Pandemiya xəstəxanasının həkimindən heyrətamiz açıqlamalar: “Cəmi bir həftəyə saçım ağardı”
Oxunub: 2592
27 Jul 2020 | 15:41
Pandemiya xəstəxanasının həkimindən heyrətamiz açıqlamalar:  “Cəmi bir həftəyə saçım ağardı”

Kəmalə Nəbiyeva Sumqayıt pandemiya xəstəxanasında ağlına belə gəlməyən məşəqqətli yolda həyatını təhlükəyə atan həkimlərimizdən biridir.
13 ildir, Sumqayıt şəhər 3 saylı poliklinikada çalışır. İyunun 10-dan koronaviruslu xəstələrlə işləmək üçün könüllü yazılıb.
Bu günə qədər onlarla ağır xəstənin sağalıb evinə, ailəsinə qayıtmasına səbəb olub.
Qaydalara uyğun 15 gündən sonra evinə qayıdıb, amma bir neçə gün sonra dözməyərək, yenidən xəstəxanaya üz tutub.
“Axı xəstələrim qaldı” - İndi onun beynində, ürəyində yalnız bu sözlərdir.
Klinikada növbəsindən otelə qayıdan həkimlə müsahibəm daha çox iki insanın dərdləşməsinə bənzədi. O, xəstələrin fikrini çəkən yorğun həkim, mən koronavirusdan müalicə almaqdan yorulan jurnalist.
Bütün söhbəti boyu elə bir cümləsi olmadı ki, göz yaşları axmasın. Onun həyəcanını məndən yaxşı anlayan olmazdı.

Həkim terapevt Kəmalə Nəbiyevanın koronavirus xəstəxanasının içindən bilmədiyimiz məqamlardan bəhs edən müsahibəsini təqdim edirik:

- Kəmalə həkim, necə oldu ki, könüllü olaraq belə bir yükü çiyinlərinizə aldınız? Bu xəstəxanaya gələnə kimi düşündüynünüz nə idi, gördükləriniz nə oldu?

- Sumqayıt Pandemiya xəstəxanasında öncə çalışan bir çox həkimlər virusa yoluxmuşdu, ciddi kadr çatışmazlığı var idi.
Mən bura gələnə qədər “Covid”li xəstələrin telefonla müalicəsində iştirak edirdim. Amma həmişə ambulator müalicə ilə məşğul olduğumdan stasionarda, yəni intensiv terapiya və palatada xəstələrin nələr çəkdiyinin şahidi olmamışdım.
Elə bilirdim, xəstədir, dərmanını, iynəsini vurursan, nəzarət edirsən. Burda çətin nə var ki? Biliyimə, təcrübəmə arxayın idim. Amma mən koronavirusun belə dəhşətli olduğunu təsəvvür etmirdim.

Bura sözün həqiqi mənasında sanki cəbhə nöqtəsidir, müharibədir. Heç bir xəstəxanada bu vaxta kimi, əminəm, belə mənzərə yaşanmayıb.

Xəstələrin hamısı – yaşlısı, cavanı dəhşətli qorxu, təşviş içərisində daxil olur. Onları sakitləşdirmək çox çətindir. Elə boğulmaların çoxu da bu stress fonunda olur.
Daxil olan kimi xəstəyə kim yaxınlaşırsa, əlindən ayağından tutub, “doktor, qurban olum, qoyma ölüm, kömək edin” deyirlər.
O an öz həyatım yadımdan çıxır. İlk vaxtlar ürəyim dözmürdü.
Mən o dərəcədə ağır, çapalayan xəstə görməmişdim. Çox həssas idim. Bura düşəndən cəmi bir həftəyə saçım ağardı.
Gecə də yatmırdım. Sonra özümü toparladım.

İlk xəstələrim sağalanda artıq əmin oldum, qorxularım getdi, ürəkləndim.

