“Son vaxtlar xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur və bu, sevindiricidir”.
Bunu Moderator.az-a
açıqlamasında professor Adil Qeybulla bildirib. Lakin ekspert qeyd edib ki, xəstəliyin
bundan sornakı gedişatını insanlarınm davranışı müəyyən edəcək:
“Rəsmi statistika sübut
edir ki, vəziyyət yaxşılığa doğru gedir və bu, həqiqətən də belədir. Lakin hər
şey insanların davramışından, onların karantin rejiminin qaydalarına nə dərəcədə
əməl etməsindən asılı olacaq. Əgər karantin rejimi yumşalandan sonra insanlar sosial
məsafə, dezinfeksiya və s. kimi məsələlərə lazımi ciddiyyətlə əməl etməsələr, o
zaman xəstəlik yenidən alovlana bilər. Prosesdəki müsbət dinamikanın davam etməsi
üçün hər kəsin pandemiyaya qarşı mübarizəyə lazımi məsuliyyətlə yanaşması
vacibdir”.
Seymur ƏLİYEV