Kim Mikayıl Cabbarovun, Fuad Muradovun, Ceyhun Bayramovun şadlıq sarayının yerini göstərə bilər?
Oxunub: 4538
28 Jul 2020 | 11:48
Kim Mikayıl Cabbarovun, Fuad Muradovun, Ceyhun Bayramovun şadlıq sarayının yerini göstərə bilər?
Təxminən 8-9 il əvvəl Xızı rayonunun Qızılqazma kəndində olanda, bu ərazini yaxşı tanıyan tələbə dostum nəhəng bir villanı göstərib, belə demişdi: “Keçmiş Səhiyyə naziri Əli İnsanovun evidir. Gəlib-gedən olmadığı üçün baxımsız vəziyyətdədir”.

İki il əvvəl şimal bölgəsində qonaq olanda, dostlarla Qubadan Qusara getməyə qərar verdik. Mənzil başına çatmağa bir neçə kilometr qalmış yolun kənarındakı nəhəng villa diqqətimi cəlb etdi. Vaxtilə Nəqliyyat Nazirliyində məsul vəzifə tutmuş tanışım dərhal izahat verdi: “Ziya Məmmədovun villasıdır”.

Oxşar situasiya ilə iki il əvvəl Göygöl rayonunda da qarşılaşmışdım. Yerli əhali arasında Mixaylovka kimi məşhur olan Dəyirmanlar kəndindən keçəndə, samuxlu tələbə yoldaşım dəbdəbəli bir villanı göstərib, belə demişdi: “Sabiq Vergilər naziri Fazil Məmmədovundur. Amma çoxdandı gəlib-getmir. Bəlkə də burda villasının olduğu yadından çıxıb”.

Keçmiş Kənd təsərrüfatı naziri Heydər Əsədovun “Hökumət Evi”nin ekiz tayı olan villası haqda da yazmışam. Bakıda o cür nəhəng villa görmədiyim üçün yeri dəqiq yadımdadır; Binəqədi rayonundakı 30 nömrəli məktəbin yaxınlığında yerləşir. Bəzən nabələd adamlar villa ilə məktəbi dəyişik salırlar. Deyilənə görə, villanın ərazisi o qədər genişdir ki, 1360 şagird rahat təhsil ala bilər.

Burda təəccüblü, qeyri-adi heç nə yoxdur. Əgər Azərbaycanda yeddi il nazir işləmisənsə, yığdığın yeddi arxa dönəninə bəs etməlidir. Bizim ölkəmizdə nazir sözü uzun illər rüşvətxor və korrupsioner sözü ilə assosiasiya olunub...

Mən nikbin adamam. Sonuncu cümləni keçmiş zamanda tamamlamağım da sırf bu amillə bağlıdır. Son illər start götürən islahatların sayəsində Azərbaycanda korrupsioner məmurların “kökü” kəsiləcəyinə ümidim artıb. Ziya Məmmədov kimi nazirlər bir-birinin ardınca “arxivə” göndərilir. Elmar Məmmədyarovun biabırçı şəkildə işdən qovulması bu prosesin dönməz xarakter aldığını söyləməyə əsas verir.

Sizin Məmmədyarovun əməllərindən xəbəriniz varmı? Rüşvətxor məmurların, qudurğan biznesmenlərin yekəxana uşaqları neçə illərdi Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında kef edirlər. İnanıram ki, Ceyhun Bayramov bu haqsızlığa son qoyacaq. Əminəm ki, vaxtilə direktorları işə imtahanla götürən, təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təmənnasız təyin edən Ceyhun müəllim bu dəfə də XİN-in qapılarını kasıb ailələrdə böyüyən savadlı gənclərin üzünə açacaq. Axı ortada istinad edə biləcəyimiz müsbət nümunə var...

