Fironların uğurunun açarı - ŞƏXSİYYƏTSİZLİKDİR...
Oxunub: 1459
16 Jul 2020 | 07:28
Fironların uğurunun açarı  - ŞƏXSİYYƏTSİZLİKDİR...
«Göylərdə və yerdə nə varsa, hər bir şeyi sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, burada düşünən bir qövm üçün ibrətlər vardır!»(Qurani-Kərimin «Casiyə» surəsi, 13-cü ayə)

«Allah Təala insanı Yer üzərində Öz xəlifəsi və yaranmışların əşrəfi qərar vermişdir. Uca Allah insanı o dərəcədə yüksəkliyə qaldırmışdır ki, mələklərə insana səcdə etməyi buyurmuşdur, - deyə imam-camaat bildirdi, - Allah Təbarəkə və Təala bütün yaranmışları insana görə xəlq etmişdir. Və bütün yaranmışın ixtiyarını insana vermişdir. Bəs belə isə gəlin bir düşünək ki, insanın mahiyyətini təşkil edən, onu digər varlıqlardan üstün edən cəhət hansıdır? İslam mütəfəkkirlərinin rəyi budur ki, bu ana cəhət - izzəti-nəfsdir, şəxsiyyət və ləyaqətdir. Hər hansı bir toplumun inkişafı üçün zəruri olan əsas şərt o toplumda yaşayan insanların şəxsiyyətliliyi və ləyaqətliyidir.».


Müqəddəs Qurani-Kərim insan üçün çoxluca ibrətlər göstərmişdir. Özünü zəlil və xar edən insanların, toplumların, qövmlərin acı aqibəti barədə çoxlu xəbərdarlıqlar etmişdir: «Firon mövzusuna müraciət edərək, Quran bizə açıqlayır ki, «Firon öz qövmünün şəxsiyyətini təhqir etdi, bundan sonra cammat ona itaət etdi». Demək, Quran məntiqi bizə öyrədir ki, öncə məlun Firon, insanların heysiyyətini tapdaladı, şəxsiyyətini alçaltdı. Və şəxsiyyətin itirilməsi, onların mübarizə əzmini qırdı və bundan sonra onlar Firona itaət etməyə başladılar. Beləliklə, istər kənd, istər şəhər, oba, ölkə, istər də dünya səviyyəsində fironluq edənlərə aid bir məsələdir bu. Bu fironların insanı tabe etməyinin bir sirri var: insan şəxsiyyət, ləyaqət adlı bir dəyərə, nemətə malikdir və bunu əldən verdikdə, vücudunu xar etmək istədikdə, zaman-zaman fironlar və digər zalımlar peyda olur, onlara hakim kəsilir! Amma şəxsiyyətli insanları, başıuca toplumları heç kəs aşağılaya bilməz! Şəxsiyyətli insanlardan fironlara, yezidlərə, hitlerlərə kölə olmaz! Bu mövzu hər zaman və hər məkan üçün aktualdır. Tarixdə bütöv millətlərin köləyə çevrilməsi ilə bağlı yetərincə faktlar vardır. Hitlerin alman millətini sözəbaxan alətə çevirməsi, Stalinin, Mao Dzedunun, Frankonun öz xalqlarını nə kökə saldığı göz qabağında idi.


Onillər keçir, amma totalitarizmin qalıqları insanların şüurundan, bəzən də təhtəl-şüurundan silinmir ki, silinmir. Bu amildən istifadə edərək, insanlara hər hansı bir mövqe qoymağın əhəmiyyətsizliyi aşılanır: yəni, guya belə qüdrətin qarşısında hərəkət etmək mənasızdır. Amma əsla belə deyildir! İnsan gərək bu «Düşünmə!, Hərəkət etmə! Süst ol!» hayqırtısına qəlbini, iradəsini təslim etməsin!».


BURADA DÜŞÜNƏN BİR QÖVM ÜÇÜN İBRƏTLƏR VARDIR…

«Amma İlahi Kitabdan gətirdiyimiz mübarək ayədə olan «Həqiqətən, burada düşünən bir qövm üçün ibrətlər vardır»! ibarəsinə bir diqqət yetirək. Düşünən! Məhz bu keyfiyyət insanın digər bioloji varlıqlardan fərqlənməsinə imkan yaradır. İnsanı kölə etməyə yönəli bütün texnologiyaların bir hədəfi var - insan iradəsi. İnsan öz iradəsini əldən verməzsə, ona edilən bütün təsirlər mənasızdır. Amma iradəni saxlamağa həm elm, həm iman gərəkdir. Elmsiz insan anlamayacaq ona sırınan bu təsəvvürlərin saxtalığını! Düşünən insanı isə absurd, paradoksal şeylərə inandırmaq mümükün deyil. Amma bəzi insanlar prosesə o dərəcədə qapılırlar ki, artıq virtual kateqoriyalarla düşünməyə başlayırlar. İş o yerə çatıb ki, Vətənimizdə yaşayan ziyalılardan, ictimai xadimlərdən bir bəyan etmişdir ki, «bəzi məsələlərdə əxlaq, mənəviyyat kateqoriyalarını rəhbər tutmaq olmaz!». Təsəvvür etmək çətindir ki, belə sözlər deyilə bilər! Əgər siyasətdə, ictimai həyatda, proseslərə baxışda əxlaqdan, mənəviyyatdan imtina etsək, axırımız nə olar?! İnsan imkan verməməlidir ki, proseslər onu bu cür aparsın. Allah Təala bizləri də, bütün insanları da düşünən qövmdən, ibrət götürə bilənlərdən qərar versin!»


ŞƏRƏFLİ VƏ İZZƏTLİ ADƏM ÖVLADI…



Qurani-Kərimin «İsra» surəsinin 70-ci ayəsində Rəbbimiz buyurur:
 

«Biz Adəm övladını şərəfli və izzətli qərar verdik, … onları yaratdığımız məxluqların çoxundan xeyli üstün etdik». «Belə bir yüksək məqam müəyyən etmişdir insan üçün Uca Rəbbi, heyfdir axı insan özünü zəlil etsin! Göydə, yerdə nə varsa, insan üçün xəlq edilib! Ayənin axırında Allah Təala insanın üstün tutulduğunu bildirir. Allah insanı azad yaradıb, iradəvi məxluq olaraq yaradıb, əziz, hörmətli, şəxsiyyətli yaradıb! İnsan isə bunu qiymətləndirmir, xırdalaşdırır, ayaqlar altına atır, qul olur, öz əli ilə özünü zəlil edir. Müqəddəs Quranımızın «Tövbə» surəsinin 38-ci ayəsində Allah-Təala buyurur ki: «Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz?!». Mütəal Allah buyurur ki, hər şey verib insana: ağıl, dərrakə, təhlil qabiliyyəti, izzət, hətta bütöv kainatı insan üçün yaradıb, bəs heyf deyil ki, bunların hamısını kiçicik hisslərə qurban edilsin?!».



«HƏQİQƏTƏN, SİZİN DƏYƏRİNİZ BEHİŞTDİR!»



Bu  mövzuda Həzrət Əlidən(ə) bir mübarək hədis nəql edilir: 

«Həqiqətən, sizin dəyəriniz behiştdir. Behiştdən başqa özünüzü başqa şeyə satmayın». «Mübarək Əli (ə) məntiqi ilə bəşəriyyətə bəyan edilir ki, insanın dəyəri vardır və bu dəyəri bilmək lazımdır. Dəyər bilinməsə, insan özünü xırdalaya bilər. Bəs nədir insanın dəyəri? Məlum olur ki, yeganə mümkün əvəz - behiştdir, ədəbi səadətdir. Əgər insan özünü digər bir şeyə təslim etsə, hətta bu - dünyalar qədər var-dövlət, ləl-cəvahirat olsa belə - yenə də uduzmuşdur. Əgər bu dünyadan köçdükdə, behiştə, İlahi rəhmətə qovuşmaqdan fərqli bir aqibətlə üzləşmişsə, özünü bu dəyərə çatdırmamışsa - demək uduzmuşdur, ziyan çəkənlərdən olmuşdur».

«İnsan anlasa ki, dəyəri behiştdən aşağı deyil, durumu necə dəyişər?! Aldanmaz dünyanın süni işartılarına, özünü təslim etməz saxta, həqiqətdə qiymətsiz şeylərə! Vahiməsi də, xofu da, iradəsizliyi də aradan gedər. Bilər ki tapınmağa layiq yalnız Uca Rəbbdir. Dinimiz deyir: «Ey insan! Sən uca olaraq yaradılmısan! Sən - yaranmışların əşrəfi, Yer üzünün xəlifəsisən! İradəvi təkamülün yolçususan! Aldanma şirin görünən dünyanın haramlarına, parıltılı cəhətlərinə! Yüksək əxlaq və fəzilət sahibi ol!»».

Həzrət Əlidən (ə) nəql edilən digər bir hədisdə deyilir: «Şüur və ağıl sahibi olan insanın, insan kimi yaşamağa imkanı olduğu halda, heyvan kimi yaşaması necə də pisdir!».


«İnsan şüurlu və ağıllı olaraq xəlq edilib və onun insan kimi yaşamağa təbii imkanları vardır. Amma insan öz malik olduğu vücudi səviyyədə də qala bilər, çox-çox yüksəkliklərə də qalxa bilər. Lakin, bunun əksi də mümkündür - özünü heyvan səviyyəsinə, bioloji primitiv varlıq səviyyəsinə endirə bilər. Və əgər deqradasiya yolunu seçərsə, hətta onun heyvan səviyyəsində də qalması mümkün deyil - qat-qat aşağı enəcəkdir, elə bir əcaib sifətlər əldə edəcəkdir ki, təsəvvür etmək belə çətindir!».



QƏLB - ALLAHIN HƏRƏMİDİR


İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə bildirilir: «Qəlb - Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisini sakin etməyin».
«Əziz dinimiz bizə aydınlaşdırır ki, qəlb - İlahi bir əmanətdir, Allahın hərəmidir. Qəlb Allaha məxsusdur və onu insana verən və sahibi olan Allahdan qeyrisindən əmin saxlamaq gərəkdir. Qəlbə aidiyyatı olmayanı qəlbə buraxmaq olmaz. Bu - bir qoruqdur ki, insan onu mühafizə etməsə, zillətə düşər».

«Allah bəndələrinin təmiz və pak qəlbləri, Allahın diqqət yetirdiyi, nəzər saldığı yerdir».

«İnsanın ən kamil durumu - bəndəlikdir, həqiqi Kamala tapınmaqdır. Və insan bəndə olsa, qəlbi pak və təmiz olar. Zira qəlbin paklığı bəndəliyi səciyyələndirən xüsusiyyətlərdəndir. Və pak olan qəlb - Allahın nəzər saldığı məkandır. Demək, insan qəlbinin paklığını düşünsə, həqiqi dəyərlərə yön alar, mənasız insanların nə deyib-deməməsi onun həyatda seçim etməsinə təsir göstərməz. İnsan Allahdan digərinə qəlbində yer verməsə, lənətlik iblis orada yuva sala bilməz və insanı primitiv nəfslərin qurbanı edərək, kamillikdən sapdıra bilməz».


Həzrət Əlidən (ə) nəql edilən digər hədisdə bildirilir: «Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyi axtarır, halbuki, öz şəxsiyyətini itirib, amma onu axtarmır».


«İnsan hətta əhəmiyyəti az olan bir şeyi itirəndə heyfislənir, onu axtarmağa məşğul olur. Amma, çox vaxt onun mahiyyətini təşkil edən, onun «mən»inin ayrılmaz keyfiyyəti olan şəxsiyyətinin itirilməsi onu narahat etmir. Mübarək Əli (ə) bəlağəti ilə özünü zillətə salan insanın acı durumu beləcə açıqlanır».


ARİF O ŞƏXSDİR Kİ, ÖZÜNÜ TANIYIB…


Həzrət Əlidən nəql edilən digər bir mübarək hədisdə bildirilir: 

«Arif o şəxsdir ki, özünü tanısın, sonra özünü müstəqil və azad etsin, sonra özünü bütün həlakedici xislətlərdən təmizləsin».
«Dinimiz bəyan edirik ki, insanın qurtuluşu özünü tanımaqdan keçir. Bir tərəfdən, insan öz ehtiyaclığını, zəifliyini anlayıb, təkkəbbür kimi məhvedici hissdən qurtular. Digər tərəfdən, özünü tanıyan insan, yaradılışının fəlsəfəsinə varar, düşünər, axtarış aparar, düzgün seçim edər. Özünü tanımasa, insan azad ola bilərmi? Ruhunu, cismini bürüyən buxovlardan, zəncirlərdən xilas ola bilərmi? Bütlərdən nicat tapa bilərmi? Həqiqəti araya bilərmi? Özünü islah edə bilərmi? Amma özünü tanısa, anlayar ki, onun daimi ehtiyaclarını təmin edən bir ehtiyacsız qüvvə vardır. Və bu qüvvəni arayıb Allahı tapar, Allaha tapınar. Allaha tapınan insan isə həqiqətən azad olar. Çünki, yalnız Allaha tapınan insan günah etməyin, zəlil olmağın pisliyini bilər və bunların əsarətindən qurtula bilər, azad olar. Və azad olduqda artıq onu həlakətə aparan xislətlərdən təmiz olar, özünü islah edə bilər.

 «İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir».

Burada dünya həyatının fəlsəfəsinə işarə edilir. İnsan özü üçün müəyyən etməlidir ki, dünya həyatı onun üçün hədəfdir, yoxsa vasitə? İnsan özünə vücudi suallar versə, haradan gəldiyinin, harada olduğunun, haraya gedəcəyinin fərqinə varsa, anlayar ki, həyat bir vasitədəir, sınaqdır, imtahandır. Və həyatın bir körpü olduğunu anlayar. Əcəba, körpünü hədəf seçən tapılarmı? İnsan körpünün bir keçid vasitəsi olduğunun anlamına gəlsə, «nə etməli?» sualını cavablandıra bilər və üzərinə düşən vəzifəni yerinə yetirər».


"Dəyərlər"
Oxşar xəbərlər
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb