İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşmalar bu gün də davam edir.
Məlum toqquşmaların uzunmüddətli müharibəyə çevrilmək ehtimalı varmı? Hərbi əməliyyatların yaxın gələcəkdə öz miqyasını daha da genişləndirməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu ehtimalı istisna etdiyini qeyd etdi:
“Hesab edirəm ki, bu toqquşmalar bir müddət davam etsə də, bu, geniş müharibəyə çevrilməyəcək. Belə bir ehtimal görmürəm. Çünki regionu nəzarətdə saxlamağa çalışan Rusiyaya belə bir müharibə lazım deyil. Ola bilsin ki, Rusiya baş verən hadisələr fonunda Paşinyanı itaətə dəvət edir. Rusiyanın ehtiyac duyduğu şey budur. Bu səbəbdən də proseslərin uzunmüddətli müharibə ilə nəticələnəcəyini düşünmürəm”.
Seymur ƏLİYEV