Xəbər lenti
09/08/2020 [11:39]:
Azərbaycanda ər arvadını amansızlıqla qətlə yetirdi
09/08/2020 [11:24]:
Azərbaycanda general VƏFAT ETDİ
09/08/2020 [11:16]:
Məşhur professordan Qazilərimizlə bağlı I vitse-prezidentə müraciət: "Ölkəm üçün titrəyirəm..."
09/08/2020 [11:13]:
48 yaşlı kişi yaşadığı evdə intihar etdi
09/08/2020 [10:54]:
400 minlik toyu ilə gündəmə gələn sabiq azərbaycanlı məmurun qızı ayrıldı
09/08/2020 [10:39]:
Koreya hücum planlaşdırır? - 5 müharibə ssenarisi
09/08/2020 [10:35]:
Belarusda kritik seçki başladı - Svetlana Tixanovskaya video-müraciət yaydı: “Necə yəni ölkəni kimsəyə vermərik?”
09/08/2020 [10:31]:
Sumqayıtda Xalq artistinin qardaşı döyülüb - FOTO
09/08/2020 [10:27]:
İqtisadçı professor Azərbaycanı Sinqapurla müqayisə etdi... - ACI REALLIQ
09/08/2020 [10:24]:
Ağalar Vəliyev Goranboyluları rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik etdi
09/08/2020 [10:19]:
Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili barədə təklif hazırlanıb, 5 əlavə ekspress xətt istifadəyə veriləcək
09/08/2020 [10:17]:
Tovuzdakı qətllə bağlı cinayət işi başladı
09/08/2020 [10:15]:
Gürcüstanda Axalkalaki hadisələri ilə bağlı istintaq başladı
09/08/2020 [10:04]:
“Beyrut limanına yüklənən selitra xarici təsir olmadan partlaya bilməzdi” - “Rhosus” gəmisinin kapitanı
09/08/2020 [09:55]:
Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölənlər və yaralananlar var
09/08/2020 [09:52]:
Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır
09/08/2020 [09:33]:
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub
09/08/2020 [09:32]:
Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi
09/08/2020 [09:31]:
Qaxda ağır qəza: Mikroavtobusla toqquşan “VAZ” yandı
09/08/2020 [09:19]:
Meksika - ABŞ sərhədində bütün zəruri infrastrukturla təmin olunmuş tunel aşkarlanıb
09/08/2020 [09:18]:
"Beyrutu partladan odur" - Türkiyəli strateqdən şok
09/08/2020 [09:07]:
Qadın döyüşçü qələbəsini ehtiraslı rəqslə qeyd etdi - VİDEO
09/08/2020 [09:05]:
Kin saxlayan və qisascıl bürclər məlum oldu
09/08/2020 [09:02]:
İsrail səhvən öz PUA-sını vurdu
09/08/2020 [09:01]:
Xəzər dənizində zəlzələ olub
09/08/2020 [08:59]:
ABŞ-ın beş prezidentinin qələbəsini öncədən xəbər vermiş professordan yeni PROQNOZ
09/08/2020 [08:57]:
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728-yə çatıb
09/08/2020 [08:46]:
Belarusda kritik seçki başladı: Tixanovskaya gizləndi, internet və telefonlar kəsilir, ölkə “tikan” üstə…
09/08/2020 [08:19]:
"Allaha və Qiyamət gününə iman bəsləyən şərab içilən süfrədə əyləşməz...”
09/08/2020 [01:08]:
Livanın üçün xeyriyyə fonduna 100 min dollar bağışladılar...
08/08/2020 [23:53]:
"Ermənistanla Azərbaycan arasında baş verənlər bu iki ölkənin öz işidir, lakin..."
08/08/2020 [23:51]:
"Bu hucumlar tolerant və sabit Azərbaycan cəmiyyətini “silkələmək” niyyəti daşıyır"
08/08/2020 [23:29]:
Mingəçevirdə birmərtəbəli ev yanıb
08/08/2020 [23:28]:
Qazaxda yanacaqdoldurma məntəqəsinin yaxınlığından minaatan mərmisi tapılıb - FOTO
08/08/2020 [23:10]:
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur”
08/08/2020 [22:38]:
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
08/08/2020 [22:30]:
ABŞ-ın Çini çökdürmək planına ƏKS HƏMLƏ
08/08/2020 [22:28]:
“Silahın hansı yolla Ermənistana satılması aydınlaşdırılmalıdır” - Cavanşir Feyziyev
08/08/2020 [22:24]:
Salyanda kişi intihar edib
08/08/2020 [22:22]:
“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu
08/08/2020 [22:00]:
Prezidentin təltif etdiyi alim Muradov kimdir?
08/08/2020 [21:57]:
Livanın baş naziri erkən parlament seçkiləri keçirməyi təklif etdi
08/08/2020 [21:37]:
Beyrutda nümayişçilər daha bir nazirlik binasına girdilər, yaralıların sayı artıb
08/08/2020 [21:37]:
Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm, Xanlar əmim”
08/08/2020 [21:12]:
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
08/08/2020 [21:02]:
“Yuventus” Sarrini qovdu
08/08/2020 [21:00]:
"Qələbə üçün əlavə fədakarlıq lazım gələcək" - Elxan Məmmədov
08/08/2020 [20:59]:
"İdarəetmə sistemində təkmilləşmə iqtisadi inkişafın dayanıqlılığının açarıdır" -Vüqar Rəhimzadə
08/08/2020 [20:36]:
Beyrutdan nümayişçilər XİN binasına girdilər, 100 nəfərdən çox yaralı var
08/08/2020 [20:24]:
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
08/08/2020 [20:22]:
Azərbaycan vətəndaşı girov götürülüb - ona işgəncə verərək ailəsindən pul tələb edirlər - FOTO/VİDEO
08/08/2020 [20:11]:
Baş Nazir: “Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək”
08/08/2020 [19:39]:
Prezidenti oğurlamağı planlaşdıran amerikalı hərbçilərə AĞIR CƏZA
08/08/2020 [19:36]:
Beyrutda baş verən partlayışda ölən və yaralananların sayı artıb
08/08/2020 [19:16]:
Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
08/08/2020 [19:15]:
Azərbaycan XİN: “Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək”
08/08/2020 [19:14]:
Baş nazirdən magistratura və rezidentura ilə bağlı mühüm qərar
08/08/2020 [19:03]:
Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
08/08/2020 [18:55]:
Samuxda “Mercedes” aşdı, sürücü xəstəxanalıq oldu
08/08/2020 [18:54]:
Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - SİYAHI
08/08/2020 [18:52]:
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
08/08/2020 [18:24]:
"Erməni dövlətinin müvafiq qurumları diaspora liderlərimizə qarşı terror aksiyası həyata keçirmək ehtimalı var"
08/08/2020 [18:05]:
AQTA 70 obyektdə pozuntular aşkarladı
08/08/2020 [18:04]:
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verib
08/08/2020 [17:54]:
Messi anti-koronavirus döşəkdə yatır
08/08/2020 [17:48]:
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı
08/08/2020 [17:39]:
Cəlilabadda yeddi hektar sahə yandı - YENİLƏNİB
08/08/2020 [17:27]:
“Ukraynanın Türk Şurasına gəlişi hər iki tərəfin marağına uyğundur”
08/08/2020 [17:25]:
Zərdabda kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar
08/08/2020 [17:23]:
Gürcülərin 12 il əvvəlki müharibəsi və biz Stepanakerti geri ala bilərikmi?
08/08/2020 [17:06]:
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib
08/08/2020 [16:57]:
Tacikistanda varis planı vaxtından əvvəl işə salınır – Rəhmon iki aya gedir?
08/08/2020 [16:56]:
“Ümid edirəm ki, məhz bu xarakter bir çox narahatçılıqları aradan qaldıracaq...”
08/08/2020 [16:53]:
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib
08/08/2020 [16:51]:
Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir
08/08/2020 [16:46]:
Aİ Şurasının Prezidenti Beyrutda səfərdədir
08/08/2020 [16:45]:
Ermənistan ordusuna 40 yaşlı muzdlular cəlb edilir
08/08/2020 [16:43]:
ABŞ-da son sutkada COVID-19-dan 1 243 nəfər ölüb
08/08/2020 [16:42]:
Fransa prezidenti Livan rəsmilərini hədələyib
08/08/2020 [16:22]:
Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə...
Bütün arxiv bir sırada
26/07/2020 [21:55] - Siyasət - ( 13019 dəfə baxılıb)

"ATƏT-in Minsk Qrupunun son bəyanatı Paşinyanın 7 şərtinə açıq dəstəkdir..."



Ermənistanın Tovuz təxribatından sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı ilə Paşinyanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü 7 şərtin həmahəng olması heç kimi təəccübləndirməməlidir. Çünki, əvvəlki Ermənistan rəhbərlərindən tutmuş indikinə qədər Dağlıq Qarabağ işğalının çözülməsinə həsr edilmiş danışıqlarda əsas məqsəd nala-mıxa vurmaqla vaxt udmaq idisə, bu qrupun da əsas işi başaldadıcı "sülh yolu" adı altında onların bu işinə dəstək vermək olub.

Ona görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı və Paşinyanın irəli sürdüyü 7 şərtə dünyanın 7 möcüzəsi kimi baxmaq lazım deyil. Sizcə, yalnız erməni "nazirbaşının" 23 iyulda irəli sürdüyü şərtlərdən bir gün sonra, 24 iyulda Minsk qrupu həmsədrlərinin bu şərtlərin "havası üstündə" bəyanat verməsi şübhəli deyilmi?   

Diqqət edin, Tovuz təxribatında dinc əhalini topa tutmuş Ermənistan ordusunu regionun ən "intellektual və döyüşkən" ordusu hesab edən Paşinyan bu şərtlərində, Ermənistan və "Artsax"ın ümumi təhlükəsizlik sisteminin daha da gücləndirilməsindən, bu istiqamətdə onların sıx əməkdaşlığından, qondarma qurumun danışıqlarda tam hüquqlu tərəfə çevrilməsindən "dəm" vurur. Ancaq Minsk qrupu həmsədrləri Paşinyanın qondarma qurumla sıx əməkdaşlıq çağrışına və bu separatçı rejimin tam hüquqlu tərəfə çevrilməsi istəyinə cavab olaraq, ona qəti şəkildə bu işğalçılıqdan əl çək demək əvəzinə, onlar həmişəki kimi baş altına yastıq qoymaqla ümumi şəkildə, "davamlı sülhə nail olmaq üçün siyasi iradə, atəşkəs rejiminə sadiq qalmaq, təxribatçı bəyanatlardan və maksimalist hərəkətlərdən çəkinmək ən yaxşı şəkildə özünü göstərir", - deyirlər.

Elə isə yaxşı, cənab həmsədrlər Ermənistan Azərbaycanın 20% torpağını işğal etdiyi halda, beynəlxalq hüquq və prinsipləri niyə qətiyyətlə əsas götürüb vahid şərt olaraq işə salmırsınız?! İşğala məruz qalan Azərbaycan hansı siyasi iradə ortaya qoymalıdır ki, bu sizi və havadarlıq etdiyiniz rəsmi İrəvanı razı salsın? Açın gözlərinizi və baxın, məgər 30 ilə yaxındır işğal olunmasına, beynəlxalq hüququ pozulmasına, yurd-yuvasından didərgin salınmış 750 min məcburi köçkünü ilə atəşkəs rejiminizə sülh xatirinə hələ də sadiq olan, Ermənistan və separatçı rejimin alçaldıcı min-bir təxribatçı bəyanatlarına və maksimalist hərəkətlərinə məruz qalan Azərbaycan deyilmi?! 

Siz, "həmsədr ölkələrin birgə səylərini açıq tənqid edən və tənzimləmə prosesinin formatında dəyişikliklər etmək konstruktiv dialoqun başlanmasına kömək etmir", deməklə, qaragözlük edib az qala küsdüyünüzü açıq biruzə verirsiniz. Bəs, 26 ildir küskün və "səy" yerinə qoyduğunuz Azərbaycan xalqı nə etsin, hansı səyinizdən yaranmış uğura, irəliləyişə alqış desin? 

Cənab "dəymədüşərlər", Paşinyan "Artsax" xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasına heç bir məhdudiyyət qoyulmamasını önə çəkərək, "Azərbaycan güzəştə getməyə hazır olduqda danışıqlar mənalı olar", deyə, öz separatçılığından əl çəkmədiyi halda, bəs, siz nədən xalqların öz müqəddəratını təyinetmə hüququndan öncə, dövlətlərin ərazi bütövlüyü prinsipinin daha üstün olduğunu onun gözünə soxmursunuz?

Təzada baxın ki, erməni "nazirbaşı" öz ölkəsinin Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayyət əməllərini tam əksinə yozaraq, güya 30 ildir davam edən münaqişədə Azərbaycan tərəfinin Ermənistanın sərhəd yaşayış məntəqələrinə, "dqr"-da yaşayan insanlara, siyasi, iqtisadi, ekoloji, hərəkət və digər hüquqlarını pozaraq, ciddi ziyan vurduğunu bildirir. Məgər, Qarabağın meşəsinə divan tutan, qızılını çıxarıb xaricə daşıyan, bununla Dağlıq Qarabağı müstəqil dövlət kimi gözə soxmağa və danışıqları siyasi oyunbazlıqla bilərəkdən dondurmağa can atan elə Paşinyan özü deyilmi? 

Dünənədək danışıqlara "vız" atmayan Paşinyan bu dəfə öz maksimalist şərtlərinin sonunda ATƏT-in üzv dövləti olan Türkiyənin bölgəni sabitləşdirmək cəhdlərini qətiyyətlə rədd edib, hiyləgərcəsinə güya, Ermənistanın sülh tərafdarı olduğunu və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə davam edəcəyini bildirir. Maraqlıdır, əgər Paşinyan belə sülhpərəst idirsə, onda onun hakimiyyətə gəldiyi gündən az sonra "Qarabağ - bu, Ermənistandır və nöqtə", deməklə, danışıqları dalana dirəməsinin səbəbi nə idi?

Bütün bu suallar onu göstərir ki, Ermənistan tərəfinin indiyədək apardığı işğalçılıq siyasətindən əl çəkməməsinə ən böyük səbəb, elə Minsk qrupunun səmərəsiz fəaliyyəti olub. Bu dəfə də Minsk qrupu həmsədrlərinin bəyanatı dolayısı ilə elə Paşinyanın 7 şərtinə açıq dəstək kimi qiymətləndirilməlidir.

Əslində rəsmi Bakı diplomatik cəbhədə yeni gedişlər edərək, tamamilə sərt şəkildə Paşinyanın 7 şərtinin və Minsk qrupunun bildirdiyi bəyanatın qarşısına BMT-nin məlum 4 qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsi və Helsinki Yekun Aktının müddüalarına əməl olunması şərti ilə çıxmalıdır. Bu şərtlə razılaşmayanlara isə BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn bütün tələblərin icra olunacağı qətiyyətlə bildirilməlidir. Yəqin ki, onda həm Paşinyan, həm də onun "havasına" güya, ağıllı-ağıllı "züy" tutan Minsk qrupunun həmsədrləri nə dərəcədə "ağıldan bəlaya" düşdüklərini birdəfəlik anlayarlar.  

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

loading...
"Bir icra başçısının məhkəmə qərarını saymaması Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir"
Beyrutdakı partlayışın daha bir görüntüsü yayıldı - VİDEO
Romantik evlilik təklifi evi kül etdi - FOTOLAR
Maskasız müştəri ona xəbərdarlıq edən qadına yumruq atdı - VİDEO
Burunsuz doğulan oğlağı "Tanrı" olaraq qəbul etdilər - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...
Cəmiyyət
“Lənkəranskini o biri dünyaya göndərdim” deyən “qanuni oğru” 8 il tez azadlığa buraxıldı - FOTO
Cəmiyyət
“Ümid edirəm ki, məhz bu xarakter bir çox narahatçılıqları aradan qaldıracaq...”
Cəmiyyət
"Dənizdə boğulanların əksəriyyəti havanın küləkli olduğu vaxtda çimərliyə gedənlər olub"
Cəmiyyət
“Ölkəmizdə hələ də maskadan istifadənin önəminə şübhə ilə yanaşan xeyli insan var”

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Həftənin ən çox oxunanları
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Bakıda özəl klinikada dəhşət: Qarabağ əlilini səhv müalicə ilə bu hala saldılar və...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247