"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
Müsahibə
Oxunub: 6455
01 Aug 2020 | 11:46


Avqustun 2-də Xalq artisti Fəxrəddin Manafovun 65 yaşı tamam olur. Yubiley münasibəti ilə aktyoru təbrik edir, onunla müsahibəni təqdim edirik.

- Fəxrəddin müəllim, söhbətimizə müəlliminizlə, Vaqif İbrahimoğlu ilə başlamaq istəyirəm. Onu necə xatırlayırsınız?

- Vaqiflə yaş fərqimiz o qədər də çox deyildi. Altı yaş fərqimiz vardı. Onunla “sən”lə danışırdıq. Hər halda aramızda müəllim, tələbə söhbəti yox idi. Onda əsgərlikdən təzə qayıtmışdım. Mən ona lazım idim, o isə mənə artıqlaması ilə lazım idi. Aktyor evində kinomexannik işləyirdim. İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli oturmuşdular. Onlar hamısı bilirdilər ki, mən orda işləyirəm. Ancaq birdən-birə mən Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fərhada deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o, da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi.

Çox istedadlı və güclü zehinə malik insan idi. Vaqif həyat yoldaşı ilə Montində kirayə ev tutub qalırdı. Onunla hər gün işdən çıxıb metro ilə evə gedirdik. Sahil metrosundan Montinə qədər olan dörd dayanacaqda Vaqif 200, 300 səhifəlik kitabı mənimlə söhbət edə-edə, tamaşa haqqında danışa-danışa, məni hazırlaya-hazırlaya bitirirdi. Və o kitabı elə belə oxumurdu. Hər şey əzbərində, yadında qalırdı. Bir sözlə dahi idi.

- Sizin “İbrus” teatrı dövrünüz də olub...

- Rüstəm İbrahimbəyov 2000-ci ildə məni çağırıb dedi ki, teatr açmaq və ilk növbədə səni bu teatrda görmək istəyirəm. Sən kimləri təklif edirsən? Ona dedim ki, üç nəfərin adını çəkə bilərəm. Bu üç nəfər isə Fuad Poladov, Şukufə Yusupova və Mehriban Zəki idi. Mənə başqa heç kim lazım deyildi. Onda mənə dedi ki, onsuz da bu adlar mənim də fikrimdə var. Başqa kimlərisə də dəvət edə bilərik.

Qəribədir illər keçib, ancaq mən hər zaman Şəfiqə xanım Məmmədova ilə istər səhnədə, istərsə də çəkiliş meydançasında tərəf müqabili olmaq, işləmək istəmişəm. Şəfiqə xanımı çox istəyirəm. Biz dostuq. Əgər biz gənc olsaydıq, mən onu qucaqlayıb yenidən teatr səhnəsinə, film meydançasına qaytarardım. Təəssüf ki, zaman getdi, bizim artıq o rejissorumuz da yoxdur ki, bizimlə işləsin.

Gallery

- Bəlkə siz deyə bilərsiniz. Niyə indi o rejissorlardan yoxdur?

- Hələ ötən əsrin əvvəllərinə nəzər salanda görürük ki, xalq çox istedadlıdır. Məmmədəminin dövründən başlasaq, müstəqilliyimizə kimi və yaxud da elə bu yaxınlara qədər bizim böyük epoxamız vardı. Ədəbiyyatımıza, poeziyamıza, dramaturgiyamıza kimlər gəlirdi. Və yaxud da kinoya, kino dramaturgiyasına, aktyor, rejissor məktəbinə nəzər salaq... Kinomuzun Lətif Səfərovu, Həsən Seyidbəylisi, Arif Babayevi, Rasim Ocaqovu, teatrımızın isə Adil İsgəndərovu, Tofiq Kazımovu olub. İstedadlar tükəndimi? Yox, əsla tükənməyib. Nələr baş verdiyi barədə anlayışım var, oturub qırıq-qırıq yığıb, düzüb-qoşub deyə bilərəm nəyə görədir. Amma bunu demək aktyorun peşəsi deyil. Bu kino və teatrşünasların işidir. Mən aktyoram.

- Fəxrəddin müəllim, bildiyimə Vaqif müəllimin Yuğ teatrını açmasında yazıçı Anarın da xidmətləri olub.

- Vaqif İbrahimoğlu ilə teatr açmağa hazırlaşanda bu onun ideyası, arzusu və həyat konsepsiyası idi. Bundan kənara çıxmaq fikrində də deyildi. Və bu məsələdə bizə kömək edən bir adam vardısa, o da Anar idi. Ona görə mən Anarı çox istəyirəm. Çünki o, yeganə insan idi ki, bu teatrın açılması üçün hamının yanına gedirdi, vuruşurdu və bizə lazım olan imkanı, şəraiti yaradırdı.

Hətta bir məqamı deyim ki, Vaqiflə hərdən oturub söhbət edirdik. Vaqif deyirdi ki, sən teatr haqqında nə düşünürsən? Deyirdim ki, Vaqif, tamaşanın adı və saatı yazılan afişa haqqında düşünürəm, hamı da bilir ki, bu bizim teatrdı, burda kimlər var. O, isə deyirdi ki, yox, mən heç onu da istəmirəm. Mən teatrın önündə boş bir afişa asılmasını istəyirəm. Bu afişanı görənlər də bilirlər ki, teatr gecə və gündüz fəaliyyət göstərir.

Mən Vaqifin metodologiyasına intuitiv gəlmişəm, o isə bunu artıq proqramlaşdırıb yazmışdı. Mən 80-ci illərdən danışıram. O vaxtlar artıq filmlərə çəkilərək paralel Yuğ teatrında da çalışırdım.

- Vaqif müəllim yaradıcılığının hansısa dövründə Yuğ poetikasına gəlib çıxdı. Amma siz heç vaxt yuğçu olmadınız...

- Söhbət mənim yuğçu olub olmamağımdan getmir. Mən bu günə kimi özümü Vaqifin konsepsiyasının, fəlsəfəsinin daşıyıcısı hesab edirəm. Bütün tamaşalarda, filmlərdə Vaqifin metodologiyasından istifadə edirəm. Bu gün onun tələbələrindən Mehriban Zəkini də onun davamçısı hesab edirəm.

Fəxrəddin azərbaycanlı olaraq, qalaraq, Xankəndində dünyaya gələrək vətənini sevir... İndi danışıram, ağlamaq tutur məni (susur)... Mən dəlicəsinə Qarabağı sevən bir insanam. Dəlicəsinə... Elə bir gözəlliyi, ordakı rəngləri bir daha heç yerdə görmədim... Yadındadırsa, sovet dövründə “Ağaclar böyük olanda” adlı film vardı. Baş rolda da Nikulin çəkilib. Orada qəhrəman uşaq olanda, hər şey onun üçün uca və əlçatmaz görsənir, hətta ağaclar da, səma da. Qəhrəman böyüdükdən sonra isə hər şey tam başqa cür olur.

Mən elə belə yerə deməmişdim ki, uşaqlıqda Əsgəran qalasına söykənib ordan gələn səslərə qulaq asırdım. Orda heç bir səs yox idi. Yalan idi...

Gallery

- Qılınc səslərini eşitməyiniz də?

- Bəli. Hamısı yalan idi... Amma deməli mən artıq uşaqlıqdan bu xəstəliyə tutulmuşdum. Bu xəstəliyin də bir adı vardı. Yaradıcılıq. Dünyada isə yaradıcılıqdan başqa hamısı boş şeydir. Bu fəlsəfə artıq çoxdan on, on beş ildir ki mənimlədir. Burda sufilikdən də nələrsə var. Uzun illərdir ki, bu fəlsəfə ilə yaşamışam, yaşayıram. Bilmirəm, bəlkə də nə vaxtsa mən də təəssüflənəcəm...

- Siz bir vaxtlar futbolla da məşğul olmusunuz.

- Çox yaxşı futbolçu idim. Və mənə deyirdilər ki, bu gün, sabah sən “Neftçi”dəsən. O dövrlər doğurdan da gözəl futbol oynayırdım. 44 yaşım olanda veteranların futbol yarışı keçirilirdi, onda mən Slovakiyada yaşayırdım və on beş ildən artıq idi ki, futbol oynamırdım. Qardaşımın futbol komandasında oyunçu kimi çıxdım, dedim bir hissə oynayacam, iki qol vurub çıxacam. Elə də etdim. Futbol sevgisi həmişə mənimlə qaldı, amma fəlsəfəm də dəyişmədi.

Bütün istedadlı, işıqlı insanlar, yaradırlar, tikirlər. Onlar dağıtmırlar. Bu insanlar sevgidən doğulan insanlardı. Mənim atam anamı, anam da atamı hədsiz çox istəyirdi. Anam dünyaya sevdiyi insandan uşaq gətirməyi xoşbəxtlik və həyatın mənası hesab edidi.

Biz altı qardaş, bir bacı olmuşuq. Və biz bir-birimizi həddindən çox istəyir, bir-birimizin arxasında dururduq. Sevgidən yaranan insanlar həmişə təmiz, mövqeyli, şəxsiyyətli insanlar olur.

1998-ci ildə Slovakiyada yaşayırdım. Atam on dəqiqənin içərisində vəfat etmişdi. Ürəyi tutmuşdu. Anamın isə gözləri görmürdü, tutulmuşdu. Qardaşımla evimizə gələndə anam özü mənə həmin gün baş verənləri danışırdı. Atam dünyasını dəyişməzdən əvvəl mağazaya gedəndə yolda ürəyi tutub, yoldan geçən gənc adam isə atamı evimizə gətirib. Anam onda atama yaxınlaşıb, onu əli ilə yoxlaya-yoxlaya deyib “a, Manaf, noldu?” Atam da “Fatma, gedirəm” deyib dünyasını dəyişmişdi... Yas məclisi sovuşandan sonra anam bizə dedi ki, “a bala, Manafın ilini verib gedəcəm”. Biz pis olduq, təbii ki. Ay, ana, eləmə belə, ürəyimiz onsuz da parça-parça olub, dedik. Dedi, yox, Manafsız dayanammaram, getməliyəm. Siz hamınız evli-eşikli, böyük insanlarsınız, mən onun ilini verib gedəcəm. Anamın dediyi kimi də oldu. Atamın ilindən bir ay sonra anam getdi. Və anam gedəndə dedi, “Manaf, gəlirəm”. Onların hərəsi iki kəlmə söz demişdi. Fatma, gedirəm, Manaf, gəlirəm. Yəni anam bir il ərzində fikrində, zəkasında özünü bu gedişə hazırlamışdı. Bu isə sevgidən, istəkdən gəlirdi.

- Bu sevgi yəqin ki, valideynlərinizdən də sizə ötürüldü?

- Bəli, bu sevgi biz övladlara ötürüldü. Atam müharibəyə getməzdən əvvəl anamı görüb vurulmuşdu, qayıdandan sonra da onunla evlənmişdi. O zaman atamın atasını NKVD aparmışdı. Çünki atam zadəganlar tərəfdən, anam isə həmşəri idi. Anamgil atasına ağa deyirdi. Anam həmişə danışardı ki, qış gələndə qırx baş qoyun kəsdirib ətini qovurub küplərə yığarmışlar. Amma zadəganlar belə şeylər eləməzdilər. Onlar üçün eləyirdilər. Atam həmin o aristokratiyadan idi. Mənim anam cəmi dörd sinif bitirmişdi, buna baxmayaraq, farsca, latınca və kirilcə yazıb oxuyurdu. Atam isə ancaq latınla, kiril əlifbasını bilirdi, fars dilindən xəbəri yox idi. Anam sonralar mənim, digər uşaqlarının, nəvələrinin dərsləri ilə məşğul olurdu, dərsi izah edirdi.

Sonra biz şəhərbəşəhər gəzdik. Haralarda yaşamadıq ki... Mən Qarabağda doğulmuşam. Amma dəfələrlə məndən soruşublar ki, haralısan, demişəm gördüyünüz o söyüd ağacının altı mənim vətənimdir. Ermənistan deyəndə ürəyim partlayır. Ona görə ki, oralar hamısı bizim qədim torpaqlarımızdı. Böyük qardaşımla bacım Şönlü kədində, mən Xankəndində, məndən sonrakı qardaşımsa Xocalıda doğuldu. Nə bilim, hərəmiz bir düzdə dünyaya gəldik...

Mən oraları yeddinci sinifə qədər qarış-qarış gəzmişəm, amma bu günə kimi ora gedə bilmirəm. Heç kimi incitmək istəmirəm. Etnos məsələsi və etnosun mədəniyyət plastı da var axı... Biz fərqli şəhərlərə getdikcə yeni insanlar, yeni münasibətlər, yeni etnoslar gördüm. Bunlar hamısı mənim daxilimdə üst-üstə yığılaraq məni formalaşdırırdı.

Sonralar atam dedi ki, istəmirəm mənim uşaqlarım burda ermənilərin yanında böyüsünlər, yaşasınlar. İstəyirəm ki, onlar Bakıda təhsil alsınlar. Biz beş qardaş beşimiz də ali təhsil aldıq.

Mən öz sənətimə fəlsəfi tərəfdən yanaşıram, səhnəyə çıxıb artistlik eləmirəm, fəlsəfəni, fikri çatdırıram ki, nəyə görə varam, nəyə görə səhnəyə çıxıram.

Gallery

- Fəxrəddin müəllim, bildiyimə görə Vaqif İbrahimoğlu Yuğ teatrında aktyorların bir çoxu ilə mübarizə aparıb. Loru dildə desək, onu çərlədənlər vardı...

- Bizim son zamanlar Vaqiflə danışmadığımızı bilirsən?

- Xeyr.

- İncikli getdi. Ona görə indi tez-tez yadıma düşür, hərdən Vahidə ilə də oturub danışıram, deyirəm ki, özümü bağışlaya bilmirəm. Gərək bir az çevik olaydım.

Mənim üçün düşüncə çox vacibdir, qalan şeylər heç nədir. Çünki gözümü yumub fikrə gedirəm və bu mənə yetir. Bu mənim qidam, suyum, hər şeyimdi. Amma Vaqif deyirdi ki, hər şey teatrdadı, ordan kənarda heç nə yoxdu. Mən istəyirdim ki, tamaşa oynayım, insanları silkələyim.

“Şəhriyar” tamaşasında Şəhriyarı oynayanda otuz yaşım olardı, ya olmazdı. O vaxtı İran səfiri gəlib o tamaşaya baxandan sonra dedi ki, Fəxrəddin elə bil Şəhriyarın cavanlığıdır. Milli teatrın dördüncü mərtəbəsində bir künc vardı, ora mənim sevimli yerim idi. Tamaşadan, məşqdən sonra gedib orda oturur və fikirləşirdim ki, nəyi elədim, nəyi eləmədim. Səfirin baxışından sonra mən getdim o küncdə oturdum və fikrə getdim. Şəhriyar tamaşasını mən çox sevirdim. Ona görə də Vaqifin 70 illiyində istəyirdim o tamaşa səhnəyə qoyulsun.

İnsan səhnəyə çıxıb nəyisə deyirsə, o, ilk növbədə şəxsiyyət olmalıdı. “Mərasim” tamaşasında iki saat səhnədə can qoyandan sonra təzədən Almaniyaya gedib belimdəki dəmiri bərkidib gəlmişəm. Kəskin hərəkətlərdən o laxlamışdı. Amma fədailik axmaqlıq deyil. Fədailik düşüncə ilə gəlir, yaranır. Tədris teatrında da fədailik etmişdim və acından ürəyim gedib yıxılmışdım. Həkim gəlib yoxlayıb soruşmuşdu ki, neçə gündür çörək yemirsən, a bala? Demişdim iki gündü. O, da cavab vermişdi ki, heç nəyi yoxdur, təyziqi düşüb. Kasıb yaşayırdıq. Mən anamın verdiyi bir manata dörd peraşki, bir stəkan da kakao alırdım. 1978-ci ildən 81-ci ilə qədər dörd il mən bu cür nahar edirdim. Bu mənim dolanışığım idi. 68 manat qırx qəpik maaş alırdım. Həyatımı o zamanlar nəyəsə görə fəda etmirdim, mən doğurdan da bu sənəti sevirdim. Bu gün bir anlıq bu peşəni yığışdırsaq, təsəvvür edirsən, nələr baş verə bilər?

- Sizcə bütün bu yaradıcılıq eşqi, ehtirası həm də fani olduğumuzu unutmaqdan ötrü, “məndən də nə isə qalsın”, deyə bir çalışma deyil?

- Yox, əsla. Məndən heç nə qalmasın. Nə qalırsa, məndə qalsın, məndən yox. Ən böyük dərd ondadır ki, çoxları yanılır və istəyirlər ki, onlardan nə isə qalsın.

- Qalır axı.

- Nə qalacaq?

- Sənət qalacaq.

- Məndən heç nə qalmayacaq. Hər şey məndə qalacaq, yaddaşım mənimlə qalacaq. Şəki Xan sarayının qarşısına gəlib ordakı ağacı qucaqlayıb deyirdim ki, mənə bir söz de. Və yaxud da Əsgəran qalasına söykənib bir söz eşitmək istəyirdim. Nə o ağac, nə o qala heç vaxt heç nə deməyəcək. Çünki tanrı o gücü onlardan alıb. Olmaz. İnsan əgər keçmişi də, gələcəyi də bilsəydi, heç bir yaradıcılıq, proqress olmazdı. Ona görə də mənim elədiyim indi, bu saat mənə lazımdı. Əgər mən səhnəyə çıxıramsa, istədiyimi indi çatdırmalıyam. Rəssamın, bəstəkarın, yazıçının, arxitektrın bir xoşbəxtliyi var ki, onların çəkdiyi, yazdığı, qurduğu nələrsə qalacaq. Aktyordan nə qalacaq? Yalnız plyonkada olanlar. Boş şeylərdi... Bu baxımdan biz indi, bu saat sənətin ən güclü qoluyuq. Bunu isə ona görə eləmirəm ki, məndən sonra nəsə qalsın.

- Amma mən qalıcılıq, fanilik barədə sualımı şüuraltı olaraq nəzərdə tuturdum. Yəni insan çox vaxt özü də bilmədən qalıcılığa can atır...

- Mən sənin nə demək istədiyini başa düşürəm, amma şüuraltı olanlar məndən asılı deyil. Ona cavabdeh deyiləm. Əgər sənin dediyini şüurla etsəydim, indi heç olmasa sol yanağım qızarardı, amma görürsən ki, zahirimdə danışdığım sözlə uyğunsuzluq təşkil edəcək hansısa dəyişikliyin əlamətləri hiss olunmur. Şüuraltı məsələlər insanın özündən asılı deyil, bu artıq tanrı tərəfindən ona qoyulan çipdir. Məni oralara aparma... Oralara getsəm, gərək ardımca qaçasan. Mənə çətin çatarsan. Çünki oralar mənim stixiyamdı. Ora aparma məni...

- Bəlkə az da olsa irəlləyək?

- Heç vaxt düşünməmişəm ki, sənətə nəyinsə naminə gəlmişəm. Heç özüm də bilmirəm nəyə görə gəlmişəm. Amma mən anlayıram ki, sənətdəki insan missiyam nədir. İstəmirəm indi pafosa gedib çıxım, deyim ki, mən vətəndaş kimi missiya daşıyıram və. s. Vətəndaş kimi mən yalnız torpağıma qəsd edənlərə qarşı gedərəm, canımı da verərəm.

Deyl Karneqinin gözəl bir sözü var. Deyir, insan üçün ən ağır, hətta daş daşımaqdan da ağır iş düşünməkdir. İndi, bu saat səninlə danışıram və artıq bilirəm ki, çərx fırlanır. Lakin, hələ də şübhəm var ki, bunlar barədə səninlə danışmaqda düzmü edirəm... Ona görə yox ki, nədənsə çəkinirəm, ya ehtiyat edirəm. Sadəcə qapalı olan həyatımın qapılarını indi açıram...

- Fəxrəddin müəllim, Vahidə xanım həyat yoldaşından əlavə sizin üçün nəyi ifadə edir?

- Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı, hansısa hərəkət etmişəmsə onları həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyimi bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi.

Gallery

- O, böyük qadındır...

- O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib. Stress də keçirmişəm, peşədən də getmək istəmişəm. Zaman-zaman olub ki, səhnədə rolu ifa edən vaxt məndə sınmalar da baş verib. Rolun sözlərini deməmişəm, deyə bilməmişəm. Onda Mehriban Zəki mənə tərəf əyilib pıçıldayıb ki, sən mətni yaddan çıxartmısan? Gülüb ona baxmışam, amma tamaşadan sonra demişəm ki, mən heç nəyi unutmamışdım. Sadəcə səhnədə müəyyən məqamlar olub ki, öz-özümə sual vermişəm ki, sən burda nə edirsən, sən kimi aldadırsan? Bax, o zaman məndə ilk sınmalar yaranıb. Məni o sınmalardan çıxardan Vahidə oldu.

Sonra Ərşad gəldi. Biz getdik Milli Teatrda Ərşadın “Müsyö İbrahim xan və Quran çiçəyi” tamaşasına baxdıq. O tamaşadan sonra anladım ki, Ərşad mənə Vaqifin gəncliyini xatırladır, onda nəsə var, bu rejissor mənim adamımdı. Bundan sonra hiss etdim ki, deməli Ərşad nəyisə bacarır, nəyisə bilir. Biz onunla görüşdük, söhbət elədik. Ona dedim ki, Ərşad, mən səninlə işləmək istəyirəm. O, da mənimlə işləmək istədiyini, bunun onun üçün şərəf olduğunu bildirdi. Bu işbirliyində bircə şərtim vardı. O da bundan ibarət idi ki, mən klassik əsərdə oynamaq istəyirdim. Rus Dram Teatrına Çexova, Dostoyevskiyə görə getmişdim ki, onların əsərlərini orjinalda ifa edim. Həm də klassik əsərlərdə mənə heç nə lazım deyil. Mən artıq yorulmuşdum. Ocaqovdan sonra Ramiz Fətəliyevdən başqa elə bir rejissora rast gəlmədim ki, mənimlə işləyə bilsin. Klassik əsər isə elədir ki, onu qurmağa heç mənim də gücüm çatmaz. Amma Ərşad rejissordu və bu onun işidir. Təxminən altı aydan sonra Ərşad dedi ki, indi klassika qurmağa hazır deyiləm. Dedim, Ərşad, axı bu necə ola bilər? Sənin qurduğun tamaşanı görmüşəm. Sən rejissorsan.

Bernard Şounun “Sezar” və ya Şeksprin “Kral Lir” pyesini istəyirdim. Bu mənim yaşımın və təcrübəmin tələbi idi. “Kral Lir” üçün nəzərdə tutduğum interpretasiyam da vardı. Nəhayət Ərşad qurmaq istədiyi tamaşanın adını və janrını açıqladı. Biləndə ki, o, mənimlə absurd tamaşa hazırlamaq istəyir, dedim, Ərşad, bircə absurd tamaşa barədə mənə demə. Çünki hələ Vaqifin dövründən absurd janrdan xoşum gəlmirdi. Söhbət janrın çətinliyindən getmirdi, sadəcə mən başqa bir yöndəydim. O, isə cavab verdi ki, yox, mən bu əsər üzərində dörd ildir işləyirəm, bunu qura bilərəm. Əsər Ejen İoneskonun “Mərasim” pyesi idi. Ərşad əsəri oxumağımı istədi. Vahidə onunla danışdı, dedi, Ərşad, bir neçə günə Fəxrəddin sənə zəng vuracaq. Məni həmin yola salan Vahidə oldu.

Əsəri oxuyandan sonra dedim Vahidə, bu nədir? Bu mənim istədiyimdi. Bundan sonra Ərşadla zəngləşdik, danışdıq. Ərşad dedi ki, mən hazıram, sən teatrla danış. Danışdım. Razılaşdılar.

Amma ona qədər tamaşa üzərində bir ay yarım işlədik. Böyük bir qırğınla. Ərşad dedi, budur, mən dedim, bu deyil. Axırda gəldik çıxdıq Kralın monoloquna. O zaman Ərşad partladı. Dedi, mən bir aydı o monoloqu istəyirəm. Dedim, Ərşad monoloqu istəyrisən? Cavab verdi ki, hə! Dedi, sən sxem qurursan. Ona izah etdim ki, bu mənim işimdir, mənim, Vaqifin məktəbidi, mən də hər şeyi onun üzərində qururam.

Mənim rol dəftərimi görənlər deyirlər ki, sənin dəftərin partituradı. Bir sözün qarşısına o qədər işarələr qoyuram ki, onu məndən başqa heç kim başa düşmür. Mən bunu eləməsəm, tamaşa o cür alınardımı? Alınmazdı. Heç vaxt. Çünki bu sistemdi, riyaziyyatdı.

Aktyor emosiya ilə bir dəfə, iki dəfə ifa edə bilər. Növbəti dəfə onun səsi batacaq. Tamaşaçı isə yuxulaya-yuxulaya tamaşanı izləyib sevinərək zalı tərk edəcək. O, tamaşaçı tamaşa üçün sevinməyəcək, zaldan xilas olduğu üçün sevinəcək.

İndi İoneskonun son monoloqunu ifa etsəm, burada yalnız texnikadan mükəmməl istifadə etmiş olacam. Amma səhnəyə çıxıb tamaşaçı qarşısında həmin monoloqu ifa edəndə tamaşaçını ovqatdan ovqatdan salmalıyam. Səhnəyə çıxıb yalnız pafosla mətni söyləmək aktyorluq deyil. Entoni Hopkins aktyorluğu gözü, matritsası ilə Cek Nikolson plastikası ilə edir. Smaktnovski isə bunu dəliliyi ilə edirdi.

Gallery

- Dəlilik də lazımdır...

- Onsuz olmur. Mən özüm demədim, sən dedin. Smaktnovski onu deyirdi. O, gəlib BTD-də səhnəyə çıxanda orda dəhşətli dərəcədə güclü aktyorlar var idi. O, səhnədə danışanda, həmin güclü aktyorlar hamısı cılızlaşdılar və hamısı bir ağızdan dedi ki, bu dəlidi, qoymur bizi oynamağa. Bu aktyorluq və peşəyə yiyələnmək idi. O, müsahibə verəndə də belə idi. Basilaşvili ilə müsahibəsindən sonra Basilaşvili demişdi ki, bu aktyor deyil, bədheybətdi, dahidi.

