Cəsurluq və ləyaqət timsalı
Oxunub: 1756
16 Jul 2020 | 12:40
Cəsurluq və ləyaqət timsalı

Rusiya imperiyasının ordusunda Azərbaycanı və onun ayrılmaz tərkib  hissəsi olan Naxçıvanı cəsurluqla və ləyaqətlə təmsil edən general-mayor II Kalbalı xan Naxçıvanski öz oğullarını da bu ruhda böyütmüşdü.

 

Onun oğlanlarının hamısı və oğul nəvələri XIX və XX yüzilliklərdə öz andlarına sadiq qalan hərbiçilər olmuşlar. Arxiv sənədlərinə görə, Rəhim xan 17 fevral 1860-cı ildə Naxçıvan şəhərində doğulmuşdur. Şərqin və Avropanın ən nəcib xüsusiyyətləri ilə əhatə olunmuş bir ailədə böyüyən Rəhim xan Tiflisdə realnı məktəbdə təhsil almışdır.

 

1877-1878-ci illərdəki rus-türk müharibəsi dövründə 18-ci Pereyaslavski draqun polkunda döyüşə getmişdir. Naxçıvan şəhəri İrəvan quberniyasının tərkibində olduğundan həmin polkun tərkibində olan İrəvan dəstəsinin içərisində "adi ovçu hüququ" ilə fəaliyyət göstərmişdir. Döyüş cəbhələrində çox fərqlənən Rəhim xan 29 oktyabr 1877-ci ildə unter-zabit hərbi rütbəsinə layiq görülmüşdür. Elə həmin il dekabr ayının 19-da əsgərlər və zabitlər üçün təyin edilmiş Georgi hərbi ordeni ilə təltif edilmişdir. (Bu Georgi ordeni IV dərəcəli Müqəddəs Georgi ordenindən fərqlidir). 25 avqust 1878-ci ildə praporşik rütbəsini alan Rəhim xan Tiflisdə hərbi məktəbə oxumağa göndərilmiş və 11 sentyabr 1879-cu ildən 20 iyul 1880-ci ilədək Tiflis piyada yunker məktəbinin kurslarında oxumuşdur. 3 oktyabr 1880-ci ildən 22 noyabr 1881-ci ilədək Tiflisdə yerləşən Qafqaz təlim rota məktəbində də kurs keçmiş və orduda hərbi xidmətini davam etdirən Rəhim xan 1882-ci ildə kornet hərbi rütbəsinin də sahibi olmuşdur. 1882-ci ildə hansı səbəbdənsə hərbi xidmət zamanı sol gözünün zədələndiyi arxiv sənədlərində qeyd edilmişdir. Çar hökuməti 1883-cü ildə ona bütün il ərzində 414 rubl gümüş pul maaş təyin etmişdir. 23 oktyabr 1883-cü ildə istefaya çıxan Rəhim xan Naxçıvana qayıtmışdır.

 

Onu da deyək ki, arxiv sənədlərindəki səhvlərə baxmayaraq, Rəhim xan qardaşı Cəfərqulu xandan bir yaş böyükdür. Bunu 1920-ci ildə Naxçıvan İnqilab Komitəsinə verdiyi ərizədə də göstərmişdir.  Rəhim xan öz ərizəsi əsasında ordudan tərxis olunmuşdur. (Bu haqda arxiv sənədi də vardır). Buna əsas səbəb həmin ilin (yəni 1883-cü ilin) aprelində atasının vəfatı ilə bağlı idi. Çünki rəhmətə gedən generalın orduda olan oğullarından biri Naxçıvana qayıdıb atalarının mülklərini idarə etməliydi. 1885-ci ildə qardaşı Cəfərqulu xan da ordudan qayıtdı. Böyük qardaşları II Ehsan xan döyüşlərdə çox ciddi zədə almışdı. Tiflisdə müalicə olunurdu. Ailənin kiçik oğlu Hüseyn xan Sankt-Peterburqda pac korpusunda təhsilini tamamlamışdı. Onlar hamısı bir yerə yığışıb atalarının bütün işlərini idarə etməyi qardaşları Rəhim xana həvalə etdilər. Rəhim xan qardaşları və ata evində yaşayan bacılar arasında general atalarının varidatını bölüşdürdü. Ataları general-mayor II Kalbalı xan Naxçıvanski Naxçıvanda və Ordubadda irriqasiya işləri ilə, mədənlərdə faydalı qazıntıların çıxarılması, həmçinin, maarifçilik və digər sahələrdə işlər apardığından hökumətə 83 min gümüş pulla borcu qalmışdı. Rəhim xan və qardaşları bu pulu da dövlət xəzinəsinə qaytarmalı idilər. Ona görə də elə ilk gündən Rəhim xan və Cəfərqulu xan qardaşları əhali ilə olduqca xoş münasibət saxlayıb işə girişdilər.

 

Rəhim xan ulu babası I Kalbalı xandan qalma ata sarayında (həmin saray indi muzeydir) 1920-ci ilədək yaşayıb. (Bu haqda arxiv sənədi mövcuddur). Cəfərqulu xan və Hüseyn xan isə şəhərin mərkəzində, keçmiş Padşahlıq bağının (sonralar əhali oraya "Böyük bağ" da demişdir) yaxınlığında o dövr üçün çox dəbdəbəli olan Avropasayağı qoşa, yan-yana mülklər tikdiriblər. (Zaman o mülkləri də bu günədək saxlayıb). Rəhim xan Badamlı kəndinin yarı hissəsinin, Kəndşahbuzun yarı hissəsinin, Keçili kəndinin üçdə birinin, Bistin, Ələhinin, Parağanın dörddə birinin atasından qalma miras sahibi olmuşdur. Onun Naxçıvan qəzasında üzüm və meyvə bağları, hamamları, tut bağları, əkin sahələri, boyaqxanası, xüsusi dəyirmanları və iki böyük mülkü olmuşdur. Həm ata evi və o sarayın yaxınlığında özünün tikdirdiyi mülk, ikinci mülkü də 1980-ci ilədək dururdu. (Xan dikində keçmiş hərbi komissarlığın binası). Birinci Dünya müharibəsi başlayanda o, könüllü ərizə verib cəbhəyə yollandı. Qafqazın yerli süvarilərindən təşkil olunmuş süvari diviziyanın ikinci Dağıstan polkunun tərkibində döyüşlərdə olmuşdur.

 

Çox təəssüflər ki, çar ordusundakı cahillər bu polku "Dikaya diviziya" (Vəhşi diviziya) adlandırıblar. Saya-hesaba gəlməyən qələbələrin sahibi olan ikinci Dağıstan polkuna verilən "ad" cəsur qafqazlılara verilən təhqiramiz bir addır. Axı, hər bir hərbiçi kavaler olmağı ilə fəxr edirdi. Yeri gəlmişkən, "kavaler" italyan sözü olub, ata minib vuruşan döyüşçü deməkdir.

 

Qraf Vorontsov-Daşkov Rəhim xanı həmin diviziyaya məsləhət biləndə, Rəhim xan çox sevindi. Çünki bu polku rus-yapon müharibəsində sərkərdə qardaşı Hüseyn xan yaratmışdı. Kiyevdən keçib Karpat dağlarında vuruşan 54 yaşlı kornet Rəhim xanın hərbi hünərləri dildə gəzirdi. Başqa cür də ola bilməzdi. Çünki o, çar ordusunda cəsurluğu ilə ad çıxaran "quş kimi uçan general"ın oğlu idi. At üstündə qartal kimi qıy vurub döyüşmək isə türk ərlərin işidir, onlar yaş nə olduğunu bilməzlər. Qalitsiyanın (Qərbi Ukraynanın) çöllərində məharətlə vuruşan "Atlı diviziya"nın ən qoçaq əsgərlərindən biri olan Rəhim xan 26 avqust 1915-ci ildə müsəlman döyüşçülər üçün təsis edilmiş 3-cü dərəcəli müqəddəs Stanislav ordeni (bantla və qılıncla) ilə təltif olundu. Arxiv sənədlərinə görə, 9-cu ordunun generalı Leçitski çox böyük həvəslə bu əmri imzalayıb. İçdikləri anda çox sədaqətli bu diviziyanın (rusların "Tatar diviziya"sı adlandırdıqları) Qafqaz hərb tarixindəki hünərləri adamda heyrət yaradır. Rəhim xan təxminən 1883-cü ildə Hacı Şükür Makinskinin qızı Münəvvər xanımla ailə qurmuşdur. Sənədlərdə onun anasının adı Ağabəyim kimi yazılıb. Ona görə bir çox tədqiqatçılar Ağabəyimin I Ehsan xanın qızı Lalabəyim olduğunu yazırlar. Bu, mümkündür. Çünki o, Hacı Şükür Makinskinin həyat yoldaşı olub. 1895-ci ilə aid bir sənəddə Hacı Şükür Makinskinin övladlarının hamısının adı yazılıb və elə oradaca qeyd edilib ki, bu uşaqların anası Hacı Ağabəyim Məmmədhəsən xan Qacardır (İrəvanskaya). Hacı Ağabəyim İrəvan sərdarı general Sarı Aslanın qızıdır. Həmin generalın oğlu Mehdiqulu xan və varisləri 1920-ci ilədək Şərur mahalında yaşamışlar.

Bu yazımızda bir daha həmin xatirələrə qayıtmaqda məqsədimiz var. Xatirədə adıçəkilən Əhməd xan elə İskəndər xandır. Onun tərcümeyi-halından görürük ki, o, çar Rusiyasının hələ gənc yaşlarında bacarıqlı və cəsur hərbiçilərindən biri olub. Yəni onun İranda belə mövqe tutması şübhə doğurmur. Həm də onun ana nənəsi general Sarı Aslanın qızı olduğundan Tehranda İskəndər xan üçün maneə yox idi. Qaldı onun adının Əhməd xan yazılması məsələsi. Əhməd xan Rəhim xanın hərbiçi babasının (ana tərəfdən) adıdır. Evdə onu belə çağırırmışlar. Bir də ki, o, ulu babası I Ehsan xanın sonbeşik qardaşı İskəndər xanın adını daşıyırdı. Buna görə də evdə və Naxçıvanda hamı ona hörmətlə "Xanlar xanı" deyirmiş. Amma vikipediyada Əhməd xan Naxçıvanskinin  atasının adı Əli xan yazılıb. Ona görə  də bu istiqamətdə axtarışlar aparılır. Qalan məsələləri ümidimiz var ki, axtarışlarımız aşkar edəcək. Rəhim xan qızına anası Xurşid xanımın adını verib. Və o, qızını Sankt-Peterburqda əmisi Hüseyn xanın yanında, sonra isə Moskvada oxudub. Xurşid xanım məşhur general Feyzulla Mirzə Qacarla ailə qurmuş və Şəfi xan adında bir oğulları olmuşdur. 1920-ci ildə general Feyzulla Mirzə Qacarı bolşeviklər Nargin adasında güllələmişlər. Oğlu Şəfi xan haqqında heç bir məlumat tapmadıq. Xurşid xanım ömrünün sonunadək nəzarətdə yaşadı.

 

1918-1920-ci illərdə Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında, həmçinin naxçıvanlı gənclərin döyüşə hazırlanmasında Rəhim xanın və oğlu İskəndər xanın böyük xidmətləri vardır. Rəhim xan 1918-ci ildə  Naxçıvan Milli Şurasında bir müddət xalq qoşunlarının  komandanı olmuşdur. Araşdırmalar  göstərir ki, Rəhim  xan Naxçıvanskinin Naxçıvanın ictimai -siyasi və hərbi həyatında əvəzsiz rolu olmuşdur. Lakin 1920-ci ilin avqustun sonlarında Naxçıvan İnqilab Komitəsi Rəhim xanı və oğlunu Naxçıvandan sürgün etməyi qərarlaşdırmışdır. İskəndər xan bolşeviklərin hiyləsini bilərək sürgün qərarından əvvəl İrana mühacirət etdiyindən bolşevik hökuməti onu sürgün edə bilməmişdir.

 

Kəngərli Naxçıvanskilərin Azərbaycanın, Rusiyanın və İranın  hərb tarixində əvəzsiz rolu bu gün də diqqət çəkir. Çünki  Qafqazda doğulan və  onun azadlığı uğrunda vuruşan süvarilərin, ən yüksək hərbi mükafatların kavalerlərinin yollarında məğrur Qafqazın işıq  və kölgəsi var. Daha çox  bu işığın cazibəsində o, igid kavalerlərin həyatlarının qaranlıq səhifələri bizi axtarışlara səsləməkdədir.

 

Ruslan Xəlilov

Yazı Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.

Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
26 Apr 2024 | 08:11
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi