Xəbər lenti
13/08/2020 [01:04]:
Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı oldu - Açıqlama Kremldən gəldi...
13/08/2020 [00:39]:
Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib
13/08/2020 [00:36]:
Bəşər Əsəd öldü, rus təyyarələri havalandı... - Şok iddia
12/08/2020 [23:54]:
"Türkiyəli generalların Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir...”
12/08/2020 [23:50]:
Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla dindirildi - Həbs gözlənilirmi..?
12/08/2020 [23:49]:
“İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF
12/08/2020 [23:47]:
Hulusi Akarla Zakir Həsənovun "qol güləşi" şəklində salamlaşması gündəm oldu - FOTO/VİDEO
12/08/2020 [23:45]:
Rusiya Baş nazirinin müavini koronavirusa yoluxdu
12/08/2020 [21:53]:
60-65 yaşli müəllimlər sertifikatlaşdırmaya getsinlər, yoxsa təqaüdə?
12/08/2020 [21:14]:
Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO
12/08/2020 [20:37]:
Məni bağışlayanım...
12/08/2020 [20:29]:
Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılmasını gözləyir...
12/08/2020 [20:24]:
ABŞ polisinin bu işgəncəsi ortalığı qarışdırdı - FOTO + VİDEO
12/08/2020 [20:20]:
Azərbaycanlı analitikin İndoneziyanın «INFODESA” jurnalında iki ölkənin münasibətlər haqqında məqaləsi çap edilib
12/08/2020 [19:59]:
Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR
12/08/2020 [19:57]:
TƏBİB seroloji testlər keçirəcək
12/08/2020 [19:54]:
Cahillik dövrünü xatırladan vəhşilik -Yeni doğulan qız uşağını zibilliyə atdı...
12/08/2020 [19:35]:
Okeana qan töküb köpək balıqlarının arasına girdi - MARAQLI...+ FOTOLAR
12/08/2020 [19:24]:
“Azərbaycan Türkiyə ilə Konfenderativ əsasda birləşərsə...” - "Bununla təhlükəsizliyimiz ömürlük təmin olunacaq"
12/08/2020 [19:13]:
Koronavirusa qarşı “Putin peyvəndi”: Türkiyəli professor deyir ki, sevinmək hələ tezdir...
12/08/2020 [18:43]:
Baş Prokurorluq və DİN vəzifəliləri Bərdəyə göndərildi
12/08/2020 [18:38]:
Aynişanla Kənanın ayrılma səbəbi MƏLUM OLDU
12/08/2020 [18:34]:
“Onlar əxlaqda, düşüncədə, ictimai davranışda pozuculuq yaradır” - Qulu Məhərrəmli
12/08/2020 [18:32]:
Prezident dövlət büdcəsinə dəyişikliyi TƏSDİQLƏDİ
12/08/2020 [18:29]:
Neymar yeni model sevgilisi ilə ad günündə tanış olub - FOTOLAR
12/08/2020 [18:10]:
Şotlandiyada sərnişin qatarı relsdən çıxdı: Ölən və yaralananlar var - VİDEO
12/08/2020 [18:07]:
Azərbaycan üzərindən Polşaya 200 kq heroin aparılmasının qarşısı alınıb
12/08/2020 [17:57]:
“Qafqazda Rusiyanın jandarmı rolunu oynasa belə, Moskva yenə Azərbaycanı sevməyəcək...”
12/08/2020 [17:49]:
İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub - YENİLƏNİB + FOTO
12/08/2020 [17:31]:
"Türkiyə həmsədr olarsa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi dərhal “dalan” vəziyyətindən çıxacaq və ..."
12/08/2020 [17:28]:
Bugün “Bilgə dədə” ləqəbi ilə tanınmış Cavad Heyətin anım günüdür
12/08/2020 [17:09]:
Vüqar Rəhimzadə: "Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik"
12/08/2020 [17:08]:
“Guya mənim deməyimlə nəsə həll olunasıdır?”
12/08/2020 [17:06]:
Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq
12/08/2020 [17:04]:
“Etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir”
12/08/2020 [16:58]:
“TikTok”un həqiqətən milyonlarla insanı izlətdiyi ifşa edildi
12/08/2020 [16:54]:
Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb
12/08/2020 [16:48]:
İrəvan Qarabağı qaytarmalıdır, yoxsa... - Daniyelyan
12/08/2020 [16:46]:
Prezident taksi sürdü - VİDEO
12/08/2020 [16:42]:
Bu gün 93 nəfər yoluxdu, 202 nəfər sağaldı
12/08/2020 [16:42]:
“Ölkəmizin inkşafı gənclərimizdən, onların bilik və bacarığından bilavasitə asılıdır”
12/08/2020 [16:11]:
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
12/08/2020 [16:08]:
Kürdəmirə yeni DYP rəisi təyin edilib
12/08/2020 [16:05]:
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Rusiya peyvəndi ilə bağlı açıqlama
12/08/2020 [16:03]:
“Vətənpərvər mahnılar oxuyuruq ki, balalarımız Polad Həşimovun kim olduğunu bilsinlər”
12/08/2020 [16:02]:
İlham Zəkiyev və Hacı Əliyevə yeni vəzifə verildi
12/08/2020 [16:01]:
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12/08/2020 [15:35]:
Azərbaycanda nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
12/08/2020 [15:25]:
Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı AÇIQLAMA
12/08/2020 [15:23]:
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub
12/08/2020 [15:15]:
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
12/08/2020 [15:00]:
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərilib
12/08/2020 [14:58]:
Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi
12/08/2020 [14:46]:
“Qarabağ Gündəliyi”nin növbəti sayı çapdan çıxdı
12/08/2020 [14:44]:
Ekspert: "Peyvənd 2021-ci ilə qədər geniş istifadə edilə bilməz"
12/08/2020 [14:44]:
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12/08/2020 [14:43]:
BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq
12/08/2020 [14:41]:
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən açıqlama
12/08/2020 [14:28]:
İran Prezidenti ABŞ-a xəbərdarlıq edib
12/08/2020 [14:25]:
Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını saxta tarix dərsliyi adlandırıb
12/08/2020 [14:22]:
“İşğal edilmiş torpaqlarımızdakı istənilən yeni məskunlaşma hədəfə alınmalıdır”
12/08/2020 [14:16]:
“Ziya Məmmədov bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin adamı hakimiyyətə gələcək” - VİDEO
12/08/2020 [14:12]:
Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
12/08/2020 [14:12]:
“Tanrının hər bir azərbaycanlını, xüsusilə də gənclərimizi qorumasını arzu edirəm”
12/08/2020 [14:09]:
Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov
12/08/2020 [14:07]:
Yeni dərs iliylə bağlı vacib qərar - Təlimat verildi
12/08/2020 [13:59]:
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
12/08/2020 [13:55]:
Xəzərdə “Qarabağ”ın qüdrəti...
12/08/2020 [13:49]:
Mədəniyyət nazirinə müşavir təyin edilib
12/08/2020 [13:46]:
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12/08/2020 [13:45]:
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI
12/08/2020 [13:37]:
Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12/08/2020 [13:32]:
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər
12/08/2020 [13:31]:
Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi
12/08/2020 [13:31]:
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
Lukaşenkonun iki yolu var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
Bütün arxiv bir sırada
14/07/2020 [20:30] - Müsahibə - ( 14039 dəfə baxılıb)

