Xəbər lenti
14/08/2020 [16:05]:
13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ
14/08/2020 [16:03]:
Tələbələrin bir ali məktəbdən digərinə köçürülmə qaydası açıqlanıb
14/08/2020 [15:59]:
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir - Operativ Qərargah
14/08/2020 [15:56]:
“BƏƏ-dəki səfirimiz geri çağırıla bilər” - Ərdoğan
14/08/2020 [15:54]:
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
14/08/2020 [15:52]:
"Bu cür həssas məqamlara aydınlıq gətirilməsinə təşəbbüs göstərmək Azərbaycanın haqqı, hüququdur"
14/08/2020 [15:49]:
"Xalqın rəyini nəzərə almayan liderin nə ilə üzləşəcəyini hər kəs görür"
14/08/2020 [15:21]:
“Qondarma rejimin bəzi “strukturları”nın Xankəndindən Şuşaya köçürülməsi ermənilərin növbəti təxribatıdır”
14/08/2020 [15:21]:
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
14/08/2020 [15:20]:
Elmar Məmmədyarovdan ölkədən çıxışı ilə bağlı açıqlama -"Getməyə yerim yoxdur"
14/08/2020 [15:18]:
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
14/08/2020 [15:12]:
Koronavirusun qeyri-standart simptomları açıqlandı
14/08/2020 [15:11]:
11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu...
14/08/2020 [15:10]:
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub?
14/08/2020 [14:35]:
"Hazırkı Türkiyənin “Kızıl ordunu karşıma alamam” deyən Dəmirəl Türkiyəsindən fərqi budur"
14/08/2020 [14:24]:
Putin Livandakı səfiri dəyişdirdi
14/08/2020 [14:22]:
1 nəfərin hərarəti yüksək olduğuna görə imtahana buraxılmayıb - DİM
14/08/2020 [14:21]:
"Ermənilərə bu günə qədər himayədarlıq edən dövlətlər görürlər ki, bu xına o xınadan deyil”
14/08/2020 [14:19]:
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
14/08/2020 [14:16]:
“Azərbaycanın etirazı Rusiyanın Ermənistanla bağlı siyasətini çətin ki, dəyişsin, amma...”
14/08/2020 [14:06]:
Vasitəçi işğalçını silahlandırmalıdırmı?
14/08/2020 [14:04]:
"Azərbaycan artıq Rusiya ilə münasibətlərdə yaranmış problemləri gizlətmək istəmir"
14/08/2020 [14:02]:
Nikol Paşinyan Tovuz döyüşləri və Xocalı soyqırımı barədə danışdı
14/08/2020 [13:51]:
"Bandotdel"dən əməliyyat: Silahlar ələ keçirildi
14/08/2020 [13:49]:
Vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı videoqəbulu keçirilib
14/08/2020 [13:48]:
Azərbaycanda təhsil haqqı artırıldı - SİYAHI
14/08/2020 [13:33]:
Alimlər aqressiyanın öhdəsindən gəlməyin yollarını müəyyənləşdiriblər
14/08/2020 [13:32]:
"Neftçi"nin legioneri: "Meydanda can qoymağa hazıram"
14/08/2020 [13:32]:
Belarus hərbi təyyarəsi Moskva və Novosibirskə uçub geri döndü...- MÜƏMMA
14/08/2020 [13:31]:
"Bu gün dünyanın ən xoşbəxt insanı mənəm" - Naqelsmann
14/08/2020 [13:29]:
Biletsiz sərnişini təyyarədən yerə atdılar - VİDEO
14/08/2020 [13:25]:
Fransa sərt karantinə qayıdır: Paris “qırmızı zona” elan edildi
14/08/2020 [13:23]:
"Arsenal" braziliyalı futbolçunun keçidini açıqladı
14/08/2020 [13:21]:
Son 6 ayda qeyri-rəsmi yaşayan 454 cütlük nikaha girib
14/08/2020 [13:20]:
Həbib Nurməhəmmədov karyerasını başa vurmağı düşünüb
14/08/2020 [13:19]:
Xidmət rəisi: "Soyad sonluğuna “bəyli”, "xanlı" əlavə etmək qanunsuzdur"
14/08/2020 [13:18]:
Xidmət rəisi: “Uşaqlara “Fındıq”, “Kələm” kimi adlar qoyulurdu”
14/08/2020 [13:18]:
“Rusiyanı Minsk qrupundan uzaqlaşdırmağa gücümüz çatmaz, odur ki...”
14/08/2020 [13:17]:
Azərbaycanda 104 qeydiyyat şöbəsi və nikah evi fəaliyyət göstərir
14/08/2020 [13:16]:
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib
14/08/2020 [12:44]:
MİQ imtahanlarında 47 minə yaxın namizəd iştirak edəcək
14/08/2020 [12:40]:
Sumqayıt Reabilitasiya Mərkəzi gələn ay istifadəyə veriləcək
14/08/2020 [12:36]:
Dağlıq Qarabağın azərbaycanlı icması qondarma rejimin “strukturlarının” Xankəndindən Şuşaya köçürülməsinə münasibət bildirib
14/08/2020 [12:35]:
Təranə: “Həyatımdakı şəxs məni maddi cəhətdən təmin edir”
14/08/2020 [12:06]:
Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı
14/08/2020 [12:03]:
“Müşavir təyin edilmişəm, yenə o işləri kurasiya edəcəm...”
14/08/2020 [12:02]:
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu
14/08/2020 [12:00]:
“Bu, elə "erməni dəyirmanı"na su tökmək kimi bir şeydir”
14/08/2020 [11:50]:
Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bəyanat yaydı
14/08/2020 [11:50]:
“Mənə elə gəlir ki, insan olan şəxs dünyaya əmin-amanlıq, xoşbəxtlik arzulayar...”
14/08/2020 [11:44]:
Azərbaycanda İrandan gələn əcnəbinin bel çantasında narkotik tapıldı
14/08/2020 [11:43]:
Rayonlara gediş-gəliş açılırmı?
14/08/2020 [11:34]:
Pandemiyadan zərər çəkən fərdi sahibkara 12,3 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
14/08/2020 [11:32]:
Böyüklərin uşaqpulu problemi - yeni gəlişmələr
14/08/2020 [11:29]:
Mingəçevirdə gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
14/08/2020 [11:24]:
Dünya çempionları Azərbaycanda idman məktəbi açmaq istəyirlər
14/08/2020 [11:23]:
Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi
14/08/2020 [11:21]:
Binəqədidəki müəmmalı ölümlə bağlı rəsmi açıqlama
14/08/2020 [11:19]:
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
14/08/2020 [11:14]:
XİN: Azərbaycanla Pakistan güclü dostluq münasibətləri ilə bir-birinə bağlıdır
14/08/2020 [11:12]:
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqladı
14/08/2020 [11:11]:
“Əgər dünya bir dövlət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi...”
14/08/2020 [11:02]:
"Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil..."
14/08/2020 [11:01]:
Təhsil Nazirliyi 1,6 mln manatlıq mebel alır
14/08/2020 [11:00]:
Çexiyanın Baş naziri: “Belarusda təkrar seçkilər keçirilməlidir”
14/08/2020 [10:54]:
Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı
14/08/2020 [10:51]:
“Akademiya öz tələbələrinin ölkəmiz və cəmiyyətimiz üçün yararlı vətəndaş olmasında xüsusi rol oynayır”
14/08/2020 [10:49]:
MİQ üzrə növbəti imtahanlar barədə məlumatlar namizədlərin səhifələrinə göndərilib
14/08/2020 [10:47]:
Ramiz Mehdiyev Əli Abbasovu işdən çıxardı - Yeni təyinat
14/08/2020 [10:44]:
18 yaşlı peşəkar boksçu güllələndi
14/08/2020 [10:41]:
İrandan Venesuelaya yanacaq aparan 4 tanker ələ keçirildi
14/08/2020 [10:38]:
"Bəşər Əsəd Rusiyanın sayəsində mövcuddur" - ABŞ
14/08/2020 [10:37]:
“Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə"dir"
14/08/2020 [10:19]:
UNEC-də əcnəbilərin sənəd qəbulu davam edir
14/08/2020 [10:15]:
ABŞ-da naməlum uçan obyektlərlə bağlı işçi qrupu yaradılır
14/08/2020 [10:10]:
“Bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur” - Nazir
14/08/2020 [10:08]:
Dəfələrlə təcavüzə məruz qalan Ledi Qaqadan şok etiraf: "Əqli problemlərim var"
14/08/2020 [09:45]:
Ermənilər 400 min azərbaycanlının suyunu kəsir - EKOLOJİ TERROR
14/08/2020 [09:38]:
Ermənistan atəşkəs rejimini 29 dəfə pozdu
14/08/2020 [09:33]:
Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi
Bütün arxiv bir sırada
13/07/2020 [12:30] - Gündəm - ( 1287 dəfə baxılıb)

Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları



Moderator.az Kulis.az-a istinadən günün əhval-ruhiyyəsinə uyğun olaraq Qarabağda dillərdə dolaşan məşhur müharibə əhvalatlarından bir neçəsini təqdim edir.

Qarabağda əsir götürülən döyüşçülərdən birinə nə qədər işgəncə verirlər ki, onun dilindən “Qarabağ ermənilərindir!” sözünü eşitsinlər, mümkün olmur. Axırda üstünə benzin töküb yandırılar. Adam yana-yana da “Qarabağ bizimdir!” deyib qışqırır.

  
Azərbaycanın 8 nəfərlik kəşfiyyat qrupu Ağdərə istiqamətində de-şifrə olunur. Əsir düşməsinlər deyə özlərini partladırlar. Yalnız çavuş Aqil Əhmədov təsadüfən sağ qalır və ələ keçir. Ona ən çox bu sualı verirlər: “Sizin döyüşçüləri belə ruhlandıran nədir ki, asanlıqla ölümə gedirlər?” Sonralar Aqil Əhmədov əsirlikdən azad edilir və ha-hazırda da yaşayır.

***

Murovun ən hündür yüksəkliklərindən birində “Cabir postu” deyilən yer var. O qədər sərt yerdədir ki, 90-cı illərdə əsgərlər ora iplə qalxırdılar. Bu post haqqında bir əhvalat dolaşmaqdadır. Deyirlər, Cabir adlı komandir əsgərləri ilə bu yüksəklikdə imiş. Əsgərlər çimməyə getmək üçün ondan icazə istəyirlər. O da hamısına birdən icazə verir. Əsgərlərin postdan yendiyini müşahidə edən ermənilər hücuma keçirlər. Cabir postu tərk etmir, bizimkilər köməyə gəlib erməniləri geri oturdana qdərə təkbaşına vuruşur, böyük bir düşmən dəstəsini yaxınlaşmağa qoymur. Bizimkilər düşməni geri oturdub posta girəndə Cabirin şəhid olduğunu görürlər.

***

İgid komandir Rauf Orucov Qarabağda müharibə başladığını eşidib Özbəkistandan hərbi xidmətdən qaçıb gəlir. Atası onu danlayır və fərari saymasınlar deyə aparıb dostu Allahverdi Bağırovun batalyonunda piser qoydurur. Həm də bu yolla Raqufu döyüşdən qoruyur. Gənc Raqufsa atışma başlayan kimi təcili yardım maşınına minib səngərə gedir və döyüşlərdə iştirak edir. Bir gün yaralanır. Atası bilməsin deyə yarası sağalana qədər evə gəlmir.

***

Raquf Orucovun anasını ermənilər öldürmüşdü. Sonralar Murovda keçirdiyi əməliyyatlarla inanılmaz şöhrət qazanın Raquf Orucovdan əlinə yüz dəfə imkan düşdüyü halda nə qadına, nə uşağa güllə atır. O, intiqam deyəndə bu xırda hissləri yox, anası dəfn olunan torpaqları azad etməyi nəzərdə tuturdu.

***

Deyilənə görə, Raquf Orucov işğaldan sonra da kəşfiyyatçı kimi anasının məzarını ziyarətə gedirmiş. O, bu barədə heç vaxt heç nə danışmayıb, lakin söhbətlərin birində sanki ipucu verib. Söhbət belədir. Ermənilərlə girov dəyişdirilirmiş. Erməni komandir adını çox eşitdiyi Raquf Orucova alma atır, deyir, ye, sizin bağdandır. Raquf Orucov almanı göydə tutub geri atır və deyir: “Mən öz bağımızın da almasını yeyirəm, üstəlik sizin bağların da!”

***

Müharibə başlayan vaxt Füzulinin Yuxarı Veysəlli kəndindən olan Yavər İsgəndərov hansısa toyda kənd qadınlarının ağladığını görür. Onlara yaxınlaşır, qadınların erməni hücumundan qorxduğunu öyrənir. Yavər gülür. Deyir, mənim kimi oğlu olan analar da ermənidən qorxar? Nə qədər sağam, bu torpaqlara erməni ayağı dəyməyəcək. Elə də olur. Erməni Veysəlli kəndini yalnız Yavər şəhid olandan sonra işğal edə bilir. Xatırladaq ki, Yavər İsgəndərov haqda “Son nəfəsədək” adlı bədii film çəkilib.

***

Ağdamda döyüşlər təzə-təzə qızışan vaxt avtomat çatışmırdı, döyüşçülər növbə ilə döyüşürdülər.

***

Ağdamın Mərzili kəndində yaradılmış batalyonun kəşfiyyat bölüyünə rəhbərlik edən mayor Zahid Əliyevin iki qardaşı müharibədə şəhid olmuş, biri itkin düşmüşdü. O, illərlə itkin düşən qardaşını axtarıb. Onun axırıncı xəbəri Əsgəran həbsxanasından gəlir. Həbsxanadan qaçmağı bacarsa da sonrakı taleyi naməlum qalıb.

***

Ağdərənin İmarət Qərbənd kəndindən geri dönüşü çətin olan bir əməliyyata gedirlər və döyüşçülərə rəhbərlik edən hərbçi deyir: Bir ailədən bir adam gedə bilər! Subay qardaşlar irəli çıxıb evli qardaşları zorla saxlayırlar.

***

Xocalının Koslar kəndində bir döyüşçü mühasirəyə düşür, son gülləsinə qədər təslim olmur. Bizimkilər mühasirəni yaranda igid döyüşçü artıq şəhid olubmuş. Birdən baxırlar ki, o, son anda barmağını qanına batırıb torpağa “Qarabağ” sözünü yazıb.

***

Başqa bir Koslar kənd sakininin yaxşı səsi vardı və o həmişə döyüş dostlarını həvəsləndirmək üçün “Qarabağ şikəstəsi” oxuyurdu. Şəhid olduğu an da son nəfəsi ilə şikəstə oxuyub can vermişdi.

***

Ağır döyüşlər gedən kəndlərin birində meyit gətirən maşını işığından tanıyırmışlar. Yuxarıda qanlı müharibə gedir, maşınlar durmadan ora patron, ərzaq və adam daşıyır, kənd sakinləri – yaşlılar, qadınlar, uşaqlar kənddən tamaşa edirlər. Kəndin bütün əli silah tutanları ordadır. Hamının qohumu var səngərdə. Qəfil meyit maşınının işığı görünür. Hamı birdən ağlayır. Çünki ölən və ya yaralanan hamının əzizi ola bilər... Maşın kəndə gələnəcən bu vəziyyət davam edir. Maşın kəndə gələndə ölən öz evinə, yaralı xəstəxanaya yola salınır və hər şey yenidən təkrarlanır; adamlar meyit maşınının işığını növbəti dəfə həyəcanla gözləməyə başlayırlar...

***

Ağcabədi rayonun Hindarx kəndindən olan Etibar İsmayılov düşmən tankın döyüşçü dostlarını məhv edəcəyini görəndə minanı sinəsinə sıxıb tankın altına sürünmüş, onu özü ilə birlikdə partlatmışdı.

***

“Ala Yaqub” ləqəbli Yaqub Rzayev səngəri qoyub şəhid olan oğlunun dəfninə gəlmir. Deyir, burdakılar da mənim övladımdır.

loading...
"Azərbaycan artıq Rusiya ilə münasibətlərdə yaranmış problemləri gizlətmək istəmir"
İctimai məkanlarda siqaret çəkmək qadağan olundu - Koronavirusa görə
Ac saxlanılan uşaq öz nəcisini yeyərək həyatda qaldı - DƏHŞƏT... + FOTOLAR
Sevgilisinə su altında bu cür evlilik təklifi etdi - FOTO + VİDEO
30 illik turizm şirkəti iflas etdi - Koronavirusa görə
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Qondarma rejimin bəzi “strukturları”nın Xankəndindən Şuşaya köçürülməsi ermənilərin növbəti təxribatıdır”
Maraqlı
11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu...
Cəmiyyət
"Ermənilərə bu günə qədər himayədarlıq edən dövlətlər görürlər ki, bu xına o xınadan deyil”
Gündəm
“Rusiyanı Minsk qrupundan uzaqlaşdırmağa gücümüz çatmaz, odur ki...”
İqtisadiyyat
“Mikayıl Cabbarov Azərbaycanın vergi sistemini XIX əsrdən XXI əsrə daşıyıb”

Yazar
Seymur Verdizadə
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
Seymur Əliyev
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
İrəvan Qarabağı qaytarmalıdır, yoxsa... - Daniyelyan
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247