Xəstələrimiz evə gedəndə bizi qucaqlaya, öpə bilmirlər, amma bunu elə arzulayırlar. Bizim üzümüz maskada, eynəkdə, xəstələrim ağlayır ki, doktor bir dəfə üzünü görüm ki, sabah rastlaşanda səni tanıyım. Bilim ki, mənə ikinci dəfə həyatı kim verdi?
Mən həkimliyi anamın xəstəliyinə görə seçmişdim. Anam astma idi, onun da boğulmaları olurdu. Buna bənzər halı qismən də olsa yaşamışam, görmüşəm. Amma bu boğulma o boğulma deyil.

- Xəstələrin gərginliyi, stressi sizə də sirayət edir. Bunun qarşısında necə tab gətirirsiz? Məncə, bu xəstələrə “Covid” müalicəsi ilə yanaşı ciddi psixoloji dəstək də lazımdır...

- İşə başlayanda bütün hisslərimizi gizlədirik.
Palataya keçəndə xəstələrimi əzizləyib deyirəm: bu gün maşallah, rənginiz açılıb, nəfəsiniz xırıldamır, deyəsən saturasiyanız qalxıb.
Ölçürəm görürəm yox, saturasiya düşükdür. Amma bildirmirəm. Xəstə soruşanda, deyirəm əladır. Bəzən olur ki, elə o sözü deyəndə xəstə o qədər rahatlanır, həqiqətən saturasiya qalxır.

Məndə xroniki xəstəliyi çox olan mürəkkəb xəstələr vardı. Şükür, nəticələrim yaxşı oldu. Hər müalicəyə başlayanda deyirəm, ay Allah, nə olsun həkiməm, sən məni doğru yönləndir, indi bu xəstəyə nə lazımdırsa, beynimə gətir. Həkimlik həm də məntiq tələb edir. Xəstə ilə fərdi işləmək lazımdır.

Adi bir şok xəbər alanda, qorxanda normal insan belə təngnəfəs olur, təzyiqi oynayır, havası çatmır, saturasiyası düşür. Bu xəstəlikdə virusun özünün ağciyərləri zədələməsi ilə yanaşı, həyəcan, stress fonunda xəstədə spazmlar, boğulma daha da artır.
Çox ağır, yaşlı xəstəm olub, ona görə çox qorxurdum. Özünə deyirdim ki, burda elə ən yüngül xəstəm sənsən. Görürdüm rahatlaşır, inanır.

Bəzən özümdən razı davranıram. Xəstəyə deyirəm ki, mən elə xəstələri götürürəm ki, sağalsın. Xəstə itirməklə reytinqimi sala bilmərəm. Bunları deməyə məcburam. Heç bilmirəm bu sözləri hardan tapıb deyirəm. Xəstə də həkimə güvənir. Düşünür, hə, bu həkim yüngüllərlə işləyir, bu həkimin hələ ölən xəstəsi olmayıb. Onda o isterika, təşviş və güvənsizlik içində olmur.
Bəzən xəstələr həyat hekayələrini bizə danışırlar, həyatlarından xatirələr yadlarına düşür; hamısı zəhmətkeş, əziyyətli həyat sürüb. Amma yenə o xəstə halları ilə kimi ərini, kimi övladını düşünürdü. Bizim millətin insanları hər şeyi düşünür, bir özlərindən başqa.

- Bəs sizi kim sakitləşdirir? Həkimlər bir-birinə necə dəstək olur?
- Biz həkimlər onsuz da vəziyyətin əsl üzünü görürük, bilirik. Bir-birimizə necə ümid verək? Eləcə Allaha yalvarırıq. Noolar, bu gün təcili yardım gəlməsin, xəstə gətirməsin. Bitsin bu. Amma bitmir (göz yaşlarını saxlaya bilmir).
Rentgenə, KT-ə xəstələri göndəririk, müalicənin nəticələrinə baxaq. 5 xəstə göndərmişik, o xəstənin yerinə təcili yardım 7 xəstə gətirir. Heç 1-2 saat çəkmir. Deyirik, vallah yer yoxdur. Təcili yardım həkimi deyir, nə vicdansız adamsan, bəs bu xəstə evdə ölsün? Evimə aparım xəstəni? Bu sözlərə layiq olmaya-olmaya onu eşitmək işgəncədir. O sözün ağırlığı adamı əzir. Axı mən burda döyüşürəm. Bəs xəstəni hara yerləşdirək, dəhlizə, döşəməyə?
Mən heç təcili yardımı da qınamıram. Onlar evdə həqiqətən görür ki, xəstə boğulur...

- Bu qədər ağır xəstənin olmasına səbəb nədir? Səhvlər, yanlışlıqlar nədədir?

- Çox xəstələr kənardan yanlış müalicə aldıqdan sonra gəlir. O müalicə ki, xəstəni daha da ağırlaşdırıb. Niyə bizim insanlar elə bilir ki, xəstəxanaya gedəndə öləcəklər?
Ölən özünü gecikdirəndir, ölən ağır yanaşı xəstəlikləri olanlardır. O xəstələrin orqanizmi həkimə imkan vermir ki, müalicə etsin. Orqanizm özü imtina edir. Burda həkim çarəsizdir.
Nəfəs ala bilməyənləri, boğulma sindromu olanları daha çox gətirirlər. Çox xəstələrdə qorxudan spazm boğulma olur.
Bəzən natri-xlora vitamin C qatırdım, köçürürdüm, xəstəyə deyirdim, sənə deksametazon vurdum, bu dəqiqə bronxun açılacaq.Həqiqətən də bronxu açılırdı.

- Yeri gəlmişkən, artıq deksametazon koronavirusun müalicəsində təsdiqlənmiş ikinci dərmandır. Sadəcə insanlar onu evlərdə çox istifadə edir. Xəstəxanada hansı xəstələrə tətbiq edirsiz və həqiqətəmi effektlidir?

- Ən güclü, yüksək dozalı dərmanları, hormonal preparatları xəstələrə yükləmək, onların gələcək sağlamlıqlarını təhlükə altına qoyur.
Heç kim bilmir ki, bu xəstə 3-5 ay sonra yenidən yoluxmayacaq, ya pnevmoniya olmayacaq, ya başqa xəstəliklə xəstələnməyəcək. Ən yüksək molekul hormonal dərmanları bu gün versək, sonra onu nəylə müalicə edəcəyik? Hormonal preparatı sona saxlamaq lazımdır.
Uzun müddət eufillin, deksametazon vurmaq asılılıq yaradır.Ümumiyyətlə, hormon preparatlarını hər xəstəyə, xüsusən zob, şəkər xəstələrinə vurmaq olmaz.
Hormonal dərman orqanizmə düşəndə böyrəküstü vəzilər tənbəlləşir. Vəzilər artıq qanda həmin hormonun olduğunu görür və işləmir. Təbii hormonu ifraz etmir. Orqanizm sonradan istəyir ki, hər şey ona kənardan hazır gəlsin.
Əgər mən xəstəni deksametonsuz müalicə edəcəyəmsə, niyə istifadə edim. Bu iynəni mən artıq başqa yolum olmayanda edirəm. Bir də var ki, evdə hələ təzə yoluxub, xəstəyə sistemə deksametazon qatıblar.
Yenə də deyim ki, koronavirusun müalicəsində həkim, dərman və psixoloji dəstək 50-50 ə təsir edir. Xəstəni sözlə sağaltmaq lazımdır. Mən xəstələrimə idman etdirirəm, qoymuram uzansınlar. Tapşırıram ki, bir-birinizin kürəyinə arxadan vurun, ağciyərlər üçün yaxşıdır.
Telefonu kənara qoyun, xəbərləri izləməyin, neqativ şeylər oxumayın. Xüsusən xəstəxanada yatan xəstələr gərək, gündəlik xəbərləri, ölüm, yoluxma sayını oxumasın.
60-70 faiz ağciyəri zədələnmiş xəstərimiznəyin hesabına sağaldı: sənin heç nəyin yoxdur, ən yüngül xəstə sənsən sözlərindən.

