“Zəlil vəziyyətə düşən Ermənistan ümidini təbliğat və dezinformasiyaya bağlayıb”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloqun sözlərinə görə, Azərbaycanla hərbi müstəvidə qarşıdurmada məğlubiyyətə uğrayan Ermənistan, bu yolla öz acizliyini ört-basdır etməyə çalışır:
“Ermənistan hərbi müstəvidəki məğlubiyyəti fonunda dezinformasiya xarakterli fəaliyyətini gücləndirməyə, təbliğati müstəvidə aktivliyini artırmağa çalışır. Lakin düşmənin bütün bu cədhləri əbəsdir. Azərbaycanın niyyəti, məqsədi ortadadır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarının işğal edilməsi faktı ilə barışmayacaq və bütün vasitələrdə istifadə edib, öz ərazi bütövlüyünü təmin edəcək. Bunun üçün Azərbaycan lazımi güc və imkana malikdir. Azərbaycan orusunun dünyanın 50 ən güclü ordusu sırasında yer alması da bunu sübut edir. 2016-cı ilin aprel döyüşləri də, iyulun 12-dən başlayan döyüşlər də Azərbaycan ordusunun düşmən qarşısında böyük üstünlüyə malik olduğunu təsdiqlədi. Odur ki, yaxşı olardı ki, Ermənistan təbliğat və dezinformasiya siaysətini gücləndirmək əvəzinə işğal edilmiş torpaqları azad etmək haqqında düşünsün”.
Seymur ƏLİYEV