Dünən günorta saatlarından etibarən düşmənin Tovuz rayonu istiqamətində həyata keçridiyi təxribat cidid hərbi qarşıdurmaya səbəb olub. Düşmən təxribatını dəf edən Azərbaycan ordusu düşmənə ağır zərbə endirərək, onu ciddi itkilər verməyə məcbur edib.
Moderator.az xəbər verir ki, Azərbaycan ordusunun cavab zərbəsi nəticəsində erməni hərbçilərinin darmadağın edilməsi, İrəvanı polis dəstələrini səfərbər etməl məcburiyyəti qarşısında qoyub. Belə ki, hərbçi qıtlğı yaşayan Ermənistan, sərhəd xəttinə polis dəstələri cəlb edərək vəziyyətə nəzarəti ələ almağa çalışır. Fəqət erməni mənbələrinin yaydığı məlumata görə, Azərbaycan ordusunun həmləsindən erməni polisi də öz nəsibini alıb. Belə ki, düşmən mediasında artıq iki erməni polisinin yaralandığı ilə bağlı məlumatlar yer alıb. Hərbi əməliyyatların hələ də davam etdiyini nəzərə alsaq, əminliklə demək olar ki, İrəvan yaxın saatlarda və günlərdə hərbçi tabutları ilə yanaşı, çoxlu sayda polis tabutlarını qarşılamalı olacaq.
Seymur ƏLİYEV