“Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqində ləngimə mövcuddur. Biz operatorlara xəbərdarlıq etmişik”. Moderator.az-ın məlumatına görə, bu sözləri rabitə və texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə mobil operatorlar hazırlıq işləri görür.
“Biz də gözləmə mövqeyindəyik. Əks halda bu
istiqamətdə məhkəməyə müraciət edəcəyik. Operatorlar bu addımı tezliklə həyata
keçirməsələr, qısa zaman kəsiyində nazirlik məhkəməyə müraciət etməli olacaq. Artıq
bununla bağlı operatorlara vaxt qoyulub”, - deyə Elmir Vəlizadə bildirib.
Nazir müavinin sözlərinə görə, yaxın vaxtlarda
İnformasiya Texnologiyalar Fondu da fəaliyyətin tam quracaq. Fondun fəaliyyəti
İKT sahəsində bütün sahələri əhatə edəcək