Xəbər lenti
09/08/2020 [11:56]:
Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər ölüb
09/08/2020 [11:54]:
Namizədlərin səviyyəsi eyni deyil – Belarus
09/08/2020 [11:39]:
Azərbaycanda ər arvadını amansızlıqla qətlə yetirdi
09/08/2020 [11:24]:
Azərbaycanda general VƏFAT ETDİ
09/08/2020 [11:16]:
Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət: "Ölkəm üçün titrəyirəm..."
09/08/2020 [11:13]:
48 yaşlı kişi yaşadığı evdə intihar etdi
09/08/2020 [10:54]:
400 minlik toyu ilə gündəmə gələn sabiq azərbaycanlı məmurun qızı ayrıldı
09/08/2020 [10:39]:
Koreya hücum planlaşdırır? - 5 müharibə ssenarisi
09/08/2020 [10:35]:
Belarusda kritik seçki başladı - Svetlana Tixanovskaya video-müraciət yaydı: “Necə yəni ölkəni kimsəyə vermərik?”
09/08/2020 [10:31]:
Sumqayıtda Xalq artistinin qardaşı döyülüb - FOTO
09/08/2020 [10:27]:
İqtisadçı professor Azərbaycanı Sinqapurla müqayisə etdi... - ACI REALLIQ
09/08/2020 [10:24]:
Ağalar Vəliyev Goranboyluları rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik etdi
09/08/2020 [10:19]:
Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili barədə təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək
09/08/2020 [10:17]:
Tovuzdakı qətllə bağlı cinayət işi başladı
09/08/2020 [10:15]:
Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başladı
09/08/2020 [10:04]:
“Beyrut limanına yüklənən selitra xarici təsir olmadan partlaya bilməzdi” - “Rhosus” gəmisinin kapitanı
09/08/2020 [09:55]:
Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölənlər və yaralananlar var
09/08/2020 [09:52]:
Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır
09/08/2020 [09:33]:
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub
09/08/2020 [09:32]:
Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi
09/08/2020 [09:31]:
Qaxda ağır qəza: Mikroavtobusla toqquşan “VAZ” yandı
09/08/2020 [09:19]:
Meksika - ABŞ sərhədində bütün zəruri infrastrukturla təmin olunmuş tunel aşkarlanıb
09/08/2020 [09:18]:
"Beyrutu partladan odur" - Türkiyəli strateqdən şok
09/08/2020 [09:07]:
Qadın döyüşçü qələbəsini ehtiraslı rəqslə qeyd etdi - VİDEO
09/08/2020 [09:05]:
Kin saxlayan və qisascıl bürclər məlum oldu
09/08/2020 [09:02]:
İsrail səhvən öz PUA-sını vurdu
09/08/2020 [09:01]:
Xəzər dənizində zəlzələ olub
09/08/2020 [08:59]:
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
09/08/2020 [08:57]:
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728-yə çatıb
09/08/2020 [08:46]:
Belarusda kritik seçki başladı: Tixanovskaya gizləndi, internet və telefonlar kəsilir, ölkə “tikan” üstə…
09/08/2020 [08:19]:
"Allaha və Qiyamət gününə iman bəsləyən şərab içilən süfrədə əyləşməz...”
09/08/2020 [01:08]:
Livanın üçün xeyriyyə fonduna 100 min dollar bağışladılar...
08/08/2020 [23:53]:
"Ermənistanla Azərbaycan arasında baş verənlər bu iki ölkənin öz işidir, lakin..."
08/08/2020 [23:51]:
"Bu hucumlar tolerant və sabit Azərbaycan cəmiyyətini “silkələmək” niyyəti daşıyır"
08/08/2020 [23:29]:
Mingəçevirdə birmərtəbəli ev yanıb
08/08/2020 [23:28]:
Qazaxda yanacaqdoldurma məntəqəsinin yaxınlığından minaatan mərmisi tapılıb - FOTO
08/08/2020 [23:10]:
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur”
08/08/2020 [22:38]:
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
08/08/2020 [22:30]:
ABŞ-ın Çini çökdürmək planına ƏKS HƏMLƏ
08/08/2020 [22:28]:
“Silahın hansı yolla Ermənistana satılması aydınlaşdırılmalıdır” - Cavanşir Feyziyev
08/08/2020 [22:24]:
Salyanda kişi intihar edib
08/08/2020 [22:22]:
“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu
08/08/2020 [22:00]:
Prezidentin təltif etdiyi alim Muradov kimdir?
08/08/2020 [21:57]:
Livanın baş naziri erkən parlament seçkiləri keçirməyi təklif etdi
08/08/2020 [21:37]:
Beyrutda nümayişçilər daha bir nazirlik binasına girdilər, yaralıların sayı artıb
08/08/2020 [21:37]:
Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm, Xanlar əmim”
08/08/2020 [21:12]:
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
08/08/2020 [21:02]:
“Yuventus” Sarrini qovdu
08/08/2020 [21:00]:
"Qələbə üçün əlavə fədakarlıq lazım gələcək" - Elxan Məmmədov
08/08/2020 [20:59]:
"İdarəetmə sistemində təkmilləşmə iqtisadi inkişafın dayanıqlılığının açarıdır" -Vüqar Rəhimzadə
08/08/2020 [20:36]:
Beyrutdan nümayişçilər XİN binasına girdilər, 100 nəfərdən çox yaralı var
08/08/2020 [20:24]:
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
08/08/2020 [20:22]:
Azərbaycan vətəndaşı girov götürülüb - ona işgəncə verərək ailəsindən pul tələb edirlər - FOTO/VİDEO
08/08/2020 [20:11]:
Baş Nazir: “Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək”
08/08/2020 [19:39]:
Prezidenti oğurlamağı planlaşdıran amerikalı hərbçilərə AĞIR CƏZA
08/08/2020 [19:36]:
Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıb
08/08/2020 [19:16]:
Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
08/08/2020 [19:15]:
Azərbaycan XİN: “Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək”
08/08/2020 [19:14]:
Baş nazirdən magistratura və rezidentura ilə bağlı mühüm qərar
08/08/2020 [19:03]:
Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
08/08/2020 [18:55]:
Samuxda “Mercedes” aşdı, sürücü xəstəxanalıq oldu
08/08/2020 [18:54]:
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI
08/08/2020 [18:52]:
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
08/08/2020 [18:24]:
"Erməni dövlətinin müvafiq qurumları diaspora liderlərimizə qarşı terror aksiyası həyata keçirmək ehtimalı var"
08/08/2020 [18:05]:
AQTA 70 obyektdə pozuntular aşkarladı
08/08/2020 [18:04]:
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verib
08/08/2020 [17:54]:
Messi anti-koronavirus döşəkdə yatır
08/08/2020 [17:48]:
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı
08/08/2020 [17:39]:
Cəlilabadda yeddi hektar sahə yandı - YENİLƏNİB
08/08/2020 [17:27]:
“Ukraynanın Türk Şurasına gəlişi hər iki tərəfin marağına uyğundur”
08/08/2020 [17:25]:
Zərdabda kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar
08/08/2020 [17:23]:
Gürcülərin 12 il əvvəlki müharibəsi və biz Stepanakerti geri ala bilərikmi?
08/08/2020 [17:06]:
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib
08/08/2020 [16:57]:
Tacikistanda varis planı vaxtından əvvəl işə salınır – Rəhmon iki aya gedir?
08/08/2020 [16:56]:
“Ümid edirəm ki, məhz bu xarakter bir çox narahatçılıqları aradan qaldıracaq...”
08/08/2020 [16:53]:
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib
08/08/2020 [16:51]:
Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir
08/08/2020 [16:46]:
Aİ Şurasının Prezidenti Beyrutda səfərdədir
08/08/2020 [16:45]:
Ermənistan ordusuna 40 yaşlı muzdlular cəlb edilir
08/08/2020 [16:43]:
ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb
Bütün arxiv bir sırada
24/07/2020 [13:46] - Araşdırma - ( 3617 dəfə baxılıb)

Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Məşhur şair haqqında maraqlı faktlar



Bu gün şair, yazıçı Abdulla Şaiqin anım günüdür. 

Moderator.az Kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Onun valideynləri Axund Mustafa və Mehri xanım Tiflisə köçərək orada məskunlaşıblar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Onun əkiztayı olan qız övladı doğulandan az sonra ölüb.


Gallery

Atası Axund Mustafa Süleyman oğlu dövrünün sayılıb seçilən ruhanisi olub. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazi müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Abdulla və qardaşı Yusif ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar. Məktəbi bitirdikdən sonra Abdulla Şaiq anası və qardaşı ilə birgə Xorasana ziyarətə gedir. Şaiq burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllimlə tanış olur. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olub. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə “Ziya” təxəllüsü götürmüşdür.

Gallery

1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün Xorasandakı tanışlarının evində qalaraq bakılı Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. O, Xorasanda mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Bir müddət sonra anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür. O, Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. 1901-ci il aprelindən müəllimlik fəaliyyəti ilə məşğul olur.

Gallery

Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə yanaşı "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub. Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb.

Gallery

Abdulla Şaiqlə Səməd Vurğun həm yaxın dost, həm də bacanaq olublar. Abdulla Şaiq övladlığa götürdüyü Himmət Əlizadənin toy gününə Səməd vurğunu da dəvət edir. Səməd Vurğunun gələcək həyat yoldaşı on dörd yaşlı Xavəri həmin məclisdə görüb Abdulla Şaiqdən qızın kimliyini xəbər alır. Şaiq isə baldızımdır, amma övladımız kimidir cavabını verir. Ertəsi gün isə Səməd Vurğun Xavərlə evlənmək arzusunu Şaiqə bildirir. Ailə qəti sürətdə etiraz edir. Lakin, Abdulla Şaiq öz evində Səməd Vurğunla Xavəri görüşdürür. Səməd Vurğun özündən on iki yaş balaca olan Xavərə bildirir ki, əgər ona ərə gəlməsə özünü öldürəcək. Bir müddət sonra Abdulla Şaiqin köməkliyi ilə Xavərin anasından razılıq alan Səməd Vurğun 1934-cü il Xavərlə ailə qurur.

Gallery

Abdulla Şaiqin rəssamlıq bacarığı da olub. Şair Füzulinin təsiri ilə bir sıra qəzəllər də yazıb. İlk qəzəl yaradıcılığına Xorasanda olarkən başlayıb.

Gallery

Deyilənə görə Abdulla Şaiq kifayət qədər dindar adam olsa da, sovet rejiminə görə dini baxışlarını gizləməli olub. Ondan fərqli olaraq, qardaşı Yusif Ziya dini təhsilini davam etdirib və axund rütbəsi alıb.

Gallery

Qardaşı Yusif Ziyanın acı taleyi olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Nəriman Nərimanov onu Naxçıvana hərbi komissar təyin edir. Amma Yusif Ziya orda çox işləyə bilmir, hiss edir ki, şura hökuməti ilə ulduzu barışmayacaq. Yenə Nərimanova müraciət edərək ölkədən getmək üçün icazə istəyir. Beləliklə, Yusif Ziya əvvəl Türkiyəyə, sonra Orta Asiyaya yollanıb basmaçıların sırasında Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur.

Gallery

Qardaşına görə Abdulla Şaiqə çox böyük təzyiqlər olub. Müəyyən dövrə qədər ev dustaqlığı yaşayıb. Ona heç yerdə iş verməyiblər. Ailəni ac qalmaqdan Şaiqin xanımının qızılları xilas edib. Əri işsiz qalan illərdə onun xanımı hər dəfə bir qızılını sataraq ailəni xilas edib.

Gallery

Ancaq qəribə olan odur ki, repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur. Hətta ən yaxın dostu Hüseyn Cavid də repressiya olunur. Abdulla Şaiqin nəvəsi müsahibələrinin birində deyir: Atam danışırdı ki, bir gün səhər qapı döyüldü, anam qapını açdı. Bir nəfər dedi ki, Hüseyn Cavidi Sibirə aparırlar, vağzaldadı, mənə tapşırdı, Şaiqin evinə get, isti pal-paltar göndərsin. Atam deyir ki, bundan sonra baban məni Müşkinaz xalagilə göndərdi. Mən hər şeyi ona danışdım. Müşkünaz xala da bizim evə gəldi, birlikdə azuqə düzəltdilər. Şaiq sovqatı götürüb özü tək gedir vağzala. Neçə saat gözləyir. Heç kəs gəlmir. Sən demə bu təxribat imiş. Abdulla Şaiqi Hüseyn Cavid bəhanəsi ilə ora aparmaq istəyirmişlər. Bir neçə gündən sonra Yazıçılar İttifaqında iclas keçirilir, bu məsələ də müzakirə olunur.

Gallery

Deyilənə görə repressiya olunmamasında müəllimliyi onun dadına çatıb... Tələbələri Şaiqi 37-ci ilin qanlı günlərindən xilas ediblər. Tələbəsi Ruhulla Axundov hələ repressiya olunmazdan əvvəl Xalq komissarı işləyirdi. O, Abdulla Şaiqi Şuşaya dərs deməyə göndərir ki, gözdən iraq olsun. Mirzə İbrahimov isə özünün ön sözü ilə Abdulla Şaiqin əsərlərini nəşr edir və onu sırf sovet yazıçısı kimi təqdim edir. Abdulla Şaiq 37-ci ilin repressiyasından bu cür xilas olur.

Gallery

Qırxıncı illərin sonlarında Abdulla Şaiq xəstə yatağında olanda onu oğlu ilə birgə KQB-ə çağırırlar. Şaiq xəstə olduğu üçün gedə bilmir. Ona xəbər göndərirlər ki, qardaşı ölməyib sağdır, Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır. Lakin Abdulla Şaiq bildirir ki, qardaşı ilə heç bir əlaqəsi olmayıb. Onun qanlı köynəyini və üstündə qanı olan Quranı o, dünyasını dəyişən il ona göndəriblər. Abdulla Şaiq həmin Quranı ölənə qədər özündə saxlayıb, sonra isə bacısına vəsiyyət edir.

Gallery

Abdulla Şaiq 1959-cu il iyunun 24-də 78 yaşında Bakıda səhər saat doqquza iyirimi dəqiqə qalmış rəhmətə gedib. Ədibin ev muzeyindəki kəfkirli saat onun ölümü günü oğlu tərəfindən dayandırılıb. Muzeydə olan saatların hamısı da sonradan onun xatirəsinə ehtiram əlaməti olaraq eyni vaxtda dayandırılıb.

loading...
"Bir icra başçısının məhkəmə qərarını saymaması Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir"
Beyrutdakı partlayışın daha bir görüntüsü yayıldı - VİDEO
Romantik evlilik təklifi evi kül etdi - FOTOLAR
Maskasız müştəri ona xəbərdarlıq edən qadına yumruq atdı - VİDEO
Burunsuz doğulan oğlağı "Tanrı" olaraq qəbul etdilər - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
Cəmiyyət
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
Cəmiyyət
“Ümid edirəm ki, məhz bu xarakter bir çox narahatçılıqları aradan qaldıracaq...”
Cəmiyyət
"Dənizdə boğulanların əksəriyyəti havanın küləkli olduğu vaxtda çimərliyə gedənlər olub"
Cəmiyyət
“Ölkəmizdə hələ də maskadan istifadənin önəminə şübhə ilə yanaşan xeyli insan var”

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Bakıda özəl klinikada dəhşət: Qarabağ əlilini səhv müalicə ilə bu hala saldılar və...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247