Məlum olduğu kimi, “Qanun” nəşrlər evi Tovuz döyüşlərinin qəhrəmanı mərhum general Polad Həşimovdan bəhs edən “Polad generalımız” adlı kitab çap edib.
Maraqlıdır, iyul döyüşlərinin qəhrəmanı ilə bağlı “Məktəblilər üçün liderlik dərsləri” seriasında nəşr edilən bu kitabın təhsil müəssisələrinə də paylanılması, gələcəkdə digər qəhrəmanlarımızla bağlı da bu cür kitabların nəşr edilməsi planlaşdırılırmı?
Moderator.az-a açıqlama
verən “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu gələcəkdə Tovuz döyüşlərinin
digər qəhrəmanları haqqında da məqalələrin kitab halında bir araya gətiriləcəyini
vurğuladı:
“”Polad generalımız”
kitabını 2000 tirajla çap etmişik. “Məktəblilər üçün liderlik dərsləri” adlı
seriyamız var. Burada məşhur şəxsiyyətlərin, ldierlərin qısa, uşaqların başa
düşdüyü dildə şəxsiyyətlərini anlatmışıq, onalrın tarixdə oynadıqları rola diqqət
çəkmişik. Həmin seriada da mərhum generalımız Polad Həşimovla bağlı kitab çap
etdik. Təhsil müəssisələrindən bu kitabla bağlı bizə hər hansı müraciət daxil
olmayıb. Ola bilsin ki, bu, həmin müəssisələrin ahzırda qapalı olması ilə
bağlıdır. Lakin hərbi təşkilatlardan bizə müraciətlər olub. Bizə belə müraciət
olanda, bu müraciətə əsasən bəlli sayda kitabı ayırıb bir kənara qoyuruq. Sonra
müvafiq qurum gəlib o kitabları aparır.
Bu, Polad Həşşimovla
bağlı ilk kitabdır. Mən hesab etmirəm ki, bu, onun haqqında yazılmış ən mükəmməl
kitabdır. Bu, ilkin kitabdır. Hadisələrin istisi soyumamış bu kitabın nəşrinə
çalışdıq. Materiallar toplanmaqda davam edir. Inşallah, onun şəhdiliyinin
ildönümünə də bir kitab hazırlayarıq. Həmin kitabda Polad Həşimovla yanaşı,
Tovuz hadisələrində qəhrəmanlıq göstərən digər şəhidlərimiz haqqında da yazılar
yer alacaq”.
Seymur ƏLİYEV