Bakının kriminal gündəmi
Moderator.az həmin xəbərləri təqdim edir:
Sentyabrın 10-u saat 07 radələrində Sabunçu rayonu
Şəhər Şosesi küçəsində Hacıqabul rayon sakini Azad Şıxıyev idarə etdiyi
«VAZ-21063» markalı avtomobillə Bakı şəhər sakini Sabir Məmmədovu vurmuş və o
aldığı xəsarətdən 3 saylı xəstəxanada ölüb.
Sentyabrın 10-u saat 15:40 radələrində Yasamal
rayonu Yeni Dairəvi yolda Abşeron rayon sakini Kəmalə Ağakişiyeva idarə etdiyi
«Nissan» markalı avtomobillə Mingəçevir şəhər sakini Həsən Salahovu vurmuş və o
aldığı xəsarətdən hadisə yerində ölüb.
Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq)
maddəsilə axtarışda olan Rəhman Quliyev tutulub.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə
axtarışda olan Rəna Axundova tutulub.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə
axtarışda olan Tərlan Comərdov tutulub.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə
axtarışda olan Elşən Cəfərov tutulub.
İyunun 25-də Maştağa qəsəbə sakini Xanım
Quliyevanın evindən açıq qapıdan keçmək yolu ilə qızıl-zinət əşyaları, təqaüd
kartı və 300 manat oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Tərtər rayon
sakini İbad Haqverdiyev və Bakı şəhər sakini Oktay Mirzəliyev tutulub.