“Türkiyənin bəyanatı Ermənistanın müraciət etdiyi KTMT-yə daxil olan ölkələrə ciddi mesajdır”



Məlum olduğu kimi, iyulun 12-də Ermənistan ordusu Azərbaycana qarşı növbəti təxribata əl ataraq, Tovuz rayonu istiqamətində vəziyyəti gərginləşdirib. Azərbaycan tərəfi düşmənə layiqli cavab verərək, ona ağır zərbələr endirib.

Bundan dərhal sonra erməni tərəfi həmişəki xislətinə uyğun olaraq ATƏT sədrinin köməkçisilə əlaqə yaradıb. Həmçinin, Ermənistan Xarici İşlər naziri KTMT-nin baş katibinə müraciət edərək, hərbi ittifaqdan dəstək istəyib. Beləcə, Azərbaycana qarşı növbəti avantüra həyata keçirilmiş olub.

Moderator.az-ın məlumatına görə, “AzPolitika.info” hazırda Azərbaycan-Ermənistan sərhədində baş verənlərin səbəbləri və mümkün nəticələrilə bağlı politoloq Eldar Namazovun fikirlərini öyrənib:

- Eldar müəllim, hazırda Tovuz istiqamətində baş verənləri necə dəyərləndirirsiniz? Sizcə, cəbhə xəttində yaranan gərginlik nədən qaynaqlanır?

- Hər bir müharibə, təxribat və ya hərbi əməliyyat iki hissədən ibarət olur – siyasi və hərbi məqsədlər. İlk olaraq, bu əməliyyatın hərbi tərəfinə diqqət yetirək. Birincisi, ermənilər tərəfindən təxribat törədildi, sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin dayaq nöqtəsinə artilleriya zərbəsi endirilməyə başlandı. Bu vaxt Azərbaycan ordusu 3 əsgərini itirdi, 4 əsgər yaralandı. Deməli, hərbi əməliyyatların birinci hissəsi Ermənistan tərəfinin təxribatlarından ibarət idi.

Əməliyyatın ikinci hissəsi isə iyulun 12-də, axşam saatlarından başladı. Bunu Azərbaycan ordusunun qisas əməliyyatı adlandırmaq olar. Ermənilərin təxribatına cavab olaraq, şəhidlərimizin qanı yerdə qalmasın və düşmən də layiqli cəzasını alsın deyə, Azərbaycan ordusu qisas əməliyyatı keçirib. Nəticədə Ermənistan ordusunun iki dayaq nöqtəsi darmadağın edilib. Raket və top zərbələri endirilib. Ermənistan ordusunda itkilər var. Həm canlı qüvvə, həm də hərbi texnika baxımından. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video görüntülərdən bu aydın görünür.

Beynəlxalq server və monitorinq qrupları artıq bu görüntüləri yoxlayıblar və təsdiq ediblər ki, həqiqtən də sərhədin Ermənistan tərəfinin bir neçə kilometrliyində yerləşən dayaq nöqtələri Azərbaycan ordusunun zərbəsi ilə dağıdılıb. Səhərə kimi davam edən qisas əməliyyatı zamanı Azərbaycan ordusunun cavab zərbəsi kifayət qədər sarsıdıcı olub. Zamanında artilleriya bölməsində xidmət edən və hazırda həmin bölgədə yaşayan peşəkar şəxslər mənə bildirdilər ki, Azərbaycan ordusunun 50 artilleriya, raket zərbəsinə Ermənistan ordusu cəmi 1-2 zərbə ilə cavab verə bilib. Biz, atışma deyirik, amma bilmək lazımdır ki, qisas əməliyyatı zamanı Azərbaycanın artilleriya, raket zərbələrinə Ermənistanın cavabı əllinin birə nisbətində olub.

- Sizcə, Ermənistanın bu addımı hansı siyasi məqsədə xidmət edir?

- Mən əminəm ki, belə ciddi təxribata getmək üçün hansısa yalnız bir səbəb kifayət etməzdi. Görünür, bunun üçün bir neçə amil üst-üstə düşdüyündən Ermənistan özü üçün də təhlükəli olan təxribata əl atıb. Erməniləri bu təxribata vadar edən bir neçə səbəbləri açıqlaya bilərəm.

Birincisi, ən vacib amil budur ki, erməni rəhbərliyi hər zaman Ermənistan ordusunda psixoloji və ideoloji duruma diqqət edib. Erməni tərəfi başa düşür ki, informasiya müharibəsi və psixoloji savaş böyük əhəmiyyət kəsb edir. 1994-cü ilin qışında Azərbaycan ordusu uğurlu əməliyyat keçirmişdi. Ondan sonra erməni tərəfi bir neçə dəfə aramsız hərbi əməliyyatlar keçirməyə başladı. Beynəlxalq müşahidəçilər onlara “axı bunun məqsədi nədir, biz hücumlarda hərbi məqsəd görmürük” sualını edəndə onlar cavab verirdi ki, Azərbaycan ordusunun qış əməliyyatı bizdə şok və panika yaratmışdı. Və biz, bu sindromu aradan qaldırmaq üçün təcili hücum əməliyyatı həyata keçirməli idik. Mən bunu təsadüfən xatırlatmıram.

