Keçmiş “Qələbə” kolxozunun əməkdar çobanı Qədimalı kişi işğalçı Ermənistanın populist baş naziri Nikol Paşinyanın Tovuz istiqamətindəki son döyüşlərdə əsgərlərimiz tərəfindən gəbərdilmiş erməni hərbçilərinin mükafatlandırılması haqda danışarkən Azərbaycan ordusu üzərindəki böyük qələbədən bəhs etməsindən, bir generalımızı, bir polkovnikimizi, iki mayorumuzu, guya neçə pilotsuz uçuş aparatımızı məhv etməsini söyləyərək “Yaşasın qalib Ermənistan ordusu!” deməsindən bərk əsəbiləşib.
Əməkdar çoban deyib: “Görəsən, orda, o Ermənistan xarabada, Paşinyanın ətrafında erməni də olsa, bir kişiliyi, cürəti şatan vəzifə sahibi, ya da bir ziyalı-filan tapılmadı ki, o qurumsağın üzünə deyə ki, ay Nikol, ay dığa, sən hansı qələbədən danışırsan?.
Ay qanmaz, qələbəni 30 ildir torpaqlarının 20 faizinin işğal altında qalmasına səbirlə, təmkinlə dözən, beynəlxalq təşkilatların tövsiyələrini dinləyən və təcavüzkar Ermənistanın dövlət sərhəddimizdən yeni ərazilər ilhaq etmək məqsədilə növbəti hücum cəhdinin qarşısını uğurla alan, yüzlərlə erməni zabit və əsgərini məhv edən, düşmənin neçə-neçə dayaq məntəqəsini yerlə-yeksan edən Azərbaycan qazanıb...
Sultan Laçın