Moderator.az həmin bəyanatı təqdim edir:
-
Hal-hazırda Azərbaycan Respublikasının siyasi həyatında mühüm bir tarixi hadisəni
yaşayırıq. Azərbaycan Respublikasının Konstitusiyası ilə hakimiyyətin mənbəyi
olan xalqımız növbəti 5 il üçün Azərbaycan Respublikasının prezidentini seçməlidir.
Seçki marafonu başlamış, prezidentliyə namizədlər irəli sürülmüşdür. Onların
sırasında müxalifyönlü siyasi partiyaların, təşkilatların, hərəkatların,
forumların mütləq əksəriyyətini təmsil edən Demokratik Qüvvələrin Milli
Şurasının namizədi, xalq tərəfindən namizədliyi rəğbətlə qarşılanan tarix elmləri
doktoru, professor Cəmil Həsənli də vardır. C.Həsənli Azərbaycanda və beynəlxalq
səviyyədə uzun illərdir ki, nüfuzlu siyasi xadim, görkəmli alim kimi tanınır. Onun
istər kənd müəllimi, istər universitet professoru, istərsə də Azərbaycan
Respublikasının Milli Məclisinin üzvü olduğu zamanlarda fəaliyyəti bizə belə
deməyə tam əsas verir ki, Cəmil müəllim harada çalışmasından asılı olmayaraq
daim xalqının yanında olmuş, daşıdığı yüksək insani və əxlaqi keyfiyyətlərə görə
sadə xalq kütlələri arasında böyük rəğbət qazanmışdır.
Son
iyirmi ildə Azərbaycanda baş verən qanunsuzluqlar, oturuşmuş korrupsiya, rüşvət
mexanizmi, insan hüquqlarının ardıcıl pozulmasının dövlət siyasətinə çevrilməsi,
ölkəmizin işğalda olan ərazi sayağı idarəçiliyi kimi hallar daim Cəmil Həsənlinin
mübarizə hədəfi olmuş, bu prosesdə o, cəmiyyətimizin inkişafına mane olan
hazırkı rejimin avtoritar siyasətinə qarşı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş
etdirmişdir.
Biz,
bu bəyanatı imzalayan müstəqil hüquqşünaslar Demokratik Qüvvələrin Milli
Şurasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cəmil Poladxan oğlu
Həsənlini xalqın etimadını doğruldacaq şəxs kimi tam dəstəkləyir, seçki
prosesində, eləcə də seçkilərdən sonra ona zəruri hüquqi dəstək göstərməyi
özümüzə şərəfli borc hesab edirik.
1) Mətləb
Mütəllimli,
2)
Vidadi Mirkamal,
3)
Ənnağı Hacıbəyli,
4) Sədiyar
Zeynalov,
5)
Aslan İsmayılov,
6)
Namizəd Səfərov,
7)
Vidadi İskəndərli,
8)
Qurban Məmmədov,
9)
Ataxan Əbilov,
10)
Əlövsət Əliyev,
11)
Samir İsayev,
12) Tofik
Ağacanov,
13)
Elşad Abdullayev,
14) Cəmal
Əhmədov,
15)
Eldar Qurbanov,
16) Mənsur
Bayramov.