“Əgər tezliklə sərhəddə atəş dayanmasa, Qarabağdakı erməni könüllülər səngərlərdə ordumuza dəstək vermək üçün Tavuşa –yola düşəcək...”
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu sözləri Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim başçısının mətbuat katibi Vaqram Poqosyan söyləyib.
Xatırladaq ki, dünən- iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Daha bir hərbçimiz isə həkimlərimizin səyinə baxmayaraq xəstəxanada şəhid olub.
P.S. Biz hələ 30 ildir qətnamələri yerinə yetirilməyən BMT-nin, ATƏT-in "koronavirus pandemiyası zamanı müharibə etməmək barədəki" tövsiyələrinə qulaq asaq...
Sultan Laçın