Dünən - Ermənistan-Azərbaycan sərhədində erməni tərəfinin hücim cəhdindən sonra gərgin döyüşlərin getdiyi bir vaxtda işğalçı ölkənin Gümrü şəhərinə də güclü leysan hücum edib.
Moderator.az xəbər verir ki, erməni saytlarının Şirak qubernatoru Tiqran Petrosyanın “Facebook” səhifəsinə istinadla yaydığı məlumata görə, iri ölçülü dolu ilə müşayiət olunan və 2 saatdan çox davam edən görünməmiş tufan nəticəsində Gümrüdə yalnız nəqliyyat vasitələri deyil, həm də fərdi yaşayış evləri, çox mənzilli binaların zirzəmiləri, enerji təchizatı infrastrukturu və küçələr zərər görüb.
Fotolardan göründüyü kimi, dolu o dərəcədə çox yağıb ki, küçələrdə az qala yarım metr qalınlığında buz qalaqları toplanıb. Avtomobillər su və buz qalaqları altında qalıb. Xilasedicilər ermənilərin çağırışlarına vaxtında çatdırıb gedə bilmir...
T.Petrosyan qeyd edib ki, Gümrüdə enerji təminatını bərpa etmək üçün işlər görülür, dəymiş ziyan hesablanır.
Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102-ci bazası məhz Gümrü şəhərində yerləşir...
Sultan Laçın