Cəbhədə sonuncu dəfə ciddi əməliyyat 2016-cı ilin aprelində baş verib. Aprel döyüşləri zamanı erməni ordusu və cəmiyyəti böyük şok yaşayıb. Verilən bəyanatlara baxmayaraq, erməni cəmiyyəti başa düşürdü ki, Azərbaycan ordusunun üstünlüyü ortaya qoyuldu, bəzi yüksəkliklər ələ keçirildi, işğal altında olan bəzi ərazilər geri qaytarıldı. İndi həmin yüksəkliklər gələcək əməliyyatlar zamanı böyük rol oynaya bilər. Bunu erməni cəmiyyəti, Ermənistan ordusu anlayır, beynəlxalq ekspertlər də bu fikri deyir. Aprel döyüşlərindən sonra Ermənistanda müdafiə naziri postunu itirdi, baş qərargah rəisi istefaya göndərildi, bir çox vəzifəli şəxslər məhkəməyə verildi. İndi də Paşinyan hakimiyyəti parlamentdə istintaq komitəsi yaratmaq və aprel döyüşlərində olan məğlubiyyətin səbəbini araşdıraraq bunun günahını Sarkisyan hakimiyyətinin boynuna qoymaq istəyir. Bu halda sözsüz ki, Ermənistan tərəfi aprel döyüşlərini, Azərbaycan ordusunun üstünlüyü sindromunu aradan qaldırmaq üçün ona bənzər əməliyyat həyata keçirmək istəyib. Yəni onun hansısa yüksəkliyi tutmaq məqsədi var. Məsələn, Tovuz rayonunda Qaraqaya yüksəkliyini Ermənistan ələ keçirə bilsəydi, bir neçə kənd təhlükə altına düşə bilərdi, insanlar orada rahat yaşaya bilməzdilər. Və bununla da aprel döyüşlərinin əvəzini çıxa bilərdilər. Üstəlik, Ermənistan ordusunda yaranan inamsızlıq sindromunu aradan qaldıra bilərdilər.

Yəni birinci məqsəd Azərbaycan ərazisində olan hansısa yüksəkliyi ələ keçirmək, sanki Lələtəpənin əvəzini çıxaraq erməni ordusuna özünə inamı qaytarmaq, məğlubiyyət sindromunu aradan götürmək idi.

İkinci amil onunla bağlıdır ki, Qarabağ cəbhəsində deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində belə təxribat törətməklə onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) zorən bu prosesə cəlb etmək istəyirlər. Ona görə ki, Qarabağda döyüşlər olanda Ermənistan KTMT-dən dəstək ala bilməz. İndi erməni tərəfi məhz Azərbaycan-Ermənistan dövlət sərhədində belə təxribatlar törədir. Bundan dərhal sonra da Ermənistanın xarici işlər naziri KTMT baş katibi, general Stanislav Zasla telefonla danışır. Beləcə, KTMT-nin təcili toplantısının keçirilməsi istənilib və sonradan məlum olub ki, qurumun bu toplantısı təxirə salınıb. Əslinə qalsa, KTMT-nin öz sənədləri və nizamnaməsinə görə, onlar nəinki Dağlıq Qarabağ, heç Ermənistan-Azərbaycan sərhədlərində də hərbi əməliyyata müdaxilə edə bilməz. Çünki KTMT-nin sənədlərində qeyd edilir ki, bu qurum BMT Təhlükəsizlik Şurasının qərarları və BMT nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə qeyd edilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu ərazilərdən çıxmalıdır. KTMT də öz fəaliyyətini BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirəcək. Odur ki, bütün hallarda bu təxribatların işğal edilən ərazilərdə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində baş verməsindən asılı olmayaraq, KTMT Ermənistanın tərəfindən çıxış edə bilməz. Və beynəlxalq hüquqa əsaslanan bu mövqeyi KTMT Ermənistana açıq bildirməlidir. Xüsusilə, nəzərə alsaq ki, KTMT-də Azərbaycanla çox isti münasibətlərə malik Qazaxıstan və Belarus kimi dövlətlər var. Həmçinin belə situasiyalar Rusiyanın özünü də seçim qarşısında qoyur. Əgər, Rusiya Ermənistanın hərbi müttəfiqi kimi çıxış edəcəksə, bu halda ATƏT-in Minsk Qrupunda nə gəzir, onun vasitəçilik missiyası nə deməkdir? Mən əminəm ki, bütün bu amillər nəzərə alınacaq.

- Eldar müəllim, Türkiyə Xarici İşlər Nazirliyi cəbhənin Tovuz istiqamətində baş verənlərə dərhal reaksiya göstərdi, Azərbaycanın ərazi bütövlüyünün sona qədər qorunacağını elan etdi. Sizcə, bu mövqe münaqişəyə üçüncü qüvvələrin müdaxiləsinin qarşısını almağa hesablanıbmı?

- Birincisi, Türkiyənin bu bəyanatı çox gözlənilən idi. Çünki bizə qardaş dövlətdən başqa münasibət ola bilməzdi. Bu, vacib və yerində verilən bəyanat idi. İkincisi, təcavüzkar Ermənistana dəstək vermək, Azərbaycan torpaqlarının işğalına göz yumaraq rəsmi Yeravanı dəstəkləmək niyyətində olan ölkələr olacaqsa, qarşılarında təkcə Azərbaycanı deyil, həm də Türkiyəni görəcəklər. Odur ki, Türkiyənin bəyanatı bütün başqa dövlətlərə, həmçinin Ermənistanın müraciət etdiyi KTMT-yə daxil olan ölkələrə aydın və ciddi mesajdır.

Deməli, ermənilərin bu təxribata getməsində birinci səbəb Aprel döyüşlərindən sonra Ermənistan ordusunun sınan inamını özünə qaytarmaq idisə, ikinci məqsəd KTMT-ni zorla bu konfliktə cəlb etmək cəhdi idi. Üçüncü səbəb Ermənistan daxilində gedən proseslərdir. İndi Ermənistan hakimiyyəti çox çətin durumdadır. Hökumət erməni xalqına verdiyi vədləri faktiki yerinə yetirə bilmir, pandemiya ilə mübarizədə Ermənistan ən sonuncu yerlərdən birini tutur. Bu hal erməni cəmiyyətində böyük narazılığa səbəb olub. İqtisdi, sosial vədlər də yerinə yetirilməyib. Daxildə siyasi rəqiblərə qarşı, həmçinin beynəlxalq səviyyədə atılan addımlar əslində Ermənistanı öz müttəfiqlərindən məhrum edir, eləcə də erməni cəmiyyəti daxilində gərginlik artan xətt üzrə gedir. Paşinyanın əleyhdarları günü-gündən fəallaşır, güclənir və elan edirlər ki, bu hakimiyyət nə qədər tez getsə, bir o qədər erməni dövləti udacaq. Belə bir vəziyyətdə Azərbaycana qarşı hərbi təxribat törətməyə, diqqəti hərbi məsələlərə yönəldərək ciddi problemlərdən yayındırmağa can atırlar. Məhz bu üç səbəb Tovuzda baş verən təxribat üçün əsas yaradıb. 

- Azərbaycan Prezidenti iyulun 13-də Tovuzda baş verən hadisə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi. Bu, onu deməyə əsas verirmi ki, vəziyyət çox ciddidir?

- Məncə, erməni tərəfi ciddi səhvə yol verib. Azərbaycan rəhbərliyi bunu yaxşı anlayır və iyulun 12-i gecə həyata keçirilən qisas əməliyyatının davamını da görə bilərik. Ermənilərə aldıqları zərbədən daha böyüyü endirilməlidir. Onların işğalına son qoyulmalıdır.

- Ehtimal edirsiniz ki, hərbi əməliyyatlar genişlənə bilər?

- Bir müddət əvvəl qeyd etmişdim ki, gələcəkdə ermənilərin təxribatı daha çox qərb bölgəsində ola bilər. Qeyd edirdim ki, Qazax istiqaməti çox təhlükəlidir və orada təxribatlar mümkündür. Qazax,Tovuz və Ağstafa eyni bölgədir. Məhz bu ərazilərdən Azərbaycan üçün əhəmiyyətli olan strateji layihələr keçir. Bakı-Tiflis magistralı, qaz, neft layihələri bu bölgədən keçir və cəbhədən təxminən 20-25 kilometrlik məsafədə yerləşir. Ermənilər, bəzən onların arxasında duran qüvvələr buna fürsət kimi baxa bilərlər. Yəni Azərbaycanın müstəqil xarici siyasətinin bünövrəsini təşkil edən beynəlxalq layihələri pozmaq istiqamətində təxribatlar da törədə, hansısa əməliyyatlar həyata keçirə bilərlər. Həm də bu məqsədlə hətta Gürcüstan ərazilərində təxribatlar ola bilər. Məsələn, Cənubi Osetiya ilə ermənilərin yaşadığı Cavaxetiya arasında məsafə azdır. Buradan dəhliz yaradaraq Gütcüstanı yenidən parçalamaq və Rusiya ilə Ermənistan arasında birbaşa quru əlaqəsi yaratmaq, eyni zamanda regionun geostrateji vəziyyətini dəyişən, böyük layihələrin fəaliyyətini dayandırmaq kimi niyyətlər ola bilər. Belə planlar mövcuddur, bununla bağlı təxribatçı çıxışlar olur, bəzən bu, mətbuata da sızır. Odur ki, bu məsələlərə ciddi yanaşmalıyıq.

loading...
"Türkiyəli generalların Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir...”
Hulusi Akarla Zakir Həsənovun "qol güləşi" şəklində salamlaşması gündəm oldu - FOTO/VİDEO
Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO
ABŞ polisinin bu işgəncəsi ortalığı qarışdırdı - FOTO + VİDEO
Cahillik dövrünü xatırladan vəhşilik -Yeni doğulan qız uşağını zibilliyə atdı...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
Gündəm
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”

Yazar
Seymur Verdizadə
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247