Valideyn və şagirdlərə şad xəbər. Qarşısında piyada keçidi olmayan məktəblərin şagirdlərinin yolu rahat və təhlükəsiz keçməsi üçün həmin ərazilərə yeni zebra xətləri çəkiləcək. Bakı Şəhər Yol Polis İdarəsinin (BŞBPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirib ki, həmin məktəblərin siyahısı müəyyənləşdirilir və Hərəkətin Təşkili Şöbəsi bilik gününədək həmin xətləri çəkəcək.
Onun sözlərinə görə, yeni çəkiləcək zebra xətlərinin
üzəri ilə yolu keçmək istəyən şagird və valideynlərin həyat təhlükəsizliyi
qorunmuş olacaq: “Bizim o məktəblərdən xəbərimiz var. Hərəkətin təşkili şöbəsi
həmin məktəblərin qarşında yeni zebra xəttləri çəkəcək ki, şagird və valideynlər
yolu rahat və təhlükəsiz keçə bilsinlər.”