- Ən ağır, yadda qalan xəstələriniz və itirilən xəstələrdən sizə ən çox təsir edəni kimlər olub?

- Bizdə digər şöbədə həkimimizin ağır qadın xəstəsi var idi. Elə yalvarırdı ki... “Məni yetimimə salamat göndərin”. Qadın “Sədərək”ə gedib yoluxmuşdu. Gəlib evdə tək tələbə oğlunu yoluxdurmuşdu. Xocalı köçkünü idilər.
Sonradan oğlu da xəstəxanaya düşdü. Anası sağalırdı, oğlan da müalicə olurdu. Amma sonra nə baş verdisə, oğlanın vəziyyəti 2 günün içində ağırlaşdı. O çox qorxdu. Qəfildən o uşaq öldü. Qorxu fonunda insult oldu, ürəyi dayandı.
Bu oğlanın ölümünə elə yandıq ki... Xocalıdan əziyyətlə bu yerə gəlib çatan ailənin faciəsi idi.
Oğlan şəkər xəstəsi olmaya-olmaya şəkəri yüksəldi və heç cür sala bilmədik.
Bu ilk deyil. Koronavirusda mən bir neçə dəfədir belə klinik gedişatın şahidi oluram. Yaşa baxmayaraq, şəkər olmaya –olmaya şəkər anidən yüksəlir. Hələ bu xəstəlikdə müəmmalı məqamlar çoxdur.

- Xəstələriniz əsasən harada, necə yoluxduqlarını deyirlər?

- İndi ən çox evlərdə, ailə içi. Xırdalandan bir xəstəm var idi, xəstə kök, şəkər xəstəsi idi, and-aman edirdi ki, doktor, 2 aydır evdən küçəyə çıxmamışam. İnandım, çünki dizindən əməliyyat olunmuşdu, harasa getməsi mümkün deyildi.
Onu qızı yoluxdurmuşdu. Qızı da xəstə idi. İnsan var yoluxur, xəstələnmir, ya gec büruzə verir. Amma o yoluxdurucudur. Qız da deyir marketə getmişəm, başqa heç yerə.
Bir də görürsən bir ana zəng edir, azyaşlı uşaqda filan-filan əlamətlər, qızdırma və s var. Dərhal deyirəm ki, o koronaya yoluxub, uşaq yüngül keçirəcək, amma onu təcrid edin. Sonra yazır ki, yox, başqa pediatra apardıq, dedi qurddandır. Mən də heç bir şey demədim. 2 həftə sonra həmin qadın zəng edir ki, bəs biz yoluxduq.
Bəs mən deyirdim axı o uşaq virusludur, vaxtında tədbir görmədin. O qurd tapan pediatr da yoluxdu bəlkə də, uşağın ailəsi də.
İnsanların çoxu xəstəliyi ciddiyə almır. 2-3 həkimlə danışır, hansının sözü ona xoş gəlirsə, asan gəlirsə, ona inanır.
Evdə oturan yaşlıları kim yoluxdurur? Ailənin çölə çıxıb gedib-gələn üzvləri, oğlu, gəlini, hətta balaca nəvəsi.


- İnsanlarımızın immuniteti necədir? Heç normal immunitetə malik xəstəniz olubmu? Profilaktik olaraq nə etməlidirlər ki, virusa yoluxmasınlar?

- Profilaktik olaraq heç bir dərman, antibioitk, antiviral preparat qəbul etməyin.
Kimsə deyəndə ki, doktor gedim profilaktik olaraq Azitmorisin içim. Deyirəm yox, niyə içməlisən.
Azitmorisini indidən içsən, yoluxanda nə edəcəksən?
Profilaktik olaraq nə edə bilərsiz: yoxlanın. Qanın azdır, qanını artır. Şəkərin çoxdur, şəkərini sal. Özünü toparla. Vitaminin, fermentin çatışmırsa, onu qəbul et. Orqanizm özü mübarizə aparmalıdır. İmmunomodulyatorlar lazım deyil.
Evlərdə profilaktika məqsədilə və ya xəstəliyi yüngül keçirən xəstələrə, xüsusən gənclərə çoxsaylı infuziya, sistemlər, vitaminlər, sistemin içində 10 cür dərman qarışdırıb vurmağın qəti əleyhinəyəm.
Biz öz tariximizə, kökümüzə baxsaq, virus və zökəmdə nələr istifadə ediblər, ilk başda onları etməliyik: əvəlikli isti sulu yemək, şorbalar, mürəbbəli çaylar, bitki çayları, nanə dəmləməsi, itburnu, qatıq sarımsaq, soğan yeyin. Brokkoli kələm çox istifadə edin. Hər gün ət yemək olmaz.
Tərəvəzləri bol edin. Meyvə şirələri, kompotları edib için.
D vitamini günəşdədir, C vitamini qidalardadır.
12 günə yüksək dozalı D vitamini qəbul etməklə, siz virusdan qaça bilməyəcəksiz. Gecdir artıq. Bunu əvvəldən etmək lazımdır. Amma indi bildiniz ki, immunitetə nə lazımdır. Günəş şüası altında gəzin.
Hərəkətsiz olmayın.
Bizə tam sağlam, əlavə problemi olmayan xəstə gəlməyib. Problem çoxdur, saymaqla bitməz.
Xüsusən qadınlarda qabırğalararası əzələlər hansı ki, ağciyərlərin də hərəkətliliyini, elastikliyini təmin edir, o zəifdir, yorğundur. Vaxtından tez tonusdan düşüb. Daxili orqanlar piylə örtülüb. Qolunu qaldırırsan , əzələ işləmir. Ağciyərlər tənbəlləşib, nəfəs almağa sanki “can çəkir”.
Azərbaycan qadını fədakar ana, övladdır, bəli, dəyərli xanımlardır. Amma heç özlərinə baxmırlar, özlərini düşünmürlər.
Xəstələrin çoxuna korona bəhanə idi. Onlar çox əvvəldən xəstə idilər və xəstəxanaya da xəstəliklərlə gəlirlər.
Qan dövranı yaxşı işləyən xəstə görmədim.
Psixoloji problemlə gəlirlər, evdarından tutmuş vəzifəlisinə qədər. Nevroz, panikatak. Xəstə ölüm ayağındadır, oğlunun, gəlininin probleminin dərdini çəkir. Bu dəqiqə sən özünü düşünməlisən, dünyanın mərkəzi sənsən. İmkan ver xəstəliyinlə məşğul olaq.
Bizim insanlar ildə bir dəfə çek upolunmurlar. Bilmirlər ki, bədənlərində nə var. İnanın ki, koronavirus olub xəstəxanaya düşəndən sonra xəstə bilib ki, şəkəri var,anemiyası var. Korona olandan sonra ürəyinin xəstə olduğu aşkarlandı. O qədər xəstələr olub, KT olunub, ağciyərində şiş çıxıb və ya zobu var, bilmir.
Xəstədən anamnez soruşa bilmirik, heç nə bilmirlər, yanlış məlumat verirlər.
İldə bir dəfə çek up olunsalar, ildə bir dəfə sağlamlıqlarına bir az vəsait xərcləsələr, həm vaxtında xəstəliklərindənxəbərlərləri olar, həm həkimə müalicə üçün asan olar, həm də belə pandemiya dövründə ağırlaşmazlar.
Qəfləti ölümlərin səbəbini ona görə biz tapa bilmirik, ona görə xəstəni sürətlə itirdik. Bu kimi məqamlar bizim işimizi çətinləşdirir.
Sağalanları da çox çətinliklə sağaltdıq. Bilmədik Covidi sağaldaq, yoxsa şəkər, qan, böyrəklə məşğul olaq?
95% xəstə buket xəstəliklərlə gəlir. 50% -i heç bilmir ki, onun yanaşı xəstəliyi var. Biz yenidən müayinə, diaqnoz, təzədən başqa müalicə ilə məşğul oluruq.- Belə bir fakt eşitdik ki, çox yüksək vəzifəli bir ailənin üzvü sizin xəstəxanaya gəlib, 1 gün sonra onun yaxınları xəbər tutanda, mötəbər yerlərdən zənglərlə Bakıda daha prestijli xəstəxanada yer tapıblar. Amma xəstə getməkdən imtina edib...

- Qadın xəstə bircə gün idi gəlmişdi. Bir də gördüm, şöbə müdiri məni axtardı bu xəstəyə görə. Sözün açığı, narahat oldum. Bir deputat zəng etmişdi, xəstənin köçürülməsi üçün danışıqlar aparırdılar. Amma xəstə elə şöbə müdirinin yanında həmin şəxsə dedi ki, artıq mən bura yerləşmişəm, müalicə həkimimdən razıyam. Həmin an sevindim. Əgər getsəydi, qüruruma toxunmuş olardı. Həmin xəstə sağaldı. Özüm ona bir gün öncədən proqnoz verirdim: sabah hərarətin düşəcək. Həqiqətən elə olurdu.

- Nə vaxta kimi ön cəbhədə qalmaq fikriniz var? Belə deyirlər ki, bu meydana bir girən, daha çıxa bilmir. Vicdanı, ürəyi yol vermir...

- Bəli, mən könüllü gəldim. Qaydalara görə 15 gün işləyib, sonra test veririk, 2 həftə karantində qalıb evə getməliydim. Mən 15 gün qala bilmədim. Xəstələrim var idi, onları sona çatdırmalıydım. Axı xəstə də istəmir bir həkimdən başqa həkimə keçsin.
Baxmayaraq ki, gəlməyə bilərdim, amma ürəyim dözmədi. Peşman da deyiləm.
Döyüş meydanını yarımçıq qoyub çıxmaq olmaz. Bu müharibənin də öz generalları, əsgərləri var.
Çox ümid edirəm ki, üzü payıza vəziyyət düzələcək.

Əvvəlki həyatımıza qayıdaq, o qədər toyu olmalı yaxınlar var, qalıb. O toylara getmək bizə nəsib olsun.
Biz heç vaxt bilməzdik, dünyamız belə olacaq. Gələcəyimizi də bilmirik. Deməli, belə bir şey ola bilərmiş. Bu sınaq bizə dərs olmalıdır.
Həyat tərzimizi dəyişməliyik. Pul qazanırıqsa, onun bir qismini sağlamlığımızaxərcləməliyik. İnandırım sizi, xəstələr oldu ki, sağ qalması üçün nə imkanı var verməyə hazır idi, amma koronavirus pula, imkana baxmadı.
Bu virus seçim də etmir: nazir, deputat, polis, həkim, varlı, kasıb, işli, işsiz.
Virusun müsbət tərəfləri də oldu: bu gün klinikalar doludur, hərə bir analiz verir, Rentgen, KT, USM-dən keçirlər.Sağlamlıqlarının qeydinə qalırlar. Bunu hər il etmək lazım idi. İkinci müsbət cəhət isə odur ki, Azərbaycan həkimləri son 20 ildə belə sevilməmişdi. İndi dəyərli olduq. Bu qədər alqış almamışdıq. Covid bitsə də, kaş ki, həkimlərə olan inam, hörmət bitməsin.(unikal.org)


Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA