Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərin koronavirusa qarşı mübarizədəki əməyi haqqında yüksək fikirlər səsləndirib, media əməkdaşlarının ön cəbhədə mübarizə apardığını bildirib.
Hikmət
Hacıyevin pandemiya ilə mübarizədə aktiv rol oynayan jurnalistlər haqqında səsləndirdiyi
fikirlər, hazırda koronavirusa qarşı sözün həqiqi mənasında savaş aparan media əməkdaşları
üçün mənəvi dəstək hesab edilə bilərmi? Ümumiyyətlə, indiki şəaitdə jurnalistlərin
bu cür mənəvi dəstəyə nə dərəcədə ehtiyacı var?
Moderator.az-a açıqlama
verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,
professor Cahangir Məmmədli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hikmət Hacıyev sözün həqiqi
mənasında çox səviyyəli və savadlı bir insandır. O, harada çalışmasından asılı
olmayaraq, hər zaman obyektiv danışıb. Bu gün də cənab prezidentin yanında öz fəaliyyətini
uğurla davam etdirir.
Hikmət Hacıyev cənab
prezidentin sözçüsüdür. Onun dediyi hər söz ölkə başçısının sözü kimi qəbul
edilə bilər. Buna görə də onun jurnalistlərimizə verdiyi qiymət məni çox mütəəssir
etdi. Hikmət Hacıyev həqiqəti dedi, jurnalistlərin fədakarlığına diqqət çəkdi.
Prezidentimiz pandemiyaya
qarşı mübarizənin ön sırasında dayananları qeyd edərkən həkimlər, polislər, hərbçilərimizlə
yanaşı, jurnalistlərimizin də adını çəkir. Həkimlərlə jurnalistlər sözün həqiqi
məansında qəhrəmandırlar. Jurnalistlər ona görə qəhrəmandır ki, onların bir
çoxu koronavirusa yoluxduqları halda belə öz vəzifələrinin öhdəsindən gəlməyi
bacarırlar. Mən hər dəfə hər hansı jurnalist və ya həkimin koronavirusa
yoluxması ilə bağlı bir xəbər eşidəndə kövrəlirəm. Çünki bunlar mənə, hər
birimizə doğma zümrələrdir.
Bu baxımdan, Azərbaycan jurnalistikasına
Hikmət müəllimin verdiyi bu qiyməti prezidentimizin verdiyi qiymət hesab edirəm.
Sevinirəm ki, ölkə başçımızın bu cür obyektiv köməkçisi var. Allah jurnalistlərimizə
cansağlığı versin. Yaxın günlərdə ölkə başçısının jurnalistlərimizə qayğısının
bir kəs daha şahidi olacağıq”.
Seymur ƏLİYEV