Dünən ölkəmzidə daha bir gənc kadr nazir postuna təyinat aldı. Mən Emin Əmrullayevi tanımıram. Amma tanıyanlar yaxşı adam kimi xarakterizə edirlər. Bilirsiniz, diqqətimi ən çox cəlb edən nə oldu? Ən azı 30 nəfər Emin müəllimlə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşdı. Ən azı 40 nəfər yeni nazirlə bağlı köhnə xatirələrini bölüşdü. Ən azı 50 nəfər Emin Əmrullayevə öz adı ilə müraciət edib, onunla dost olduğunu diqqətə çatdırdı. Deməli, əlçatandır. Deməli, “köhnə qvardiya”nın mühafizəkar nümayəndələri kimi ətrafına betondan hasar çəkməyib.

Biz bu mövzuda çox mübahisə etmişik. Bəzən məndən kadr dəyişikliklərinin müsbət tərəflərinin nədən ibarət olduğunu soruşurlar. Fikrimi sadə misallarla izah etməyə çalışacam. Allaha ağır getməsin, yeməyə çörək tapmayan ailələr tanıyırdım ki, indi uşaqları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışırlar. Mikayıl Cabbarov 2017-ci ildə Vergilər naziri təyin olunandan sonra bu qurumun qapılarını bütün savadlı gənclərin üzünə açdı. Gənc və perspektivli kadrların işə qəbulu ilə bu nazirlik “papanın gül balaları”nın oylağı olmaqdan şıxdı. Siz də razılaşarsınız ki, vergi müfəttişləri Fazil Məmmədovun dövründə olduğu kimi indi camaatın qanını sormur.

İslahatların İqtisadiyyat Nazirliyində və bu qurumun tabeliyində olan idarə və müəssisələrdə davam etməsi iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. Ola bilməz ki, çəkilən zəhmət yerdə qalsın...

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız 15 gündə müxtəlif ölkələrdə yüzə yaxın aksiya keçirib. Fuad Muradovun rəhbərlik etdiyi Komitədən saytımızın elektron poçtuna hətta gecə 3-də də məlumatlar daxil olur. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə birlikdə gecə-gündüz erməniləri ifşa etməklə məşğuldur. Bilirsiniz, effektiv işləmək niyə mümkün olur? Çünki sələfindən fərqli olaraq, Fuad Muradov pulla, tanışlıqla heç kimi işə götürməyib, kadr seçimində həmişə savada, peşəkarlığa üstünlük verib...

Mən inanıram ki, hətta ən qərəzli adam da Sahil Babayevin Füzuli Ələkbərovdan, İnam Kərimovun Heydər Əsədovdan pis işlədiyini iddia etməz. Sevindirici haldır ki, bu adamların heç birinin adı rüşvət və korrupsiyada hallanmayıb. Kim Mikayıl Cabbarovun, Fuad Muradovun, Ceyhun Bayramovun hansısa banka, restorana, şadlıq sarayına sahib olduğunu deyə, həmin obyektlərin yerini göstərə bilər? Şəxsən mənə belə bir fakt məlum deyil.

Mən jurnalistlərin binasından ev almayan, fəxri adı olmayan, sinəsindən orden-medal sallanmayan təmənnasız bir qələm adamıyam. Heç bir vəzifədə gözüm yoxdur. Tək istəyim odur ki, ölkəmiz haram pulu əlinin arxasıyla geri itələməyi bacaran məmurlar tərəfindən idarə olunsun. İstəyirəm ki, bu ölkədə insanlar savadına, qabiliyyətinə görə vəzifə tutsun. İstəmirəm ki, övladlarım hansısa korrupsioner məmurun “kruq”una daxil olmadığına görə gələcəkdə işsiz qalsın. İstəmirəm ki, nazirlərin, deputatların uşaqlarının üzünə taybatay açılan qapılar sıravi bir jurnalistin övladlarının üzünə bağlı olsun. İstəyirəm ki, savadlı, ləyaqətli gənclərin üzünə bütün qapılar açıq olsun...

Məncə, bunun yolu həm də korrupsioner və rüşvətxor məmurlarla mübarizədən keçir. İslahatçı məmurlara dəstək vermək bu kampaniyanın tərkib hissəsidir...

Seymur VERDİZADƏ
Oxşar xəbərlər
23:22, Bu gün
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
23:17, Bu gün
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
23:12, Bu gün
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
23:07, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
23:02, Bu gün
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
GÜNLÜK
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO