Xəbər lenti
05/08/2020 [07:35]:
Yaxşı qonşu olmağın yolu...
05/08/2020 [00:28]:
Bu gündən SMS icazə sistemi ləğv edilir
05/08/2020 [00:18]:
Azərbaycanda karantin rejimi qismən yumşaldıldı
04/08/2020 [23:53]:
"Hərbi zəfər paradının Şuşada, Xankəndində qeyd ediləcəyi gün uzaqda deyil"
04/08/2020 [23:47]:
Beyrut partlayışdan sonra - FOTOLAR
04/08/2020 [23:40]:
Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04/08/2020 [23:21]:
Beyrut partlayışında erməni baş katib öldü
04/08/2020 [23:09]:
Tovuzda azyaşlını avtomobil vurdu
04/08/2020 [23:07]:
İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
04/08/2020 [22:49]:
Belarusda saxlanan Rusiya vətəndaşlarının günahı sübut edilməyib - Rusiya XİN
04/08/2020 [22:44]:
Beyrutun xəstəxanaları yaralılarla dolub
04/08/2020 [22:00]:
ÜST tibbi maskanı həmrəylik rəmzi elan etdi
04/08/2020 [21:53]:
Ermənistan parlamentində biabırçılıq: “Dayı” sözünün üstündə kütləvi dava düşdü - VİDEO
04/08/2020 [21:50]:
Livandakı partlayışda ölənlərin sayı artıb - FOTO/VİDEO
04/08/2020 [21:13]:
Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub
04/08/2020 [21:11]:
Şahin Mustafayevlə İranın İqtisadi İşlər və Maliyyə naziri arasında telefon danışığı olub
04/08/2020 [21:07]:
Livandakı partlayışda 6 nəfər ölüb
04/08/2020 [21:05]:
Bakı metrosu avqustun 31-dək işləməyəcək
04/08/2020 [20:54]:
Çinin uyğurlara qarşı siyasətinə etiraz olaraq “Huawei”lə əməkdaşlığına son qoydu...
04/08/2020 [20:54]:
Kürdəmir sakinindən 29 kq-a yaxın narkotik vasitə götürülüb
04/08/2020 [20:51]:
"Bu lüğət hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir"
04/08/2020 [20:35]:
Beyrutda pirotexniki maddələr anbarında dəhşətli partlayış - ANBAAN VİDEO
04/08/2020 [20:32]:
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
04/08/2020 [19:43]:
Çinin aparıcı həkimləri Azərbaycana gəldi - FOTOLAR
04/08/2020 [19:26]:
9 illik orta təhsil bazasından xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat uzadılıb - YENİLƏNİB
04/08/2020 [19:25]:
Əkin sahələrindəki zərərli orqanizmlərə qarşı kimyəvi dərmanlama aparılıb
04/08/2020 [19:22]:
Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər
04/08/2020 [19:21]:
Millət vəkili aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərdi
04/08/2020 [19:18]:
ÜST Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb
04/08/2020 [19:17]:
Los-Ancelesdə şənlikdə atışma olub
04/08/2020 [19:16]:
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
04/08/2020 [19:14]:
Lukaşenko: “Planetimiz istənilən an “partlaya” bilər”
04/08/2020 [19:12]:
Heydər Əliyev hansı səhvlərini  ETİRAF ETDİ?..- TARİXİ İBRƏT...
04/08/2020 [18:43]:
XİN: BMT BA-nın pandemiyaya həsr olunmuş xüsusi sessiyası davam edir
04/08/2020 [18:42]:
Bu meyvəni yeyin, təzyiqdən xilas olun
04/08/2020 [18:41]:
Samir Şərifov: “Uşaq bağçalarının yemək və kommunal xərclərinə xeyli qənaət edilib”
04/08/2020 [18:38]:
Sərt karantin günlərində 667 nəfər cərimələnib - VİDEO
04/08/2020 [18:37]:
Samir Şərifov: "Qeyri-ərzaq malları mağazalarının fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar veriləcək"
04/08/2020 [18:36]:
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib
04/08/2020 [18:34]:
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılıb
04/08/2020 [18:33]:
Səhiyyə xərcləri artırılır - RƏY
04/08/2020 [18:32]:
Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
04/08/2020 [18:30]:
Maliyyə qənaəti Fonda transfertin daha 238 mln. manat azalmasına imkan verib
04/08/2020 [18:17]:
Ağstafada hərbçilər üçün bayram süfrəsi - FOTOLAR
04/08/2020 [18:14]:
“Onlar həm bələdiyyə, həm də dövlət torpaqlarını qeyri-qanunu şəkildə mənimsəyiblər”
04/08/2020 [18:02]:
MTRŞ: “Space” telekanalının yayımı 3 saat dayandırılacaq
04/08/2020 [18:01]:
Nazir: “Biz məsələlərə daxili borcun bir qədər artması, xarici borcun azalması kontekstindən baxırıq”
04/08/2020 [17:57]:
"Təhsildə qiymətlərin artırılmasının deyil, endirilməsinin tərəfdarıyam..."
04/08/2020 [17:56]:
Rusiya XİN: Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib
04/08/2020 [17:55]:
De Byazinin köməkçisi: "Ayda 10 gün Azərbaycanda işləyəcəyəm"
