Akademik: "Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır"
Oxunub: 1426
13 Jul 2020 | 16:29
Akademik:
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər xalqımızın Qurtuluş mübarizəsinin qalibi və müasir müstəqil Azərbaycanın qurucusudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Akademik bildirib ki, Heydər Əliyev bu quruculuğa hələ XX əsrin 40-cı illərindən başlamışdı. O, qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək SSRİ-nin ölkəmizdə əsas dayağı olan Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri vəzifəsinədək ucaldı. DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb. Bu gün bütün azərbaycanlılar aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin mart soyqırımından sonra, 1920-ci ilin bolşevik işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. Onlar Dövlət Təhlükəsizliyi Komitəsində və Xalq Daxili İşlər Komissarlığında əsas mövqeləri ələ keçirdilər. Erməni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri, Salman Mümtazları, Əhməd Cavadları - Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin DTK-nı azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını DTK-ya işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.

1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində tənəzzüldən tərəqqiyə doğru böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək, həm də sovet rejiminin bütün eybəcərliklərini- korrupsiyanı, süründürməçiliyi, rüşvətxorluğu cəsarətlə tənqid edərək Azərbaycanımızın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalq ilk addımlarındanca onu rəğbətlə qarşıladı, sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının önündə gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı. O, Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri, o cümlədən Kremldəki erməni qruplaşmasının törətdiyi əngəlləri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən çox mühüm qərarlar qəbul etməsinə nail oldu. Eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Mərkəzdən Azərbaycanın inkişafı üçün ayrılan büdcə vəsaiti artırıldı. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. 1970-1985-ci illərdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. İri sənaye müəssisələri işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır.

Heydər Əliyev bugünkü müstəqil Azərbaycanın milli ordusunun bünövrəsini hələ o zaman qoymağa başlamışdı. Ulu Öndər azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə qəbul olmasını təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Yaxşı yadımdadır. 70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşduq. Heydər Əliyev Təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi və ona dərhal sual verdi - tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. İş elə gətirdi ki, sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi.

Ulu Öndər hər il yüzlərlə gəncin SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsinə nail oldu. Azərbaycanın gələcək inkişafına hesablanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI əsrin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı. Heydər Əliyevin gənclər siyasəti bu gün onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və gənclərimiz Şanxay, Harvard, Paris, Berlin və dünyanın digər universitetlərində təhsil almağa göndərilir. Sovet dönəmində böyük ədib Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Heydər Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud olduğu dövrdə sübut etdi ki, bu imperiya xalqımıza qarşı çox ağır cinayətlər törədib.

Heydər Əliyevin sovet dövründə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin canlı şahidiyəm. O zaman mən ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim. Böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və ensiklopediya ətrafında toplanmış qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Bütün bunlara məhəl qoymayaraq Heydər Əliyev 1971-ci ilin martında mənə ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz, məhz onun dəstəyi sayəsində, ilk dəfə olaraq, Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə “millətçi”, “burjua məfkurəçiləri”, “Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. “Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu – o zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular. Lakin onlar məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən də mən, nəinki DTK-nın təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik! Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ilk dəfə olaraq görkəmli sənət adamlarımızın böyük bir heyətinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi təkzibolunmaz tarixi faktdır.

“Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli oyanışının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsi, Cənubi Qafqazın lider dövlətidir. Artıq vətənimiz dünyanın kosmik araşdırmalar aparan dövlətləri sırasına qoşulub. Yurdumuzun əldə etdiyi bütün böyük tarixi nailiyyətlər zəmanəmizin böyük dövlət xadimi Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu dönmədən həyata keçirməsi nəticəsində əldə olunub. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını sürətlə dəyişən tarixi şəraitə uyğun olaraq zənginləşdirir, çevik, qətiyyətli və müdrik siyasəti ilə yurdumuzu yeni qələbələrə qovuşdurur”,- deyə akademik Yaqub Mahmudov qeyd edib.


Oxşar xəbərlər
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında bir nəfər batıb
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
GÜNLÜK
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...