Küsülü nazir müavinlərinin qarşıdurma ocağına çevirdiyi XİN - yeni iddialar
Cəmiyyət
Oxunub: 2063
10 Jul 2020 | 09:06
Küsülü nazir müavinlərinin qarşıdurma ocağına çevirdiyi XİN -  yeni iddialar
DTX-nın əməliyyat keçirdiyi nazirliklə bağlı heyrətamiz xəbərlər: “Nazir müavinlərinin bəziləri bir-biri ilə küsülüdür, aralarında qarşıdurma var; bu səbəbdən də bəzən aylarla hansısa sənədləri imzalamırlar”

Prezident İlham Əliyevin son Qarabağ bəyanatları neçə gündür ki, müzakirə olunur. Qeyd edək ki, ölkə başçısı Azərbaycan dövlətinin Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyini bəyan etməklə yanaşı, işğalçı ölkəyə və beynəlxalq təşkilatlara, xüsusilə də Minsk Qrupunun həmsədrlərinə sərt xəbərdarlıqlar edib.

İ.Əliyevin bəyanatları İrəvanda isterik reaksiya doğurub və işğalçı ölkədə geniş müzakirələrə səbəb olub.

Gəlin görək, Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov fəaliyyəti dövründə Ermənistana, onun nümayəndələrinə münasibətdə hansı uğurlu addımı, parlaq bəyanatı ilə yadda qalıb? Xatırlamaq olmur. Adətən nazir erməni həmkarları ilə gülə-gülə, kefikök halda fotolar çəkdirdiyinə görə tənqid olunub. Vətəndaş haqlı olaraq düşünür: necə olur ki, dövlət başçısı Ermənistan rəhbərliyini istənilən beynəlxalq platformalarda, üzbəüz görüşlərdə, onlayn müzakirələrdə kəskin şəkildə tənqid edir, bu ölkənin faşizm ideyalarına sadiqliyini bəyanlayır, Qarabağ məsələsində birmənalı mövqeyini açıqlayır, amma XİN başçısı “ütülü”, “dişsiz” bəyanatlardan o tərəfə keçmir. Bir qayda olaraq xarici siyasət idarəsi mətbuat xidmətinin açıqlamaları ilə kifayətlənir. Prezident isə heç zaman öz köməkçilərinin açıqlamaları ilə kifayətlənmir, mütəmadi qaydada prinsipial mövqeyini ortaya qoyur. Əslində sərt mövqe daha çox XİN rəhbərindən gəlməliydi, çünki o, Prezidentin etimad göstərdiyi, çox mühüm sahəyə rəhbərlik edən məmurdur. Haqlı olaraq ortaya suallar çıxır: necə olur ki, Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan E.Məmmədyarovla videokonfrans səviyyəsində müzakirələrdən dərhal sonra işğal altındakı Qarabağa gəlir, oradan separatçılara dəstək verir, amma cənab Məmmədyarov bütün bunları sükutla qarşılayır? Erməni nazir deyir “Dağlıq Qarabağ danışıqlarda tərəf olmalıdır”, amma bizim nazirdən heç bir reaksiya eşidilmir? Niyə? Necə olur ki, nazirlərin görüşündən sonra Minsk Qrupunun həmsədrləri “müharibə yolverilməzdir” məzmunlu bəyanat yayırlar və status-kvonu uzatmağa çalışan Ermənistanı məmnun edirlər, amma danışıqlarda ölkəmizi təmsil edən XİN başçısı səsini çıxartmır? Və...həmsədrlərin bəyanatına Azərbaycan prezidenti kəskin cavab verir. Bəyan edir ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil! Prezident həm də sual edib: “ATƏT-in Minsk Qrupu  Ermənistanın baş nazirinin ”Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir? Niyə cavab verilmir ki, bu ifadə əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir?" Bu haqlı sualları E.Məmmədyarov indiyədək keçirdiyi hansı görüşlərdə dilə gətirib? 

Diqqət edin, Ermənistan XİN rəhbərinin son avantürist bəyanatına bizim nazirlikdən yenə də ütülü reaksiya verildi: “Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib”. Sabiq nazir Tofiq Zülfüqrov haqlı olaraq qeyd edir ki, bir ölkənin daxilində hansısa icmadan söhbət gedə bilməz, bu, ənənəvi münasibət dəyişməlidir. XİN işğal faktorundan bəhs etməlidir. Amma... Mnatsakanyan görüşdən çıxan kimi deyir “heç bir ərazi güzəştindən söhbət gedə bilməz”. Bizim nazir isə sevdiyi ifadəni təkrarlayır: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”. Axı cavab adekvat deyil. Belə yerdə deyirlər ki, görünür, “özünü pis adam etmək istəmir”. 

Müşahidəçilər hesab edir ki, belə münasibətlə xarici siyasət idarəsi nəinki Qarabağ məsələsində, milli maraqlarımızın təmin olunması ilə bağlı heç bir istiqamətdə uğur qazana bilməz. Təsəvvür edin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak etdiyi mötəbər tədbirlərdə nəinki ölkəsinin, o cümlədən Azərbaycanın maraqlarını ifadə edir. Elə son bəyanatında demişdi ki, Qarabağ məsələsində Azərbaycana istənilən dəstəyi verməyə hazırıq. Təbii ki, qardaş ölkə rəsmisinin bu mövqeyi cənab İlham Əliyevin beynəlxalq tədbirdə “Türkiyə prezidenti burada yoxdursa da, mən burdayam” deyib Türkiyə düşmənlərinə qarşı cavab verməsindən də qaynaqlanır. Lakin ekspertlər də dəfələrdə bildiriblər ki, biz Azərbaycan XİN başçısından bunca qətiyyətli mövqe görə bilmirik. Hansı ki, Prezident “hücum diplomatiyası” barədə konkret tapşırıqlarını verib, XİN rəhbərinə etimad göstərib, ancaq bu qədər səlahiyyətlərin, imkanların fonunda nazir heç olmasa dövlətin başçısına da dəstək olmur, onunla ayaqlaşa bilmir. Anlayırıq, XİN başçısı azərbaycanca səlis danışa bilmir - təbii ki, bu, ona bəraət qazandırmır - amma buyursun, ingiliscə, rusca ermənilərin cavabını versin, heç olmasa qabaqcadan hazırlanmış mətnlərlə! Necə deyərlər, hanı onun sözünün kəsəri?!

****

Bütün bunların əvəzində biz nə görməkdəyik? Dövlət Təhlükəsizlik Xidmətinin son əməliyyatı bu qurumda dəhşətli vəziyyətin hökm sürdüyünü ortaya çıxartdı. Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib...

Acı təəssüf doğurur, Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı dövlətə töhfə verməli, Prezidentə kömək etməli olan nazirliyin başı korrupsiya və füşvətə, başqa əməllərə qarışıbmış. Ekspertlər şübhə etmir ki, burada nazirin birbaşa məsuliyyəti var. Hesab olunur ki, nazir E.Məmmədyarov istefaya göndərilməli, nazirlik yenidən qurulmalı, yaranmış siyasi konyukturaya uyğun bir Xarici İşlər Nazirliyi təşkil olunmalıdır.

Yuxarıda sadalananlardan ortaya çıxan qənaət budur: Azərbaycanın milli maraqlarının qorunmasında nazirliyin rəhbərliyi passiv mövqe nümayiş etdirir, üstəlik, onun rəhbər kadrların arasında ciddi şəkişmələr mövcuddur. 

“Yeni Müsavat”a məlum olub ki, nazirin müavinləri komanda şəklində Azərbaycana xidmət etmək əvəzinə, konfliktdədirlər. Belə ki, onların bir neçəsi bir-biri ilə küsülüdür, aralarında qarşıdurma var. Bu səbəbdən də bəzən aylarla hansısa sənədləri imzalamırlar. Aldığımız məlumata görə, təyin olunan səfirlərin əksəriyyəti nazirin yaxın adamları, köməkçiləri, ya da XİN-də bilavasitə onunla çalışmış kadrlardır. Hətta Prezidentin şəxsən müəyyənləşdirdiyi kadrlar “unudulur” və ən yaxşı halda, uzaq ölkələrə göndərilir. Səfirliklərin fəaliyyətinə nəzarət isə çox zəifdir... Bəzən “qiyamçı” diplomatların ortaya çıxması da buradan qaynaqlanır.

Heç şübhəsiz ki, Qarabağ məsələsində iki qurumun üzərinə əsas yük və vəzifələr düşür: Xarici İşlər və Müdafiə nazirliklərinin.  Yuxarıda müqayisə apardıq. İndi müdafiə nazirinin fəaliyyətilə bağlı da bəzi məqamları qeyd edək. Prezidentin son sərt bəyanatından dərhal sonra müdafiə naziri Zakir Həsənov cəbhə xəttinə getdi, səngərə girdi, əsgərlərimizlə şəxsən görüşdü, bununla da ordunun döyüşə hazırlığını bir daha nümayiş etdirdi. Müdafiə naziri Ali Baş Komandanın tapşırıqlarına uyğun olaraq hərbi təlimlərə rəhbərlik edir, bir sıra hallarda isə kəskin bəyanatları ilə düşmənə xəbərdarlıq edir. Cənab Həsənov bir müddət öncə bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib. Bugünlərdə nazir 2016-cı ilin aprel döyüşləri barədə danışarkən bildirdi ki, “Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”.

Z.Həsənov daha sonra əlavə edib: “Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xətdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”. 4 il əvvəlki döyüşlərdən keçən müddətdə ordumuzun qüdrəti daha da artıb və əmr gözləyir. Ancaq çox təəssüf ki, diplomatiyamız hazırlıqlı olmadığını nümayiş etdirdi. Əgər bu gün Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmədiyi halda, Azərbaycanı “işğalçı” adlandırırsa və XİN rəhbərindən tutarlı cavab almırsa, deməli, bu qurumun tam yenilənməsinə zərurət var. Necə olur ki, Prezident hətta pandemiya ilə bağlı BMT-nin xüsusi sessiyasının çağırılmasını təklif edir, amma XİN rəhbəri erməni həmkarının danışıqları pozmağa yönəlik təxribatçı davranış və açıqlamaları ilə bağlı bir dəfə də olsun BMT rəhbərliyi ilə birbaşa müzakirələrə cəhd göstərmir? Ermənistanın təxribatları saysız-hesabsızdır, uşaqları belə qətlə yetiriblər, Kəlbəcər sakinlərini 6 ildir girov saxlayırlar. Görək, E.Məmmədyarov bir dəfə Nyu-Yorka, BMT-nin mənzil qərargahına uçub etirazını şəxsən çatdırıbmı?

Beləliklə, XİN hərbi ritorika ilə də ayaqlaşa bilmir. Bir sözlə,  Azərbaycan XİN yenidən qurulmalı, sistemləşdirilməli və ciddi kadr islahatlatları aparılmalıdır. Nazir başda olmaqla, müavinlər, yuxarı eşelon kadrlar, indiki nazirə yaxın səfirlər dəyişdirilməlidir. Əks təqdirdə, Qarabağda zəfər qazanmaq çox çətin olacaq. Bu məsələdə diplomatiyamız və ordumuz paralel hərəkət etməlidir...
Oxşar xəbərlər
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”