04/08/2020 [17:46]:
“Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik” -Şəhid anası...
04/08/2020 [17:35]:
"Çimərliklərə icazənin verilməsini lağa qoymaq cahillikdir"
04/08/2020 [17:30]:
"Buranı partlatmayın, yoxsa Vladivostoka qədər alışacaq..." - Lukaşenko Rusiyanı yanğınla hədələdi
04/08/2020 [17:24]:
Azərbaycanda koronavirusa yeni 226 yoluxma faktı qeydə alınıb - 5 nəfər vəfat edi
04/08/2020 [17:20]:
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər”
04/08/2020 [17:06]:
Paşinyan silah şöbəsinin rəisindən keçmiş “baş çekist”ə qarşı istifadə etmək niyyətindədir
04/08/2020 [16:47]:
“9 avqustdan sonra Lukaşenko yenidən öz prezidentliyini elan edəcək və ...”
04/08/2020 [16:26]:
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB
04/08/2020 [16:22]:
İlham Əliyev deputat Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb
04/08/2020 [16:20]:
Prezidentdən məktəb-liseyin yenidən tikilməsi ilə bağlı SƏRƏNCAM
04/08/2020 [16:19]:
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
04/08/2020 [16:18]:
Çimərliklərdə monitorinqlər keçirilib
04/08/2020 [16:16]:
Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur... - FOTOLAR
04/08/2020 [16:06]:
"Rafiq yeganə aparıcıdır ki, onu 2 dəfə mərkəzi televiziyaya aparıcı olmağa dəvət ediblər"
04/08/2020 [15:50]:
DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA
04/08/2020 [15:45]:
"İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub"
04/08/2020 [15:43]:
AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə müraciət edib
04/08/2020 [15:10]:
“Bakıda yaşıllıqların artırılmasına o qədər ehtiyac var ki...”
04/08/2020 [15:07]:
Masallı sakini tiryəklə tutuldu - VİDEO
04/08/2020 [15:06]:
Göygöl sakini arı sancmasından öldü
04/08/2020 [15:03]:
“Bir neçə gün öncə zəng vurdum telefona cavab vermədi, sən demə...”
04/08/2020 [15:01]:
Lukaşenko Belarus xalqına müraciət edib - VİDEO
04/08/2020 [15:00]:
"O, özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə elə bir psixoloji əlaqə yarada bilirdi ki..."
04/08/2020 [14:59]:
İdmançımız dünyanın 20 ən güclüsü siyahısında
04/08/2020 [14:36]:
İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib
04/08/2020 [14:27]:
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
04/08/2020 [14:26]:
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
04/08/2020 [14:22]:
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - FOTO
04/08/2020 [14:19]:
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
04/08/2020 [14:18]:
Masazır qəsəbəsində qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
Bütün arxiv bir sırada
01/08/2020 [09:22] - Cəmiyyət - ( 1258 dəfə baxılıb)

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür



Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 

Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Trend müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə nəzər salır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. 

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.(modern.az)

loading...
“Bəzi məmur və deputatlar orta-ağır vəziyyətdə reanimasiyadadırlar..."
"190 manatı işsizlərə və aztəminatlara çox görən hökümət nə etdiyinin fərqində deyil..."
DYP pərdəyə görə 150 manat cərimə yazdı - Sürücü şikayət etdi...
50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq edilə bilər...
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı...
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Beyrut partlayışında erməni baş katib öldü
Cəmiyyət
“Onlar həm bələdiyyə, həm də dövlət torpaqlarını qeyri-qanunu şəkildə mənimsəyiblər”
Cəmiyyət
“Bir neçə gün öncə zəng vurdum telefona cavab vermədi, sən demə...”
Cəmiyyət
Tanınmış ilahiyyatçının qızı dünyanın nüfuzlu universitetinə qəbul olundu...
Cəmiyyət
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti...
Yazar
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
İlham İsmayıl
Moskva Paşinyanın yerinə adamını tapdı...
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
Erməni generaldan hiyləgər etiraf: “Deyəsən, indi Ermənistan tək qalıb...”
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247