“Versace” Dağlıq Qarabağda fəaliyyətə başlayır
“Versace”
Dağlıq Qarabağ ərazisində yüngül sənaye məhsulları istehsal etməyi
planlaşdırır. İlkin məlumatlara görə, italyan şirkəti tekstil, xalça, geyim və
s. profillərdə fəaliyyət göstərəcək. Separatçı rejimin baş nazirin müavini
“Versace” nin fəaliyyəti üçün hər bir şəraiti yaradacağıni və qarşılıqlı
əməkdaşlığın qurulmasında maraqlı olduğunu da sözlərinə əlavə edib.
Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS
PRESS-ə açıqlamasında “Versace” şirkətinin Azərbaycanın işğal olunmuş
ərazilərində fəaliyyət göstərməsindən xəbərdar olduğunu bildirib: “Bu məsələ
XİN tərəfdən araşdırılır. Azərbaycanın İtaliyadakı səfirliyinə, bu barədə
təlimatlar vermişik. Məsələ araşdırıldıqdan sonra, ictimaiyyətə məlumat veriləcək”.









