"Aprel şəhidləri haqda "boş yerə qırıldılar” demək - günahdır...”
Oxunub: 3244
15 Jul 2020 | 20:31

Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Mehman Mehmanov son dövrlər karantin şəraitində iqtidar-müxalifət, polis-xalq münasibətlərindən bəhs edən  “Ya sus, ya da susmaqdan qiymətli bir söz danış...” başlıqlı yeni məqaləsini Moderator.az-a təqdim edib. Aktuallığını nəzərə alıb həmin materialı olduğu kimi müzakirənizə buraxırıq.

 

“Məqsədyönlü tərif də, qərəzli tənqid də cəmiyyətdə ikrah hissi doğurur...”

 

“Söz- çox güclü bir şeydir, insana bilik verir, inam, iman verir. İnsanın bütün ovqatını dəyişir, ona ümid verir...

 Seyran Səxavət Musa Yaqubun 80 illiyində çox dəyərli bir söz dedi: “Bütün yazıçılar, sənət adamları sözün belindən gəlib... Buna əlavə olaraq deyərdim ki, ümumiyyətlə, bütün insanlar sözün belindən gəlib. Gərək sözün belindən halal gələsən, haram, bicbala doğulmayasan...

 ...Bir gün bir atlı görür ki, yolun kənarında inildəyən bir adam dayanıb, deyir ki, yeriyə bilmirəm, atını ver mənə. Bu da atını verir ona, həmin yeriyə bilməyən heç “sağ ol” da demədən atını özününkü kimi bir az irəli çapır və geri dönür ki, atın sahibi ağlayır. Deyir, a kişi, bir ata görə adam da belə ağlayarmı? O da cavab verir ki, ata görə ağlamıram. Sən mənim ümidimi qırdın, ümidimi... Mən ona ağlayıram...

 

Təəssüf ki, son dövrlərdə bizlər hərdən ağzımızdan, qələmimizdən çıxan sözlərə diqqət etmir və bəzən bircə sözlə nəinki bir insanın, bir qrupun, bütövlükdə xalqın ümidini qırırıq...


Müxtəlif siyasi əqiqəyə malik şəxslər bir-biri haqda  necə gəldi, faktsız, məntiqsiz danışırlar. Ya kimisə haqsız, qərəzli tənqid və təhqir edir, ya da yeri gəldi-gəlmədi, hədsiz tərifləyirlər. Ümumiyyətlə, məqsədyönlü tərif də, tənqid də insanlara başucalığı gətirmir və cəmiyyətdə ikrah hissi doğurur. Lap bizim deputatlar olsun, rəhbər işçilər olsun, iqtidar qəzetləri olsun, sözü gərək deyəndə cılxa, xalis həqiqəti, özü də qəlbdən, ruhdan gələn inamla söyləməlidirlər. Bizim bəzi, məntiqsiz, həm də ictimai yox, şəxsi məqsədli çıxışlar edən deputatları görürsünüz,  elə danışırlar ki, məntiq yox, arqument yox, fakt yox... Sadəcə, məddahlıq...

 

"Bu gün hansı uğurdan danışsaq da, Qarabağ düşmən əlindədir..."


...Bu günlərdə  “Lider TV”-də  aparıcılardan biri Ermənistanın çökməsindən, Paşinyanın iflasından necə yağlı-yağlı danışırsa,  sanki artıq ermənilər tamamilə məhv olub, biz də Qarabağdakı torpaqlarımızı bölüb çəpərləmişik,   gedib rahatca geri alacağıq... Sən Paşinyanı Şuşada yallı gedən, badə qaldıran,  bizə acıq verən obrazında tanıt, ay bədbəxt. Onsuz da xalqın ürəyindən qara qanlar axır... İlham İsmayılın yazılarından birindəki təbiri ilə desək,  bu gün nə etsək də, hansı uğurdan danışsaq da, Qarabağ düşmən əindədir, ermənilərin işğalı altındadır. Odur ki, bu gün biz belə ruhda danışmalı deyilik, biz xalqımızı mübarizəyə səsləyən başqa bir formada danışmalıyıq...

 

"Demək olar ki, Aprel döyüşləri dayanmalı deyildi, nəyin bahasına olursa-olsun, davam etdirilməli idi..."


...Fikrət Hüseynli  adlı biri  müsahibəsində deyir ki, guya Aprel döyüşlərini Rusiya törədib və  məqsəd Türkiyədə təhsil almış, yetişmiş gənc Azərbaycan zabitlərinin qırğına verilməsi olub.  Axı Aprel savaşı haqda belə danışmaq  olmaz. Demək olar ki, Aprel döyüşləri dayanmalı deyildi, nəyin bahasına olursa-olsun, davam etdirilməli idi. Ordumuz  riskə girərək irəliləməkdə davam etməli və bir xalq olaraq savaşa atılıb “ya şərəflə ölək - ya qalıb, torpaqlarımızın azad edib şərəflə yaşayaq” deyərək sonadək getməli idik... Bu, mənim məntiqimdir, mən belə düşünürəm. Amma bizim bilmədiyimiz, obyektiv-subyektiv səbəblər meydana çıxır ki, düşündüklərimizin hamısını etmək mümkün olmur. Bununla belə, Aprel şəhidləri haqqında “boş yerə, kiminsə ssenarisi ilə qırıldılar” demək onların ruhu qarşısında ağır günahdır. Axı onlar, minlərlə hektar torpaq, bir neçə yüksəklik də azad etdilər...

 

“Polisin bu günlərində ona da dəstək gərək deyilmi, ay Sevinc Osmanqızı?..”

