Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti - SİYAHI/FOTO
Oxunub: 2586
12 Jul 2020 | 13:51
Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti -  SİYAHI/FOTO
Ötən gün  Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun böyük varidatı ilə bağlı mətbuatda məlumat yayılıb.

"Hürriyyət" qəzetinin hazırladığı materialda keçmiş başçının çoxsaylı mülklərinin siyahısı da dərc edilib. 

Mövzunun aktuallığını nəzərə alaraq, həmin materialı təqdim edirik:

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müxtəlif rayonların icra hakimiyyətlərində, eləcə də rüşvət və korrupsiya bataqlığında boğulan digər dövlət idarələrində həyata keçirdiyi əməliyyatlar bir çox məmurun yuxusuna haram qatıb. Təbii ki, söhbət illərdir korrupsiya və rüşvət yolu ilə dövlətin on milyonlarla manat vəsaitini talan edən məmurlardan gedir. Təsadüfi deyil ki, DTX-nın bu əməliyyatlarından sonra həbs növbəsininin bir gün onlara da çatacağından əndişəyə düşən əksər vəzifəli şəxslər öz əmlaklarını, xüsusən də villalarını və bahalı maşınlarını satışa çıxarıb, yaxud da başqasının adına sənədləşdiriblər. Onlar bununla həbs olunan icra başçılarından fərqli olaraq, guya "təmiz” işlədiklərini, sadə vətəndaşlar kimi həyat tərzi sürdüklərini nümayiş etdirməyə çalışırlar. Əslində isə, kimin illərdir necə işlədiyi, hansı qanunsuzluqları etdiyi ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, o cümlədən də mediaya çox yaxşı bəllidir…

Şübhəsiz, hakimiyyətdəki yüksək rütbəli çinovniklərə, müxtəlif qruplaşmalara arxalanaraq öz qanunsuz əməllərini davam etdirən vəzifəlilər də az deyil. Məsələn, hazırda elə rayon rəhbərləri var ki, onların sərvəti həbs olunan icra başçılarının sərvətindən nəinki on, hətta yüz dəfələrlə artıqdır. Amma bu adamlar ölkə başçısının başlatdığı islahatlardan dərc çıxarmaq əvəzinə, özlərini hələ də "toxunulmaz” hesab edir, qanunsuz əməllərinin sayını günbəgün artırırlar. Çox təəssüf ki, bu və ya digər səbəbdən onların talançılığı haqda aidiyyəti qurumlar bəzi hallarda ölkə rəhbərliyinə düzgün məlumat çatdırmadıqları üçün "balaca padşahlar” rəhbərlik etdikləri rayonlarda hələ də "at oynadırlar”. Belə olduğu halda isə, sözsüz ki, ölkə mediasının üzərinə böyük məsuliyyət düşür. Hansı ki, prezident İlham Əliyev də bu məsələlərlə bağlı dəfələrlə jurnalistlərə müraciət edərək, onları korrupsioner və rüşvətxor məmurların ifşa olunmasına dəstək verməyə çağırıb. Məhz bu səbəbdən də, biz "Hürriyyət” olaraq ölkədə aparılan islahatlara dəstək vermək məqsədilə xalqın sərvətini talayan məmurlarla bağlı geniş araşdırmalara başlamışıq.

Oxucularımıza söz verdiyimiz kimi, bu yazıda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun qanunsuz yollarla əldə etdiyi dodaq uçuqladan varidatının siyahısını açıqlayacağıq. Öncə ondan başlayaq ki, A.Qasımov Nizaminin icra başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunub. Bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Etibarlı mənbələrdən əldə etdiyimiz informasiyalara görə, A.Qasımov bu vəzifələrdə işlədiyi dönəmlərdə saymaqla bitməyən mülk sahibi olub, müxtəlif rayonlarla yanaşı, şəhərin ən gözəgəlimli yerlərində çox sayda torpaq sahələri, eləcə də həcmi on milyonlarla ölçülən nəğd pul vəsaiti əldə edib. Hansı ki, icra başçısının əmlaklarının bir hissəsinin siyahısı hazırda əlimizdədir və aşağıda dəyərli oxucularımıza təqdim edəcəyik. Amma qeyd etdiyimiz kimi, bunlar sadəcə bizim əldə etdiklərimizdir, yaxında A.Qasımovun bütün mal varlığını üzə çıxaracaq, hətta qarderobundakı pencəklərinin və köynəklərinin sayını da ictimaiyyətə açıqlayacağıq.

Diqqətli oxucularımızın xatirindədir ki, Arif Qasımovun öz sərvətini gizlətməyə çalışdığı haqda ötən yazımızda məlumat vermişdik. Qeyd etmişdik ki, oğlunun adına və ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobil (dövlət nömrə nişanının yalnız "9” rəqəmlərindən ibarət olduğu bildirilir – müəl.) başqa şəxsin adına keçirilib. Onu da vurğulamışdıq ki, icra başçısı təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi milyonlarla dollar dəyəri olan obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib. Bu baxımdan, icra başçısı indi siyahısını təqdim edəcəyimiz obyektlərin ona aid olmadığını iddia edə bilər. Amma biz mənbəmizin etibarlılığına və aşağıda sadaladığımız mülklərin A.Qasımova məxsus olduğuna adımız kimi əminik. Odur ki, buyurun, icra başçısının varidatının bir qismi ilə tanış olun:

– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş "Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən "Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonunda  yerləşən məşhur "Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;

– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də ("Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;

– Sabunçu rayonu, Ramana qəsəbəsində, "Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;

– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ("Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;

– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.

Arif Qasımovun oğlunun hal-hazırda istifadəsində olan "Mercedes-Maybach” avtomobili

– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir. Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan "Mercedes-Maybach”, 300-350 min dollarlıq "Gelendevagen Brabus”, 220 min dollarlıq "Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə "Range Rover Sport”, "Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da "qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;

– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə "Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.

– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;

– Xızı rayonu, "6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;

– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.

Bir daha qeyd edək ki, icra başçısının mal varlığı bu sadalananlarla bitmir. Əksinə, bunlar A.Qasımovun varidatının yalnız bir qismidir. Odur ki, yaxın günlərdə bu haqda daha geniş açıqlama verəcəyik. Növbəti yazımızda isə sizə aydın olacaq ki, icra başçısı 2011-ci ildə Nizami rayonunun Bələdiyyə sədri işlədiyi dövrdən bu günə qədər sahib olduğu sərvəti kimlərin əli ilə və hansı qanunsuz yollarla əldə edib? Məsələn, biləcəksiniz ki, hazırda Nizami Bələdiyyəsində çalışan Rəhimov Abbas Qəzənfər (A.Qasımov tərəfindən mərhum qardaşının yerinə gətirilib – müəl.) oğlu ilə icra başçısının nə kimi əlaqələri və bu "cütlük” öz qanunsuz əməllərini ört-basdır etmək üçün Xəlilov Yaşar Həsən oğlunu necə "aradan götürüb”. O cümlədən, Nizami rayonunun hazırkı Bələdiyyə sədrinin öz işçisi olan Abbas Rəhimovun qanunsuz əməllərinə nə üçün göz yumduğunu, ona hər hansı söz deməyə cəsarət etmədiyini və ikincinin özünü sədrdən üstün səlahiyyət sahibi hesab etməsinin səbəbləri ilə bağlı faktları da təqdim edəcəyik.





Oxşar xəbərlər
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
28 Mar 2024 | 09:40
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir