Ağdam qatarı Bakıdan gedir
Oxunub: 1929
22 Jul 2020 | 20:25
Ağdam qatarı Bakıdan gedir


Camaatımızın təsəvvüründə erməninin qorxaq obrazı vardı. Gözümü açandan eşitdiyim “Erməni qan gördü” olub.

Böyüdüyüm mühitdə erməni kişisini işlək fəhlə, bacarıqlı usta; qadınını yaxşı turşu qoyan, kefin istəyən süfrə açan xoşrəftar kimi tanıdıblar.

İlk gördüyüm erməninin adı Cavanşir idi. Evimizin alt mərtəbəsindəki otağa qapı açırdı. Külüngü yerə qoyub əlinin arxasıyla alnının tərini silərdi. Bir suyu sovetin məşhur “Qaraçı” filminin qəhrəmanı Budulaya oxşayırdı.

Sadə, şirindil, gülərüz, qılıqlı, bir qədər də yazıq görkəmi vardı Qarabağ ermənilərinin. Bu adamların bir gün bizimlə torpaq davasına qalxacağı yüz il qala ağla gəlməzdi. Desəydilər şəhərimizin ən ürəyiyuxa sakini Qız Qulu Məhəmməd Əliylə rinqə çıxıb, elə birinci raunddaca onu basıb-döyüb; yaxud toylarda skripka çalan Dondi London orkestrinə birinci skripkaçı kimi dəvət alıb, inanardıq, amma usta Aşotun Stepanakert bazarında şoraba satan Haykanuşa qoşulub Qarabağı bizdən alacağı yuxumuza belə girməzdi.

Ramiz Rövşən “Ruhlar şəhəri” kitabına yazdığı ön sözdə ağdamlıları belə təsvir edib: “Şuşa Qarabağın ən gözəl, Ağdamsa ən varlı şəhəri sayılırdı. …Ermənilər Ağdamı axırıncı daşına, kərpicinə, taxtasına, mismarınacan söküb-aparıblar və o tikinti materiallarının hesabına Stepanakerti təzədən qurublar. Amma mən inanmıram ki, bu gün Ağdamın hesabına tikilmiş o evlərdə yaşayan ermənilər Stepanakerti də varlı şəhər saysınlar. Çünki varlı olmaq təkcə dəbdəbəli ev-eşiklə, pulla, malla ölçülmür. Bu həm də insanın içindən gələn bir hissdi, duyğudu. Hər halda mən bir vaxtlar “haralısan” sualına bütün Qarabağda ağdamlılar kimi qürurla, hətta bir az da təkəbbürlə cavab verənlərə rast gəlməmişdim. Və bəlkə də Ağdamı o cürə qəddarlıqla dağıdıb xaraba qoyan ermənilər ağdamlılardan həm də o qürurun, təkəbbürün acığını çıxmışdılar”.

Hardan idi bu qorxmazlıq, ermənini ciddiyə almamaq?

100 il qabaqkı davadan nənə-babaların bizə ötürdüyü fikir bu olub ki, erməni qorxaqdır. Cümhuriyyət ordusu Xankəndini, Şuşanı azad edəndən erməni adamların yaddaşında imdad diləyən, yazıq kimi qalmışdı. Qiyam qaldıran ermənilər məhz o məğlubiyyəti dadandan – bizim sərt üzümüzü görəndən sonra beləcə məzluma dönüblər: “Erməni qan gördü”.

Bizim tanıdığımız “yazıq” Qarabağ erməniləriydi. Yerevan ermənisi, Livan ermənisi, Fransa ermənisi, Kaliforniya ermənisi-filan görməmişdik. 100 il boyunca dünyanın dörd bir tərəfində erməni kilsələrindəki millətçi ideologiya təbliğindən, neçə-neçə siyasi partiya, birlik, fond yaratmalarından, hər rejimdə – kommunist (SSRİ), islamçı (İran), demokratik (ABŞ, Fransa) – hər ölkədə təşkilatlanmaq bacarıqlarından xəbərsiz idik.

Tariximizi də bilmirdik! Rus-sovet siyasəti, öz kommunist rəhbərlərimiz öyrənməyə macal verməyiblər, özümüz də tariximizə, taleyimizə biganə olmuşuq, unutmuşuq, maraqlanmamışıq. Bilməmişik ki, İrəvan xanlığında dövlət qurmağı bacaran ermənilər buna davamlı deportasiya siyasətləriylə nail olublar. Qulağımızın dibində eşitməmişik ki, ermənilər dəfələrlə Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırıblar. Bundan xəbər tutan rəhbərlərimiz isə susublar! Kremldə yerlərini şirin salmaq üçün ermənilərə öz xalqından qat-qat artıq imtiyazlar tanıyıblar.

“Xruşşov dövrünün Qarabağ şəhidi” yazısında bəhs etdiyim Nazim Hacıyev kimilərini çıxıram.

Bizim bilib tanıdığımız “qorxaq” Qarabağ erməniləriydi. Odur ki, 1988-ci ildə onların Xankəndindəki “Miatsum” mitinqinə Azərbaycanda ilk cavab Ağdamda verildi. Minlərlə insan əliyalın Xankəndinə yürüş elədi.

Qarabağın Dardaneli (Məhəmməd Əmin Rəsulzadə) Əsgəranda nə baş verdi, sonra “şanlı” Azərbaycan milisi, DTK-sı o yürüşçülərin başına nə oyunlar açdı? Mövzudan uzaqlaşaram deyə bunlara toxunmuram. Bilmək istəyənlərə sadəcə “Azadlıq qiymətinə foto” yazısını oxumağı tövsiyə edirəm. Sonuncu Qarabağ yürüşündən sonra keçirilən həbslərlə paralellər aparmağı da oxuculara buraxıram.

O vaxt kimi dindirsən sözü bu olardı: allahın ermənisinə bax, qudurub!

Ağdamın kolxoz sədrlərindən birinin “Günün ekranı” proqramına müsahibəsini xatırlayıram: “Nə səngər? Erməni kimdir ki, səngər qazaq”.

Sən demə, elə bu dikbaşlığımızdan yaxşı xəbərdar olan erməni başbilənləri dizimizi yerə gətirəcək zəif yerimizi də yaxşı öyrənibmişlər, içimizə nifaq toxumu səpməyin yollarınacan bilirmişlər. Sanki bizi bizdən yaxşı tanıyırmışlar.

Onlar milli davada yumruq kimi birləşməyi, təşkilatlanmağı bacaranda, biz yumruqdan açılmış barmaqlar ətrafında toplaşıb bir-birimizlə hakimiyyət davasına qalxdıq.

Nəticə – bu günümüzdür!

***

Ağdamın növbəti işğal günündə bunları niyə xatırlayıram?

Bu videoya diqqətlə baxın. Ağdam müsibətindən – 23 iyul 1993-cü ildən bir neçə gün sonra çəkilib. Danışan Azər adlı oğlan bir ayağını hələ 1 il əvvəl Xromord döyüşündə itirmişdi. Deyir ki, bir kilometrlik bu səngərdəkilərin hamısı ağdamlıdır, hamı ailəsini qohum-əqrəba, dost-tanış evində, çadır şəhərciyində yerləşdirib qayıdıb.

“3 kəndi geri aldıq 2 saata, əmr gəldi ki, dayanın” deyir. Soruşur, nəyə görə? Deyir bizə heç nə lazım deyil, silahımız da, texnikamız da var, mane olmasın rəhbərlik, imkan versin, oyun oynamasınlar, şəhərimizi geri alaq.

Sonra bilirsiniz nə oldu? Bu döyüşkən batalyon da darmadağın edildi o biriləri kimi. Azərin yanındakı batalyon komandiri Cəfər öldürüldü, döyüşçülər pərən-pərən salındı, tutuldular, güllələndilər, qaça bilən canını götürüb qaçdı. Bunu kim elədi?

İyulun 12-də Tovuz sərhədindəki döyüşlərə xalqın reaksiyası 27 əvvəl çəkilmiş o videodakı oğulların qələbə əzminin bu gün də ölmədiyini göstərdi. Hər belə döyüşdə şəhid olmayınca tanımadığımız neçə-neçə oğullar üzə çıxır. Mübariz İbrahimov, Raquf Orucov, Polad Həşimov kimi…

Son olaylar neçə ildir bəzən tərəddüdlə yazdığım “Qarabağa yol İrəvandan, Moskvadan yox, Bakıdan keçir” inamımı möhkəmlətdi.

İşğalının 27-ci ilində bir daha əmin oldum ki, Ağdama yol Bakıdan keçir! Bu yolu keçməyə xalqın əzmi var, bir çatışmayan bu əzmi qələbəyə çevirməyə hünəri yetən liderin olmamasıdır.

Qələbə ruhu ölməyən, enerjisi aşıb-daşan xalq öz liderini də ortaya çıxaracaq. Təki o ruh ölməsin, enerji tükənməsin!

Vahid Qazi

İyul 2020

Oxşar xəbərlər
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 15:16
İran Əfqanıstandan Türkiyəyə gedən ilk tranzit qatarını sərhəddən buraxmadı - FOTO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:12
Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub