Ermənistanınbeynəlxalqhüquqnormalarını kobudvə nümayişkarənə şəkildə pozması düşməndövlətindaxilivə xaricisiyasətində baş verənböhrandanxəbərverir. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Azərbaycan ordusunun Aprel döyüşlərində əldə etdiyi şanlı qələbə, eləcə də Naxçıvan əməliyyatı düşmən tərəfini qorxuya saxlamaqla bərabər daxildə baş verən hərcmərcliyin artmasına və xarici siyasətdə məğlubiyyətə gətirib çıxarmışdır. Tovuz istiqamətində düşmənin mövqə ələ keçirmək istəməsi və məlum məğlubiyyəti pandemiya dövründə dövlətin ağırlaşan iqtisadi vəziyyətini diqqət mərkəzindən yayındırmağa çalışmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirdi.
Tovuz rayonu istiqamətində baş vermiş hadisə ermənilərin məkrli siyasətini təzahür etdirir. Təcavüzkar siyasətini özlərinin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.
Həmçinin Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimayyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyildir. Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi qətiyyətli xarici siyasət beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqeyini olduğu kimi göstərir.
Aprel döyüşlərində, Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində geden döyüşlərdə olduğu kimi torpaqlarımızın azad edilməsi uğrunda gedən son döyüşdə də qələbə bizim olacaq. Bu günkü düyüşdə məğlubiyyəti düşmən əvəldən anlayırdı və bu onların məkrli siyasətinin son akkordlarından başqa bir şey deyildir.
Ülvi İbrahimli
“AzərbaycanVeteranı” qəzetininbaş redakoru