- “Hökmdarın taleyi” filmində aktyorlarla siz işləmisiniz. Bu zərurət idi, ya işin gedişatı belə tələb edirdi?

- Bu proses bir neçə filmdə olub. Tarixi film olduğu üçün seçdiyim aktyorların görünüşündə arxetip, qədimilik olmalıydı. Bu baxımdan təsdiq etdiyimiz aktyorlar Məmməd Səfa, Günəş Əliyeva, Pərviz Məmmədrzayev bu tələblərə cavab verirdilər. Təklif elədim ki Pərvizlə Günəş İranla bağlı səhnələrdə farsca danışsınlar. Bundan sonra Azərbaycan Dillər Universitetdən fars dili müəllim tapdıq. Hər iki aktyor çox az vaxtda mətndəki sözlərini fars dilində elə mükəmməl danışdılar ki, onlara dərs deyən professor dedi ki, mənim diplomlu tələbələrim belə danışa bilmirlər. Ona dedim ki, çünki bu aktyorluqdur. Aktyor buna artıq emosional yanaşır, sənətlə yanaşır. Yəni dediyim odur, bu bir peşədir, riyaziyyatdır. Fəxrəddin ən pis filmdə belə özünə rəva bilməz ki, orda pis olsun. Qoymaram, imkan vermərəm. Köhnə filmlərdə də belə etmişəm.

Dünyada təsadüfi heç nə yoxdur, hər şey zəruridir. İncəsənət isə bütünlüklə fiziologiya və psixologiya elmi üzərində qurulub. İncəsənət qanunları riyaziyyat qədər dəqiqdir.

- Fəxrəddin müəllim, sizcə sevgi bizi xilas edir?

- Sevgi bizi xilas edir və yaşadır. Nə qədər fırlatsan da, çək-çevir etsən də, poeziya da, nəsr də, dramaturgiya da sevgi və məhəbbətin üzərində qurulub. Sevgi yaşatmaq, yaratmaq, qurmaq, davam etdirmək deməkdir.

- Sevgidən həm də təsəlli kimi istifadə edirik?

- Mən sevgi deyəndə ancaq kişi və qadın arasındakı sevgini nəzərdə tutmuram. Sevgi deyəndə, bunu ilahi anlamda nəzərdə tutub deyirəm. Günün ayı sevməsi, ayın yeri sevməsi, kainatın, bizim, ümumiyyətlə dünyanın bağlılığına olan sevgidən söhbət gedir. Adi sevgi olmur. Sevgi ilahidəndir. Qarşı tərəfin xoşbəxt olmasına, onun qurub yaratmasına, özünü tam ifadə və realizə etməsinə baxıb sevinmək də sevgidir.

- İnsan əzab çəkməyə məhkumdur. Həmişə olmasa da zaman-zaman bu məhkumiyyət özünü biruzə verir. Yaradıcı adamların əzablarının da müəyyən qaynaqları olur. Fəxrəddin Manafovun yaradıcı əzabının qaynağı nədir?

- Bu suala bir neçə yöndən cavab vermək olar. İndi yadıma salıram. 1978-ci ildə Vaqif Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında “Məcnun” tamaşasını hazırladı. Deyəsən Pasternakın Ya Starostinin tərcüməsində idi. Dəqiq yadımda deyil. Çox heyifslənirəm ki, o dəftəri itirmişəm... O dövrlər gənc idim. Fikirləşirdim ki, dünyanın axırı yoxdu, illuziyalar və.s.

Bir ildən bir az çox olardı ki, aktyorluq peşəsini öyrənirdim. Vaqif isə birdən birə mənə belə bir mono tamaşa həvalə edir. Əsərdəki aparıcı rolların hamısını ifa edirdim. Aradan gör, nə qədər illər keçib. O tamaşadan yadıma bəzi şeylər qalıb. Orda bir beyt var:

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Az eyləmə inayətini əhli dərddən,
Yəni çox bəlalara qıl mübtəla məni.

Bu məhəbbətin əzabı idi. Qeys Məcnun kimi bu əzabdan həzz alırdı. Yəni o, boş yerdən Məcnun olmamışdı. Ona görə də Leyli sonra onun yanına gələndə o, Leylidən imtina etdi. Çünki, o, artıq öz əzabı ilə doğmalaşmışdı, psixoloji olaraq onu qəbul etmişdi.

Amma ümumilikdə söhbət insani, bəşəri əzabdan gedirsə, inanmıram ki, biz bu suala tam cavab verə bilək. İnsan hələ başlanğıcdan ölümə məhkumdur. Mümkündürmü ki, biz bunu bilə-bilə əzab çəkməyək. Hətta şüuraltında belə əzab çəkməmək mümkün deyil. İoneskonun “Mərasim”indəki kralın dərdi də bu idi.

Bu dünyada hər şeyi anlayıram, başa düşürəm. Ancaq iki şeyi, nəyə görə dünyaya gəldiyimi, niyə dünyadan gedəcəyimi bilmirəm. Məgər bu insanın əzab çəkməsi üçün bir səbəb deyilmi? Bundan böyük səbəb olar bilər? Axı həyat gedir. Bu əzab, onun yaratdığı hiss daim bizimlədir, şüuraltımızdadır. Çünki biz xəbərsizik. Bu günə kimi milyardlarla insan bu dünyaya gəlib, gedib. Bu gəlişin və gedişin sirri isə açılmayıb. Buna görə də insanın içində özündən asılı olmayaraq həmişə əzab var. Bəlkə ona görə insan son nəfəsində elə bil nəyisə anlayır, üzündə, gözündə sevinc, “allah, anladım” deyir və gedir. Kənardakılar əlbəttə bilmək istəyirlər ki, o, gedən anladım deyəndə nəyi nəzərdə tuturdu, bəlkə ürəklərində bunun səbəbini tanrıdan da soruşurlar. Tanrı isə onlara heç nə demir. Çünki o zaman bütün mizan pozular, sehr itər. Bir dini əhvalat var. Bir gün peyğəmbərlərdən biri Allaha deyir ki, axı sən ağcaqanadı nə üçün yaratmısan? Tanrı cavab verir ki, bilirsən, neçə milyard dəfə məndən soruşublar ki, peyğəmbəri niyə yaratmısan. Bu da cavab. Yəni peyğəmbər elə bilir ki, o peyğəmbər kimi mövcud olmalıdı, amma ağcaqanad həşərat kimi yox. Yəni hər bir canlının yaranma hüququ və niyəsi yalnız tanrıya məxsusdur.

Gallery

- Tanrı da sanki istedad bölgüsü edəndə insanın taleyinə, yaşadığı əzaba mütləq nəzər yetirir.

- Mən bölgünü qəbul etmirəm. İstedad hər bir insanda var. Birində bir az çox, o birində az ola bilər. Amma elə bir insan yoxdur ki, Allah ona istedad verməsin. İnsanın harda, necə parlaması artıq sonradan bəlli olur. İnsan bir şeyi anlamalıdı ki, hansı sahədə olursa, olsun, ora elmi yanaşmalıdı. Sokrat Allaha inanan olmayıb. Həmişə bu barədə ondan soruşanda deyib boş şeylərdi. Amma ölümə gedəndə deyib ki, mən ölümə gedirəm, sizlər isə burda qalırsınız. Bunun hansının yaxşı olduğunu isə yalnız tanrı bilir. Bax, bu bizim bilmədiyimizdi. Elmi isə öyrənirik. Artıq biz elm vasitəsi ilə qalaktikadan kənarı da öyrənə bilirik. Yüz il bundan əvvəl isə aya getmək fantastik bir şey idi, adama gülərdilər. Nə qədər də getsək, haralara da getsək, bilmədiyimizi yenə də bilməyəcəyik. Çünki beynimizə, qəlbimizə bu haqda heç nə qoyulmayıb. Ona görə də tanrı heç vaxt mənə deməyəcək ki, nə üçün gəlirəm, nə üçün gedirəm. Əgər onu desə, bütün bu reallıq, fəlsəfə dəyişəcək.

- Bəlkə burada inanc məsələsi də var. Biz özümüzü inandırmışıq ki, müəyyən şeyləri bilmək olmaz, qadağandır?

- Hər şeydə məna axtarmaq lazım deyil. Məna sənin elədiklərindi. Belə bir söz var, mənalaşdırma. Vaqif həmişə bunu deyirdi. Rasim Ocaqov da deyirdi ki, heç nəyi mənalaşdırma, sadələşdir. (kulis.az)

Davamı var...

Oxşar xəbərlər
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
GÜNLÜK
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:15
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
28 Mar 2024 | 15:15
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO