Son vaxtlar Rusiya və Belarus arasında münasibətlərin gərginləşməsi müşahdiə edilir. Gərginləşən münasibətlər fonunda diqqət çəkən məqamlardan biri də Belarusun Rusiya ilə sərhəddə hərbi qüvvələr cəlb etməsidir.
Maraqlıdır,
Rusiya-Belarus münasibətlərin gərginləşməsi iki dövlət arasında hərbi qarşıdurmaya səbəb ola bilərmi?
Moderator.az-a açıqlama
verən politoloq Zərdüşt Əlizadə məsələ ilə bağlı bəzi nüanslara diqqət çəkib:
“Tərəflər arasında hərbi
qarşıdurmanın baş verməsini istisna edirəm. Lakin siyasi münasibətlərin gərginləşdiyi
ortadadır. Iqtisadi münasibətlərdə də problemlər var.
Avqustun 9-da Belarusyada seçki olacaq. Rusiya açıq şəkildə Belarusdakı seçkilərin gedişinə müdaxilə etməyə
çalışır. Rusiya çalışır ki, ya Lukaşenko seçilməsin, ya da Qərblə münasibətləri
o qədər pisləşsin ki, sonda məcbur qalıb Rusiyanın qarşısında diz çöksün. Vaqner hərbçilərinin Belarusa göndərilməsi də
Rusiyanın Belarusdakı seçkilərə müdaxilə istəyi ilə bağlıdır.
Ümumiyyətlə, Rusiya
çalışır ki, post-sovet məkanındakı siyasi proseslərə müdaxilə etsin. Qafqazda,
Orta Asiyada, Ukraynada – bir sözlə hər yerdə dövlətlərin daxili işinə qarışmağa
çalışır, burnunu hər yerə soxur. Belarusdakı seçki prosesinə də müdaxilə etməyə
çalışır. Lukaşenko isə buna mane olur. Lukaşenko Rusiyanın müdaxiləsinə nə dərəcədə
müqavimət göstərəcək, bunu zaman göstərəcək”.
Seymur ƏLİYEV