliyyət göstərməlidir. Kimsə bununla razılaşmayıb müstəqil şəkildə özü əlavə birlik yaradırsa, mən buna da pis baxmıram. Necə ki, Azərbaycan Yazıçılar Birliyində belə hallar oldu. Amma reallıq odur ki, onlar özlərini doğrulda bilmirlər. Ona görə də fikrimcə, qəzetlərə göstərilən qayğının bir hissəsi Azərbaycan Jurnalistlər Birliyinə göstərilməlidir.
Oxşar xəbərlər
17:35, Bu gün
Paytaxt yollarında hazırkı vəziyyət - FOTO
17:30, Bu gün
Zabux sakini: “Uzun ayrılıqdan sonra Laçında ilaxır çərşənbənin sevincini yaşayırıq”
17:25, Bu gün
Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər - FOTO/VİDEO
17:20, Bu gün
Məşhur Xalq artistinin nəvəsi niyə Amerikaya köçüb? - VİDEO
17:18, Bu gün
Təbiət Tarixi Muzeyi AMEA-dan alındı
17:15, Bu gün
Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO
17:10, Bu gün
Kəlbəcər-Laçın avtomobil yolu nə vaxt hazır olacaq?
17:05, Bu gün
Azərbaycana gətirilən maşınların sayı azalıb, qiymət isə artıb
17:00, Bu gün
Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir - FOTO
16:55, Bu gün
BDU-nun kafedra müdiri Dünya Sosial İş Gününə həsr olunan görüşdə çıxış edib
16:50, Bu gün
Milli Observatoriyaya 3 beynəlxalq ISO sertifikatı təqdim edilib
16:45, Bu gün
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
16:40, Bu gün
Bakı sakini “5X” lotereyasında 100 000 manat qazandı - VİDEO
16:35, Bu gün
Şabranda dəhşətli hadisə: sevdiyi qız elə ki "hə" dedi... – ŞOK TƏFƏRRÜAT
16:30, Bu gün
Ölkənin baş notariusu işdən çıxarıldı - FOTO
16:25, Bu gün
Bakının Baş planı hansı şəhərdən götürülüb? - VİDEO
16:20, Bu gün
"Xankəndinin “Zəfər meydanı”nda qalanan Novruz tonqalı tarixi ədalətin bərpasının təsdiqidir"
16:16, Bu gün
BDU-nun Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib
16:10, Bu gün
Novruz bayramı ilə əlaqədar bu ayın müavinət, təqaüd və ünvanlı yardımları bu gün tam ödənilib
16:05, Bu gün
Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri - FOTO
16:02, Bu gün
Azərbaycanda qocaman təhsil işçisi vəfat edib - FOTO
16:00, Bu gün
Təhsil müəssisələrində tətildən sonrakı ilk iş günü AÇIQLANDI
15:55, Bu gün
Xan Şuşinskinin ilk tələbəsi vəfat etdi - FOTO
15:52, Bu gün
Rusiyada şaxta çöküb, 15 nəfər dağıntılar altında qalıb... - FOTO/VİDEO
15:50, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
15:45, Bu gün
BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub - FOTO
15:40, Bu gün
Zəngilan aeroportuna aparan yolun tikintisi nə zaman başa çatdırılacaq?
15:35, Bu gün
"Bu, xalqımız üçün əvəzolunmaz böyük bir xoşbəxtlikdir" - Tamam Cəfərova
15:30, Bu gün
“Bakcell” maraqlı paylaşım edib
15:25, Bu gün
Parlamentin növbəti iclasının vaxtı və gündəliyi - SİYAHI
15:20, Bu gün
Sumqayıtda yeddi yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi - FOTO/VİDEO
15:15, Bu gün
Paşinyanın 8 kənd etirafı: Sülh İrəvanın öhdəliklərinə əməl etməsindən asılıdır - ŞƏRH + FOTO
15:10, Bu gün
Azərbaycan - İngiltərə oyununun hakimləri açıqlandı
15:06, Bu gün
Azərbaycanda bu kanala lisenziya VERİLDİ
15:01, Bu gün
"ABŞ İsrailin Rafahda hərbi əməliyyata başlamayacağına bel bağlayır" - Sallivan
14:55, Bu gün
Putinin qələbəsindən sonra... – TƏHLİL
14:50, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir”
14:45, Bu gün
Ermənilərin son ümidi: Qərb və Rusiya Qarabağa görə yenə bir araya gələcək?
14:40, Bu gün
AYNA taksi sürücülərinə xəbərdarlıq etdi - FOTO
14:35, Bu gün
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
14:30, Bu gün
Riki Martinlə duet oxumaq istəyən Roza: "Mənə 25 000 AZN ödəyib duet oxuyublar" - VİDEO
14:25, Bu gün
Bəşəriyyətin mənəvi dəyəri...
14:20, Bu gün
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” - Xalq artistindən etiraz
14:15, Bu gün
Bayram günlərində bölgələrdə qar yağacaq
14:10, Bu gün
Böyük Qayıdışla bağlı fləşmob keçirildi - VİDEO
14:04, Bu gün
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
14:00, Bu gün
Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
13:55, Bu gün
Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı
13:50, Bu gün
Folklorşünas: “Novruz ölülərin də bayramıdır” - MÜSAHİBƏ + FOTO
13:45, Bu gün
NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat
13:40, Bu gün
Xəzər dənizində ƏMƏLİYYAT: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
13:35, Bu gün
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
13:30, Bu gün
Bakıda bankdan oğurluq edilməsinin qarşısı alındı - FOTO/VİDEO
13:25, Bu gün
Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb
13:22, Bu gün
Qaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
13:20, Bu gün
Mingəçevirdə 200 min manatlıq dələduzluğun üstü açılıb
13:16, Bu gün
Yazın ilk gününün hava proqnozu AÇIQLANDI
13:13, Bu gün
Paşinyan aktiv tiktoker olmaq qərarına gəldi
13:11, Bu gün
3 martda keçirilən buraxılış imtahanının nəticələri... - Abituriyentlərin NƏZƏRİNƏ! 
13:08, Bu gün
Bu partiyanın rayon şöbəsinin sədri narkotikə görə SAXLANILDI - FOTO
13:05, Bu gün
"Rusiya Ukraynada "sanitar zona" yaratmağa məcbur olacaq" - Putin
13:00, Bu gün
İran hökuməti onlarla yeni zindan tikir - FOTO
12:55, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
12:53, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
12:50, Bu gün
“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:46, Bu gün
“Xəritədə işğal altında olan bölgələri cücərtmirdim, indi isə...” - qeyri-adi səmənilər cücərdən qadın - FOTO + ÖZƏL
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
Niyə başqalarının özəl həyatına müdaxilə edirik?
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
GÜNLÜK
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO