Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) Mars Missiyası (Emirates Martian Mission) proqramı çərçivəsində bu gün buraxılmalı olan “Əl-Amal” ("Ümid") kosmik zondunu daşıyacaq “H-IIA” raketinin startıəlverişsiz hava şəraiti ilə əlaqədar BƏƏ kosmik agentliyi tərəfindən başqabir tarixə keçirilib.
Moderator.az xəbər verir ki, bu haqda missiyanın mətbuat xidməti 14 iyul tarixində “Twitter”-də mikrobloqunda məlumat yayıb.
"BƏƏ Kosmik Agentliyi və Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi “Mitsubishi Heavy Industries” ilə birlikdə “Ümid” zondunun buraxılmasını təxirə salıblar. Buna Yaponiyanın Taneqasima adasında yerləşən kosmodromdakı hava şəraiti səbəb olub”- məlumatda belə deyilir.
Agentlik Marsa uçacaq ilk müsəlman zondunun startının 15 İyuldan 16 İyula – Qrinviç vaxtı ilə saat 20: 43-ə (Bakı vaxtı ilə 17 iyul- 00:43) təxirə salındığını bildirib. Məlumatda bunun "Ərəb dünyasının ilk planetlərarası missiyası" olacağı vurğulanır.
“Ümid” zondunun məqsədi Mars atmosferini və qırmızı planetin iqlim sikllərini öyrənməkdir. Yerdən Marsa uçuş müddəti təxminən 200 gündür. Zondun 2021-ci ildə Marsa çatacağı və iki il ərzində Yerə məlumat göndərərək işləyəcəyi təxmin edilir.
Xatırladaq ki, bundan öncə startın iyulun 15-də baş tutacağı bildirilmişdi.
Sultan Laçın