“Ermənistanın yezidi icması Azərbaycanın törətdiyi hərbi əməliyyatları pisləyir”.
Moderator.az xəbər verir ki, bu sözləri işğalçı ölkə parlamentinin üzvü, yezidi kürd icmasının nümayəndəsi Rüstəm Bakoyan deyib.
İcma nümayəndəsi əlavə edib ki, guya yezidi camaatı “zərurət olduqda sərhədə getməyə və ermənilərlə ortaq sərhədlərini qorumağa hazırdır”.
R.Bakoyan bütün dünyadakı yezidi soydaşlarını Avropadakı, ABŞ-dakı və digər ölkələrdəki erməni diasporu ilə birlikdə Azərbaycana qarşı fəal iş aparmağa çağırıb.
P.S. Halbuki, son illər Ermənistanda etnik yezidi kürd icmasının təcavüzkar ölkənin siyasi və hərbi rəhbərliyi tərəfindən qəsdən assimilyasiyaya uğradılması və buna etirazların olması mövzusu mütəmadi olaraq gündəmə gəlir.
Məsələn, 2018-ci ilin dekabrında yezidi kürd etnik qrupunun nümayəndəsi Marina Broyan Ermənistanın Armavir vilayətinin Crarat kəndində anadan olmuş 19 yaşlı oğlu Yurik Broyana hərbi xidmət zamanı verilən işgəncədən danışıb.
Ordu.az-ın əldə etdiyi son məlumatlara görə, deputat R. Bakoyanın çağırışına rəğmən artıq yezidi ailələri övladlarını komissarlıqlara göndərməkdən imtina ediblər və bunun Ermənistan hökuməti tərəfindən yezidilərə qarşı növbəti təzyiq olduğunu bildiriblər.
Sultan Laçın