.

...Rəhmətlik şəhid atası Osman Mirzəyevin ruhuna görə hörmət bəslədiyim Sevinc Osmanqızı  iyulun 2-də  iki nəfərlə söhbəti zamanı istehza dolu bir əda ilə dedi ki, bu gün polislərin peşə bayramıdır. Həmin iki nəfər də polislərlə, hüquq-mühafizə orqanlarıyla heç bir əlaqəsi olmayan, məntiqsiz mülahizələr yürüdən   adamlar idi... Kiminsə hansısa mövzuda ürək sözlərini deməyə, başqalarını tənqid etməyə heç kəs etiraz etmir. Ancaq bəs səmimiyyətə, ürək açıqlığına, vətəndaş mövqeyinə sözünüz nədir? Əsl insanın hər bir mühakiməsi də, mülahizəsi də öncə imana, ixlasa, məntiqə söykənməlidir. Bunlar isə aparıcı Sevinc xanım başda olmaqla polis barədə ağlagəlməz, ağlasığmaz, gerçəkdən uzaq söhbətlər etməyə başladı... 

Əvvəla, ən azı, bir jurnalist, insanlıq etikası var. Öncə Azərbaycan polisində xidmət göstərən insanları peşə bayramları münasibətilə bir cümlə ilə də olsa, təbrik etmək lazım idi.  Axı vaxtilə həm Qarabağda döyüş meydanlarında, həm də ölkə daxilində cinayətkarlıqla mübarizə aparan polislər bu ağır pandemiya, karantin günlərində də xalqın nəinki asayişi, sağlamlığı keşiyində də dayanıblar. Polisin bu gərgin günlərində ona da dəstək gərək deyilmi, ay Sevinc Osmanqızı?..

  

“Xalq İsfəndiyar Vahabzadə ilə Ramiz Yunusun deyişməsindən  nə fayda götürəcək?..”


Yaxud son günlər hörmətli mərhum ustad şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə ilə Ramizin Yunusun bir-biri haqqında söylədiyi ifadələrdən xalq hansı nəticəni çıxarsın, hansı ibrəti götürsün?   İ.Vahabzadə deyir ki. Ramiz Yunus Hambarsumyandı, ermənidir.  Nə bilim, südü nədir-filandır. İnsanlar da qulaq asır. Onun ardınca  Ramiz Yunus çıxır efirə ki, bəs  İ.Vahabzadə sən hansı millətçilikdən danışa bilərsən? Sən vaxtilə gedib İranda fars hərbçilərinə tərcüməçilik etmisən.  Bilirsiz, İranda tərcüməşiik edib yenə də millətçi qalmaq olar... Bir sözlə, xalq İsfəndiyar Vahabzadə ilə Ramiz Yunusun deyişməsindən  nə fayda götürəcək, bilmirəm...

 

Rəhmətlik Məhəmməd Füzuli deyir ki,

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl... Yəni, ölüm yuxusu səni tutanda sözə bir dirilik ver... 

 Azərbaycanın Qarabağla bağlı  son dərəcə kritik, dramatik bir durumda olduğu bu günlərdə vətəndaş olaraq hər birimizin sözü bizlərə dirilik verməlidir, ruh verməlidir, həyat verməlidir, Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda mübarizlik, savaş ruhu verməlidir...


"Danışanda elə danışmaq lazımdır ki, sözlərini  eşidənləri öz arxanca apara biləsən..."


Gerçək söz demək üçün də, müxalifətdə olanda da, iqtidarda olanda da səmimi olmalısan... Çox istərdim ki, bu gün müxalifət nümayəndələri   iqtidarın hansısa müsbət işlərini deyə bilsin və əksinə, iqtidar başındakılar da  müxalifətin müsbət bir addımını dəyərləndirsin... O zaman xalq müxalifətə də inanar, iqtidara da... Yəni mən “iqtidar” deyəndə televiziyada, mətbuatda dövlətimizi, hakimiyyəti təmsil edərək danışan şəxsləri nəzərdə tuturam... Onlar deyilənləri unutmamalıdırlar...  Danışanda elə danışmaq lazımdır ki, sözlərini  eşidənləri öz arxanca apara biləsən... Pifaqor necə də yerində deyib: “Ya sus, ya da susmaqdan qiymətli bir söz danış...”

 

"Elə söz deyək ki, bu günkü ağır günlərimizdə bizləri ayrılığa yox, birliyə, vəhdətə sövq etsin..."


Bir sözlə,  bir yalan, gerçəyi əks etdirməyən  məntiqsiz söz bizləri xalq olaraq parçalayır, pərən-pərən salır. Gəlin, hər bir sözümüzə diqqət edək, xüsusən bir-birimiz barədə. İxlaslı, səmimi olaq. Elə söz deyək ki, bu günkü ağır günlərimizdə bizləri ayrılığa yox, birliyə, vəhdətə sövq etsin... Ən azı, Qarabağ naminə, vahid düşmənimizlə - torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan təcavüzkar Ermənistana qarşı vahid bir cəbhədə mübarizə naminə, bu yolda canını fəda etmiş şəhidlərimizin ruhu naminə və nəhayət,  Milli Ordumuzun torpaqlarımızı azad edib üçrəngli bayrağımızı Şuşaya, Xankəndinə, Laçına, Kəlbəcərə sancması naminə...”  

 

Qeyd: Müəllif yazını Tovuz istiqamətindəki gərgin döyüşlərdən öncə təqdim edib.

Oxşar xəbərlər
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR