Xəbər lenti
10/08/2020 [19:16]:
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
10/08/2020 [19:12]:
“Qrant haqqında” qanuna dəyişik edildi
10/08/2020 [18:59]:
Livan hökuməti tam tərkibdə istefa verir
10/08/2020 [18:53]:
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir
10/08/2020 [18:52]:
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
10/08/2020 [18:51]:
Separatçı erməni rejimi Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
10/08/2020 [18:48]:
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb- FOTO
10/08/2020 [18:43]:
Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb
10/08/2020 [18:42]:
Özündən iki dəfə yaşlı qadını zorladı
10/08/2020 [18:40]:
Sahil Babayev: "Bu il rekord göstərici qeydə alınıb"
10/08/2020 [18:39]:
Antonio Banderas ad günündə koronavirusa yoluxduğunu açıqladı
10/08/2020 [18:35]:
“Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi tamamilə mümkündür”
10/08/2020 [18:33]:
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
10/08/2020 [18:29]:
Sərkisyanın xaç oğlu da həbs edildi
10/08/2020 [18:20]:
Azad Rəhimovdan qeyri-olimpiya idmançılarına təklif: “Gəlin, nazirlikdə məşq edin”
10/08/2020 [18:17]:
Damla koronavirusa yoluxubmuş: "İy, qoxu bilmirdim..."
10/08/2020 [17:54]:
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO
10/08/2020 [17:51]:
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
10/08/2020 [17:45]:
I və IV qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı
10/08/2020 [17:41]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma - FOTO
10/08/2020 [16:55]:
“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”
10/08/2020 [16:53]:
Kadırov Lukaşenkodan yazdı
10/08/2020 [16:44]:
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
10/08/2020 [16:38]:
Ermənilər Rusiya torpağına da göz dikdilər
10/08/2020 [16:37]:
"Toyların keçirilməsinə icazə veriləcək? - Deputatdan AÇIQLAMA
10/08/2020 [16:36]:
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - YENİLƏNİB
10/08/2020 [16:33]:
“İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”
10/08/2020 [16:25]:
Azərbaycanda nazirlikdə yüksək vəzifəli şəxslər işdən çıxarıldı
10/08/2020 [16:21]:
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
10/08/2020 [16:21]:
Livanda daha bir nazir istefa verdi
10/08/2020 [16:15]:
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
10/08/2020 [16:04]:
Prezident: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq”
10/08/2020 [15:58]:
Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər -BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır
10/08/2020 [15:43]:
Şahin Mustafayev oğluna nişan etdi -FOTOLAR
10/08/2020 [15:40]:
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
10/08/2020 [15:22]:
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
10/08/2020 [15:20]:
Köpəklər koronavirusu saniyələr içində müəyyənləşdirə bilirmiş
10/08/2020 [15:20]:
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi
10/08/2020 [15:18]:
Koronavirusa qarşı peyvənd istehsal olunacaq
10/08/2020 [15:15]:
“Aprel döyüşü”nün müzəffər əsgəri... - Koronavirusla mübarizə aparır
10/08/2020 [15:04]:
İranda virusdan ölənlərin sayı 19 minə çatır
10/08/2020 [14:59]:
Dənizdə neftçi itkin düşüb
10/08/2020 [14:58]:
“Apple”a qarşı “Armudu almadan qoruyun” petisiyası başladıldı
10/08/2020 [14:57]:
Dünya İqtisadiyyat Forumu həyəcan təbili çaldı - Milyonlarla şagirdin təhsil həyatı daha da pisləşə bilər
10/08/2020 [14:56]:
“Rusiya Belarus daxilindəki qarşıdurmaların genişlənməsində maraqlı deyil, çünki...”
10/08/2020 [14:54]:
Bir aydan çoxdur ayrı yaşayırlar - Aynişanla Kənanın ayrılıq səbəbi bilindi
10/08/2020 [14:52]:
“Yerindən duran bizə söz atır” - “Pişik” Elnarənin müdafiəsinə qalxdı
10/08/2020 [14:51]:
Abbas Musəvi: “İranın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddia gülüncdür”
10/08/2020 [14:50]:
Ronaldo “Yuventus”dan gedir? - Prezident AÇIQLADI
10/08/2020 [14:49]:
Lukaşenko: “Belarusda Prezident seçkiləri bayram kimi keçib”
10/08/2020 [14:49]:
Azərbaycanda hamı koronavirusa yoluxacaqmı? — HƏKİMDƏN CAVAB
10/08/2020 [14:47]:
AzTV-nin xanım əməkdaşını şantaj edən şəxs həbs edildi
10/08/2020 [14:46]:
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
10/08/2020 [14:45]:
Polşanın Baş naziri Belarusdakı hadisələrlə bağlı Avropa İttifaqına müraciət etdi
10/08/2020 [14:44]:
Azərbaycanda koronavirus xəstəsi yaşadığı evi tərk etdi - FOTO
10/08/2020 [14:40]:
İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10/08/2020 [14:39]:
Azərbaycanda bir sıra bank və dövlət qurumlarının sistemlərində problem yarandı
10/08/2020 [14:37]:
Prezident AzTV-yə müsahibə verdi
10/08/2020 [14:31]:
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - FOTO
10/08/2020 [14:28]:
Rəfiqəsinin güllələnməsinə səbəb olan, sürgün edilən ərini gözləməyən, oğlunu 15 il sonra tapan Göyərçin – Azərbaycanın ilk aktrisası
10/08/2020 [14:23]:
Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi
10/08/2020 [14:10]:
“Bu milləti dilənçi kökündə saxlayırlar, deputatların bəziləri bu millətin qürurunu qırdı”
10/08/2020 [13:55]:
Belarusda saxlanılan etirazçıları 15 ilə qədər həbs gözləyir
10/08/2020 [13:40]:
Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimə məbləği açıqlandı
10/08/2020 [13:37]:
AFFA 400 top payladı
10/08/2020 [13:36]:
Qənirə Paşayeva 250-dən çox vətəndaşın online qaydada qayğılarını dinləyib
10/08/2020 [13:33]:
"LegalAid" elektron hüquqi yardım mobil tətbiqi vətəndaşların istifadəsinə verildi
10/08/2020 [13:30]:
Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib
10/08/2020 [13:29]:
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
10/08/2020 [13:28]:
61 dövlət əmlakı satışa çıxarıldı - HƏRRAC
10/08/2020 [13:25]:
Koronavirusdan qorunmaq üçün 1,5 milyon dollara maska SİFARİŞ ETDİ
10/08/2020 [13:19]:
Azərbaycanda yanvar-iyun aylarında yol qəzalarında 325 nəfər ölüb - RƏSMİ
10/08/2020 [13:05]:
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 14% azalıb
10/08/2020 [13:02]:
Arnold Şvartsnegger ilk dəfə baba oldu
10/08/2020 [12:54]:
Ərzaq sisteminin dayanıqlı inkişafına dair tövsiyələr açıqlandı
10/08/2020 [12:43]:
Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir
10/08/2020 [12:41]:
Livandakı etirazçılar xaricdən dəstək alırlar - İran
10/08/2020 [12:33]:
Məşhur müğənni ikinci dəfə ana olacaq - FOTO
10/08/2020 [12:15]:
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
10/08/2020 [12:00]:
Müdafiə nazirinin daha bir sabiq müavini vəfat edib
Bütün arxiv bir sırada
14/07/2020 [09:40] - Müsahibə - ( 33735 dəfə baxılıb)

“Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”

“Savadı olmayanlar deyirlər ki, Artur erməni adıdır”
“Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!”


Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.   Qeyd edək ki, bu, 2017-ci ildə Baş nazir vəzifəsindən təqaüdə göndərilmiş Artur Rasizadənin mətbuata ilk geniş müsahibəsidir. 


Moderator.az eks baş nazirlə maraqlı söhbəti təqdim edir:


- Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsüz?

- Vəziyyətin daha da çətin olduğunu deyə bilərəm. Havaya da çıxmaq olmur. Evdə oturmuşuq. Ancaq başqa yolumuz da yoxdur. Çünki virus qorxulu hal alıb. Etinasız yanaşsaq, axırımız yaxşı olmaz. Ona görə də hər birimiz qaydalara əməl etməliyik. Dünya mətbuatını izləyirəm və bir çox tibb sahəsində çalışan alimlərin fikirləri ilə tanış oluram. Bəzi alimlərin əsas tövsiyəsi budur. Əllərini yu, tibbi maskadan istifadə elə, sosial məsafəni saxla...


- Dediyimiz kimi, insanların heç də hamısı evə qapanmaqdan məmnun deyil. Təhlükə olsa da, kimi dənizə, kimi rayona, kimi ölkə xaricinə getmək istəyir. Siz də həmişə aktiv siyasətlə məşğul olmusuz. Bu situasiyada darıxmaq hissi varmı? Xüsusilə də keçmişə baxanda...

- Təbii darıxmaq var. Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu təbiidir. Birmənalı olaraq  darıxıram.


- Maşallah, bu arada səsiniz çox yaxşı gəlir. Gümrah insan təsiri bağışlayırsız.

- Elə bircə səsim gümrah qalıb. Qalan orqanlarım çürüyüb (gülür). Ümumiyyətlə, insan həyatının bir mərhələsi olur ki, yaş orada öz sözünü deyir. Həyatın elə qaydaları var ki, onu dəyişmək olmur.


- Yaşlı insanları təsəlli etmək üçün belə fikir səsləndirirlər: “Karantin dövründə nəvələrlə vaxt keçirin”. Hardadır, nəvələr?

- İndiki halda nəvələr belə yoxdur. Təbii, nəvələrim böyükdür artıq. Azyaşlı deyillər. Koronavirusa görə görüşlərə icazə verilmir. Çünki yoluxma ola bilər. O səbəbdən də karantin müddətində nəvələrimlə də görüşmürəm.


- Nəvələrlə də görüşə bilmirsiz. Bəs evəqapadılma vəziyyətində gününüzü necə keçirirsiz?

- Kitab oxuyuram, internetdə informasiyaları izləyirəm. Ancaq televiziyaya baxmıram. Bir az da istirahət edirəm, vaxt keçir.


- Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik.  


- Yazılanlardan məlumatım var. Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir. Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da, atasının hansısa millətdən olması hardasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.

Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!

Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq “bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular.  Birmənalı olaraq “yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. “Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir.

- Ananızla bağlı yazılanlara susduqca, həyat yoldaşınız barədə də erməni söhbəti gündəmə gəlib. Hətta gəlininiz haqqında da yazılıb. Bu barədə nə deyə bilərsiz?

- Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də “xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə “xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir-müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Sizə sənədlərlə danışıram. Hamısı arxivdə durur.
Həyat yoldaşımın atası Moskvada oxuyanda rus mənşəli qızla tanış olub evləniblər. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım 9 yaşında ata-anasız qalıb. Bibisi onu böyüdüb.
Övladlarıma gəlincə, heç nəyə yox, gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm. Arada zarafatla deyirdim: “Kaş gəlinim erməni olaydı, ona görə ki o zaman oğlum da olardı”. Tale elə gətirib ki, mənim yeganə övladım var, o da qızdır. Demək gəlinim heç vaxt ola bilməz.


- Yoldaşınız öz seçiminiz olub, yoxsa, ailələriniz sizi tanışdırıb?

- Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb...


 - Bir məsələdə də adınız çəkilir. 20 yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etdiyiniz iddia olunur. Maraqlıdır ki, xalqın taleyinə bağlı olan məsələdə də susmusuzSizin iştirakınızla belə bir hadisə baş veribmi?

- Bu barədə də xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır...


- Ananızın erməni olması barədə yazılanlardan tutmuş, xalqın taleyində mühüm rol oynayan 20 Yanvar hadisələrinə qədər susmusuz. Susmağınıza nə səbəb olub?

- Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.


- Artur müəllim, bayaq oğul məsələsində fərqli danışdız. Deyəsən oğlunuzun olmasını çox arzulamısız?

- Bir qızım var. Oğlum olmayıbsa, bu da Allahın işidir. Mən nə deyə bilərəm ki!


- Ancaq qız övladı ataya daha yaxın olur. Razısız?

- Əlbəttə razıyam. Hətta qızım mənə daha çox oxşayır. Yoldaşım 2013-cü ildə dünyasını dəyişəndən sonra qızım baxır mənə.




- Taleyinizin keşməkeşli olduğunu dediniz. Bu tanınmış nəslin övladı olmağınızdan irəli gəlir, yoxsa, necə?

- Təvazökarlıq kimi çıxmasın. Bir dönəm olub ki, əziyyət çəkmişik. Orta məktəbi Lənkəranda bitirib Bakıya gəldik. İçərişəhərdə 6 kvadrat metrlik evdə yaşayırdıq. Evin pəncərəsi də yox idi. Müharibə zamanının övladlarıyıq. Atamı xatırlamıram. 6 yaşım olanda müharibəyə gedib və geri qayıtmayıb. Anam rus ola-ola bizi tək böyüdüb. Bir bacı, bir qardaş olmuşuq.


- Kiçik yaşlarınızda atanızı itirmisiz.  Maraqlıdır, milliyyətcə rus olan ananız sizi Azərbaycan ruhunda necə tərbiyə edib?

- Anam həmişə mənə danışırdı ki, atan müharibəyə gedəndə bir xahişi olub. “Oğlum azərbaycanlılığını itirməsin”. Çünki biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. 2 ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər.


- Hüseyn Cavidin ailəsi ilə sıx təmasda olsanız da, sizin Azərbaycan dilinizdə yaxşı danışa bilməməyiniz həmişə müzakirə mövzusu olub. Haqqınızda “Ana dilini bilməyən vəzifəsini də icra edə bilməz” deyiblər.

- O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar!... Düzdür, çox xoşbəxt olardım ki bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm. Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu ola da bilməzdi.
Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!


- Qayıdaq Hüseyn Cavidin evində keçirdiyiniz illərə. Cavidin bütün yaradıcılığı ilə tanış olduğunuzu söyləmək olarmı?

- Əlbəttə. Bir çox şeirlərini əzbər də bilirəm. Siz də Cavidin əsərlərini bəyənməmiş olmazsız.


“Turan qılıncından dar kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

 



- Bəlkə sizin də gizli şairlik istedadınız var, biz bilmirik!

- Heç vaxt şeir yazmaq istedadım olmayıb. Mən mühəndisliyi sevib-seçdim. Ancaq atam şeirlər yazıb. Dəftərləri hələ də qalır. Cavidin bütün əsərlərini çox sevirəm.


Artur müəllim, son vaxtlarda ölkədə prezident tərəfindən köklü kadr islahatları aparılır. Siz bu barədə nə deyə bilərsiniz?

- Cənab prezidentin apardığı islahatları yaxından izləyirəm. Birmənalı olaraq çox yüksək qiymətləndirirəm. Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu cür işlər görür.


- Ard-arda işdən çıxarılıb həbs edilən icra başçıları arasında korrupsiya və rüşvətxor əməllər törədənlər, dövləti çapıb-talayanların kimliyini hər kəs bildi. Niyə icraedici orqanlarda çalışanlar bu cür hərəkətlər edirlər?

- Düzü, bilmirəm bu onların təbiətindən, yoxsa, savadsızlığından irəli gəlir?! Ağlıma gətirə bilmirəm ki, insanlar bu qədər rüşvəti nə edirlər?! Ancaq faktlar heç nəyi dəyişmir. Fakt faktdır.


- Uzun müddət eyni komandada təmsil olunduğunuz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir müddət öncə postundan kənarlaşdırıldı. Ramiz Mehdiyevin Administrasiyadakı fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Elə vaxtilə   hakimiyyətdə birlikdə çalışdığınız bəzi tanınmış şəxslər Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham ediblər. Siz bu barədə nə deyə bilərsiniz?


- Bunlardan məlumatım var. Bilmirəm, bunlar nəyə lazımdır?! Ancaq bunun iki yolu var. Ya gərək haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edəsən, ya da çıxıb birbaşa reaksiya verəsən. Başqa yolu yoxdur. Biri var deyəsən ki, filankəsin anası ermənidir, biri də var deyəsən ki, filankəs dövləti talayıb. Bunlar fərqli məsələlərdir.


- Ümumiyyətlə, ikiniz də eyni vaxtlarda hakimiyyətin əsas simaları olmusuz. Bu gün Ramiz müəllimlə zəngləşib dərdləşirsizmi?

- Əlaqə saxlamırıq. 2018-ci ilin aprelində istefaya göndərildim. Bir dəfə Ramiz müəllimlə telefon əlaqəmiz olub. O vaxtdan bu günə kimi əlaqəmiz olmayıb. Həm də mən vəzifədən gedəndə Ramiz müəllim hələ Administrasiyanın rəhbərliyində qalırdı, məndən çox sonralar getdi... Sonra görünür, daha mənimlə işləri olmayıb deyə axtarılmadım. Bu da normaldır.


-  Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla münasibətləriniz necədir?

- Zamanında vəzifə icra etmişik deyə normal əlaqələrimiz olub. Bütün icra aparatlarında çalışanlarla aram normal olub.


- Bu gün nə Oqtay Əsədov, nə də siz yüksək vəzifə tutursuz. Ancaq Oqtay Əsədov sizdən fərqli olaraq incik təsiri bağışlayır. Sanki yenidən Milli Məclisin sədri olmamağını həzm edə bilmir, sıravi deputatlığa alışmır. Bu cür hallar nə dərəcədə doğrudur?

- Nəinki vəzifə, heç ömür belə əbədi deyil. Bu dünyada daimi heç nə yoxdur. Hesab edirəm ki, hər birimiz bu gün burda, sabah başqa yerdə olduğumuzu qəbul etməliyik. Eyni zamanda, dövr dəyişir axı! Yeni nəsil gəlməlidir, gənclər vəzifələrdə təmsil olunmalıdır. Artıq XXI əsrdir. Dünyada gedən prosesləri izləyirəm. İnternet üzərindən dünyanın o başından xəbər tuturuq...


- Bəs Allahşükür Paşazadə ilə münasibətləriniz necədir?

- Şeyx həzrətlərini soruşursuz?


- Bəli

- Çox yaxşı münasibətlərimiz var. Arada zəngləşirik. O mənim xətrimi çox istəyir, mən də onun xətrini çox istəyirəm.


- Şeyx haqqında da çox şayiələr gəzir, ya da yazırlar. Nə dərəcədə doğrudur?

- Yazırlar da. Mən söhbətə başlasam, kitab yazmaq olar.



- Yeri gəlmişkən, nə əcəb, memuar yazmaq haqqında düşünmürsüz?

- Bunun 2 səbəbi var. Birinci səbəb Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanım və qızı Turan xanımla bir vaxtlar daimi sıx əlaqədə olmağımızla bağlıdır. Anam Cavidin yoldaşını və qızını bütün qohumlarından üstün tuturdu. Cavidə görə evi gəlib yoxlayırdılar. Əlyazmaları-filan götürüb aparırdılar. O zamandan beynimdə qalıb ki, sənədləri saxlamaq doğru deyil. Ələ keçən yazışmalardan hansısa mənalarda istifadə edə bilərlər. İkinci səbəb isə tarixlə bağlıdır. Gərək tarixə 50 ildən sonra qayıdasan. Çünki indi yaszam, kiminsə xoşuna gəlməyəcək, yazmasam da.... Bu da adamın özünə əziyyət olmayacaq.


- Haqqınızda neqativ xəbərlərlə yanaşı, müsbət fikirlər də səslənir. Bəziləri sizi xalq və dövlət üçün gərəkli şəxs adlandırır. Bu barədə də danışa bilərsiz?

- Özüm haqqında necə danışım?! Bu doğru deyil. Jurnalistlərə məsləhət görərdim ki, Arturun işlədiyi yerlərdə əgər kimlərsə qalıbsa, onlardan soruşsunlar. O zaman biləcəklər ki, Artur hansı işləri görüb. Ümumiyyətlə, ailəmiz həmişə təvazökar olub. Özümüz haqqında danışmağı sevməmişik.
Söhbət açılmışkən bir hadisəni danışım: Baş nazir ola-ola bir gün anam zəng etdi. Soruşdum ki, “ay ana hardasan?!”, cavab verdi ki, “qızımın yanındayam”. Necə getdiyini soruşanda “trolleybusla”dedi. Cavab verdim ki “ay arvad, burda otururamsa, deməli, səni harasa aparmağa,  taksi göndərməyə imkanım var”. Ailəmiz belə olub.


- Bir övladınız olsa da, onu davamçınız kimi yetişdirmədiniz. Bu gün yeganə övladınız – qızınız hansısa vəzifəni tuta bilərdi.

- Mənim yaxın ailə üzvlərimin heç biri vəzifədə deyil. Bir hadisə olmuşdu, ad çəkmək istəmirəm. Xahiş etmişdilər ki, “filankəsi vəzifəyə qoyaq”.  “Nə qədər ki mən Baş nazirəm, bu, baş tutmayacaq” demişdim. Xarakterim belə olub. Bu da ailəmdən gələn tərbiyədən asılıdır.
Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, “İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, “sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burda oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq “kömək məsələsi bizlik deyil” dedim.


- Bəziləri Artur adını eşidən kimi erməni məsələsini gündəmə gətirirlər. Hətta “buna bir Azərbaycan adı tapmadılar ki, gedib erməni adı qoydular?!” deyə söyləyənlər də var. Kim qoyub adınızı?

- Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin “Ovod” əsərini oxumusuz?


- Əlbəttə. Çox maraqlı əsərdiAta-oğul üzə-üzə gəlir...


- Hə, bax əsərdəki həmin oğul, yəni Artur adını da atam mənə qoyub. Ancaq anam adımın ya Teymur, ya da Tofiq  olmasını çox istəyib. Atam isə əsərdən təsirlənib deyə, adımı Artur qoyub. Savadı olmayanlar da durub deyirlər ki, Artur erməni adıdır. Çünki kitab oxumayanlar belə şeyləri bilməz. Oxusaydılar, rast gəldikləri adları bilərdilər...

loading...
Rusiyanın ən böyük rəngli almazı tapıldı - FOTO
Donuzlar yaşlı adamın alt paltarını "oğurladı" - MARAQLI... + FOTOLAR
Damla koronavirusa yoluxubmuş: "İy, qoxu bilmirdim..."
Böyük yaş fərqilə evlənən azərbaycanlı məşhurlar -FOTOLAR
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
Clean City Company
N.Tusi adına Klinika

Hadisə
Separatçı erməni rejimi Qarabağda “Rusiya” restoranının fəaliyyətini dayandırdı...- FOTOLAR
Cəmiyyət
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı -SİYAHI
Şou-biznes
"Gedib xəstəliyə yoluxub axırda özümü işə salım?” -Əməkdar artisti çimərlikdən imtina etdi
Siyasət
Ağ Rusiyanın qara taleyi...
Cəmiyyət
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
"Bəzi ölkələr dağılacaq, Azərbaycan isə..."
Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət: "Vətəndən uzaqda olsam da..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247