Xəbər lenti
08/08/2020 [01:29]:
"Dünayda üç güclü erməni dini mərkəzindən biri - Kilikiya katolikosluğu Beyrutdadır..."
08/08/2020 [00:33]:
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
08/08/2020 [00:29]:
"Rusiyanın qaba və aqressiv siyasəti post sovet məkanında elə vəziyyət yaradıb ki..."
08/08/2020 [00:06]:
Vaqif Dərgahlı: "Sarqsyan canını qurtarmaq üçün saman çöpündən yapışır"
08/08/2020 [00:04]:
Tovuzda 30 yaşlı qadın bıçaqlandı
07/08/2020 [23:44]:
Hindistana məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi zamanı 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb - YENİLƏNİB
07/08/2020 [23:40]:
Ceyhun Bayramov qarşıya qoyulan vəzifələrdən danışdı - VİDEO
07/08/2020 [23:06]:
Putinin səbri tükəndi-onu kompüter adlandıran Lukaşenkoya zəng edib nələr dedi...
07/08/2020 [23:01]:
Rusiyada nəhəng almaz tapıldı
07/08/2020 [22:58]:
Bakıda atomobil gənc qızı vuraraq ağır xəsarət yetirdi
07/08/2020 [22:38]:
Partlayış baş verən qaz kəməri ilə bağlı - SOCAR-dan açıqlama
07/08/2020 [22:32]:
Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var - YENİLƏNİB + VİDEO
07/08/2020 [22:30]:
"Keçilmiş yol, qarşıdakı ilkin və uzaqmənzilli vəzifələrin də dolğun portretini yaratmış oldu"
07/08/2020 [22:24]:
Kürdəmirdə piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı
07/08/2020 [21:51]:
"Ən kritik anda milli maraqları təhdid edən qərarları bu zümrədən gözləmək mümkündür"
07/08/2020 [21:50]:
Hacıqabulda qaz xəttində yanğın - YENİLƏNİB + VİDEO
07/08/2020 [21:45]:
İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib
07/08/2020 [21:42]:
“Səbail” daha bir futbolçu ilə vidalaşdı - FOTO
07/08/2020 [21:37]:
Hacıqabul ərazisində yanğın başlayıb - VİDEO
07/08/2020 [21:06]:
Kadırovun gəlirləri 140 milyona yaxın artıb
07/08/2020 [21:03]:
Baş nazirdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı QƏRAR
07/08/2020 [20:57]:
Azərbaycanda karantin rejimi yenidən yumşaldıldı: Bir sıra məhdudiyyətlər ləğv edildi
07/08/2020 [20:55]:
57 yaşım var, mən bu içkidən, cəmi yarım stəkan içərək, 12 kq artıq çəkidən...
07/08/2020 [20:43]:
“Türkiyə ordusunun bu dəfə Azərbaycandan “əliboş” dönməsi hər iki ölkənin maraqlarına zidd olar...”
07/08/2020 [20:39]:
Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07/08/2020 [20:22]:
Nigar Camal çimərlik fotosu ilə pərəstişkarlarına "qırmızı" göstərdi...
07/08/2020 [20:05]:
Hindistanda göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb
07/08/2020 [20:04]:
Dövlət Komitəsində kollegiya iclası keçirilib
07/08/2020 [20:03]:
Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
07/08/2020 [20:02]:
Çin TikTok-u yasaqlayan ABŞ-ı beynəlxalq məsuliyyətə cəlb edəcəyinə söz verib
07/08/2020 [19:59]:
FIA Britaniya komandasını cəzalandırdı
07/08/2020 [19:56]:
Azərbaycanda  çoxuşaqlı ermənilər üçün belə evlər tikilməyə başlandı... -Foto
07/08/2020 [19:29]:
Saxta arayış satan baş həkim tutuldu
07/08/2020 [19:22]:
Qənirə Paşayeva "Səssiz Dünya" İctimai Birliyinin sədri ilə görüşüb
07/08/2020 [19:10]:
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
07/08/2020 [19:08]:
Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR
07/08/2020 [19:06]:
Şəhid generalla polkovnikin məzar daşı hazırdır - FOTO
07/08/2020 [19:03]:
Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib
07/08/2020 [19:01]:
SOCAR rəhbərliyi Prezidentin çıxışından irəli gələn vəzifələri müzakirə edib - FOTO
07/08/2020 [18:59]:
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır - CƏDVƏL
07/08/2020 [18:55]:
“Serbiyanın bu addımı Azərbaycanın diplomatik uğurudur”
07/08/2020 [18:33]:
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib
07/08/2020 [18:29]:
Akademik Yaqub Mahmudov Qarabağ tarixi ilə bağlı real faktları açıqlayıb
07/08/2020 [18:28]:
Müəllimlərin işə qəbulu üzrə imtahanların ikinci mərhələsi başlayır
07/08/2020 [18:23]:
Tovuzda şəhidlərimizin xatirəsi əbədiləşdirilib - FOTOLAR
07/08/2020 [18:16]:
Oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə verilir? - AÇIQLAMA
07/08/2020 [18:11]:
Bakıda xanım sürücü qəza törətdi: Maşın dərəyə yuvarlandı - FOTO
07/08/2020 [18:06]:
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
07/08/2020 [17:59]:
"Bədbəxtçilyimiz odur ki, fəxri adları da şəxsi münasibətlərə görə verirlər..."
07/08/2020 [17:55]:
Alimlər düyünün ölüm riskini araşdırıb
07/08/2020 [17:49]:
Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO
07/08/2020 [17:47]:
“Romeo və Culyetta” filminin aktyoru vəfat edib
07/08/2020 [17:46]:
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb
07/08/2020 [17:44]:
Ədalət Vəliyev MHP sədri Samir Cəfərovla görüşüb
07/08/2020 [17:26]:
Rəsmi Bakıdan Gürcüstana DƏSTƏK
07/08/2020 [17:23]:
“Roskosmos” İlon Maskın raketlərini üstələyəcək layihə hazırlayır
07/08/2020 [17:22]:
"Bandotdel" Bakıda əməliyyat keçirdi, 30 kq narkotik aşkarlandı
07/08/2020 [17:18]:
Britaniya XİN-də siçan tutan pişik təqaüdə göndərildi
07/08/2020 [17:17]:
Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA
07/08/2020 [17:15]:
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
07/08/2020 [17:04]:
“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması iqtisadiyyatımız üçün mühüm əhəmiyyətə malikdir”
07/08/2020 [16:54]:
UFC təxribata əl atan ermənini cəzalandırdı
07/08/2020 [16:51]:
Azərbaycanda son sutkada 421 nəfər COVID-19-dan sağalıb, 129 nəfər yoluxub, 4 nəfər vəfat edib
07/08/2020 [16:41]:
BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
07/08/2020 [16:39]:
Söyən də, söydürənlər də “bizimkilərdir”
07/08/2020 [16:36]:
Vüqar Rəhimzadə: "Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir"
07/08/2020 [16:33]:
"Partlayışda xarici müdaxilə ehtimalı da var" - Livan Prezidenti
07/08/2020 [16:31]:
“Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin vətəndaşlarımıza verdiyi dəyərin bariz göstəricisidir”
07/08/2020 [16:25]:
Türkiyə kəşfiyyatı Beyrutdakı partlayışın səbəbini araşdırır
07/08/2020 [16:19]:
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirdi - FOTO
07/08/2020 [16:17]:
Kürdə batan tələbənin meyiti tapıldı- YENİLƏNİB
07/08/2020 [16:16]:
Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə xilas oldu - VİDEO
07/08/2020 [16:12]:
Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub, onlardan biri ölüb
07/08/2020 [15:59]:
İl ərzində ən çox kitab oxuyan Rusiya vətəndaşı bəlli olub
07/08/2020 [15:58]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO
07/08/2020 [15:56]:
UFC qondarma rejimin "bayrağ"ını qaldıran erməni idmançını cəzalandırdı
07/08/2020 [15:55]:
Azərbaycan İnvestisiya Holdinqi yaradılıb
07/08/2020 [15:38]:
Tovuzda düşmən təxribatı zamanı yaralanan hərbçilərimizin ailə üzvləri ilə görüş keçirildi
07/08/2020 [15:24]:
COVID-19-u yüngül keçirənlərin ürəyində virusun təsiri sübut edildi - ARAŞDIRMA...
07/08/2020 [15:18]:
"Ömrümdə ilk dəfə idi ki, qəbiristanlıqda sevinirdim, kaş o gün yenə qismət olaydı..."
Bütün arxiv bir sırada
10/07/2020 [13:42] - Cəmiyyət - ( 3699 dəfə baxılıb)

Onların övladları niyə hərbçi yox, polis olur? - XOCALIDAN “TEXOSMOTR İDARƏSİ”NƏ GEDƏN YOL...



Koronavirus bəlası cəmiyyətimizdə, mənəviyyatımızda və idarəçiliyimizdə uzun illər yığılıb qalan, lakin üstü ört-bas edilməyə çalışılan bir çox digər bəlalarımızın da gün işığına çıxmasına səbəb oldu. Virus varlı, kasıb, məmur, deputat, rəis və s. tanımır və hamıya bir gözlə baxır.

Misal üçün, bugünlərdə məlum oldu ki, deputat Elman Məmmədovun oğlu koronavirusa yoluxub. Allah şəfa versin, insandır, hər kəsin başına gələ bilər. Ancaq bu xəbərin virusla bağlı hissəsindən daha çox deputatın oğlunun tutduğu vəzifə diqqəti çəkdi – Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, yəni “el dilində” desək, “texosmotrun rəisi”! 

Bilməyənlər üçün qeyd edək ki, hörmətli Elman Məmmədov 1991-ci ildən 2000-ci ilə qədər Xocalının icra başçısı vəzifəsini tutub və Allah bilir ki, neçə onillərdir deputatdır. Ən əsası isə... Xocalı qətliamı demək olar ki, onun gözü qarşısında baş verib, bu soyqırım aktında və ümumilikdə Qarabağda gedən döyüşlərdə onun çoxlu sayda qohum-əqrabası, dost-tanışı, həmyerlisi şəhid olub. Bu, o deməkdir ki, artıq 70 yaşı haqlayan deputatın özündə, yaxınlarında və övladlarında torpaq, vətən yanğısı və qisas hissi normalda hamıdan daha çox olmalıdır. Amma belədirmi?...

Təəssüf ki, belə deyil! Nəinki belə deyil, hətta iddia etmək olar ki, bu adamlarda ümumiyyətlə qisas hissi qalmayıb!

Qalsaydı, şəhəri viran olmuş, yaxınları, əzizləri vəhşicəsinə öldürülmüş, əsirlikdə olmazın işgəncələr görmüş Elman Məmmədovun – şəhid Xocalının şəhid olmamış başçısının övladı rüşvətin, korrupsiyanın tüğyan etdiyi “Texosmotr idarəsində” rəis yox, cəbhəyə ən yaxın bölgədə yerləşən və hər an “vur” əmrini gözləyən, qisas hissi ilə alışıb yanan ordu zabiti olardı!

Xocalıdan başlayan bu acılı-ağrılı yol “Texosmotr idarəsi”nə aparmalı deyildi...

Bəli, Qarabağı və ətraf rayonları itirməyimizin, 30 ilə yaxındır bir kəndi belə işğaldan azad edə bilməməyimizin bir “sirri” də belə məsələlərdə gizlənib – eli-obası namərd qılıncından keçirilmiş Elman Məmmədov kimilərin qisas hissi “axtalanıb”! Elə bu “axtalanmanın” nəticəsidir ki, belələri öz övladlarını günün birində xalqımızın qisasını alacaq Ordumuza deyil, yağlı-pullu polis, prokurorluq, vergi, gömrük idarələrinə yönəldiblər. Az-çox imkanı, vəzifəsi olan, fərqi yoxdur, vaxtilə cəbhədə döyüşən də, döyüşməyən də, müharibədən acı pay alıb, yaxınlarını, doğmalarını itirən də, itirməyən də yalnız bir amalla yaşayır – özünü, övladlarını, yaxınlarını “yağlı yerlərə” yerləşdirmək, Azərbaycan xalqının talanması hesabına varlanmaq, özünə və nəsil-nəcabətinə “gün ağlamaq”! Torpağının 20 faizi işğal altında olan başıbəlalı Azərbaycanda ordu, hərbi xidmət, şəhidlik, qazilik kasıbın, yetimin alın yazısına çevrilib.

Bir neçə gün əvvəl YAP-ın ən “koloritli” təmsilçilərindən olan Siyavuş Novruzov müsahibəsində oğluna Fövqəladə Hallar Nazirliyi və ya DTX Akademiyasına daxil olmağı təklif etdiyini, onunsa bu təkliflərlə razılaşmadığını deyib. Göründüyü kimi, hətta S.Novruzovun da övladına təklif etdiyi qurumlar arasında Ordu yoxdur...

Elman Məmmədovlar bir deyil, iki deyil, min deyil... Məsələn, sınmış qürurumuzun daha bir simvolu olan Şuşanın icra başçısı və uzun müddət Qarabağ İcmasının rəhbəri olmuş Bayram Səfərovun – Bakıda 4.5 milyonluq villada yaşayan həmin Səfərovun - da oğlunun qisas gününü gözləyən Ordumuzla uzaqdan-yaxından əlaqəsi yoxdur - polis polkovnik-leytenantı və bölmə rəisidir. Yaxud camaatı evindən ailəsinin gözü qarşısında alt paltarında sürüyüb çıxaran polis zabiti kim idi? Ağcabədinin icra başçısının oğlu və Suraxanının icra başçısının kürəkəni. Qolu eşşəyin boynundan yoğun olan bu “seçilmiş” də, əlbəttə ki, Qarabağda yox, Bakıda, Yasamalda “döyüşməyi” üstün tutanlardandır...

Təkcə həbs olunan icra başçılarını xatırlamaq kifayətdir – birinin oğlu prokurorluqda, digərininki polisdə, o birininki məhkəmədə... Hələ bunlar nisbətən “xırda balıqlar”dır. Nümunə üçün bircə deputat, nazir, oliqarx oğlu tanıyan varmı ki, oğlu Orduda zabitdir, hərbçi peşəsini seçib? Yoxdur, heç olmayıb da!

Bəlkə Qarabağ diplomatiyasında “vuran əlimiz”(əslində vuran yox, çoxdan quruyub, topal olub yanımıza düşən əlimizdir- C.M) olmalı olan Elmar Məmmədyarovun Nyu Yorkda 4 milyon dollara ev alan oğulları bu Ordudan keçib?! Bəlkə ərazi bütövlüyümüzü təmin etməli olan müdafiə nazirinin... İstər köhnə olsun, istərsə də hazırkının... 20 il Azərbaycanın müdafiə naziri vəzifəsini tutub, 20 qarış torpağımızı işğaldan azad edə bilməmiş S.Əbiyevin bir oğlunun vergi, digərinin isə prokurorluq əməkdaşı olduğu haqda məlumatlar var. Elə indiki nazirin – Zakir Həsənovun oğlu da Bakıda “döyüşməyi” üstün tutanlardandır - polis zabitidir. Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğlu isə vətənin müdafiəsi yolunda vergi orqanında “qan-tər tökənlərdəndir”...

Normalda torpaqları işğal altında olan bir toplumda bütün vəzifələrin, məqamların, titulların başında Ordu, Orduda xidmət, zabit adı-peşəsi gəlməli idi. Lakin nə işdirsə “bulağın gözündən su içənlər”in arasında bircə nəfər də olsa öz övladının cəbhə bölgəsində zabit kimi qulluq etməsini, həyatını Vətənin müdafiəsinə həsr etməsini istəməyib və istəmir.

Orta əsrlərdə Avropada hərb zadəgən, əsilzadə peşəsi sayılırdı. Bizim “əsilzadələrin”, “zadəganların” peşəsi də, Allahı da pul, vəzifə, var-dövlətdir!

Günlərin birində, qəbristanlıqda tütək çalan bir dəlini kənd camaatı oradan zorla uzaqlaşdıranda, dəli dönüb deyir ki, məgər burada yatan ölülərin hamısı “fatihə duası”nı eşitmək istəyir, yəni heç tütək səsinə qulaq asmaq istəyən yoxdur? Görünür ki, yoxdur. “Fatihə”si var-dövlət, pul, vəzifə, nə yolla olursa-olsun varlanmaq olan “ölülər”in tütək səsi nəyinə gərəkdir ki?...

“AzPolitika.info”

loading...
Nigar Camal çimərlik fotosu ilə pərəstişkarlarına "qırmızı" göstərdi...
“İş yerlərinin açılması cəmiyyətdəki psixoloji gərginliyinin ortadan qaldırılması baxımından da faydalı olar”
20 Yanvar şəhidi Fərizənin bacısı koronavirusdan vəfat etdi - Tibb bacısı imiş...
“Əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcək” – Heydər Əliyevdən tarixi xəbərdarlıq!
Türkiyədə nazir oldu, övladına Atatürkün adını qoydu, ömürlük həbs cəzasına məhkum edildi...
Clean City Company
N.Tusi adına Klinika

İqtisadiyyat
“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması iqtisadiyyatımız üçün mühüm əhəmiyyətə malikdir”
Gündəm
“Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin vətəndaşlarımıza verdiyi dəyərin bariz göstəricisidir”
Araşdırma
COVID-19-u yüngül keçirənlərin ürəyində virusun təsiri sübut edildi - ARAŞDIRMA...
Cəmiyyət
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist...
Cəmiyyət
“Vəziyyət elədir ki, yaxınlarından kiminsə yas mərasimində iştirak edə bilmirsən...”

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247