Xəbər lenti
13/08/2020 [01:04]:
Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı oldu - Açıqlama Kremldən gəldi...
13/08/2020 [00:39]:
Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib
13/08/2020 [00:36]:
Bəşər Əsəd öldü, rus təyyarələri havalandı... - Şok iddia
12/08/2020 [23:54]:
"Türkiyəli generalların Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir...”
12/08/2020 [23:50]:
Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla dindirildi - Həbs gözlənilirmi..?
12/08/2020 [23:49]:
“İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF
12/08/2020 [23:47]:
Hulusi Akarla Zakir Həsənovun "qol güləşi" şəklində salamlaşması gündəm oldu - FOTO/VİDEO
12/08/2020 [23:45]:
Rusiya Baş nazirinin müavini koronavirusa yoluxdu
12/08/2020 [21:53]:
60-65 yaşli müəllimlər sertifikatlaşdırmaya getsinlər, yoxsa təqaüdə?
12/08/2020 [21:14]:
Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO
12/08/2020 [20:37]:
Məni bağışlayanım...
12/08/2020 [20:29]:
Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılmasını gözləyir...
12/08/2020 [20:24]:
ABŞ polisinin bu işgəncəsi ortalığı qarışdırdı - FOTO + VİDEO
12/08/2020 [20:20]:
Azərbaycanlı analitikin İndoneziyanın «INFODESA” jurnalında iki ölkənin münasibətlər haqqında məqaləsi çap edilib
12/08/2020 [19:59]:
Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR
12/08/2020 [19:57]:
TƏBİB seroloji testlər keçirəcək
12/08/2020 [19:54]:
Cahillik dövrünü xatırladan vəhşilik -Yeni doğulan qız uşağını zibilliyə atdı...
12/08/2020 [19:35]:
Okeana qan töküb köpək balıqlarının arasına girdi - MARAQLI...+ FOTOLAR
12/08/2020 [19:24]:
“Azərbaycan Türkiyə ilə Konfenderativ əsasda birləşərsə...” - "Bununla təhlükəsizliyimiz ömürlük təmin olunacaq"
12/08/2020 [19:13]:
Koronavirusa qarşı “Putin peyvəndi”: Türkiyəli professor deyir ki, sevinmək hələ tezdir...
12/08/2020 [18:43]:
Baş Prokurorluq və DİN vəzifəliləri Bərdəyə göndərildi
12/08/2020 [18:38]:
Aynişanla Kənanın ayrılma səbəbi MƏLUM OLDU
12/08/2020 [18:34]:
“Onlar əxlaqda, düşüncədə, ictimai davranışda pozuculuq yaradır” - Qulu Məhərrəmli
12/08/2020 [18:32]:
Prezident dövlət büdcəsinə dəyişikliyi TƏSDİQLƏDİ
12/08/2020 [18:29]:
Neymar yeni model sevgilisi ilə ad günündə tanış olub - FOTOLAR
12/08/2020 [18:10]:
Şotlandiyada sərnişin qatarı relsdən çıxdı: Ölən və yaralananlar var - VİDEO
12/08/2020 [18:07]:
Azərbaycan üzərindən Polşaya 200 kq heroin aparılmasının qarşısı alınıb
12/08/2020 [17:57]:
“Qafqazda Rusiyanın jandarmı rolunu oynasa belə, Moskva yenə Azərbaycanı sevməyəcək...”
12/08/2020 [17:49]:
İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub - YENİLƏNİB + FOTO
12/08/2020 [17:31]:
"Türkiyə həmsədr olarsa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi dərhal “dalan” vəziyyətindən çıxacaq və ..."
12/08/2020 [17:28]:
Bugün “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür
12/08/2020 [17:09]:
Vüqar Rəhimzadə: "Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik"
12/08/2020 [17:08]:
“Guya mənim deməyimlə nəsə həll olunasıdır?”
12/08/2020 [17:06]:
Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq
12/08/2020 [17:04]:
“Etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir”
12/08/2020 [16:58]:
“TikTok”un həqiqətən milyonlarla insanı izlətdiyi ifşa edildi
12/08/2020 [16:54]:
Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb
12/08/2020 [16:48]:
İrəvan Qarabağı qaytarmalıdır, yoxsa... - Daniyelyan
12/08/2020 [16:46]:
Prezident taksi sürdü - VİDEO
12/08/2020 [16:42]:
Bu gün 93 nəfər yoluxdu, 202 nəfər sağaldı
12/08/2020 [16:42]:
“Ölkəmizin inkşafı gənclərimizdən, onların bilik və bacarığından bilavasitə asılıdır”
12/08/2020 [16:11]:
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
12/08/2020 [16:08]:
Kürdəmirə yeni DYP rəisi təyin edilib
12/08/2020 [16:05]:
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Rusiya peyvəndi ilə bağlı açıqlama
12/08/2020 [16:03]:
“Vətənpərvər mahnılar oxuyuruq ki, balalarımız Polad Həşimovun kim olduğunu bilsinlər”
12/08/2020 [16:02]:
İlham Zəkiyev və Hacı Əliyevə yeni vəzifə verildi
12/08/2020 [16:01]:
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12/08/2020 [15:35]:
Azərbaycanda nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
12/08/2020 [15:25]:
Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı AÇIQLAMA
12/08/2020 [15:23]:
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub
12/08/2020 [15:15]:
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
12/08/2020 [15:00]:
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərilib
12/08/2020 [14:58]:
Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi
12/08/2020 [14:46]:
“Qarabağ Gündəliyi”nin növbəti sayı çapdan çıxdı
12/08/2020 [14:44]:
Ekspert: "Peyvənd 2021-ci ilə qədər geniş istifadə edilə bilməz"
12/08/2020 [14:44]:
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12/08/2020 [14:43]:
BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq
12/08/2020 [14:41]:
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən açıqlama
12/08/2020 [14:28]:
İran Prezidenti ABŞ-a xəbərdarlıq edib
12/08/2020 [14:25]:
Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını saxta tarix dərsliyi adlandırıb
12/08/2020 [14:22]:
“İşğal edilmiş torpaqlarımızdakı istənilən yeni məskunlaşma hədəfə alınmalıdır”
12/08/2020 [14:16]:
“Ziya Məmmədov bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin adamı hakimiyyətə gələcək” - VİDEO
12/08/2020 [14:12]:
Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
12/08/2020 [14:12]:
“Tanrının hər bir azərbaycanlını, xüsusilə də gənclərimizi qorumasını arzu edirəm”
12/08/2020 [14:09]:
Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov
12/08/2020 [14:07]:
Yeni dərs iliylə bağlı vacib qərar - Təlimat verildi
12/08/2020 [13:59]:
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
12/08/2020 [13:55]:
Xəzərdə “Qarabağ”ın qüdrəti...
12/08/2020 [13:49]:
Mədəniyyət nazirinə müşavir təyin edilib
12/08/2020 [13:46]:
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12/08/2020 [13:45]:
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI
12/08/2020 [13:37]:
Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12/08/2020 [13:32]:
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər
12/08/2020 [13:31]:
Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi
12/08/2020 [13:31]:
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
Lukaşenkonun iki yolu var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
Bütün arxiv bir sırada
14/07/2020 [17:55] - Cəmiyyət - ( 963 dəfə baxılıb)

Nar və TƏBİB-in birlikdə keçirdikləri " Günün qəhrəmanları" yazı müsabiqəsi üçün məqalə hazırlayıb



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Bu Sərəncama uyğun olaraq ölkəmizdə gənclər üçün müxtəlif tədbirlər, o cümlədən yazı müsabiqələri keçirilir. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin ll tədris ili tələbəsi, fəal könüllü Murad Hüseynli Nar və TƏBİB-in birlikdə keçirdikləri " Günün qəhrəmanları" yazı müsabiqəsi üçün məqalə hazırlayıb. Həmin məqaləni təqdim edirik.


Könüllülük hərəkatı gəncləri vahid niyyət ətrafında birləşdirdi

Dövlət başçımızın ötən ilin son günlərində imzaladığı həmin rəsmi sənədin giriş hissəsində qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Çünki könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. 2020-ci ilin əvvəlindən bəri yaşadığımız pandemiya dövründə şahidi olduğumuz faktlar sübut etdi ki, Azərbaycan könüllüləri, sözün həqiqi mənasında, mükəmməl bir vətənpərvərlik məktəbinin müasir məzunlarıdır.
Məhz Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi ilə bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan könüllüləri öz innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula-1yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Qeyd etmək istəyirəm ki, könüllülərimiz son dörd-beş ayda xalqa və dövlətə tamamilə başqa bir ampluada xidmət etməli oldular. Çünki bu il bütün dünyanı öz mənhus təsiri altında saxlamağı bacaran Koronavirus pandemiyası nəinki gənclərin və könüllülərin, hətta bütövlükdə dövlətlərin normal fəaliyyətini öz məcrasından çıxarmışdır. Azərbaycan xalqı məmnundur ki, dövlətimizin bu qorxunc bəlaya qarşı apardığı qətiyyətli və ardıcıl mübarizədə gənclərimiz, xüsusən, könüllülər gecə-gündüz dövlətin və məsul şəxslərin yanında oldular.

Könüllülər daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Belə gənclərin sırasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "Könüllü DOST” proqramının könüllüləri də var. DOST könüllüləri tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar həmin tənha yaşlılara tez-tez baş çəkərək, istək və qayğıları ilə maraqlanır, hansı sahədə kömək lazım olduğunu soruşur və müvafiq istiqamətdə də yardımlar göstərirlər.

Yaşlıları tək qoymayanlar
Karantin günlərində ahıl şəxslərə xidmət göstərilməsi prosesinin iştirakçısı olduq
Bir neçə aydır ki, dünyanı lərzəyə gətirən koronavirus haqqında yazır, onun zərər vurduğu, mənfi təsir etdiyi sahələrdən danışırıq. Amma hər hadisəyə ancaq mənfi istiqamətdən yanaşmaq olmaz, gərək onun müsbət tərəflərini də görəsən. İnsanlar arasında yardımlaşmanın genişlənməsinə bu hadisənin müsbət tərəflərindən biri kimi baxa bilərik.
Pandemiyadan qorunmaqla bağlı alınan bəzi qərarlardan sonra müəyyən kateqoriya insanlar üçün həyat şəraiti çətinləşdi. Virus 65 yaşdan yuxarı şəxslər üçün daha təhlükəli olduğu üçün bu yaş kateqoriyasından olan şəxslərin çölə çıxması qadağan edildi. Onların sosial təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən DOST Agentliyinin sosial xidmətçiləri tərəfindən həmin şəxslərə evlərində dəstək və xidmətlər təklif edilir.
Xidmət prosesini yaxından izləmək və ahıl şəxslərlə həmsöhbət olub, bu günləri necə keçirdikləri haqqında məlumat almaq üçün nazirliyin sosial işçisi və könüllüsü ilə birlikdə bir gün keçirmək qərarına gəldik .
.


"Öz evim kimi silib-süpürürəm”

Agentliyin sosial işçisi Şəlalə Əzizova və könüllüsü Elnur Hüseynov ilə birlikdə yardım göstəriləcək ünvana yola düşürük. Mənzil başına çatanadək Şəlalə Əzizova ilə yardım ediləcək ahıl şəxs barəsində danışırıq. Şəlalə xanım deyir ki, əslində, bu xidmət adi vaxtlarda da mövcuddur, amma karantin vəziyyəti olduğu üçün həmin şəxslərə yardım daha tez-tez edilir: "İndi sosial yardım göstərəcəyimiz şəxs Nadir Hüseynovdur. Onun 86 yaşı var. Övladları xaricdə yaşayır, sosial yardım üçün bizə müraciət edib. Həftədə bir neçə dəfə gəlib Nadir bəyin sosial təminatına kömək edirik və bunun üçün bizim 2 saat vaxtımız olur. Öz evim kimi silib-süpürürəm, qablarını yuyuram, lazım olanda alış-verişə gedirəm, aptekdən dərmanlarını alıram. İşimi sevə-sevə görürəm. Çünki onların buna ehtiyacı var. Gün ərzində təxminən 3-4 belə ahıl şəxsə xidmət edirik. Bunlar bizdə daimi qeydiyyatda olanlardır. Amma 142 Çağrı Mərkəzinə müraciət edən ahıl şəxslər də var”.

"Onu qızım kimi çox istəyirəm”

Artıq mənzil başına çatmışıq. Nadir bəy bizi qapıda qarşılayır, hiss olunur ki, çoxdandır onu yad edən, evinə qonaq gələn yoxdur. Çünki üzündə qəribə bir sevinc və gülüş vardı. İçəri keçib səhhətini xəbər alırıq. Ev yiyəsi deyir ki, artıq uzun müddətdir bu sosial yardımdan yararlanır və xidmətdən çox razıdır: "Həqiqətən, çox sağ olsunlar ki, bu çətin günlərdə bizə yardım edirlər. Şəlalə isə artıq bir müddətdir ki, evimin işlərini görür. Lazım olanda bazarlığa gedir, dərmanlarımı alır, yemək hazırlayır, təzyiqimi ölçür. Adama başqa nə lazımdır (gülür)? Onu qızım kimi çox istəyirəm”.

Kimin nə ağrısı olsa...

Biz Nadir bəylə həmsöhbət olarkən Şəlalə xanım da ev işləri ilə məşğul olur. Könüllü olaraq bizimlə gələn Elnur Hüseynov isə həyətdə yır-yığış işləri görür. Qeyd edim ki, Nadir bəy təbabətlə çox yaxından maraqlanır. Bu yaşda belə insan sağlamlığı ilə bağlı müxtəlif kitablar, jurnallar oxuyur. Deyir ki, ətrafındakı şəxslərdən kimin nə ağrısı olsa, birinci ona müraciət edir: "İnsan gərək sağlamlığının qədrini cavanlıqda bilsin. Bəziləri yaşlandıqdan sonra idman etməyə, düzgün qidalanmağa başlayır. Amma bunları elə gənc yaşlarından etməlidirlər. Mən cavanlığımdan sağlamlıqla bağlı kitablar oxuyur, orada yazılanlara əməl edirdim. Ona görə bu mövzuda kifayət qədər məlumatım var. İndi kimin nə ağrısı olsa, mənə müraciət edir. Mən də bacardığım qədər məsləhətlər verirəm”.


Çağrı Mərkəzinə müraciət edənlərə qapıdan xidmət

Nadir bəyə ayrılan vaxt bitmək üzrədir. Şəlalə xanımla Elnur bəy də işlərini yekunlaşdırıblar. N.Hüseynovla sağollaşıb, növbəti mənzilə yollanırıq. Növbəti yardım edəcəyimiz şəxs 142 Çağrı Mərkəzinə müraciət etmiş Mahir Nemətovdur. Bu dəfə isə bizimlə yol yoldaşı olan, agentliyin könüllüsü Elnur Hüseynov ilə söhbət edirik. Elnur bildirir ki, Mahir bəy nazirliyin daimi qeydiyyatında olmadığı üçün ona yalnız ərzağın alınmasında və məişət tullantılarının atılmasında yardım edilir: "Mahir bəy kimi Çağri Mərkəzinə müraciət edənlər daha çoxdur. Onlara bu dövrdə çölə çıxmağa icazə verilmədiyi üçün bəzi işlərində yardım edirik. Daha çox dərman və pensiyalarının alınması, bazarlıq edilməsini istəyirlər. Çağrı Mərkəzinə müraciət edən ahıl şəxslərə, sadəcə qapıdan xidmət göstərilir. Onların evlərinə daxil olub hansısa məişət xidməti göstərilmir”.


Yalandan heç kimi olmadığını deyənlər də var

Qeyd edilən ünvana çatırıq və Mahir bəy bizi qarşılayır. Bazarlıq üçün lazım olan siyahını və bir qədər də pulu Elnura verərək alınacaq ərzaqları izah edir. Elnurla birlikdə marketə yollanıb Mahir bəy üçün alış-veriş edirik, həm də bir az həmsöhbət oluruq. Elnur deyir ki, şənbə və bazar günləri istisna olmaqla, hər gün ahıl şəxslərə xidmət edirlər: "Həftənin 5 günü bir könüllü ilə bir sosial xidmətçi ünvanlara yollanır və lazım olan yardımı edirik. Bir aydan çoxdur ki, 20-dən çox ahıl şəxsə yardım göstərmişəm. Bu müddət ərzində də müxtəlif hadisələrlə qarşılaşmışıq. Məsələn, bir dəfə Çağrı Mərkəzinə daxil olan müraciətə getmişdik. Həmin şəxs bizə heç kiminin olmadığını desə də, oğlu, gəlini və nəvələrinin evdə olduğunu gördük. Təbii ki, həmin adamlara sosial xidmət göstərilmir. Bu zaman izah etməyə çalışırıq ki, onlar belə etməklə başqa ahıl şəxslərin haqqına girmiş olurlar. Çünki biz könüllülər azıq, bütün müraciətlərə eyni anda xidmət göstərə bilmirik. Belə yanlış informasiya verib bizim xidmətdən istifadə edənlər olanda, həqiqətən ehtiyacı olan şəxslər həmin gün xidmətdən istifadə edə bilmir. Çünki hər gün 1-2 müraciətə getməyimiz mümkündür”.

Elnurla həmsöhbət ola-ola, bazarlığımızı da yekunlaşdırıb Mahir bəyin evinə dönürük. O, göstərilən xidmətdən razı olduğunu və karantin rejimi elan ediləndən bəri hər 3 gündən bir sosial xidmətdən yararlandığını, çox razı olduğunu bildirdi.

M.Nemətovdan ayrıldıqdan sonra Elnurla da sağollaşırıq. O, xidmət gözləyən növbəti ünvana yollanır.

Könüllülük könül işidir

Bu gün ölkəmizin gənclərinin, könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. Xüsusi qeyd etmək istəyirəm ki,Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri , professor Nurlana Əliyeva biz tələbə-gənclərin könüllülük fəaliyyətinə yüksək diqqət və qayğı göstərir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi və günün qəhrəmanları oldular.

Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.Mensur İbrahimli adlı şəxsin şəkli.

loading...
"Türkiyəli generalların Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir...”
Hulusi Akarla Zakir Həsənovun "qol güləşi" şəklində salamlaşması gündəm oldu - FOTO/VİDEO
Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO
ABŞ polisinin bu işgəncəsi ortalığı qarışdırdı - FOTO + VİDEO
Cahillik dövrünü xatırladan vəhşilik -Yeni doğulan qız uşağını zibilliyə atdı...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
Gündəm
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”

Yazar
Seymur Verdizadə
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247